Baki-2014 İQTİsadi modernizasiYA



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə2/88
tarix27.10.2017
ölçüsü3,03 Kb.
#6949
1   2   3   4   5   6   7   8   9   ...   88

Vüsal Qasımlı  | İQTİSADİ MODERNİZASİYA
|  9 
Əlbəttə ki, ümumi məqsədə, qeyri-neft ixracının artımına nail ol-
maqdan ötrü iqtisadiyyatın potensial müqayisəli üstünlüyə malik olan 
sahələri, resurslar və digər amillər nəzərə alınmaqla strategiyalar ha-
zırlanmalıdır. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2014-
cü il “Sənaye ili” elan edilmişdir. Sərəncamda qeyd edilir ki, hazırkı 
mərhələdə sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin 
şaxələndirilməsi məqsədi ilə mövcud təbii və iqtisadi resursların 
təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yana-
şı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması, re-
gionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiya-
lar əsasında inkişafının təmin edilməsi imkanlarının formalaşdırılması 
zəruridir.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırma-
lar Mərkəzinin şöbə müdiri və tanınmış iqtisadçı alim Vüsal Qasımlı 
tərəfindən hazırlanmış “İqtisadi modernizasiya” kitabı modernizasiya 
prosesinə dair yuxarıda qeyd etdiyimiz cəhətləri özündə əks etdirir. 
Bu kitabda, Azərbaycanda iqtisadi konyuktura, ölkə iqtisadiyyatının 
beynəlxalq müstəvidə rolu, ölkənin gələcək inkişaf perspektivləri, yeni 
sənaye inqilabı məsələləri, modernləşdirmənin nəzəri-metodoloji 
əsasları, xüsusilə də, aqrar sahənin modernləşdirilməsi nəzəriyyələrinin 
təkamülü, Azərbaycanda aqrar sahənin modernləşdirilməsi 
xüsusiyyətləri öyrənilmiş, istehsalın modernləşdirilməsində əmək 
qüvvəsinin və aqrar sahədə modernləşdirmənin davamlı iqtisadi inki-
şafda rolu, bu sahədə modernləşdirmə siyasətinin təkmilləşdirilməsi 
tədqiq olunmuşdur.
Monoqrafiyanın unikallığı ondadır ki, əsər iqtisadiyyatın mikro, 
makro, mezo və qlobal səviyyələrində modernizasiyanı axıcı ardıcıllıq-
la əhatə edir və sənaye-aqrar-xidmət üçbucağını induksiya-deduksiya 
metodu ilə araşdırır. Müəllifin arsenalında olan güclü ekonometrik 
“silah” hətta ən dolaşıq iqtisadi düyünləri sadə dillə açır və çıxış yol-
larını göstərir. Riyazi məntiqin və iqtisadi fəlsəfənin qovuşmasın-


İQTİSADİ MODERNİZASİYA | 
Vüsal Qasımlı
10  |
da V.Qasımlı Azərbaycan iqtisad elmində yenilik sayılacaq yanaşma 
tərzini bu kitabda ortaya qoymuşdur. Amma güclü nəzəri hazırlıq 
heç də V.Qasımlını praktik təkliflər verməkdən məhrum etməmişdir. 
Əksinə müəllif bacarıqlı alim kimi nəzəri ümumiləşdirmələri çox asan-
lıqla praktik təcrübə müstəvisinə proyeksiya edə bilmiş və kitabın yet-
kin bir elmi əsər olmasını təmin etmişdir. V.Qasımlı sənayeləşməni 
klassik anlamında deyil, məhz “yeni sənaye inqilabı” kontekstində 
təqdim etməklə Azərbaycanın iqtisadi inkişaf strategiyası üçün elmi 
novatorluğa imza atmışdır. Aqrobiznesin və xidmət sektorunun yeni 
sənaye inqilabı dalğasında keyfiyyət dəyişikliyinə qədəm qoyması ilə 
iqtisadi münasibətlərin daha da inkişafı təhlil edilmişdir. V.Qasımlı 
modernizasiyanı, iqtisadi nəzəriyyənin öhdəsindən gələ bilmədiyi bir 
suala cavab tapmaqda vasitə kimi istifadə etmişdir. Başda ABŞ olmaqla 
inkişaf etmiş dünya ölkələrinin fiskal və monetar genişlənmə (QE) he-
sabına təmin etdikləri hazırkı iqtisadi inkişaf çox kövrəkdir. V.Qasımlı 
modernizasiyanı postböhran dövründə (məsələn, ABŞ Federal Ehti-
yat Sistemi QE siyasətindən əl çəkəndən sonra) iqtisadi inkişafın əsas 
vasitəsi olaraq təklif edir ki, bu da monetar və fiskal alətlərin təsir gücü 
zəifləyəndə daha aktual olacaqdır. 
V.Qasımlının “İqtisadi modernizasiya” kitabı bundan bir il əvvəl 
müəllifin Almaniyada ingilis dilində nəşr edilən “Resursla zəngin 
ölkələr: Modernizasiya və diversifikasiya” adlanan monoqrafiyasının 
elmi varisidir. “Resursla zəngin ölkələr: Modernizasiya və diversifika-
siya” adlanan monoqrafiyada müəllif Azərbaycan təcrübəsindən çıxış 
edərək resursla zəngin ölkələrin innovasiyaya əsaslanan və ixracyönüm-
lü inkişafını təhlil edir. Nəşrdə Azərbaycanın yoxsulluq və orta gəlir 
tələsindən yan keçərək iqtisadi inkişafı ölkə Prezidenti İlham Əliyevin 
sistemli iqtisadi siyasətinin uğuru kimi qiymətləndirilir. Xüsusilə, diver-
sifikasiya çağırışlarını təhlil edən V.Qasımlı institutsional, ixrac, regio-
nal və məhsul və xidmət istehsalı üzrə şaxələndirmə siyasəti sahəsində 
nəzəri-praktik təkliflərini verir. Azərbaycan və Cənubi Koreyanın iqti-


Vüsal Qasımlı  | İQTİSADİ MODERNİZASİYA
|  11 
sadi inkişaf yollarının müqayisəli təhlilini verən kitab təkcə Azərbaycan 
deyil, Çili, Malayziya, Hindistan və başqa sürətlə inkişaf etməkdə olan 
ölkələrin iqtisadi siyasətinə töhfə ola bilər. 
V.Qasımılının yazı texnikası və Azərbaycan dilinin incəliklərindən 
istifadə etmək bacarığı imkan vermişdir ki, müəllif ən qəliz iqtisadi pa-
radiqmaları və ekonometrik hesablamaların nəticələrini geniş oxucu 
kütləsinin başa düşəcəyi səviyyədə çatdıra bilsin. 
Azərbaycanın iqtisadçı alimi kimi V.Qasımlının dünya çapın-
da müzakirələrə qoşulması, planetin nüfuzlu universitetlərində 
mühazirələr oxuması və əsərlərinin mötəbər mənbələrdə nəşr edilməsi 
yeni bir iqtisadçı nəslinin yetişməsini göstərir. Əslində bu da moder-
nizasiyanın bir təzahürüdür. Möhtərəm Prezidentimiz İlham Əliyevin 
apardığı modernizasiya siyasəti - xüsusilə də, “qara qızılın insan kapi-
talına çevrilməsi” ideyası - öz bəhrəsini verir: bütün sahələrdə olduğu 
kimi Azərbaycanın iqtisad elmində də dünya səviyyəsində rəqabət apa-
ra bilən yeni nəsil formalaşır. İrihəcmli “İqtisadi modernizasiya” əsəri 
ilə V.Qasımlı bir daha sübut etmişdir ki, o, məhz qeyd olunan yeni nəsil 
iqtisadiyyat məktəbinin ən görkəmli nümayəndələrindəndir.
V.Qasımlının yeni elmi əsəri Azərbaycanda sənayeləşmə və elekt-
ronlaşma siyasətinə öz töhfəsini verəcəkdir. Kitab iqtisadi modernizasi-
ya siyasətini yürüdən qərar qəbul edən şəxslər, ali məktəb müəllimləri, 
doktorantlar, tələbələr və iqtisadi mövzularda maraqlı olan geniş oxucu 
kütləsi üçün zəruri bir bilik mənbəyidir.
Vilayət Vəliyev, i.e.d., professor, 
İqtisadiyyat və Sənaye Nazirliyinin 
İqtisadi İslahatlar Elmi-Tədqiqat 
İnstitutunun direktoru


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə