Azərbaycan 20-30-cu illərdə
323
əlaqədar 1700 adam, o cümlədən 20 xalq komissarı və müavini,
34 rayon icraiyyə komitəsinin sədri, 52 raykom katibi, 8
professor cəzalandırıldı.
«Azneft işi» ilə bağlı Xəzər gəmiçiliyində 3300 nəfər
adam cəzalandırıldı.
Azərbaycan Yazıçıları İttifaqının 1937-ci ildə iyun ayında
keçirilmiş iclası H.Cavidi, H.Sanılını, M.Müşviqi xalq düşməni
kimi İttifaqdan xaric etdi, Y.V.Çəmənzəminlinin, S.Mumtazın,
S.Hüseynin, S.M.Qənizadənin, Qurban Musayevin Yazıçılar
İttifaqında qalmasını qeyri-mümkün hesab etdi.
Ümumiyyətlə, 1937-38-ci illərdə Azərbaycanda saxta
ittihamlarla 40 minə yaxın adam cinayət məsuliyyətinə cəlb
edilmişdi. 1937-1940-cı illərdə orta hesabla hər il 12 min adam
həbs edilmişdi.
30-cu illər ərzində öz doğma yerlərindən «kulak» adı ilə
Sibirə və Qazaxstana minlərlə adam sürgün edildi. 40-cı illərin
sonunadək davam edən bu proses nəticəsində Sibir və
Qazaxstanda xüsusi kulak arxipelaqları yaradılmışdı. 50-ci
illərin ortalarından etibarən geri qayıdanları nəzərə almaq şərti
ilə, hazırda təkcə Qazaxstanda 100 mindən çox sürgün edilmiş
azərbaycanlı yaşayır.
Azərbaycan tarixinin faciəli səhifələrini təşkil edən bütün
bu proseslər 20-30-cu illərin siyasi proseslərinin mahiyyətindən
irəli gəlirdi.
Ədəbiyyat
1.
İbrahimov Z. Lenin və Azərbaycanda sosialist inqilabının
qələbəsi. Bakı: 1970
2.
Yenə onun. Sosialist inqilabı
uğrunda Azərbaycan
zəhmətkeşlərinin mübarizəsi. Bakı: 1957
3.
Əhmədov X. Azərbaycanda Sovetlərin yaranması və
möhkəmləndirilməsi (1920-1925). Bakı: 1961
4.
Bünyadov Z. Qırmızı terror. Bakı: 1993
5.
Quliyev C. K istorii obrazovaniə Vtoroy respubliki
IX mühazirə
324
Azerbaydjana. Bakı: 1997
6.
Əliyev X., Əlimirzəyev X. Azərbaycanda kənd təsərrüfatının
kollektivləşdirilməsi tarixindən. Bakı: 1957
7.
Əziz B. Azərbaycanda sovet işğal rejiminə qarşı mübarizə (1920-
1991). Magistr hazırlığı üçün proqram. Bakı: 2008
8.
Vəkilov M. Böyük Oktyabr inqilabı və Azərbaycanda sosialist
mədəniyyətinin çiçəklənməsi. Bakı: 1955
9.
Məmmədov E. Kənd təsərrüfatının elliklə kollektivləşməsi
ərəfəsində Azərbaycan kəndində sinfi mübarizə (1927-1929)
Bakı: 1961
10.
N.Nərimanov. Ucqarlarda inqilabımızın tarixinə dair. Bakı: 1992
11.
İbrahimli F. Azərbaycan kəndində sosial-siyasi proseslər (1920-
1930). Bakı: 1996
12.
Yenə onun: 20-ci illərin əvvəllərində Azərbaycan kəndində
ictimai-siyasi vəziyyət. Bakı: 1995
13.
Yenə onun: Azərbaycan kəndində sovetləşmə siyasəti. Mütərcim,
1996
14.
Yenə onun: Sovet hakimiyyəti, yoxsa hakimiyyətsiz Sovetlər.
Bakı: 1997
15.
Yenə onun: Sovetləşmə siyasəti, yoxsa yandırma əməliyyatı.
(Tariximizin qaranlıq səhifələrindən) Tarix və onun problemləri
jurn. Bakı: 2000, №1
16.
Yenə onun: Millətçi pasportu kimlərə verilirdi. Tarix və onun
probl. Bakı: №1, 1999
17.
Yenə onun: Tarixi şəxsiyyətlərə ədalətli münasibət lazımdır.
«Mütərcim» jurn. №1, 1999.
18.
«Bakinskiy raboçiy» qəzeti, 6 noyabr, 2 dekabr, 25 dekabr 1921-
ci il
19.
Azərbaycan Respublikası EA elmi arxivi, f. I, siy. 9, iş 4798, v.
230, v.231, v.235
20.
Azərbaycan Respublikası SPİH MDA, f. I, siy. 74, iş 7, v 31
21.
Azərbaycan Respublikası SPİH MDA N.Nərimanov fondu.
F.609, siy. I, iş 71, v. 1-7
22.
XX əsr Azərbaycan tarixi. II c, Bakı: 2004
23.
Qaffarov T. Azərbaycan tarixi (1920-1991), Bakı: 1999
24.
Məmmədzadə M.B. Köylü hərəkatı. Lenin milli siyasəti. Bakı:
Azərbaycan 20-30-cu illərdə
325
2007
25.
Məmmədzadə M.B. Milli Azərbaycan hərəkatı. Bakı: 1992.
26.
İbrahimli X. Azərbaycan siyasi mühacirəti. Bakı: 1998.
27.
Həsənov C. Ağ «ləkə»lərin qara kölgəsi. Bakı: 1991.
28.
Qafqazda sovet totalitarizmi (20-30-cu illər). Bakı: 1998
29.
Rəsulzadə M.Ə. Bolşeviklərin şərq siyasəti. Bakı: 1994.
30.
Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti. Bakı: 1990.
X mühazirə
325
Dos. N.Z.Məmmədov
X. AZƏRBAYCAN İKİNCİ DÜNYA MÜHARİBƏSİ
DÖVRÜNDƏ
1.
İkinci dünya müharibəsinin başlanması. Faşist
Almaniyasının SSRİ-yə hücumu və Azərbaycan
müharibə edən ölkələrin hərbi-siyasi planlarında
2.
Respublika iqtisadiyyatının hərbi tərzdə yenidən
qurulması. Bakı şəhərinin hərbi sənaye və tibbi xidmət
potensialı. Cəbhənin yanacaqla təmin edilməsində
Azərbaycan neftçilərinin rolu
3.
Müharibə illərində milli diviziyaların yaradılması,
azərbaycanlı döyüşçülərin cəbhədə, partizan və
antifaşist müqavimət hərəkatında iştirakı.
4.
Azərbaycan mühacirəti müharibə illərində. Milli le-
gionların yaradılması.
5.
Azərbaycan mədəniyyəti müharibə illərində. İkinci
dünya müharibəsinin geosiyasi nəticələri
1. İkinci dünya müharibəsinin başlanması. Faşist
Almaniyasının SSRİ-yə hücumu və Azərbaycan
müharibə edən ölkələrin hərbi-siyasi planlarında
1939-cu il sentyabrın 1-də sübçağı faşist Almaniyası
«Vays» («Ağ») şərti adı altında Polşaya hücum planına uyğun
olaraq müharibəyə başladı və sürətlə Varşavaya doğru irəlilədi.
Faşist Almaniyasının Polşaya hücumu ilə İkinci dünya
müharibəsi başlandı və çox qısa bir zamanda Avropanın,
Asiyanın, Afrikanın, Amerikanın bir çox ölkələrini özünə cəlb
etdi, Hind və Sakit okean sahillərinə, Atlantik okeanı və Şimal
buzlu okeanı sahillərinə, Uzaq Sakit okean adalarına,
Azərbaycan
İkinci dünya müharibəsi dövründə
326
İndoneziya və Avstraliya sahillərinədək geniş əraziyə yayıldı.
Öz orbitinə planetin bir çox dövlətlərini cəlb edən İkinci dünya
müharibəsi bəşər tarixində ən dağıdıcı və ən dəhşətli müharibə
olmuşdur. Onu Birinci dünya müharibəsi ilə müqayisə etsək
aşağıdakı faktların və rəqəmlərin şahidi olaraq. Əgər Birinci
dünya müharibəsində 1 milyard nəfər əhalisi olan 38 dövlət
iştirak etmiş, silahlı qüvvələri 70 milyon nəfər olan cəmi 14
dövlətin ərazisində döyüşlər aparılmışdısa, İkinci dünya
müharibəsinə 1 milyard 700 milyon nəfər əhalisi olan 61 dövlət
cəlb edilmiş (Yer kürəsi əhalisinin 80 faizini), altı il davam
etmişdir. Birinci dünya müharibəsində 10 milyon nəfər, İkinci
dünya müharibəsində isə təqribən 60 milyon nəfər adam həlak
olmuşdur.
Birinci dünya müharibəsi kimi, İkinci dünya
müharibəsinin də bir çox səbəbləri var idi. Bu, hər şeydən əvvəl
iri kapitalist dövlətlərinin mənafe dairələrinin toqquşması, dün-
yanın siyasi xəritəsinin yenidən dəyişdirilməsi, sivilizasiyaya
hakim olmaq iddiası idi. İkinci dünya müharibəsinin labüdlüyü
mahiyyətcə 30-cu illərin ortalarına yaxın tarixi reallığa çevrildi.
Faktlara və tarixi hadisələrə müraciət edək: 1931-1932-ci
illərdə Yaponiya Şimal-Şərqi Çini zəbt etdi, sonra isə 1937-ci
ildə Mərkəzi Çinə soxuldu və bütün Çini işğal siyasətinə
başladı. 1935-ci ildə İtaliya Həbəşistana basqın etdi, 1936-
1938-ci illərdə respublikaçılar İspaniyasına Almaniya-İtaliya
müdaxiləsi oldu və nəticədə 1939-cu ildə general Franko
diktaturası quruldu ki, o da Faşist Almaniyası ilə əməkdaşlıq
etməyə başladı. 1938-ci ilin martında Avstriya Almaniyaya
birləşdirildi. 1936-cı ildə Almaniya ilə Yaponiya arasında
«antikomintern paktı» imzalandı və bir il sonra İtaliya da bu
pakta qoşuldu ki, bununla da Berlin-Roma-Tokio üçbucağı
yarandı və dünyanı müharibə ilə hədələməyə başladı. Bu
dövlətlər 1940-cı ilin sentyabrında dünyanı bölüşdürmək
məqsədi ilə «üçlər paktı»nı imzaladılar.
Dostları ilə paylaş: |