Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 8,93 Mb.
Pdf görüntüsü
səhifə41/114
tarix30.10.2018
ölçüsü8,93 Mb.
#76332
1   ...   37   38   39   40   41   42   43   44   ...   114

Cəfəri fiqhində ərin boşama səlahiyyətinin şəri əsasları 
123 
Əbu Cəfər ət-Tusi, İbn Macə və Beyhaqidən nəqletdiyini də  bildirir
57
.  Bu 
da var ki, o özünün fiqh kitabında bu hədisi qeyd etdiyi halda, məşhur hədis 
kitabları olan “Təhzib” və  “İstibsar”da bunu qeyd etməyib
58
  Nəticə etibarı 
ilə,  İmamiyyənin, senedində  İmam olmayan (müvəssəq) bir rəvayətin 
məzhəb  ədəbiyyatında mövcud olması,  İraqda  Əhli-Sünnət fiqhinı  də 
təfərrüatı ilə öyrənən Əbu Cəfər  ət-Tusinin sünnə dəlilini hər iki məzhəbin 
ayrılığı olmayan ortaq dəyəri olaraq gördüyü düşünülə bilər.  
Boşamanın ərin əlində olduğunu müdafiə edərkən qeyd edilən hədisin
59
 
hür kişi mənasında işlənməsi haqqında bunları  dəmək olar. Hədisin üləma 
tərəfindən əhatə dairəsi və istifadə sahəsi ilə mətnin söylənməsinə səbəb olan 
əsil vürudu –hədisin  vürud  səbəbi- birbirinə  təzad təşkil edir desək yanlış 
olmaz.  
Belə ki, yuxarıda da gördük ki: “ ئيش يلع ردقي لا اكولمم ادبع لاثم ﷲ برض“ 
 Allah heç bir şeyə gücü çatmayan başqasının malı olmuş bir köləni… misal 
verdi
60
 ayəsindəki  “ئيش  يلع”  dən məqsədin kölənin boşama haqqının 
olmadığına dəlalət edən  rəvayətini yuxarıda gördük.  
Adı keçən hədisin vürud səbəbinə baxsaq mutunu-ərbaada (4 hədis 
kitabı) keçən ərin boşama səlahiyyəti pasajlarında verilən mənanın eynisi ilə 
örtüşmediyini görürük. Belə ki, İbn Qəyyum əl-Cəvziyyə belə rəvayət edir:  
“Hz. Peyğəmbərə bir adam (kölə) gəlir və: “Ya Rəsulallah!  Əfəndim 
məni cariyəsi ilə evləndirdi. Ancaq indi də aramızı ayırmaq istəyir” dedi. 
Rəsulullah (s.ə.s) dərhal minbərə çıxdı  və: “Ey İnsanlar! nə olur ki, sizden 
                                                 
57
 Bzk: Tusi, Kitabu’l-Xilaf, VI, 516. İstər hədis istər  fiqh  sahəsində İmamiyyənin ən məşhur 
alimlərindən sayılan Tusi, elmi karyerasını Tus, Xorasan və Bağdat kimi elm 
mərkəzlərində əldə etmişdir. Hicri 407-ci ildə Bağdada gələn Tusi, burada Şafei fiqhini də 
oxumuş,  Əhli-Sünnə qaynaqları ilə tanış olmuşdur. Fəqət Zəhəbinin iddia etdiyi kimi 
burada nə mezheb dəyişdirmiş, nə də Şafei olmuşdur. (Bax:Zehebi, Məhəmməd b. Əhməd 
b. Osman, Siyeru A’lami’n-Nübela, Beyrut 1990, XVIII,  334.) Çünkü Tusi, əsərlerinin 
böyük bir qisminı xüsusilə  Təhzibu’l-Ahkam kimi əsərini Bağdadda yazmışdır.  Onun  
Kitabu’l-Xilaf  əsəri  Əhli-Sünnə görüşlərinə    də  yer verilərək yazılmışdır. Həyatının 
sonlarına doğru qələmə alınan bu əsərlərdə Cəfəri fiqhini əks etdirdiyi halda Şafei fiqhini 
dəstəkləyən hiç bir pasaja yer verilməmişdir. Bu da onun məzhəbi haqqında söz demək 
üçün kifayət qədər məlumatdır. 
58
 Tusi, Təhzibu’l-Ahkam, VII, 340-346; Tusi, İstibsar, III, 314- 316. 
59
 Bax: Tusi, Kitabu’l-Xilaf, VI, 516. 
60
 Nahl 16/75. 


 Dr. Əhməd NİYAZOV 
124 
biriniz cariyəsini köləsi ilə evləndirir, sonra da ayırmaq istəyir. Bilin ki, 
talaq, (boşama səlahiyyəti) baldırı tutana aitdir.” buyurdu”
61
.   
Görürük ki, boşama səlahiyyəti haqqında hədisdən çıxan hökm “mütləq” 
olub, “müqəyyəd” deyil. Yəni boşama haqqındakı hökmün həm də köləyə 
şamil olacağı  nəticəsidir.  İmamiyyə  ədəbiyyatında talaqın (boşama haqqı) 
baldırı tutan hür kişiyə aid olduğunu, kölənin isə bu haqdan məhrum 
olduğunu daha əvvəl də gördük
62
. Digər cəhətdən Tusi, Kitabu’l-Xilaf 
əsərində “baldır” hədisini qeyd etdikdən sonra hədisdən çıxan hökmün 
İmamiyyənin icması olduğunu və İmamiyyə Əxbarı -kutubu-erbəa- içində bu 
hədisi dəstəkləyən bir çox xəbər olduğunu da qeydetmişdir.
63
   
Hədis bu halı ilə  də Tusi vasitəsiylə  İmamiyyə qaynaqlarına keçmiş, 
ondan sonra gələn bəzi fəqihlər öz əsərlərində  mətnə yer versələr də onu 
ancaq hür kişi mənasında vermişdirlər
64
.   
Fəqət bu da var ki, Əxbari ekolunun mötədil alimi Bəhrani 
(v.1186/1772) digərlərindən fərqli olaraq adı keçən hədisi dəlil göstərdikten 
sonra belə deyir: 
“Kölə, istər mal sahibi olsun istər olmasın əfəndisinin icazəsi müstəsna
65
 
bütün təsərrüfləri həcr altındadır. Ancaq talaq, bu qövli təsərrüflərin qadağan 
edilməsi xaricindədir və  kərih görülsə belə  əfəndisinin icazəsinə ehtiyac 
olmadan caizdir.  Çünki talaq (boşama səlahiyyəti), baldırı tutanın 
əlindədir.”
66
   
Burda diqqəti cəlb edən bir şey var ki, Bəhrani, nə mühəddislərin mövzu 
ilə bağlı  rəylərinə, nə  də  “heç bir şeyə gücü çatmayan kölə..”
67
 ayəsinin 
rəvayətlərdəki təvilinə  əsərində toxunmamış, o məsələni tamamilə fiqh 
fəlsəfəsi baxımından izah etmişdir.  
                                                 
61
  İbn Mace, Talaq 1;  əl-Cəvziyyə,  İbnu’l-Kayyim,  Zadu’l-Məad, V, 126–127; Daraqutni, 
Sünən, VI, 37-38. 
62
 Bax: dipnot No:25. 
63
 Bax: Tusi, Kitabu’l-Xilaf, VI, 516. 
64
 Daha geniş bax: Ahsai,  əl-Avali’l-Leali, I, 234; Hilli, Nehcu’l-Hakk, s 534–536; Tebrizi, 
Minhacu’l-Ahkam, I, 270;  Mağniyyə, Məhəmməd CavadFiqhu’l-İmam Cəfər es-Sadık
Beyrut 1966, VI, 54; A. mlf, ez-Zevacü ve’t-Talaq, s 142. 
65
 Kölələr ancaq əfəndinin icazəsi ilə mal sahibi olabilərlər. Beləcə bu cür malları da öz 
təsərrüfləri altına alabilərlər. Tabatabai, İslam, s 91. 
66
 Bahrani, Şeyx Yusuf b. Əhməd b. İbrahim,  əl-Hadaiku’n-Nadıra fi Ahkami’l-Itreti’t-
Tahira, Təhqiq: Məhəmməd Taqi  əl-Ayravani, Beyrut 1975, XX, 353. 
67
 Nahl  16/75. 


Yüklə 8,93 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə