Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 8,93 Mb.
Pdf görüntüsü
səhifə39/114
tarix30.10.2018
ölçüsü8,93 Mb.
#76332
1   ...   35   36   37   38   39   40   41   42   ...   114

 Dr. Əhməd NİYAZOV 
118 
müfəssirlərinin bəziləri ayədə qeyd edilən nikah bağının  ərin  əlindəki bağ 
olduğunu qeyd edir ki, onlardan biri belədir:  
“Nikah bağını əlində tutanın qəyyum və ya vəli olduğu görüşləri rəvayət 
edilsə  də, görüşümüzə görə ata yaxud babanın vəlayəti ancaq bakirələr və 
baliğ olmayanlar üçündür. Bu ikisi xaricindəkilərə  gəlincə qadının təyin 
etdiyi vəkil müstəsna, qəyyumdan söz gedə bilməz. Hz. Əlidən gələn 
rəvayətə görə  də nikah bağına sahib olan kişidir. Çünkü əshabımıza görə 
atanın qalan malın (mehrin qalan yarısının) hamısını bağışlama haqqı 
olmayıb, ancaq bir qismini bağışlama haqqı vardır. Cəfəri-Sadiqin 
rəvayətinə görə vəlinin, qadının malından hibə etmə haqqı da yoxdur. Ayədə 
keçən يوقتلل برقا اوفعت نا و , ifadəsi qadın və əri haqqında deyilmişdir. Fəqət, 
İbn Abbasa görə bu xitab təkcə kişiyə aitdir. Halbuki, bizə görə kəlmə cəm 
şəkildə olub bütün kişilərə şamildir və bu daha güclü bir görüşdür”.
31
 
Bu fikri dəstəkləyən Cəfəri fəqihlərə görə bağı əlində tutanın ər olması 
lazımdır ki, onlar talaqı  tərif edərkən “ərin qadına müraciətlə  ya da ona 
işarə ilə “sən boşsan” sözünü deməsi ilə nikah bağlarının birindən onu azad 
etməsidir” kimi ifadə edirlər
32

Talaqı, bağlardan birinin açılması kimi görən bu alimlərə görə nikah, bu 
bağın bağlandığı andır. Nikah bağı da, bir baxıma  ərin  əlində olan və onu 
əlində saxlayaraq həm onu açmaya (boşama səlahiyyətinə) malik olan, hem 
də açması ilə qadının boş sayılacağı bir bağdır. Yəni bağın, ərin əlində olma 
və onu açma səlahiyyəti demək, nikah əqdinə xitam vermə haqqının nikahın 
bağlanmasında ona verilməsi deməkdir. 
d) Quranda boşanma ilə bağlı ayələrdə “tallaqa” feli tamamiylə ümmətin 
evli kişilərinə isnad edilən müraciətdir.
33
 Eyni zamanda bu ayələr
34
 
                                                 
31
 Ravəndi, Fiqhu’l-Quran, II, 162; Qarşılaştırma üçün bax: Tusi, Kitabu’l-Xilaf, VI, 394. 
32
قلاطلا  
 ...
 ةارملا ةيلخت نغ ةرابع
 حاكنلا دقع نم ةدقع يلع
 ...
 
   Tusi, ət-Tıbyan, X,29; Ravəndi, Fiqhu’l-
Quran, II, 162; Kazımi, Mesaliku’l-Efham, VI, 28. 
33
 Müfid, Şeyx  Əbu Abdullah Məhəmməd,  ət-Təzkira bi Üsuli’l-Fiqh, (Nşr.  əl-Mu’temeru 
li’ş-Şeyx Müfid)  Qum 1993, I, 31; Tusi, Əbu Cəfər Məhəmməd b. əl-Hasan  Şeyxu’t-
Taifə, əl-Uddə fi Üsuli’l-Fiqh, Təhqiq: Məhəmməd Rıza əl-Ənsari əl-Qummi, Qum 1996, 
I, 50; Murtaza, Əbu’l-Qasım Ali b. Hüseyin əl-Musəvi Aləmuhüda  əş-Şərif,  Əmali’l-
Murtaza: Gureru’l-Fevaid və Düreru’l-Kalaid, Təhqiq: Məhəmməd  Əbu’l-Fadl  İbrahim, 
Beyrut 2004, II, 71;  Ravəndi, Fiqhu’l-Quran, II, 148; Tabatabai, əl-Mizan, II, 356-357; 
Təbərsi, Məcməu’l-Bəyan, X,39. 
34
 Bəqərə 2/230; Əhzab 33/49; Talaq 65/1. 


Cəfəri fiqhində ərin boşama səlahiyyətinin şəri əsasları 
119 
tamamiylə kişilərə isnad edilərək onların tək tərəfli iradə ilə boşaması 
mənasına gəlir
35
.    
Belə ki, bu fikri iddia edən Cəfəri alimlərinə görə “…هل لحت لاف اھقلط ناف” 
“Əgər ər, qadını (üçüncü dəfə) boşasa…”
36
  “ تانمؤملا متحكن اذا اونما نيذلا اھيا اي
نھومتقلط مث
 ...
” “Ey İman edənler! Mömin qadınlarla nikah  bağlayıb zifafa 
girməmiş onları boşasanız…”
37
,  نا لبق  نم  نھوقلطف ءاسنلا متقلط اذا  يبنلا  اھيا اي
نھوسمت
...
”  “Ey Peyğəmbər (s.ə.s)! Qadınları boşamaq istəsəniz…”
38
 
ayələrindəki evliliyə xitam verilməsinin üslubunda təkcə  ərin tək tərəfli 
iradəsi ilə evliliyə xitam vermə səlahiyyəti məqsədi qüdülmüş və bunun şəri 
talaqın səhihliyinə də  bir dəlil təşkil etdiyi söylənmişdir
39
.    
Bəhsi keçən son ayəyə  gəlincə
40
 fikrini ifadə etmək üçün qiyas edən 
Təbərsi, ayə haqqında belə demişdir: “Burdakı məna belədir; Ey Peyğəmbər! 
Ümmətinə de; Qadınları boşadıqları zaman… “
درأ  اذإ
ت
ءاسنلا  قلاط  م
”  qeydi, 
Allahın: 
مق اذإ
ت
ةلاصلا يلإ م
 
” və ya “ أرقلا تأرق اذإف
ن
 ayələrində olduğu kimidir.” 
Təbərsiyə görə ayənin hökmü ümuma şamil olsa da, müraciət qadınları 
boşayacaq olan, ümmətin kişilərinədir
41
.  
e) “…Ancaq kişilər (daha artıq əziyyətə qatlandıqları üçün) qadınlardan 
bir dərəcə üstündürlər…”
42
 ayəsindəki üstünlük haqqı  bəzi alimlərə görə 
ərin xanımını boşama haqqıdır
43
. Ancaq bu, ayənin kişilərin hüququ 
baxımından hər cəhətdən qadınlardan üstün olmasına dəlil olması ilə yanaşı, 
bəzi alimlərə görə bu, iki dəfə rici talaqla boşamış  ərin xanımına 
dönməsindəki hüququnun üstünlüyünə dəlalət edir.
44
  
                                                 
35
 Ravəndi, Fiqhu’l-Quran, II, 152; Təbərsi, Məcməu’l-Bəyan, II, 131-X,39. 
36
 Bəqərə 2/230. 
37
 Əhzab 33/49. 
38
 Talaq 65/1. 
39
 Qummi,  Təfsiru’l-Qummi,  I, 78;  Ravəndi, Fiqhu’l-Quran, II, 148; Şeyx Müfid, Əbu 
Abdullah Məhəmməd, Ahkamu’n-Nisa, Nşr: əl-Mutemeru li’ş-Şeyx əl-Müfid, Qum  1992, 
s 46; Mazandarani, Müteşabihu’l-Quran, II, 195; Tusi, Şeyxu’t-Taifə,  ət-Tıbyan, X,29; 
Cürcani,  Təfsir-i  Şahi, II, 444-464; Təbərsi,  Məcməu’l-Bəyan, X, 39; Zəncani, Hüseyin 
Hakkani,  Hukuke Hanevade dər  İslam – Talaq ya Face’eye Enhalale Hanevade, Tehran 
1947, s 27. 
40
 Talaq 65/1. 
41
 Təbərsi, Məcməu’l-Bəyan, X, 39. 
42
 Bəqərə 2/228. 
43
 Ravəndi, Fiqhu’l-Quran, II, 186. 
44
 Kazımi, Mesaliku’l-Efham, VI, 51; Məclisi, e.a.ə, LIII, 27-C, 301; Nəvəvi, Mirzə Hüseyin
əl-Müstədrəkü’l-Vəsail, Qum 1986, XIV, 476. 


Yüklə 8,93 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə