Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 8,93 Mb.
Pdf görüntüsü
səhifə40/114
tarix30.10.2018
ölçüsü8,93 Mb.
#76332
1   ...   36   37   38   39   40   41   42   43   ...   114

 Dr. Əhməd NİYAZOV 
120 
  
II. SÜNNƏ  
Cəfəri məzhəbində sünnə  dəlilinin bəzi özünə  məxsus cəhətləri var. 
İmamların sözləri (əxbarı) eyni zamanda hüccətdir və sünnə  dəlilini təşkil 
edir. Hədislərin yorumlanması  məsələsi, məzhəbi  Əxbari və Üsuli kimi iki 
fərqli qütbə  və ekola bölmüşdür.  Əxbarilərə görə  İmamlardan nəql edilən 
rəvayətlər şəksiz-şüphəsiz səhihdir, xəbərlərin hamısı istisnasız hüccətdir və 
hökmə dəlalətinin mübahisə və ya müzakirəsi qeyri-mümkündür. İmamların 
elmi, kəsbi olmadığı  və bir əvvəlkindən mirasla keçdiyi üçün bütün 
söylədikləri Rəsulullahdan (s.ə.s) nəql edilmişdir. Yəni öz rəy və ictihadları 
deyil. Məsələn,  Əxbarilərin  mötədil  nümayəndəsi Bəhrani (v.1107/1696) 
cərh və tədil baxımından Kafi haqqında belə demişdir: “Kafiyə gəlincə, onun 
bütün hədisləri qüvvətlidir”
45
 
 Mehdəvi isə: “İmamlardan sənə gələn hər bir xəbəri boyun əyərək qəbul 
etməlisən. Əgər bunun təfsilini ağlınla idrak edə bilsən et. Əks təqdirdə onu 
icmali bir imanla qəbul etməlisən. Ağlın və anlayışının naqis olması 
səbəbiylə  sən,  əgər bir xəbəri rədd etsən və  həmin xəbər də  həqiqətəndə 
imamlardan gəlmişdirsə, bunu rədd etmək, nəticədə Allahın sözünü yalan 
olaraq bilmək hökmündədir”
46
  demişdir. 
Üsulilərə görə isə, rəvayətlərin hamısı haqqındaki “şəksiz-şübhəsiz 
səhihlik” görüşü səhvdir. Hədislərin sənəd, mətin, məfhum və  mədlullarını 
müzakirə etdikdən sonra hədisləri  səhih,  həsən,  müvəssəq (İmam təriqiylə 
rəvayət edilməyən hədis) və zəif  kategoriyalarına bölərək
47
  kitab, sünnə və 
icmaya müxalif olan xəbərləri tərk etmiş, təzad təşkil edənlər haqqında isə 
təvil yoluna getmişdirlər. Nəticədə 16199 hədisi ehtiva edən İmamiyyənin ən 
mötəbər hədis kitabı “Kafi” 5072 səhih, 144 həsən 1118 müvəssaq, 9485  də  
zəif hədis olduğunu aşkara çıxartmışdırlar
48
.  
Cəfəri hüququnda boşama yolu ilə evliliyə xitam vermə  səlahiyyətinin 
prinsip olaraq kişiyə verilməsinin başqa bir dəlili yuxarıda qeyd edilən sünnə 
                                                 
45
 Bahrani, Lü’lüetü’l-Bəhreyn, s 394. 
46
 Mehdevi, Seyyid MuhlisiddinZendeginame-yi Allame Məclisi, İsfahan 1980, I, 234; Uyar, 
e.a.ə, s 266, (Mehdəvidən nəqlən). 
47
 Zeynu’d-Din, İbn Ali b. Əhməd, ər-Riaye fi İlmi’d-Diraye, Nəcəf 1985, s 77. 
48
 Askeri, Seyyid Murtaza əl-Hüseyni, “Şiəya Görə Sünnətin Dindeki Yeri”, (“Sünnetin 
Dindeki Yeri” Tartışmalı İlmi Toplantılar Dizisi:25) İstanbul 1998, s 276- s 277. 


Cəfəri fiqhində ərin boşama səlahiyyətinin şəri əsasları 
121 
dəlilidir. Bu baxımdan  ərin boşama səlahiyyətinə  dəlil ola biləcək bəzi 
rəvayətləri sadalamaq yaxşı olar. 
a) Talaq, Allahın kişiyə verdiyi hüquqdur. Lazım olan məqamda bundan 
istifadə etməmək xoş görülmür. Bunu bab başlığı olaraq sərdedən Amili belə 
ifadə edir:  
 “ اھجوز يذؤت يتلا ةجوزلا قلاط كرت ةھارك باب ” 
 “Ərinə əziyyət edən qadını boşamamağın kerahəti babı.
49
 
Babla bağlı hədis isə Hz. Peyğəmbərden rəvayət edilən hədisdir: 
 لاق  ﷲدبع يبأ نع
 :
 ﷲ لوسر لاق
 )
 هلآو هيلع ﷲ ىلص
 : (
 مھل باجتسي لا ةسمخ
 :
 لجر
ط هديب ﷲ لعج
 اھليبس لخي ملو اھيطعي ام هدنعو هيذؤت يھف هتأرما قلا
...
 
Kişilər  üçün qəbul edilməyən beş  şey vardır: Xanımı ona əziyyət 
edəndə Allah, ona boşama haqqını vermişkən, ona bir şey ödəmə imkanına 
da sahib ikən xanımını boşamırsa...”
50
 
b) Talaq, əqddən doğan bir haq olaraq ərin əlindədir. Buna sahib olmaya 
səlahiyyətli olan tək tərəf kişidir. 
Məhəmməd b. Kays, Məhəmməd Baqir’dan rəvayət edərək belə deyir: 
رفعج يبأ نع ، سيق نب دمحم نع  
 هيلع تطرتشاو يھ هتقدصأو ةأرما جوزت لجر يف ىضق  هنأ 
 عامجلا اھديب نأ
 ، قلاطلاو
 لاق
 :
 قادصلا هيلع نأ ىضقف ، هلھأب تسيل اقح تيلوو ، ةنسلا تفلاخ
  ةنسلا  كلذو  قلاطلاو  عامجلا  هديبو
.
 
İmam, cima və talaq haqlarının özünə 
verilməsi  şərtı ilə evliliyi qəbul edə biləcəyini deyən qadını nikahlayan bir 
kişi  haqqında belə hökm verdi: 
—Bu təqdirdə sünnəyə muxalif olmuş  və haqqı  əhli olmayan biri almış 
olar.  Mehrin ərin mükəlləfiyyətində olduğuna, talaq və cimanın da onun 
əlində olacağına hökm verdi və  sünnə budur dedi.”
51
  
Əxbari qolun qabaqcıllarından mühəddis Amili, bu və buna mənaca 
yaxın xəbərləri ehtiva edən bab başlığını “ ناف ةأرملا نود لجرلا ديب قلاطلا نا باب
 طرشلا لطب ةأرملا ديب قلاطلا نوك دقعلا يف  طرش/Boşama haqqının qadında yox, ərin 
əlində olduğu,  əqd  əsnasında talaqın qadının  əlində olması  şərtinin batil 
                                                 
49
 Amili, Vəsailu’ş-Şia, XXII, 13. 
50
 Amili, Vəsailu’ş-Şia, XXII, 13 ; Məclisi, e.a.ə, CI, 151. Amili, rəvayətdən geriye kalan dörd 
şeyi burada saymaz ancaq xəbərin digər versiyonlarında bunlar geçməkdədir 
51
 Kuleyni, Kafi, V, 403; Qummi, əl-Fəqih, III, 56;  eyni rəvayət Hz. Əlidən  Məhəmməd 
Baqir vasitəsi ilə    də    nəqledilmişdir. Bax: Tusi, Təhzibu’l-Ahkam, VII, 319; Amili, 
Vəsailu’ş-Şia, XXI, 289/ XXII, 89 


 Dr. Əhməd NİYAZOV 
122 
olacağı babı”  şəklində  ərin boşaması haqqındakı  qənaətini daha aydın 
göstərmişdir
52

c)  İmam Sadiqdən kişinin az yaşlı övladını evləndirməsi haqqında 
soruşdular:  
– Bunda bir qüsur yoxdur. Dedi 
– Bəs atanın övladını  boşaması haqqında nə deyirsən? 
– Xeyir. Dedi
53
.   
Buna yaxın mənanı ifadə edən bir digər rəvayəti də Züraa, Semaadan 
belə  nəql edir: “Səmaaya ehtilam olmamış  uşağın talaq və  sədəqəsi 
haqqında nə deyirsən deyə soruşdum. 
– Əgər sünnət üzrə boşamayı və yerinə görə təsəddüq etməyi bacarırsa 
bir xəta olmaz və etdikləri caiz olar.
54
 Deyə cavab verdi.   
Hər iki xəbərdə də  qeyd edilən, boşama haqqının ehtilam olmayan, yəni 
həddi büluğa çatmamış  ərin öz əlində olması  və bu haqqın vəli və ya 
qəyyumun  əlində bulunamayacağıdır. Mali təsərrüflərdən hesab edilən 
mehir, yetkin olmayanın əleyhinə bir təsərrüf olduğundan, vəli hər nə qədər 
evləndirmə haqqına sahib isə də bəzi səbəblərə görə  boşama haqqına sahib 
deyil ki, haqqında danışılacaq.  
e)  Hz. Peyğəmbərədn rəvayət edilən “قاسلاب  ذخا  نم  ديب  قلاطلا  /  “Talaq, 
baldırı tutana aitdir”
55
  hədisi Cəfəri hüquqçularının bir qismi tərəfindən 
boşama səlahiyyətinin kişiyə aidiyyəti mövzusunda istinad nöqtəsi 
olmuşdur
56
.   
Qeyd etmək lazımdır ki, adı keçən hədis,  İmamiyyənin hədis 
külliyatından nə mutunu-ərbaada –el-Kafi,  əl-Fəqih,  ət-Təhzib  və  İstibsar-, 
nə də bunlardan sonra ən çox istifadə edilən iki böyük hədis ədəbiyyatı olan 
Amilinin (v.1104/1692) Vəsailu’ş-Şi’a  və  Məclisinin (v.1111/1699) / 
Bihəru’l-Ənvar-  əsərlərində keçir. Hər nə  qədər Cəfəri fiqh ədəbiyyatında 
bəzi alimlər tərəfindən ərin boşama səlahiyyətinin hüquqi əsası hesab edilsə 
də bu, Əhli-Sünnət qaynaqlarından alınmışdır. Bundan ilk dəfə istifadə edən 
                                                 
52
 Amili, Vəsailu’ş-Şia, XXII, 89. 
53
 Kuleyni, Kafi, V, 400. 
54
 Qummi, əl-Fəqih, III, 503. 
55
 Nəvəvi, Müstədrəkü’l-Vəsail, XV, 306. 
56
 Tusi, Kitabu’l-Xilaf, VI, 516; Hilli, Nehcu’l-Hakk, s 534–536; Ahsai, İbn. Ebi Cumhur, əl-
Avali’l-Leali, Nşr: Dar-ı Seyyid-i Şüheda, Qum 1985, I, 234; Mağniyyə, ez-Zevacü ve’t-
Talaq, s 142. 


Yüklə 8,93 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə