Dr. Əhməd NİYAZOV
116
haqqı yoxdur. Əgər əri hür olsaydı qadını boşaması onun satışı kimi
olardı.”
20
لاق حلاصلا دبعلا نع ،نيطقي نب يلع
:
لاقف ،ارح لاجر هتمأ جوز لجر نع هتلأسو
:
قلاطلا
ديب
رحلا
.
Ali b. Yaktin, Abdussalihdən rəvayət edir. Ona cariyəsini hür bir
kişila evləndirən əfəndi haqqında soruşdum. O belə dedi:
—Talaq hürün əlindədir
21
.
Hər iki rəvayətdə də görüldüyü kimi ayənin təvilində mülkiyyəti
əfəndisinə aid olan kölənin boşama haqqının olmadığı və bunun ancaq hürün
əlində olacağı qənaəti hakimdir.
Belə çıxır ki, bunu müdafiə edən fəqihlərnın boşama haqqını hür kişiyə
tanıması, ayənin mefhumu-muxalif yolu ilə dəlalətidir. Yəni
meskutun anh -
haqqında bəhs edilməyən- hürün bu hakka sahib olması,
mantuk –bəhs
edilən- kölənin ondan məhrum olması hökmündən başa düşülür. Çünki
İmamiyyəyə görə mantuk üçün sabit olan
hökmün mefhumu-muxalifi ilə
əməl etmək, üzərində ittifaq edilən hüccətdir
22
.
b) Quranda talaqın “hər hansı bir səbəblə nikah bağına kişi tərəfindən
xitam verilməsi” mənasının çıxması onun termin mənasında belə, ərin hür
iradəsi olduğunu göstərir
23
.
Bu mənada:
“Əgər (müddəti içində qayıtmayıb qadınlarını) boşamaya
qərar verərlərsə”
24
ayəsi haqqında Təbərsi (v.548/1153) belə qeyd edir:
“Hakim, dörd ay keçsə belə xanımına yaxınlaşmayan əri, ya qayıdaraq
kəffarə verməsi, ya da boşaması üçün məcbur edər. Ər
bundan imtina etsə,
yerinə yetirincəyə qədər hakim onu həbs edər.
Quranın “
قلاطلا اومزع نا و / talaqa qərar versələr" ifadəsi bizə görə ərin,
əzmetdikdən sonra boşadığını söyləməsi mənasına gəlir. Ər, şəriət ölçüləri
20
Tusi, əl-
İstibsar fima Uxtulifə minə’l-Əxbar, (Təhqiq: Məhəmməd Cavad əl-Mağniyyə )
Beyrut 1996, III, 240; Amili, Vəsaili’ş-Şia, XXI, 1182. Qeyd etmək lazımdır ki,
rəvayətdəki “satışı kimidir” ifadəsi hür bir ərin boşama
səlahiyyətinin məcazi mənada, əqd
əsnasındakı mal sahibinin hür iradəsi ilə müqayisəsidir.
21
Kuleyni,
Kafi, VI, 168; Amili, Vəsaili’ş-Şia, XXII, 100.
22
Mağniyyə, Məhəmməd Cavad,
İlmu Üsuli’l-Fiqh fi Sevbihi’l-Cədid, Beyrut 1980, s 143–
144.
23
Təbərsi, Əbu’l-Fadl b. Hasan,
Məcməu’l-Bəyan li Ulumi’l-Quran, Kahire 1958, II, 127;
Kazımi, Fazilul-Cavad,
Mesaliku’l-Efham ila Ayati’l-Ahkam, Təhqiq: Məhəmməd Baqir
əl-Behbudi
və Məhəmməd Baqir Şərifzadə, Tehran, 1986, VI, 28.
24
Bəqərə 2/227
Cəfəri fiqhində ərin boşama səlahiyyətinin şəri əsasları
117
daxilində bunu tələffüz etmədikcə xanımı bain olmaz”
25
. Hakimin təfriq
etməyib əri talaqa məcbur etməsi Cəfərilərdə
ila`nın təfriq deyil talaqdan
hesab edilməsinə görədir.
Bir hüquqçu olaraq Şeyx Tusi (v.460/1067), ayənin ərin
hür iradəsinə
dəlalətini belə bəyan edir: “Şəri
ila`nın hökmü; Ərin dörd ay gözləməsi və
qadının müddət sonunda ərinə qayıtması, yaxud boşamasını tələb etməkdir.
و
قلاطلا اومزع نا
"
/
talaqa əzmedərlərsə” ayəsi boşama səlahiyyətini kişiyə aid
edir. Ərin əzmetməsi ilə meydana gələn boşamadır ki, bu da, qayıtmaq necə
ki, ərin cəhdi ilədirsə boşamaq da yenə ərin cəhdi ilə mümkündür”.
26
Hilli də, (v.726/1326) “
قلاطلا اومزع نا و / əgər talaqa qərar versələr”
ayəsi haqqında danışarkən Allahın bunu kişilərə aid etdiyini və “qayıtma”da
olduğu kimi boşamanın da ancaq kişilərin sözü və feli ilə meydana
gələcəiyini
izah etmişdir
27
.
c) “…
Bununla belə, onlar (qadınlar) bunu (ərlərinə), yaxud əlində nikah
müqaviləsi olanlar (ərlər) kəbin haqqının hamısını qadınlara bağışlaya
bilər…”
28
ayəsindəki “ةدقع/uqdə” müqavilə, düyüm mənasına, əqdin isə,
bağlamaq mənasına gəlməsi ilə bağı açmaq mənasına gələn talaqdır ki, ərin
nikah bağını açmasına digər bir dəlalət edici ayədir
29
.
Məzhəb içində ayədəki “nikah bağı” və ya “nikah müqaviləsi”ndən
məqsəd, qəyyumun hüququdur deyənlərin sayı çox olsa da,
30
Cəfəri
25
(
هنم نيبت لا عورشملا هجولا يلع قلاطلاب ظفلتي مل يتم و قلاطلاب ظفلتي مث مزعي نا اندنع قلاطلا ةميزع) Təbərsi,
Məcməu’l-Bəyan, II, 129; Eyni mənanı Qummi, Əyyaşi (320/932) Mazandarani
(577/1181) və Cürcani (976/1568) də təfsirlərində qeyd etmişdir. Bax:
Qummi, Təfsiru’l-
Qummi, I, 74; Mazandarani, İbn Sehraşub, Müteşabihu’l-Quran, Nşr: Dar-ı Bidar, Haleb
1950, III, 198; Əyyaşi, e.a.ə, I, 114; Curcani, Təfsiri Şahi, II, 509.
26
Tusi, Kitabu’
l-Xilaf, VI, 510-511.
27
Hilli, İbnu’l-Mutahhar,
Nehcu’l-Hakk və Keşfu’s-Sıdk, Nşr: Müəssəsətu Dari’l-Hicre, Qum
1986, s 535.
28
Bəqərə 2/237
29
Tusi, Şeyxu’t-Taifə Əbu Cəfər Məhəmməd b. əl-Hasan, ət-
Tıbyan fi Təfsiri’l-Quran,
Təhqiq: Məhəmməd Rıza əl-Ənsari əl-Qummi, yer yok 1988, X,28; Ravəndi,
Fiqhu’l-
Quran, II, 150-151-162; Mazandarani, Mütəşəbihul-Quran, II, 146-147.
30
Bu görüşün sahibləri Əbu Bəsirin Cəfəri Sadiqdən rəvayət etdiği: “
Nikah bağı əlində olan;
bu, baba, qardaş, özünə vəsiyyət edilən, yaxud da qadının malında hər cür təsərrüfə sahib
olan vəlidir. Bunlardan hansı vazgeçərsə caizdir” xəbərini əsas alaraq ayətdəki nikah
bağının koca olmadığı qənaətinə gəlmişdirlər. Kuleyni,
Kafi, VI, 106; Əyyaşi, e.a.ə, I,
125–130; Tusi,
Təhzib, VII, 393; Amili,
Vəsailu’ş-Şia XXX, 283; Təbərsi,
Məcməu’l-
Bəyan, II, 131; Nəvəvi, e.a.ə, XV, 93.