Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 8,93 Mb.
Pdf görüntüsü
səhifə109/114
tarix30.10.2018
ölçüsü8,93 Mb.
#76332
1   ...   106   107   108   109   110   111   112   113   114
    Bu səhifədəki naviqasiya:
  • SUMMARY

Ülviyyə SƏLİMBƏYOVA  
334 
Bu bəhr həm  ərəb, həm  İran, həm də türk xalqlarının  əruzlarında 
işlənən müştərək bəhrlərdəndir.  
Münsərih bəhrinin  əsas vəzni: müftəilün-failat-müftəilün-failat-dır. 
Nəsimidən münsərih bəhrinə aid bir nümunə: 
       Mehri-rüxün │tabinə   │düşdü könül  │ya nədir, 
         müftəilün    │fAilü    │müftəilün      │  fAilün 
       Şəminə gör   │canımı  │kim, necə pər│vanədir. 
        pərdəqələm  │dilnüvə │pərdəqələm   │dilqələm. 
Azərbaycan divan ədəbiyyatında Nəsiminin 6 şeiri bu bəhrdə yazılıb.   
Nəsimi şeiri öz bədii metodu, dil, üslub keyfiyyətləri baxımından Şərq 
ədəbiyyatı  ənənələri ilə bağlıdır. O, öz sələflərindən  Şeyxoğlu,  Şəyyad 
Həmzə, Aşıq Paşa, Əvhədi, Qazi Bürhanəddin və başqa şairlərin şeirlərinə 
nəzirələr yazmışdır.  Əlişir Nəvai, Füzuli, Lütfi, Şeyxi, Niyazi, Bəyazi, 
Həbibi, Xətai, Qul Nəsimi, Cahanşah Həqiqi və başqaları  Nəsimi irsinə 
dərin rəğbət bəsləmişlər. 
Nəsimi Azərbaycan  şeirinə yeni ictimai mövzular gətirdiyi kimi yeni 
üslub, yeni vəzn və ahəng də  gətirmişdir. O, ərəb-fars  əruzu üzərində 
işləyərək öz yaradıcılıq sərbəstliyini və müstəqilliyini bariz surətdə 
göstərmişdir. Azərbaycan dilinin xüsusiyyətlərinə daha uyğun  əruz vəzni 
şəkillərinə yeni məzmun, yeni ahəng vermiş  və Azərbaycan  şeirinin öz 
oynaq, axıcı formalarını yaratmışdır.  Şair  əruzun həzəc, rəməl, münsərih, 
xəfif, səri kimi bəhrlərindən istifadə edib onları  məharətlə seçmiş  və 
Azərbaycan şeirinə yeni ahəng gətirmişdir. 
Nəsimi yaradıcılığını  əruzdan kənarda təsəvvür etmək qeyri-
mümkündür. 
Şeirə musiqi ahəngi vermək, oxumaq üçün xüsusi təranə  və  nəğmələr 
yaratmaqda Nəsimi üzərində Cəlaləddin Ruminin də təsiri olmuşdur. 
Nəsimi poeziyasında Əruz vəzni mövzusu çox çətin olması etibarilə də, 
gərəkli mövzudur. Çünki, bu mövzunu bilmədən Nəsimi qəzəllərinə 
bəstələnən muğamlarımızın  şöbələrini ayırd edə bilmərik. Çünki, Əruz 
elmi Xəlil ibn Əhmədin və Urməvinin qeyd etdiyi kimi birbaşa musiqi 
sənəti ilə bağlıdır. 
 


Nəsimi poeziyasinda əruz vəzni 
335 
 
 
ƏDƏBİYYAT 
 
1.4. Əruz. Tərlan Quliyev. Bakı-2001, 39 s. 
2.12. Əruz. Tərlan Quliyev. Bakı-2001, 39 s. 
3.128. XIII-XVI əsrlər anadilli şeirimizdə  vəzn problemi. Yaqub 
Babayev. Dil və Ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal №2. Bakı-2009. 
4.81.  Böyük ideallar şairi. M.Quluzadə. Bakı-1973, 140 s. 
5.80. Kitab əl-kafi fi-l əruz və-l-qəvafi. Xətib Təbrizi (tərtib edəni: 
Qaley Allahverdiyev), Bakı-2005, 426 s. 
6.12. Süruri. “Bəhrül-maarif”. Azərbaycan SSR RƏF. 
7.81-82. Böyük ideallar şairi. M.Quluzadə. Bakı-1973, 140 s. 
8.180.  İmadəddin Nəsimi. Azərbaycan  ədəbiyyatı kitabxanası. Beşinci 
cild. Bakı “Elm” 1985, 365 s. 
9.83. Kitab əl-kafi fi-l-əruz və-l-qəvafi. Xətib Təbrizi. Bakı, “Tural” 
NPM, 2005, 426 s. 
10.57.  İmadəddin Nəsimi. Seçilmiş  əsərləri.  İki cilddə. I cild. Bakı, 
“Lider nəşriyyatı”, 2004, 336 s. 
11.151. İmadəddin Nəsimi. Seçilmiş əsərləri. Bakı: Elm, 1985-368 s. 
12.152. İmadəddin Nəsimi. Seçilmiş əsərləri. Bakı: Elm, 1985-368 s. 
13.177. Nəsimi İ. İraq divanı. Bakı, Yazıçı 1987. 
14.88. Kitab əl-kafi fi-l-əruz və-l-qəvafi. Xətib Təbrizi. Bakı, “Tural” 
NPM, 2005, 426 s. 
15.237.  Əruzun nəzəri  əsasları  və Azərbaycan  əruzu.  Əkrəm Cəfər. 
“Elm” nəşriyyatı, 1977-413 s. 
16. Nəsimi. Divan (Səlman Mümtaz nəşri), Bakı, 1926. 
17.265.  Əruzun nəzəri  əsasları  və Azərbaycan  əruzu.  Əkrəm Cəfər. 
“Elm” nəşriyyatı, 1977-413 s. 
 


Ülviyyə SƏLİMBƏYOVA  
336 
 
 
NƏTİCƏ 
 
Orta  əsrlər  Şərq  ədəbi-nəzəri fikrində  şeir deyiləndə  vəznli-qafiyəli 
kəlam nəzərdə tutulmuşdur. Ona görə də əsrlər boyu Şərq alimləri vəznin, 
qafiyənin nəzəri  əsaslarını öyrənmiş, onların  ərəb, fars və türkdilli 
poeziyada meydana çıxan xüsusiyyətlərini araşdırmışlar. 
Klassik poeziyamızın, o cümlədən, XIII-XIV əsrlər Azərbaycan  şeiri-
nin, xüsusən də məqalənin mövzusu olan Nəsimi poeziyasında ritm ahəng, 
struktur və bütövlükdə poetik sistemdə diqqəti cəlb edən mühüm məsələ-
lərdən biri də vəzn problemidir.  
Məqalə bütünlüklə İmadəddin Nəsimi poeziyasında Əruz vəzninə həsr 
olunmuşdur. Belə ki, bu fəsildə faktlarla əruzun heca ilə müştərəkliyi 
sübuta yetirilir. Həmçinin  əruzun Allahın /c.c/ sözü olan Quranın nazil 
olduğu “Səc” (qafiyəli nəsr) lə əlaqəsinə dair də məlumat verilir. 
Bütün bu sadalanan faktlara, bir də,  İmadəddin Nəsimi poeziyasının 
Movlanə  Cəlaləddin Rumi ənənələri, daha doğrusu, Cəlaləddin Ruminin 
yaratdığı “Sima” ənənələri (takt, ritm ənənələri) ilə bağlılığı da nəzərə 
çatdırılır. Belə ki, Əruz vəzni özü ritmlə, taktla müşayiət olunduğu üçün 
Nəsimi poeziyasına bu vəznin təsiri birtərəfli qala bilməzdi. Məhz, bu 
səbəbdən də Nəsimi poeziyasını dərk etmək, tədqiqat aparmaq üçün mütləq 
əruz vəznini bilmək lazımdır. 
Son olaraq qeyd edək ki, Nəsimi poeziyasında Əruz vəzni mövzusu çox 
çətin olması etibarilə də, gərəkli mövzudur. Çünki, bu mövzunu bilmədən 
Nəsimi qəzəllərinə  bəstələnən muğamlarımızın  şöbələrini ayırd edə 
bilmərik. Çünki, Əruz elmi Xəlil ibn Əhmədin və Urməvinin qeyd etdiyi 
kimi birbaşa musiqi sənəti ilə bağlıdır. 
 


Nəsimi poeziyasinda əruz vəzni 
337 
 
SUMMARY 
 
In this articles deals with the Aruz of Imadeddin Nasimih's poetry.  
The creative work of Nasimih is connected with Mevlana Jelaleddin 
Rumih's traditions (“Sima” traditions – tact, rhytm). Therefore Nasimih's 
traditions deal with the tact and rhytm. And it is impossible to imagine the 
Aruz far from rhytm.  
This article throughly deals with the influence of Aruz in Imadeddin 
Nasimih's poetry. It in also proved that Aruz is the new period in 
Azerbaijan syllabic poetry. 
Aruz, in Azerbaijan language both enriches the melody of poem and is 
formed in national memories.  
At the conclusion it should be mentioned that Nasimih's poetry is 
closely connected with the word of Lord Quran that is created in “Saj”. 
“Saj” itself is also connected with Aruz. 
 
 
РЕЗЮМЕ 
 
В этой статье обсуждаются проблемы касающиеся Аруза в поэзии 
великого Азербайджанского поэта Имадеддина Насими. 
Творчество  Насими  связано  с  традициями  Мовланэ  Джаладдина 
Руми (с традициями «Сима» - такт, ритм). Произведении Насими свя-
заны с тактом, ритмом. А Аруз нельзя представит в дали от ритма. 
Статья полностью посвящена Арузу в поэзии Имадеддина Насими. 
А так же, в этой главе фактически доказывается что Аруз - качествен-
но новый уровен развития азербайджанского стихосложения на осно-
ге силлабического азербайджанского стихосложения. 
Аруз  формируется  и  развивается  в  русле  национальной  худежст-
венной  памяти,  обогащая  мелодику  стиха,  соответствует  природе 
азербайджанского языка. 
  В конце отметим, что проза Имадеддина Насими крепко связано 
с чудесными словами Аллаха (Кораном). А слова Аллаха - Коран ни-
спосланы в «садж». «Садж» в свой очередь обогощает в себе Аруз. 


Yüklə 8,93 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə