Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 8,93 Mb.
Pdf görüntüsü
səhifə42/114
tarix30.10.2018
ölçüsü8,93 Mb.
#76332
1   ...   38   39   40   41   42   43   44   45   ...   114

Cəfəri fiqhində ərin boşama səlahiyyətinin şəri əsasları 
125 
 
III. İCMA 
Cəfəri fiqh üsulunda icma, bir qisim Əxbarilərin qəbul etmədiyi, 
Üsulilərin isə sünnədən sonra istinad ettikləri üçüncü dəlildir. Üsulilərə görə 
icma, məsum İmamın sözünü də əhatə edən, onun sözün haqqında istər az
istər çox olsun hər hansı müçtəhid topluluğunun ittifaqıdır
68
. Hər hansı bir 
alimin görüşündə həmfikir olmaq icma deyil. Bir baxıma İmamiyyənin təməl 
qaynaqlarında yeri olan, imamların rəvayətlərindən çıxan hökmlər üzərində 
həmfikir olmaqdan ibarətdir.  
Digər cəhətdən burada əsil dəlil məsum İmamın görüşüdür
69
.  İcma isə, 
ittifaqla bu dəlil keşfedilərse, müəyyən bir mövzuda məsumun sözünde 
yatan hökmün ortaya çıxmasına vəsilə olarsa dəlildir
70
. Yəni üləmanın 
icmasının hüccət olması onların ittifaqına deyil İmamın sözünə bağlıdır.  
Nəticə etibarilə icma, Cəfəri fiqhində boşama səlahiyyətinin kişiyə 
verilmiş haqlardan olduğuna dəlalət edən digər bir dəlildir. Cəfəri 
məzhəbinin icma anlayışı  çərçivəsində desək, istər  İmamların  Əxbarında, 
istər alimlərin kəşf yolu ilə üzərində həmfikir olduqları mövzulardan biri də 
ərin xanımını boşama səlahiyyətinə sahib olmasıdır
71
.  
Şiə fiqh ədəbiyyatında talaqla bağlı pasajlarda həm geybdən  əvvəl-
İmamlar dövrü: Əsri-səadətdən etibarən 260/873 ilinə  qədər- həm də 
geybdən sonrası sünni talaq dairəsində
72
 xanımını boşayan kişilərin bu haqqı 
qarşısında heç bir Şiə aliminin ərin xanımını boşama səlahiyyətinə etirazı 
olmamışdır ki, bu hökmdə məzhəb içi icma olduğu açıq-aşkardır.   
 
                                                 
68
 Hilli, Hasan b. Yusuf  b. Ali, Təhzibu’l-Üsul, y.y, 1899, s 70; Salusi, e.a.ə, I, 68. 
69
 Karaman, “Cəfəriyye”, VII, 7. 
70
 Hasanova, e.a.ə, s 53. 
71
 Tusi, Kitabu’l-Xilaf, VI, 452; Zəncani,  Hukuke Hanevade, s 27; Savci, e.a.ə, s 70; 
Mutahhari, Murtaza, Hüquqe Zən dər İslam, y.y, 1974, s 269. 
72
  Cəfəri ailə hüququnda talaq iki qismə ayrılır. Sünnəyə görə boşama (sünni talaq)  və 
Sünnəye zidd olan boşama (bıd’i talaq). Onların nəzərində sünnəyə zidd olan bid’i talaqın 
hər növü haram hesab edilir və dinən haram sayıldığı kimi hüquqi cəhətdən də  qadağan 
olub işləndiğində keçersiz sayılır. Bu haqda Cəfəri hüquqçularının icma üzrə olduqları da 
qeydedilmişdir.  (Hilli, Muhaqqık  Əbu’l-Qasım Necmeddin Cəfər b. Hasan əl-Hüzeli,  əl-
Muxtasaru’n-Nafi’ fi Fiqhi’l-İmamiyye ev en-Nafi’ fi Muxtasari’ş-Şerai’, Qum 1989, s 
222; Nəcəfi, e.a.ə, XXXII, 28; Meybedi, Əhməd, Hülasae Təfsire Edebi və  İrfani Kuani 
MecidI, Tehran 1907, II, 536; Humeyni, Təhriru’l-Vəsilə, II, 292;  Mağniyyə, Fiqhu’l-
İmam Cəfər es-Sadık, VI, 9. A. mlf, ez-Zevacü ve’t-Talaq, s 143.) 


 Dr. Əhməd NİYAZOV 
126 
 
IV. AĞIL 
Əhəmiyyəti baxımından burada təmas edilecek ilk şey ağıl dəlilinin 
məzhəb içindəki hüquqi vəziyyətidir. Digər dəlillərə  nəzərən bir az 
təfərrüatla tədqiq etmək yaxşı olacaq qənaətindəyik.  
İmamiyyə düşüncə tarixinin iki ekola ayrılmasındakı ana səbəblərdən 
biri ağlın hüccət olub olmaması  məsələsidir. Əslində bu ixtilafın təməlində 
İmamların  Əxbarı haqqında gedən müzakirələr durur. Əxbarilərə görə 
İmamlar, Peyğəmbərdən (s.ə.s) sonra geybət zamanına (260/873) qədər 
şəriətlə bağlı hər məsələnin hökmünü aydınlaşdırmış və bu mövzuda heç bir 
şey əksik buraxmamışdırlar. Hal və əqd əhlinin ancaq İmamlar ola biləcəyini 
və İmamlar xaricində buna fərzi-kifayə deyənlərin şək və şüphədən başqa bir 
şey verməycəyi iddia edilmişdir
73

Əxbarilər, Hz. Peyğəmbərə nisbət edilən “
ا يف يأر لاو
 برلا نم نيدلا امنإ ، نيدل
  هيھنو  هرمأ
 
.
 
/  Dində  rəy yoxdur. Dinin əmir və qadağaları ancaq 
Allahdandır
74
  rəvayətini qeyd etdikdən sonra üsulilərin əqli təfəkkürə qapı 
açmalarına səbəb təşkil edən və ictihadi fiqhin zəminini təşkil edən, 
İmamlardan Cəfər-i Sadiqin: “ اوعرفت نأ مكيلعو ، لوصلاا مكيلإ يقلن نأ انيلع امنإ

” və 
İmam Rızanın: “ عيرفتلا  مكيلعو  ،  لوصلاا  ءاقلإ  انيلع

  /  Bizim işimiz üsulü və 
prinsipləri verməkdir, bunlardan füruu çıxartmaq sizin 
işinizdir”
75
rəvayətləri haqqında belə deyilmişdir: “Bu iki xəbər, İmamlardan 
gələn külli qaydalar və üsul üzərine cüzi hökmlər çıxartmanın caizliyini 
əhatə edir. Başqa mənaya da gəlmir. Fəqət bu fikir ammə məzhəbinə (Əhli-
Sünnə rəyinə) müvafiq olduğu üçün təqiyyədən sayılır”
76
.  
                                                 
73
 Amili, Vəsailu’ş-Şia, XV, 208. 
74
 Fırat, b İbrahim əl-Kufi, Təfsiru Fırat, Nşr: Müessesetü’t-Tab’i ve’n-Neşr, y.y 2001, s  614; 
Vəsailu’ş-Şia, XXVII, 61; Mecllisi, e.a.ə, XXVIII, 79. 
75
 Hilli, Məhəmməd b. İdris,  Müstetrefati’s-Serair, Nşr: Müessesetü’n-Neşri’l-İslamiyye, 
Qum 2001, s 575; A.mlf, Vəsailu’ş-Şia, XXVII, 62; Məclisi, e.a.ə, II, 246. 
76
 Amili, Vəsailu’ş-Şia, XXVII, 62. Təqiyyəyə hamletme düşüncenin  də  təməlləri Cəfəri fiqh 
gələnəyində Cəfəri Sadiqə aid edilən  “Məndən insanların (ammənin) sözünə bənzəyən bir 
şey eşitsən bil ki, onda təqiyyə var. İnsanların (ammənin) sözünə  bənzəməyən bir şey 
eşitsən onda təqiyyə yoxdur. (Tusi, Təhzib, VII, 97; A. mlf, İstibsar, III, 318, Amili, 
Vəsailu’ş-Şia, XXII, 285, Məclisi, e.a.ə, II, 252. )  və  İmam Rızadan gələn “Bizdən nəql 
edilən xəbərlər içində  də  Quranınkinə bənzər mütəşəbih ifadələr var. Eynilə Quranınkinə 
bənzər muhkəm ifadəler  də  vardır.” (Qummi, Şeyx  Saduk İbn Babaveyh Ali b. Huseyin, 
Uyunu Əxbari’r-Rıza, Nşr:Daru’l-Alem, Qum 1958, I, 290. )  rəvayətlərinə istinad edir. 


Yüklə 8,93 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə