Baki-2014 İQTİsadi modernizasiYA



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə8/88
tarix27.10.2017
ölçüsü3,03 Kb.
#6949
1   ...   4   5   6   7   8   9   10   11   ...   88

İQTİSADİ MODERNİZASİYA | 
Vüsal Qasımlı
32  |
Müstəqilliyinin ilk dövründə əcnəbi sərmayələrdən və kreditlərdən 
asılı vəziyyətdə olan Azərbaycan hazırda izafi kapital resurslarını 
yerləşdirmək üçün müvafiq bazar, maliyyə alətləri və biznes layihələrini 
nəzərdən keçirir.   
Cədvəl 1.1. 
Azərbaycanın xaricdə sərmayə yatırımı
 
2003
2004
2005
2006
2007
2008
2009
2010
2011
2012
Xaricdə sərmayə 
yatırımı 
(milyon ABŞ 
dolları)
933,2 1205
1221
705,5
520,6
555,8
326,1 235,7
554
1129
Mənbə: Azərbaycan Dövlət Statistika Komitəsi
Buna baxmayaraq Azərbaycanın xarici ticarət dövriyyəsinin və ic-
mal büdcəsinin qeyri-neft kəsiri yüksək olaraq qalır və hökumətin cid-
di nəzarəti altındadır. Neftin yüksək qiymətlərindən asılılığı azaltmaq 
üçün Azərbaycan hökuməti ixracın və icmal büdcənin, bütünlükdə 
iqtisadiyyatın diversifikasiyası istiqamətində kompleks və sistemli 
siyasət yürüdür.  2011-ci ildən Azərbaycanda neft hasilatı azalsa da, 
neft qiymətlərinin yüksək olması karbohidrogen gəlirlərini kəskin 
azalmağa qoymamışdır. Artıq 2013-cü ilin ortalarında etibarən BP və 
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birgə səyləri nəticəsində 
neft hasilatı yenidən artmağa başlamışdır və bu tendensiya neft hasi-
latının sabitləşməsinə imkan verəcək. 2019-cu ildən “Şahdəniz” qaz-
kondensat yatağının ikinci mərhələsindən Azərbaycan qazının Avro-
paya tədarükü haqqında imzalanmış müqavilələr üzrə gəlirlərin həcmi 
təqribən 200 milyard dollar təşkil edəcək.  Bundan başqa Azərbaycan 
həmçinin “Azəri-Çıraq-Günəşli” yatağının dərin qatlarındakı qaza, “Ab-
şeron” yatağına, “Şəfəq-Asiman” perspektiv strukturlarında gözlənilən 
ehtiyatlara da malikdir ki, bu da Avropa  “mavi yanacaq” bazarından 
əlavə gəlir götürməyə imkan verəcəkdir.   
21-ci əsrin ikinci onilliyinin ortalarından başlayaraq Azərbaycanın 
enerji gəlirlərinin strukturunda iki istiqamətdə dəyişiklik baş verəcək: 


Vüsal Qasımlı  | İQTİSADİ MODERNİZASİYA
|  33 
1) Tədricən təbii qaz satışından gəlirlər artacağı halda neft gəlirləri aza-
lacaqdır; 2) SOCAR-ın dowstream və upstream (xüsusilə, Türkiyədə) 
istiqamətində olan biznes layihələri üzrə gəlirlər artacaq. Beləliklə,  21-
ci əsrin üçüncü onilliyində Azərbaycan azalması proqnozlaşdırılan neft 
gəlirlərini artan təbii qaz və neft-kimya məhsularının satışı ilə kompen-
sasiya etməyi strateji bir hədəf olaraq seçmişdir.   
Azərbaycan 21-ci əsrin 30-cu illərinə qədər enerji gəlirlərinin təmin 
olunması sahəsində əməli tədbirlər görməsinə baxmayaraq hökumət 
2011-c ildən başlayaraq qeyri-neft sektorunun illik 10 faiz sürətlə art-
masını xüsusi qeyd edir. Baxmayaraq ki, İMF bu artımın əsasən dövlət 
xərcləmələrindən qaynaqlanan tikinti və xidmət sektorunun hesabına 
baş verdiyini sübut etməyə çalışır, qeyri-neft ixracının ikirəqəmli artımı 
İMF-in iradı üçün əksarqument ola bilər. 


İQTİSADİ MODERNİZASİYA | 
Vüsal Qasımlı
34  |
1.2. Azərbaycanda makroiqtisadi siyasət 
 
Qeyri-neft sektorunun sürətli inkişafı, strateji valyuta ehtiyatları-
nın ÜDM-in 3/4-ə yaxınlaşması və xarici borcun isə ÜDM-in cəmi 
7-8  faizini təşkil etməsi Azərbaycan hökümətinin fiskal və monetar 
siyasətinin əsas cizgilərini müəyyənləşdirir. Azərbaycan hökumətinin 
apardığı fiskal genişlənmə siyasəti iqtisadi inkişafın stimullaşdırılma-
sında əhəmiyyətli rol oynayıb. Son 10 ildə dövlət büdcəsinin 19 dəfə 
böyüməsi nəticəsində aşağıdakı hədəflərə nail olunub: 1) Ölkədə tələb 
stimullaşdırılıb - xüsusilə də əhalinin gəlirləri 7 dəfədən çox artıb; 2) 
Təklif genişləndirilib - dövlət xidmətlərinin həcmi böyüyüb; 3) İnfrast-
ruktur təkmilləşdirilib - iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün 
əsas kapitala 106 milyard ABŞ dolları vəsait yönəldilib ki, onunda  49%-
ni dövlət investisiyaları təşkil edib; 3) Ölkənin müdafiəsi daha yaxşı 
təşkil edilib və ixracyönümlü və idxalı əvəz edən hərbi-sənaye komp-
leksi yaradılıb; 4) Dövlət sifarişi hesabına özəl sektor daha da güclənib.  
Azərbaycan hökuməti planlaşdırır ki, gələcəkdə büdcə vəsaitlərinin 
formalaşması və istifadəsi sahəsində fiskal intizamın təmin edilməsinə, 
vəsaitlərin düzgün bölüşdürülməsinə və xərclərin səmərəliliyinin ar-
tırılmasına xüsusi diqqət yetirilsin. Müxtəlif büdcə riskləri (xarici, 
maliyyə,kənarlaşma, əməliyyat riskləri və s.) üzrə qiymətləndirmə apa-
rılarsa, Azərbaycanın ortamüddətli dönəmdə fiskal dayanıqlığı təmin 
etməsi gözlənilir. Məsələn, 2014-cü ilin büdcəsi son illərdə neftdən ən 
az asılı olan və müstəqillik dövrünün ən böyük həcmli dövlət büdcəsi 
olub. Vergilər Nazirliyinin xəttilə qeyri-neft sektorundan dövlət 
büdcəsinə daxilolmalar 2014-cü ildə əvvəlki illə müqayisədə 14,4 faiz 
artdığı halda, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin 
həcmi 2,5 milyard dollar, başqa sözlə, 18 faiz azalıb. Beləliklə, dövlət 
büdcəsində ilbəil neftdən asılılığın artması tendensiyası ilk dəfə olaraq 
2014-cü ildə dayanır. Qeyri-neft sektoru 2014-cü ildə dövlət büdcəsinə 
təxminən 8 milyard ABŞ dollarına qədər gəlir təmin edəcək ki, bu da, 


Vüsal Qasımlı  | İQTİSADİ MODERNİZASİYA
|  35 
yaxın gələcəkdə qeyri-neft sektorunun dövlət büdcəsinin cari xərclərini 
maliyyələşdirmək imkanına malik olacağını göstərir. Orta müddətli 
dönəmdə əsas fiskal hədəf bu olmalıdır ki, qeyri-neft gəlirləri dövlət 
büdcəsinin cari xərclərini qarşılasın, əsaslı vəsait qoyuluşuna gedən 
xərclər isə Dövlət  Neft Fondu tərəfindən verilən transfertlərin hesabı-
na maliyyələşdirilə bilər.  
Azərbaycan Dünya Bankı (DB), Beynəlxalq Maliyyə Korporasi-
yası (BMK) və “PricewaterhouseCoopers” auditor şirkətinin hazırla-
dığı “Paying Taxes 2012” (Vergilərin ödənilməsi - 2012) rənkinqində 
183 ölkə arasında 77-ci yeri tutub. Ölkə vergi ödənişlərinin sadəliyi 
üzrə vəziyyətini 26 mövqe yaxşılaşdırıb. Orta müddətli dönəmdə iq-
tisadi sistemin rəqabət qabiliyyətinin daha da artırılması məqsədi ilə 
tədricən passiv vergi siyasətindən aktiv vergi siyasətinə keçid təmin 
ediləcək, vergi dərəcələrinin optimallaşdırılması istiqamətində həyata 
keçiriləcək tədbirlər sahibkarlıq fəaliyyəti üçün əlverişli mühit yaradıl-
masına kömək edəcəkdir.
Azərbaycanda fiskal siyasət dominant olsa da, monetar siyasət 
üçün aşağıdakı mühüm vəzifələr vardır: inflyasiyanın aşağı birrəqəmli 
səviyyədə saxlanması, manatın məzənnəsinin sabitliyi, maliyyə sa-
bitliyinin möhkəmləndirilməsi və maliyyə vasitəçiliyinin inkişafı. 
Azərbaycanda 2012-ci ildə 1,1 faizə endirilən inflryasiya orta müddətli 
dönəmdə 5 faizi aşmayacaq. 
Azərbaycanda qiymətlərin artımı 2012-ci ildə son 14 ildə ən mi-
nimum səviyyəyə endirilmiş və milli valyutanın sabitliyi hətta qlobal 
böhran şəraitində belə qorunmuşdur. 2012-ci ildə əhalinin istehlak 
səbətində əhəmiyyətli yer tutan ərzaq qiymətləri cəmi 0,8 faiz baha-
laşmışdı. Qlobal böhran zamanı Rusiyada rubl, Qazaxıstanda təngə, 
Ermənistanda dram, Ukraynada qrivna və Belorusda rubl sürətlə 
dəyərdən düşdüyü halda Azərbaycan Prezidenti İlham Əliyevin 
istiqamət verdiyi monetar siyasətin nəticəsində manat sabitliyini qoru-
du və əhali və biznes itkilərdən sığortalandı. 


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə