Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 8,93 Mb.
Pdf görüntüsü
səhifə113/114
tarix30.10.2018
ölçüsü8,93 Mb.
#76332
1   ...   106   107   108   109   110   111   112   113   114

Xəqani ABASOV  
348 
:“Get odun kəs, sat. Səni 15 gün buralarda görməyim” buyurdu. O şəxs 
deyiləni etdi və 15 dirhəm qazandı. Qazandığı pulun bir hissəsinə ərzaq, bir 
hissəsinə də paltar aldı. Bunu görən Həzrəti Peyğəmbər (s) : “Bax, bu sənin 
üçün qiymət günündə üzü ləkəli gəlməyindən daha xeyirlidir” buyurdu. 
21
  
 
 
1)
 
Hekayə ilə öyrətmə metodu 
Məlumdur ki, Qurani Kərimdə öyüd və  nəsihətlə dolu, tərbiyələndirici 
hekayələr çoxluq təşkil edir. Cənabi Allah belə ibrətamiz hekayələrlə 
insanları düşünməyə, doğru yola gəlməyə təşviq edir. İslam Peyğəmbəri (s) 
də müsəlmanlara bəzi məsələləri izah etməkdən ötrü Qurani Kərimin prin-
sipləri  əsasında bəzi hekayələr danışmış, ibrətamiz misallar çəkmişdir. Bu-
nun özü də öyrətmək üçün tətbiq edilən metodlardan biri idi. Onu da qeyd 
etmək lazımdır ki, sadə və avam kütləyə bəzi mətləbləri aydın başa salmaq 
üçün bu metod olduqca səmərəli idi. Məhz hekayələr, misallar sayəsində ca-
van, yaşlı, kişi, qadın, hər təbəqədən olan insanlar tərəfindən dini ehkamlar 
daha asan mənimsənilirdi. Hekayələrdəki bəzi sözlər və ifadələr hekayənin 
məqsədinin daha asan başa düşülməsi üçün bəzən dəfələrlə təkrar edilirdi.  
Müsəlmanlara ibrət olsun və keçmişdə ata-babalarının düşdükləri səhv 
yola sapmasınlar deyə  Həzrəti Peyğəmbər demək olar ki, mütəmadi olaraq 
keçmişlə, tarixlə bağlı hekayələr danışardı.  
 
2)
 
Duyğulara təsiretmə metodu 
Həzrəti Peyğəmbər (s) mükəmməl insan, gözəl müəllim olmaqla yanaşı, 
həm də insanların duyğularına hakim ola bilən  əla psixoloq idi. O, ilahi 
duyğuların tərbiyəsində,  şübhəsiz ki, insanların  ən güclüsü idi. Məhz bu 
bacarığından məharətlə istifadə edən Rəsulallah (s) bir çox hallarda kiçik 
anlaşılmazlıq üzündən müsəlmanlar arasında çıxa biləcək fitnə-fəsadın 
qabağını ala bilmişdi. 
Hədis kitablarında bu mövzu ilə bağlı zikr edilən hadisələrdən birini 
misal gətirmək olar. Məlum olduğu kimi Həzrəti Peyğəmbərin (s) Məkkə-
dəki çətin günlərində ona qucaq açan, onu bir peyğəmbər və  rəhbər kimi 
qəbul edərək  şəhərlərinə  dəvət edən mədinəlilərə  Rəsulallah (s) həmişə 
hörmətlə yanaşmış, onlara ənsarlar adını vermişdi. Peyğəmbər (s) onları 
                                                 
21
 əl-Münzir, a.k.ə. I, 591 


Məhəmməd Peyğəmbərin (s) təhsil metodları 
349 
Allahı sevmək, dini qorumaq kimi xüsuslarda tərbiyələndirdi, onlara təkrar 
küfrə  və  cəhalətə dönməyin pisliyindən bəhs etdi, bir sözlə onlara İslamı 
öyrətdi. Yəni, Peyğəmbər (s) Ənsar münasibətləri qarşılıqlı hörmət və sevgi 
üzərində qurulmuşdu. Lakin bir dəfə bu sevgi bağları az qala təhlükə altına 
düşəcəkdi. Belə ki, Məkkənin fəthindən az sonra, 630-cu ildə  Həvazin və 
Qatafin qəbilələri ilə aparılan Huneyn döyüşündə qalib gələn  İslam 
ordusunda  əldə olunan qənimətlərin bölgüsündə anlaşılmazlıq yarandı. 
Ənsardan olan döyüşçülər onlara digər müsəlmanlardan az qənimət payı 
bölünməsindən narazılıq edirdilər. Ordu arasına dedi-qodu düşdüyünü eşidən 
Məhəmməd Peyğəmbər (s) Sad bin Ubadəyə ənsardan olan döyüşçüləri bir 
yerə toplamasını  əmr etdi. Toplanan döyüşçülərə Onun belə xitab etdiyi 
rəvayət edilir: “Ey ənsar topluluğu, mənə çatan bu dedi-qodu nədir? 
Nəfslərinizdə  mənə duyduğunuz hirsin səbəbi nədir? Halbuki, siz 
yolunuzdan sapmışlardandınız. Allah sizə hidayət etmədimi?” Onlar hamısı 
bir yerdə: “Bəli, Allah və  Rəsulu daha etibarlı  və daha üstündür”, dedilər. 
Peyğəmbərin (s) bu qısa, lakin təsirli çıxışından sonra təsirlənən və ağlayan 
döyüşçülər sonra dedilər: “Bizə Allah və Rəsulu yetər”. 
22
  
Misaldan da göründüyü kimi, duyğulara təsiretmə ilə öyrətmək üsulu 
Rəsulallahın (s) məharətlə istifadə etdiyi növbəti mühüm metodlardandır. Bu 
misalı  təhlil edərək belə  qənaətə  gəlmək olur ki, lazım gəldiyi anda və ya 
bəzi kritik vəziyyətlərdə ilahi duyğulara toxunaraq, beləcə  həmsöhbətləri 
həyəcanlandırdıqdan sonra məlumatı vermək daha məqsədəuyğundur. 
Ənsarlar üçün Allah və  Rəsulu mal və mülkdən daha üstün olduğundan 
Peyğəmbərin (s) onlara bu xitabı effektli olmuşdu. 
 
3)
 
Razı salaraq öyrətmək metodu 
Təhsildə  təmin edici cavab vermək, öyrənəni razı salan bir tutum 
sərgiləmək də  Məhəmməd Peyğəmbərin (s) tədrisdə istifadə etdiyi 
metodlardandır. Bir mövzunu həmsöhbətə başa düşə biləcəyi  şəkildə izah 
edərək onu razı salmaq, xüsusilə mədəni səviyyəsi aşağı olan adamlara etdiyi 
hərəkətin çirkin olduğunu anlada bilmək üçün bu metod çox səmərəlidir. 
Qaynaqlarda buna dair misallar çoxdur. Onlardan birini qeyd etmək yerinə 
düşərdi:  
                                                 
22
  Müslüm, , a.k.ə. zəkat, 46 


Xəqani ABASOV  
350 
Bir gün Qureyş tayfasından olan bir gənc Məhəmməd Peyğəmbərin (s) 
hüzuruna gələrək: “Ey Allahın Rəsulu, şəhvətimə hakim ola bilmirəm. Mənə 
zina etmək üçün izn ver”, dedi. Bunun eşidən məclis əhli hiddətlənərək ona 
öz həddini bildirmək üçün onun üstünə yeridi. Lakin çox təmkinli olan 
Həzrəti Peyğəmbər (s) gəncin onun yanına gətirilməsini buyurdu. Yanına 
gələn gənclə Allah Rəsulu arasında belə bir dialoq yaşandı: 
-
 
Ananın zina etməsini istərsənmi? 
-
 
Xeyr, ya Rəsulallah. 
-
 
Bəs, qızınla bir başqa şəxsin zina etməsinə razı olarsanmı? 
-
 
Xeyr, olmaram ya Rəsulallah. 
-
 
Eləsə, heç kim anasının, bacısının, qızının, digər yaxınlarının zina 
etməsinə razı olmaz. 
Söhbət əsnasında gəncin artıq öz səhvinin anladığını görən Məhəmməd 
Peyğəmbər (s) əlini onun çiyninə qoyaraq: “Allahım, bu gəncin günahını 
bağışla, qəlbini təmizlə və iffətini qoru”, deyə dua etdi. 
23
 
Nəticə olaraq qeyd etməliyik ki, Peyğəmbərlik missiyası  çərçivəsində 
Cənab Allah tərəfindən insanları öyrətmək üçün də  vəzifələndirilən Allah 
Rəsulu (s) Ulu Tanrıdan aldığı bu müqəddəs tapşırığı  ən yüksək səviyyədə 
yerinə yetirmək üçün çalışmış, o dövrün imkanları daxilində əlindən gələni 
əsirgəməmişdir. Məhz onun sayəsində yazıb-oxumağı bilməyən  ərəb 
toplumu öyrənməyə  təşviq edildi, məscidlərdə  məktəblər açıldı. Xüsusilə 
Mədinədə inşa edilən Peyğəmbər Məscidində  təşkil olunan Suffada elm 
öyrənən səhabələrin sayı onlarla, bəzi qaynaqlara görə yüzlərlə idi. Həmin 
Suffa məktəbində yetişən,  İslamı  hərtərəfli qavrayan səhabələr idi ki, 
sonralar dinin təbliği üçün İslamın yeni yayıldığı bölgələrə göndərilir, yeni 
müsəlman olan toplumlara cəhalətdən qurtulmağa kömək edirdilər. Bütün 
bunlar Allah Rəsulunun (s) uzaqgörənliyinin, müdrikliyinin nəticəsində 
mümkün olmuşdu. Onun təbliğ etdiyi İslam dini əbədi olduğu kimi, insanları 
öyrətmək üçün istifadə etdiyi prinsip və metodlar da daim işlək və aktualdır.  
                                                 
23
  Əhməd bin Hənbəl, Müsnəd, V, 256-257 


Yüklə 8,93 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə