Dr. Anar QAFAROV
140
bağlı qaldığını və xüsusən də İbn Sina paradiqmasını mənimsədiyini
söyləməmizə imkan verir. Filosofumuzun İbn Miskəveyhin dünya
görüşünün təsiri altında qalaraq varlıq mərtəbələri haqqında
irəli sürdüyü
düşüncələri
3
əsas etibarilə insanın varlıqlar arasındakı yerinin, onun fəzilətli
və fəzilətsiz olabiləcəyinin ontoloji əsasını təşkil etməklə birlikdə, ruhun
varlığını da əsaslandıracaq mahiyyətdədir. Tusiyə görə ruh cansız varlıq
təbəqəsindən canlı varlıq təbəqəsinə keçidin ayrıc nöqtəsində yer alır.
4
Nəfs
adıyla da ifadə edilən ruh,
5
ünsürlərin birbirinə qarışmasından meydana
gələn mizacın etidala yaxınlığı nisbətində maaddə və surətdən
ibarət olan
təbii cismin növ olaraq ayrılmasını təmin edib, ona canlılıq qazandırır.
6
Nəticə olaraq mizac mürəkkəb olan şeyin növ olaraq surətlərini (yəni bitki,
heyvan və insan surətlərini ) qəbul etməsinə uygun şərait yaradır. Beləcə,
növlərə aid surət, yəni nəfs və ya ruh hadis olan (yəni sonradan meydana
gələn) mizaca uygun olaraq meydana gəlir.
7
Bu halda ruh da əzəli bir varlıq
olmayıb, sonradan meydana gələn bir varlıqdır. Ruhun təbii canlı cismə
gəlməsiylə cisimdə bəslənmə, böyümə, çoxalma, hissetmə, istək, arzu və
hərəkət etmə şəklində fəaliyyət və vəsflər ortaya çıxar. Göründüyü kimi bu
fəaliyyətlər və xüsusiyyətlər onların cisim olmalarından deyil, cisim omlarını
3
Kosmik varlık sahəsində müəyyən bir təbəqələşmənin mövcud olduğunu irəli sürən İbn
Miskəveyh, bununla əsas etibariylə peyğəmbərlik nəzəriyyəsini əsaslandırmaq istəmişdir.
(Bax.
Mehmet Bayrakdar, “İbn Miskeveyh”
DİA, İstanbul, 1999, c. 20, s. 204.) Əslində
təbəqəli varlıq görüşü etibariylə böyük ölçüdə İbn Miskəveyhin təsirləri altında qalan
Nəsirəddin Tusinin
Əxlaq-i Nasiri adlı əsərində bu məqsədin izlərini İbn Miskəveyhin əl-
Fəvzu’l-asqar adlı əsərindəki kimi bariz bir şəkildə olmasa da, görə bilərik. Beləki, Tûsî, bu
əsərində insan növünün dərəcələrinin zirvəsi olaraq vəhy və ilham ilə Allah’dan
həqiqətlərin bilgisini və hökmlərini alan və insanların kamilləşdirilməsi,
dünya və axirət
işlərinin tərtib edilməsində səadət və xoşbəxtliyin səbəbi olan insanlardan bəhs edər. Bax.
Tusi
Əxlaq-i Nasiri, Tehran, h. 1369, s.59-62; qrş. İbn Miskəveyh,
Fəvzu’l-asqar, thq. Salih
Azimə, Tunis, əd-Daru’l-Arabiyyətu’l-Kitab, s. 111-118; e.mlf.,
Təhzibu’l-əxlaq və
tathiru’l-a’rak,
thq. İbnu’l-Hatib, 1398./1978, s. 76-81.
4
Tusi,
Əxlaq-i Nasıri, s. 59.
5
Bəzi əsərlərində Tusinin bu iki termini birbirinin yerinə istifadə etdiyi görülür. Bax. Tusi,
Fusul (
əl-Ədillətu’l-cəliyyə fi şərhi’l-Fusuli’n-Nasiriyyə içində) haz. Abdullah Nemət,
Beyrut, Daru'l-Fikri'l-Lubnan, 1986, s. 176-177; e.mlf,
Taarufu’l-ərvah ba‘də’l-mufaraka
(
Təlhisu’l-Muhassal içində) Beyrut, 1405/1985, s. 525.
6
Tusi,
Əcvibətu məsaili İzzəddin Ebu’r-Rıda Said b. Mansur b. Kəmunə əl-Bağdadi,
(
Əcvibetu’l-məsail’n-Nasiriyyə içinde), haz. Abdullah Nurani, Tehran, Pijuhişgah-ı Ulum-u
İnsani və Motaleat-i Fərhəngi, 1383 hş., s. 33; e.mlf.,
Əhlaq-i Nasıri, s. 59.
7
Tusi,
Əcvibətu məsaili İzzəddin Ebu’r-Rıda Said b. Mansur b. Kəmunə əl-Bağdadi,
(
Əcvibetu’l-məsail’n-Nasiriyyə içində), s. 33; e.mlf.,
əl-Kəmalu’l-əvvəl və’l-kəmalu’s-sani
(
Təlhisu’l-Muhassal içində), s. 521.
Nəsirəddin Tusinin fəlsəfəsində varlıq və mahiyyət cəhətindən ruh / nəfs nəzəriyyəsi
141
aşan başqa bir prinsipdən qaynaqlanır ki, bu da ruh və ya nəfsdir. Canlı
cismin təbəqələri bitkilərdən, heyvanlardan və insanlardan ibarət olduğuna
görə ruh da bitki ruhu, heyvan ruhu və insan ruhu olmaqla üç növə ayrılır.
8
Cisimlərdəki fəaliyyətlərdən hərəkətlə var olduğu isbatlanan ruh, təbii canlı
cisimlərdəki fəaliyyətlərə nisbətlə prinsip (məbdə),
9
bitki və heyvanların
varlıq qazanmasını təmin etməsi
cəhətindən surət, varlıq cəhətindən üst və
alt təbəqədə mövcud olan növləri meydana gətirməsi və növün
kamilləşməsinə səbəb olması baxımından da kamillikdir. Kamillik isə,
Tusiyə görə Aristotel və İbn Sinanın fəlsəfi anlayışında olduğu kimi birinci
və ikinci kamillik olaraq iki qismə ayrılır. Belə ki, təbii
cismi növ olaraq
varlığa gətirən ruh, bu mənada ilk kamillikdir. Hətta bu halda ruhda ikinci
kamillik də potensial olaraq mövcuddur. Buna əsasən ruh Aristotelə aid bir
təriflə
10
Tusinin fəlsəfəsində də “potensial olaraq canlı olan təbii cismin ilk
kamilliyidir.”
11
Ruhun/nəfsin növlərdəki bəslənmə, böyümə, çoxalma,
hissetmə, idrak, iradəli hərəkət və düşünmə kimi fəaliyyətləri
isə ikinci
kamillikdir.
12
Ruhun varlığı məsələsində Tusinin fikir və düşüncələrində böyük ölçüdə
İbn Sinanın düşüncələrinin təsiri altında qaldığı görünür.
13
8
Tusi,
Əxlaq-i Nasıri, 56-57, 59-64.
9
Tusi,
Əcvibətu məsaili Şəmsuddin Muhamməd Kîşî, (
Əcvibətu’l-məsail’n-Nasiriyyə içində),
s. 286. İbn Sinadan fərqli olaraq Tusi, ruhdan, ondan meydana gələn fəaliyyətlərə nisbətlə
qüvvə olaraq deyil prinsip olaraq bəhs edər.. Qısacası Tusinin düşüncə sistemində ruhun
fəaliyyətlərə nisbətlə potensial olması istiqamətində hər hansı bir açıqlama
mövcud deyil
ki, bu da onun İbn Sinadan fərqli cəhətidir. İbn Sinanın bu çərçivədəki düşüncələri üçün
bax. İbn Sina,
əş-Şifa [ət-Tabiiyyat, ən-Nəfs], s. 6.
10
Bax. Aristoteles,
De Anima, trc. Zeki Özcan, İstanbul, Alfa Yay.,.2001, s. 66 (412b).
11
Tusi,
Əcvibətu məsaili Şəmsuddin Muhamməd Kîşî, s. 286; e.mlf.,
əl-Kəmalu’l-əvvəl və’l-
kəmalu’s-səni, s. 521; e.mlf.,
Təcridu’l-i‘tikad, thq. Muhamməd Cəvad əl-Huseyni əl-
Cəlali, Qum, Məktəbətu'l-İ'lami'l-İslam, 1406/1986, s. 106.
12
Tusi,
Əcvibətu məsaili Şəmsuddin Muhamməd Kîşî, s. 286; e.mlf.,
əl-Kəmalu’l-əvvəl və’l-
kəmalu’s-səni, s. 521; Hillî,
Kəşfu’l-murad fi şərhi Təcridi’l-i‘tikad, Beyrut, 1408/1988,
s.
160-161; qrş. İbn Sina,
əş-Şifa, [ət-Tabiiyyat, ən-Nəfs], s. 5-10; Ali Durusoy,
İbn Sina
Felsefesinde İnsan ve Âlemdeki Yeri, İstanbul, MÜİF Yay., 1993, s. 34-36.
13
İbn Sinanın bu çərçivədəki bənzər izahları üçün bax. İbn Sina,
əş-Şifa, [ət-Tabiiyyat
, ən-
Nəfs], s. 5-10, 196, 207; e.mlf.,
əl-Adhaviyyə fi’l-məad, thq. Hasan Asi, Beyrut,
Muəssəsetu'l-Camiiyyə, 1407/1987, s.120, 123-124; e.mlf.,
əl-İşarat və’t-tənbihat, thq.
Süleyman Dünya, Qahirə, Daru'l-Maarif, 1960, c. 3-4, s. 893; e.mlf.,
Kitabu’n-nəcat, thq.
Macit Fahri, Beyrut, Daru'l-Âfaki'l-Cədidə, 1405/1985, s. 196-197; e.mlf.,
ət-Ta‘likat, thq.
Abdurrahman Bedevi, Qum, Məktəbətu'l-İ'lami'l-İslami, 1984, s. 55.