Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 8,93 Mb.
Pdf görüntüsü
səhifə112/114
tarix30.10.2018
ölçüsü8,93 Mb.
#76332
1   ...   106   107   108   109   110   111   112   113   114

Məhəmməd Peyğəmbərin (s) təhsil metodları 
345 
Rəsulallahın (s) diqqəti cəlb etmək üçün verdiyi suallar təsadüfi 
seçilmirdi. Bunlar həmsöhbəti xəbərdar edən, zehni mövzuya hazırlayan, 
yönləndirən suallar idi. Mühüm mövzuları öyrətmək istədikdə sualı üç dəfə 
təkrar edər, hər sual arasında bir qədər gözləyər, onlarda öyrənmək marağını 
bir da alovlandırar, diqqətləri bir nöqtəyə toplayardı. 
15
 
Nəticə olaraq demək olar ki, Rəsulallahın (s) bu metodu yunan alimi 
Sokratın metoduna bənzər kimi xarakterizə edilə bilər. Amma Məhəmməd 
Peyğəmbərin (s)  bu metodu daha ciddi, daha cəlbedici və pedaqoji yöndən 
də daha praktikdir. Çünki, O, öncə maraq yaradır, diqqət çəkərək öyrənmə 
arzusunu yaradır, öyrənmə marağı içində  qıvrınanlara cavabı verərək 
mövzunu aydınladır. 
16
  
 
3) Təkrar  Metodu 
Həzrəti Peyğəmbərin (s) öyrətmək metodlarından biri də hərəkəti təkrar 
etdirmə üsuludur.  
O, minbərə  çıxıb, orada namaz qılıb, səhabələr də onun hərəkətlərini 
təkrar edərək və ona uyğun olaraq namaz qılıblar. Sonra O, : “mən bunu 
mənə uymanız və namazı  mənim qıldığım formada öyrənməyiniz üçün 
etdim”, buyurmuşdur.  
Bu mövzuda Əbu Hureyrədən rəvayət edilən bir hədisin məzmunu 
belədir: “Məscidə bir nəfər girdi. Rəsulallah (s) da məscidin bir küncündə 
oturmuşdu. Həmin şəxs namazını qıldı və Onun yanına gedərək salam verdi. 
Həzrəti Peyğəmbər (s) onun salamını aldı  və dedi: “Geri dön və namazını 
yenidən qıl, çünki, sən namaz qılmadın”. O şəxs namazını  təkrar qılaraq 
onun yanına qayıtdı. Həzrəti Məhəmməd (s) ona namazı yenidən qılmağı 
əmr etdi. O, üçüncü dəfə namazı  qıldıqdan sonra Rəsulallaha (s) dönərək: 
“Ey Allahın elçisi, mənə namaz qılmağı öyrət, mən ancaq bu qədərini 
bilirəm”, dedi. Peyğəmbərimiz (s) bu sözdən sonra belə buyurdu: “Namaza 
başladığın zaman əvvəlcə  dəstəmaz al. Sonra qibləyə dön və  təkbir gətir. 
Sonra Qurandan bildiyin qədəri ilə sənə asan gələni oxu, sonra rükuya əyil, 
                                                 
15
 Bayraktar, a.k.ə. 68 
16
 Bayraktar, a.k.ə. 68 


Xəqani ABASOV  
346 
sonra səcdəyə get, daha sonra səcdədən başını qaldır və otur. Bax, bütün 
namazlarını belə qıl”. 
17
 
Rəsulallahın (s) dəstəmaz almağını səhabənin öyrənməsi, Onun gördüyü 
nöqsanları düzəltməsi və ya səhabədən birinin digərinin nöqsanını düzəlt-
məsi, hərəkətlə    və  təkrar etdirməklə öyrətməkdir. Hədis kitablarında buna 
dair misallara rast gəlmək mümkündür: Məsələn, xəlifə Osman bir gün su 
gətirilməsini istədi və dəstəmaz aldı. Sonra güldü və yanındakı yoldaşlarına: 
“Məndən nə üçün güldüyümü niyə soruşmadınız?”, dedi. Gülməyinin səbə-
bini soruşduqda belə cavab verdi: “Mən Rəsulallahın dəstəmaz alarkən 
eynilə  mənim kimi güldüyünün şahidi olmuşdum və bunun səbəbini soruş-
duqda belə buyurmuşdu: “Qul dəstəmazını alarkən üzünü yuduqda Allah 
üzünə isabət edən bütün xətaları əfv edir. Qollarını və ayaqlarını yuduqda da 
belədir”.
18
 
Bu hədisdə ifadə edilən “Rəsulallahın eynilə mənim kimi dəstəmaz aldı-
ğını gördüm” sözündə tabe olmaq yolu və təkrarla öyrənmək üsulu vardır.  
Burada öyrədən  şəxs üçün, müəllim üçün alınması lazım olan ibrətlər 
çoxdur. Müəllim tələbə üçün nümunədir. Müəllim tələbənin önündə qüsur-
suz olmalıdır.  Ən azından ona görə ki, öyrənən, başqa sözlə, tələbə 
müəllimin hər hərəkətini izləyir və  təkrar edir. Çox vaxt ona bənzəməyə 
çalışır. Tələbəyə düzgün olanı öyrətmək üçün müəllimdən də biliklə yanaşı, 
öyrətmək bacarığı, dürüstlük, və səmimiyyət tələb olunur.  
Rəsulallah (s) səhəbələri bilgini praktikada tətbiq etməklə öyrədirdi. 
Əvəzində    də  səhabə ona verilən məlumatı, elmi bilgini Onun hüzurunda 
nöqsanlarını aradan qaldırmaq məqsədi ilə  səsli olaraq təkrar edərdi. Bu 
barədəki rəvayətlərdən birini, məsələn, yatmazdan öncə oxunan duanın 
öyrənilməsi barəsində varid olan hədisi qeyd etmək yerinə düşərdi:  
Səhabədən Əl-Bəra bin Azib belə rəvayət edib: “Rəsulallah (s) buyurdu 
ki: Yatmağa gedəndə namaz dəstəmazı kimi dəstəmaz al, yatağına gir və sağ 
yanağı üstə yat, sonra da belə dua et: Ey Allahım, nəfisimi sənə təslim etdim. 
Üzümü sənə yönəltdim. İşlərimi sənə həvalə etdim. Ümid və qorxu sənədir. 
Səndən başqa bir sığınağım da yoxdur. Göndərdiyin Nəbinə, endirdiyin 
                                                 
17
 Buxari , a.k.ə. eyman, 15 
18
 Əl-Munzir, ət-Təğrir və Tərhib, I, 152-153 


Məhəmməd Peyğəmbərin (s) təhsil metodları 
347 
kitaba iman etdim.  Belə dua etdiyin bir gecədə ölsən tərtəmiz Allaha 
qovuşarsan”. 
Əl-Bəra deyir ki, Rəsulallahın söylədiyini mən Ona təkrar etdim. Amma 
“endirdiyin kitaba və Rəsuluna inandım” dedim. Bunu eşidən Rəsulallah (s): 
“Olmadı, göndərdiyin Nəbinə de”, buyurdu. 
19
 
Peyğəmbərin həyatından yazan tarix kitablarında bəhs edildiyinə görə, 
hər il ramazan ayında Rəsulallah (s) Quranı  Cəbrayılla təkrar edirdi. Bu, 
Peyğəmbərin (s) həyatda olduğu son ramazanda iki dəfə edilib. Günümüzdə 
ramazan ayında məscidlərdə Quranın təkrarlanması  məhz Peyğəmbərin 
sünnətinin davamıdır. 
20
 
Ümumiyyətlə, elm öyrənmədə  təkrarın  əhəmiyyəti böyükdür. Bu yerdə 
“təkrar biliyin anasıdır” deyimi bu fikri daha da qüvvətləndirir. Tələbənin
hər-hansı bir elmi öyrənən  şəxsin təkrar etməsi, bunu bacarması vacibdir. 
Təkrar metodunun tətbiqi nəticəsində diqqət təkrar həmin sahəyə toplanır, 
keçmişdə oxunanlar təkrar gözdən keçirilərək və analiz edilərək dolğun 
nəticəyə gəlinir.  
Təkrar metodu tələbənin öyrəndiyi şeyə əhəmiyyət verməsi baxımından 
da önəmlidir. Bu da İslam tərbiyə metodunun diqqət, etina və doğru  əda 
etmə üzərində qurulduğunu göstərir.  
Təkrar metodunun mütəvazilik, işə sevgi ilə yanaşma, tənbəllikdən vaz 
keçmək kimi xüsusiyyətləri vardır. Bu barədə maraqlı bir hədis rəvayət edi-
lir. Rəsulallah (s) ruzi qazanmaq üçün səhabəyə dilənçiliklə məşğul olmağın 
heç də yaxşı variant olmadığını göstərmək üçün əyani dərs vermişdir.  
Səhabə Ənəsdən belə rəvayət edilir: Ənsardan olan bir nəfər Rəsulallahın 
(s) yanına gəldi və ondan bir şey istədi. Həzrəti Peyğəmbər (s): “Evində bir 
şeyin varmı?” dedi. Həmin şəxs: “Bəli, yerə sərdiyimiz bir həsir və su içmək 
üçün qab vardır” dedi. Həzrəti Peyğəmbər (s) : “Onları buraya gətir” buyur-
du. O, evindəki sadalanan şeyləri gətirərək Rəsulallaha (s) verdi. Peyğəmbər 
(s) “bunları almaq istəyən varmı?” deyə soruşdu. Yanındakı  səhabələrdən 
biri onları iki dirhəmə satın aldı. Həzrəti Peyğəmbər (s) iki dirhəmi ona verdi 
və dedi: “Bir dirhəmə evə ərzaq al, qalan bir dirhəmə də balta alıb yanıma 
gəl”. Həmin şəxs baltanı alaraq Rəsulallahın (s) yanına gəldi. Peyğəmbər (s) 
                                                 
19
 Müslüm, , a.k.ə. əz-zikr, 17 
20
 Bayraktar, , a.k.ə. 71 


Yüklə 8,93 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə