Baki-2014 İQTİsadi modernizasiYA



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə7/88
tarix27.10.2017
ölçüsü3,03 Kb.
#6949
1   2   3   4   5   6   7   8   9   10   ...   88

İQTİSADİ MODERNİZASİYA | 
Vüsal Qasımlı
26  |
bölüşdürülmüşdür: dominantlıq təşkil edən daxili investisiyaların 
əsas maliyyə mənbəyi dövlət büdcəsi olmuşdur. Kitabın III fəslində 
dövlətin tənzimlənmə siyasətinin əsas alətləri olaraq dövlət sahibkarlı-
ğı və sifarişinin nəzəri-metodoloji aspektləri təhlil edilmişdir. III fəsildə 
formalaşdırılan nəzəri-metodoloji baza üzərində dövlətin moderni-
zasiya tədbirləri nəticəsində ərzaq təhlükəsizliyinin təmin edilməsi 
istiqamətində mühüm bir infrastrukturun yaradılması təhlil olunur.
V fəsildə Azərbaycanda qeyri-neft sektorunda birbaşa xarici in-
vestisiyaların qeyri-neft sektorunun artımına təsir etməsini yoxla-
maq üçün iki dəyişəndən ibarət vektor avtoreqressiya modeli (VAR) 
qiymətləndirilmişdir.
V fəsildə qlobal iqtisadi böhran şəraitində vençur kapitalın 
daha riskli, eyni zamanda perspektivli sahə olan kənd təsərrüfatına 
istiqamətlənməsi imkanları təhlil edilərək vençur kapital qoyuluşu-
nun modernizasiya prosesini sürətləndirməsi qənaətinə gəlinmişdir. 
Azərbaycanda aqrar sahədə intellektual məhsul bazarının strukturu-
nun təkmilləşdirilməsi üçün elmi tədqiqatların nəticələrinin tətbiqi 
uzrə vasitəçi fəaliyyət şəbəkəsi olaraq Aqrar Elmin Kommersiyalaşdırıl-
ması Dövlət Fondunun təsis edilməsi təşəbbüsü irəli sürülmüşdür. Aq-
rar sahədə vençur maliyyələşdirilməni iri şirkətlər əsasən özləri həyata 
keçirə bilsələr də, kiçik və orta sahibkarların vençur sərmayə yatırımına 
cəlb olunması yalnız dövlətin və müvafiq təsisatların köməyilə müm-
kündür.
VI fəsildə aqrar sahədə modernləşdirilmənin davamlı iqtisadi inki-
şafda rolu analiz edilmişdir. Bunun üçün aqrar sahədə modernləşmənin 
ixrac potensialının artırılmasına təsiri qiymətləndirilmişdir. Moderni-
zasiya siyasətinin əsas məqsədi odur ki, ixrac məhsulunun istehsalının 
dəyər zəncirində (value chain) mümkün qədər daha çox həlqələrin 
əhatə edilməsinə nail olunsun: xammal və yarımfabrikat ixracından 
daha çox hazır məhsul istehsalına keçid təmin edilməlidir. Dəyər 
zəncirini aşağı (upstream) və yuxarı (downstream) istiqamətlərdə 


Vüsal Qasımlı  | İQTİSADİ MODERNİZASİYA
|  27 
genişləndirmək ixtisaslaşmanın artması, resursların səmərəli istifadəsi 
və müsbət reputasiya yaranması baxımıdan mühümdür. Beləliklə, ixrac 
məhsullarının rəqabətədavamlılığı arta bilər. Burada biznes modelinin 
aşağıdakı növlərindən birinin seçilməsi vacib şərtdir: ixrac klasteri, ko-
operasiya və ya “bir kənd bir məhsul”.    
Əslində ərzaq təhlükəsizliyi və rəqabət üstünlüyünə malik sahələrin 
inkişafı bir medalın iki üzüdür. Əgər ərzaq təhlükəsizliyi milli səviyyədə 
bütün ərzaq məhsulları ilə 100 faizlik təminatı əsas götürürsə, rəqabət 
üstünlüyü nəzəriyyəsi ölkənin yalnız rəqabət üstünlüyünə malik olduğu 
sahələrin inkişafını zəruri hesab edir. Buna görə də, modernizasiya kənd 
təsərrüfatı sahəsinin istehsal, bölgü, mübadilə və istehlak sferalarını əhatə 
etməklə ərzaq təhlükəsizliyinin həllində mühüm rol oynayır. Bu fəsildə 
elektron kənd təsərrüfatı ideyası da uğurla təqdim olunmuşdur.
Kitabda yaşıl iqtisadiyyat perspektivindən yanaşılaraq aqrar moder-
nizasiya və “yaşıl inkişaf” arasında əlaqə təhlil edilmişdir.  Azərbaycan 
biokütlə enerjisinin alınması sahəsində uğur əldə edərsə, daxili tələbata 
yönəldilən karbohidrogen mənşəli enerjinin ixracı imkanı genişlənər 
və ölkə daha çox ixrac gəliri əldə edə bilər.
Kitabın VII fəsli aqrar sahədə modernləşdirmə siyasətinin 
təkmilləşdirilməsi yollarına həsr edilib. Aqrar sahədə Məcmu Amil 
Məhsuldarlığının artırılması yolları təhlil edilərkən istehsal funksiyası-
nın bir neçə modifikasiyası tətbiq olunur. Ekonometrik hesablamalar-
dan alınan nəticələr aqrar modernizasiyanın daha düzgün istiqamətə 
yönəldilməsini təmin edə bilər.


İQTİSADİ MODERNİZASİYA | 
Vüsal Qasımlı
28  |


Vüsal Qasımlı  | İQTİSADİ MODERNİZASİYA
|  29 
FƏSİL I 
Azərbaycan iqtisadiyyatına 
ümumi baxış


İQTİSADİ MODERNİZASİYA | 
Vüsal Qasımlı
30  |
1.1. Azərbaycanda iqtisadi konyuktura 
Neft gəlirlərilə güclənmiş Azərbaycan iqtisadiyyatı yeni keyfiyyət 
dəyişmələri ərəfəsindədir. 2004-2006-ci illərdə ÜDM iki dəfə artan-
dan sonra iqtisadi inkişaf tempi sabitləşməyə başladı və hətta qlobal 
iqtisadi böhranın ən kəskin illəri - 2009-2010-cu illərdə müvafiq ola-
raq 9,3 faiz və 5 faiz təşkil etdi.  Bir tərəfdən qlobal iqtisadi böhranın 
təsirilə yaşanan xarici iqtisadi şok, digər tərəfdən isə neft hasilatının 
sabitləşməsi fonunda Azərbaycanda iqtisadi inkişaf yeni çağırışları 
ortaya qoyub. Azərbaycanın regional və qlobal miqyasda geoiqtisadi 
rolunu gücləndirmək, Dünya Ticarət Təşkilatına qəbul, Avropa İttifa-
qı ilə Azad Ticarət Sazişi və Gömrük İttifaqı arasında rasional seçim, 
daxili iqtisadi inkişaf vektorlarını dünya iqtisadi təmayüllərinə uyğun-
laşdırmaq, makroiqtisadi sabitliyi qorumaqla davamlı inkişafı təmin 
etmək, iqtisadiyyatın diversifikasiyasını  və regional tarazlaşmanı düz-
gün tənzimləmək və orta təbəqəyə dayalı sosial siyasət əsas çağırışlar 
olaraq müəyyənləşdirilib. “Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf 
Prezident İlham Əliyev Göygölə içməli suyun verilməsi 
mərasimində iştirak edir (21 yanvar 2014-cü il)


Vüsal Qasımlı  | İQTİSADİ MODERNİZASİYA
|  31 
konsepsiyası ölkə iqtisadiyyatının ölçülə bilən hədəflərini və inkişaf 
istiqamətlərini ortamüddətli dönəmdə müəyyənləşdirib. 
Azərbaycan iqtisadi inkişafını dünyada iki ümumiləşdirilmiş 
göstərici  daha yaxşı ifadə edə bilər: 1. Azərbaycan MDB, Şərqi Av-
ropa və Türk respublikaları arasında ən rəqabətədavamlı iqtisadiyyat 
qurmaqla Davos İqtisadi Frorumunun “Dünya rəqabətqabiliyyətlilik 
2013-2014” hesabatında dünyada 39-cu yerdə gedir. 2. Azərbaycan 
hər 100 nəfərə düşən qaçqın və məcburi köçkün sayına görə dünyanın 
ən “qabaqcıl” ölkələrindən sayılır. Beləliklə, Ermənistan işğalının ağır 
nəticələrinə baxmayaraq Azərbaycan dünyanın ilk ən rəqabətədavamlı 
iqtisadiyyatlarından birini qurmağa nail olmuşdur.  Son 10 il ərzində 
qaçqın və məcburi köçkünlər üçün bütün sosial-texniki infrastruktu-
ra malik, ümumi sahəsi 1,5 milyon kvadratmetr olan, 110 min nəfərin 
məskunlaşdırıldığı 23,5 min evdən ibarət 57 müasir qəsəbə və məhəllə 
salınmışdır.  2003-2012-ci illərdə qaçqın və məcburi köçkünlərin sosial 
problemlərinin həllinə 5 milyard ABŞ dollarına yaxın vəsait sərf olun-
muşdur ki, bu da Gürcüstan və Ermənistanın birgə götürülmüş dövlət 
büdcəsinin həcminə bərabərdir. Hər il Azərbaycan dövləti 20 min 
nəfərdən çox qaçqın və məcburi köçkün əhalini mənzillə təmin edir ki, 
bu da hər il əhalisi Fransanın Orli (Orly) şəhərinin əhalisinə bərabər 
olan yeni bir şəhərin salınması deməkdir. 
Azərbaycan iqtisadiyyatı 2012-cü ildə ilk dəfə olaraq Davos İqtisadi 
Forumun metodologiyasına əsasən satın alma yeteneği paritetinə görə 
bir trilyonun 1/10-i qədər ÜDM  istehsal etmişdir. Ölkənin cari he-
sablar balansında olan müsbət saldo imkan vermişdir ki, 2013-cü ildə 
50 milyard ABŞ dolları həcmində “təhlükəsizlik yastığı” - strateji valyu-
ta ehtiyatları yaradılsın. Eyni zamanda Azərbaycanın xalis beynəlxalq 
investisiya mövqeyi yaxşılaşmış və Azərbaycan mənşəli səmayələr 
Avropa, Afrika və Cənub-Şərqi Asiya ölkələrinə yatırılmış, xüsusilə, 
Türkiyə  Gürcüstanda aparıcı mövqeyə malik olmuşdur. 2003-2012-
ci illərdə Azərbaycan xaricdə 7,4 milyard ABŞ dolları sərmayə yatırıb. 


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə