Baki-2014 İQTİsadi modernizasiYA



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə3/88
tarix27.10.2017
ölçüsü3,03 Kb.
#6949
1   2   3   4   5   6   7   8   9   ...   88

İQTİSADİ MODERNİZASİYA | 
Vüsal Qasımlı
12  |
İqtisadiyyat elmi 1980-ci illərdə Yaponiyanın inkişafında yaranan 
durğunluqla çətin bir sual ilə üz-üzə qaldı: bazar modeli nə dərəcədə 
səmərəlidir?  Ötən əsrin 80-ci illərinə qədər beynəlxalq ictimaiyyət 
“Yapon iqtisadi möcüzəsinin” dünyanı fəth edəcəyini və iqtisadi 
marafonda çələngi ABŞ-dan alacağını düşünürdü. Amma “yapon 
möcüzəsi”nin mühərriki çəkmədi və iqtisad elmi bu suala cavab deyil, 
ad tapdı: “yapon tələsi” (Japanese-Style Stagnation Trap). 2008-ci ildə 
qlobal iqtisadi böhran baş verəndə isə ən yüksək inkişaf səviyyəsinə 
çatmış ABŞ və Avropa iqtisadiyyatları “yapon tələsi”nə düşdülər. 
Beləliklə, dünya iqtisadçıları əvvəllər dumanlı şəkildə konturlarını cız-
dıqları iqtisadi inkişaf üçün yeni konseptual yanaşmanın vacibliyində, 
belə demək mümkündürsə, ümumi rəyə gəldilər. Yeni inkişaf konsepsi-
yası - biliklərə əsaslanan və ekoloji tarazalığı saxlayan, həmçinin sosial 
və iqtisadi inkişafın çuğlaşmasında qərarlaşan bir sistemdir. Təbii re-
sursların istismarının son həddə çatdığı və cəmiyyəti ekoloji təhlükə ilə 
üz-üzə qoyduğu indiki halda, innovasiya və onun tətbiqini ehtiva edən 
modernizasiya iqtisadi inkişafın əsas amilinə çevrilmişdir. İnnovativ 
inkişaf bir tərəfdən resursların səmərəli istifadəsi üçün şərait yaratdığı 
halda, digər tərəfdən inklüzivliyi təmin edir. 
İnnovativ inkişaf təkcə ümumi iqtisadi paradiqmanı deyil, həm 
də onun ayrı-ayrı  elementlərinin xarakterini müəyyənləşdirir. İnno-
vativ inkişafın təsiri altında (məsələn, 3D printerləri vasitəsilə isteh-
salı nəzərdə tutan) yeni sənaye inqilabı dövrümüzdə baş verir. Yeni 
sənaye inqilabı xidmət və kənd təsərrüfatına da sirayət edib keyfiyyətcə 
növbəti inkişaf mərhələsinin əsasını qoyur. Orta əsrlərdə iqtisadiyya-
tın hərəkətverici qüvvəsi rolunu kənd təsərrüfatından alan sənaye 20-ci 
əsrdə xidmət sektorunun yüksəlişi ilə öz mövqelərini qismən itirdi. Ən 
yüksək inkişaf səviyyəsinə çatan iqtisadiyyatlarda xidmət sektorunun 
xüsusi çəkisi daha üstündür, ölkələrin orta inkişaf səviyyəsi sənaye, aşa-
ğı inkişaf səviyyəsi isə kənd təsərrüfatı ilə assosiasiya olunur. Hazırda 
Müqəddimə


Vüsal Qasımlı  | İQTİSADİ MODERNİZASİYA
|  13 
sənayeləşmənin əhəmiyyəti o qədər artıb ki, təkcə şirkətlər deyil, hətta 
bəzi dövlətlər də “sənaye casusluğu” (industrial espionage) edərək 
rəqiblərini sənaye sahəsində üstələmək istəyirlər. 
Azərbaycan 20-ci əsrin ikinci yarısından başlayaraq kənd təsərrüfatı 
ölkəsindən aqrar-sənaye dövlətinə çevrildi və 21-ci əsrdə neft bumunun 
təsiri altında yeni sənayeləşmə perioduna qədəm qoydu. Azərbaycan 
Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü ili “sənaye ili” 
elan etməsi sənayenin resurslara deyil, səmərəliliyə əsaslanan inkişaf 
xəttinin seçilməsinin göstəricisidir. Azərbaycanın okeanlara birbaşa 
çıxışının olmaması xidmət sektorunun (İKT, turizm, nəqliyyat, lo-
gistika və s.) inkişafını zəruri etdi. Hətta İKT sektoru “üç ildə iki dəfə 
böyümə” statistikası ilə seçildi. Sənayeləşmə və  xidmət sektorunun 
yüksəlişi Azərbaycanın kənd təsərrüfatında səmərəliliyin artmasına 
və resursların (xüsusilə, insan resurslarının) qənaətinə zəmin yaradır. 
Beləliklə, kənd təsərrüfatı yeni bir çağırışla üz-üzədir: modernizasi-
ya. Aqrobiznesin modernizasiyası - sənayeləşməsi və elektronlaşma-
sı - yaradılan əlavə dəyəri artıra bilər. İnkişaf etmiş ölkələr 1 ton kənd 
təsərrüfatı məhsulunu emal edərək 200 ABŞ dolları, inkişaf etməkdə 
olan ölkələr isə 50 ABŞ dolları, yəni 4 dəfə az əlavə dəyər yaradırlar. 
Çünki birincilər kənd təsərrüfatı məhsulunun 98 faizini, sonuncular isə 
cəmi 30 faizini emal edirlər. Deməli, Azərbaycan kimi ölkələr aqrar sek-
torun sənayeləşməsi nəticəsində dəyər zəncirini uzatmaqla daha böyük 
əlavə dəyər yaratmaq imkanındadır. Buna görə də Azərbaycanda kənd 
təsərrüfatının modernizasiyası aktual bir mövzudur.
Bu kitab iqtisadiyyatın sacayağı sayılan sənaye, xidmət və kənd 
təsərrüfatı arasında yeni  inkişaf konsepsiyasının əsasında qurula-
caq münasibətlərin istiqamətlərini  - ağırlığı aqrobiznesə verməklə - 
müəyyənləşdirir. Kitabda sənaye-xidmət-aqrar üçbucağı vahid bir sis-
tem olaraq nəzərdən keçirilməklə kənd təsərrüfatının modernizasiyası 
əsas təhlil obyekti seçilib. Müdrik bir məsəl var: Kitabsız öyrənmək və 
tilovsuz balıq tutmaq eyni dərəcədə boş zəhmətdir. Bu kitabda əsas 
məqsəd geniş oxucu kütləsinin diqqətini iqtisadiyyatın modernizasiya 
və innovativ inkişaf məsələlərinə yönəltməkdir. 


İQTİSADİ MODERNİZASİYA | 
Vüsal Qasımlı
14  |
Kitabın bir hissəsi 2013-cü ildə Koreya Beynəlxalq İqtisadi Siyasət 
İnstitutunda (KİEP) qonaq alim qismində apardığım araşdırmalar za-
manı yazılmışdır. KİEP-in direktoru Vuk Çae və koreyalı alim dostum 
Co Yanq Kvanın bu işdə əməyini minnətdarlıq hissi ilə qeyd edirəm. 
Kitabın yazılması prosesində görüşdüyüm Braziliyanın Getulio Vargas 
Fondunun prezidenti Karlos İvan Simonsen Leal və Brazliyanın Strateji 
Məsələlər Nazirinin müavini Rikardo Paes de Barrosla müzakirələrimiz 
əhəmiyyətli olmuşdur. ABŞ-ın Peterson İnstitutunun baş elmi işçisi 
Anders Aslandla transformasiya dövrünü yaşayan ölkələrin təcrübəsini 
geniş təhlil etməyimiz Azərbaycanda modernizasiya prosesinə xüsu-
si yanaşmanın ortaya qoyulmasında mənə istiqamət vermişdir. ABŞ 
səfəri zamanı İrs Fondunda Ariel Koen və Jim Robertslə, Stratfor be-
yin mərkəzində Corc Fridmanla və Hyuston Universitetinin Ceyms 
Beyker adına İctimai Siyasət İnstitutunda Ted Loç-Temzelideslə 
müzakirələrimiz innovativ inkişafa daha geniş rakursdan baxmaq üçün 
əsaslar yaratmışdır.
BMT-nin Sənaye İnkişafı Təşkilatının “Yeni sənaye inqilabı və davam-
lı inkişaf üzrə əməkdaşlıq” mövzusunda olan 15-ci sessiyasında Perunun 
istehsal naziri Gladis Triveno Çan, Malayziyalı ekspert Fadzilah Əhməd 
Din, Norveçin Kristian Miçelson İnstitutunun alimi Arne Viig, İslandi-
ya Universitetinin professoru Thorvaldur Gilfason və Microsoftun La-
tın Amerikası üzrə vitse-prezidenti Barry Ridgway eyni paneldə resursla 
zəngin ölkələrin diversifikasiya təcrübəsini geniş müzakirə etməyimiz bu 
kitab üçün bir sıra ideyaların yaranmasına rəvac vermişdir. 
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırm-
lar Mərkəzinin direktoru Fərhad Məmmədovla birgə urbanizasiya pro-
sesi haqqında yazdığımız məqalə sonra bu kitabın bölmələrindən biri 
üçün əsas oldu.
Xüsusi təşəkkürlər


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə