Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 8,93 Mb.
Pdf görüntüsü
səhifə107/114
tarix30.10.2018
ölçüsü8,93 Mb.
#76332
1   ...   103   104   105   106   107   108   109   110   ...   114

Ülviyyə SƏLİMBƏYOVA  
328 
vəznlər işlədən  şair çox azdır. Nəsimi  ərəb, fars, Azərbaycan  şeirində 
vəznləri məharətlə seçmiş, şəkil və ahəng etibarilə öz ruhuna, yüksək ədəbi 
zövqünə və Azərbaycan dilinin ahəng və xüsusiyyətlərinə daha çox uyğun 
olan vəznlərdən istifadə etmişdir. 
Nəsiminin işlətdiyi vəznlərin mühüm qismi ərəb şeirində çox yayılma-
yan, lakin Azərbaycan dilinin təbiətinə daha yaxın vəznlərdir. Nəsimi 
yaradıcılığında əruzun bəhrlərinin sayına gəldikdə, burada da mübahisəsiz 
keçinməyib. M.Quluzadə müəllifi olduğu “Böyük ideallar şairi” monoqra-
fik kitabında Nəsiminin işlətdiyi  əruz vəznindəki bəhrlərin sayını 10-a 
qədər vurğulayır. Yaqub Babayev isə, özünün “XIII-XIX əsrlər ana dilli 
şeirimizdə  vəzn problemi” məqaləsində  şairin bəhrələndiyi  əruz vəzninin 
bəhri sayını 9 rəqəmi ilə nişan verir. 
Ümumiyyətlə, Nəsimi  əruz vəzninin 10 bəhrindən istifadə etmişdir. 
Həmin bəhrlər bunlardır: 
Həzəc;  Rəməl; Rəcəz; Mütəqarib; Müzare; Müctəss; Xəfif;  Münsərih; 
Səri;  Kamil. 
Nəsimi Nizaminin seçib işlətdiyi bəhrlərə: bəhri-səriyə (“Sirlər 
xəzinəsi”), bəhri-həzəcə (“Xosrov və  Şirin”), bu bəhrin daha başqa bir 
qoluna (“Leyli və  Məcnun”), bəhri-xəfifə (“Yeddi gözəl”); Xaqani 
qəzəllərindəki bəhrlərə, xüsusilə həzəc bəhrinin vüqar və əzəmət ruhu ifadə 
edən cüzvünə (“Mədain xərabələri” kimi) çox rəğbət göstərmişdir. [4, 81]. 
Nəsiminin vəzn xüsusiyyətlərini göstərmək üçün bəzi nümunələrin 
təhlili üzərində dayanmaq maraqlı olardı. 
Şairin böyük məharətlə istifadə etdiyi “həzəc” bəhrində yazdığı qəzəl-
lərə nəzər salaq: (Həzəc bəhri səslərin onda düzgün düzülüşünə görə həzəc 
adlandırılmışdır. Təhəzzüc-səsin təkrarı, tərənnümü deməkdir. [5, 80]. (Sü-
ruri “Bəhrül-maarif” adlı əsərində həzəci tərif edərkən: həzəc tərənnüm ilə 
xoş gələn avaza derlər və əcəm fazilləri bəhri-həzəc ilə iqtida edə gəlmiş-
lərdir və bu bəhrə həzəc derlər, ərəblər tərənnüm etdikləri üçün.) [6, 12]. 
Həzəc bəhrinin  əsas vəzni belədir: məfAİlün məfAİlün məfAİlün 
məfAİlün. Həzəcin bu əsas forması fars və ərəb şeirinin sövti-quruluşu ilə 
daha çox uyğundur. Buna görə  də Azərbaycan dilinin qısa hecalılıq 
xüsusiyyətlərinə  ən az müvafiq gələn bir vəzndir. Nəsimi bu vəznin 
ahəngini Azərbaycan dilinin xüsusiyyəti ilə uyğunlaşdırmağa çalışmışdır.  
 


Nəsimi poeziyasinda əruz vəzni 
329 
Məyər həqdən ziyan gördün ki, batil qəvlə yapışdın, 
Çevirdin üzünü həqdən, saqın kim, həq deyil batil. 
Bu misraların təqtisindən aydın görünür ki, Nəsimi vəznin ahənginə 
heç də uymayan xalis azərbaycanca “yapışdın” və “üzünü” kimi qısa hecalı 
sözləri işlətməkdən çəkinməmiş  və bu sözləri süni surətdə uzatmaq 
məcburiyyətində qalmışıdr. [7, 81-82].           
Həzəc bəhrinin ikinci şəkli sayılan: məfAİlün məfAİlün fəUlün qəlibi 
Nəsiminin  ən çox sevdiyi vəzndir. Vəznin qəlibini işarələrlə bu cür nişan 
vermək olar: ˘ ¯ ¯ ¯ │ ˘ ¯ ¯ ¯ │ ˘ ¯ ¯ . Bu qəlib ərəb və fars əruzlarında həzəci-
müsəddəsi-məhzuf, Azərbaycan əruzunda üçbölümlü naqis həzəc adlanır. 
Nəsimidən vəznin bu növünə aid bir misal: 
Əgərçi candasan, candan nihansan
Degilsən candan ayrı, bəlkə cansan. [8, 180]. 
Ümumiyyətlə, həzəc bəhrinin 15-ə qədər şəkli vardır ki, Nəsimi bunlardan 
daha yüngül, daha oynaq, axıcı olanları seçmiş və şeirlərinə rəngarəng musiqi 
ahəngi vermişdir. Bu da birbaşa Nəsimi  şeirinin “Sima” ənənələri (musiqi, 
takt, ritm ənənələri deməkdir) ilə bağlı olduğuna bariz nümunədir. 
Həzəc bəhrinin Nəsimi yaradıcılığında işlənmə sayına gəldikdə isə, şair 
74 şeirini əruzun bu bəhrində qələmə almışdır. 
Rəcəz bəhri İmadəddin Nəsimi poeziyasında xüsusi mərhələ təşkil edir. 
Bu bəhr üç hissə üzərində qurulduğu üçün rəcəz adlandırılmışdır. Bu sözün 
əsli dəvədən götürülmüşdür. O ayaqlarından birini yerdən götürüb üç ayağı 
üzərində dayanan dəvəyə oxşadılmışdır. Bu sözün mənasının daha tutarlı 
izahı dəvə ağrıya, xəstəliyə və zəifliyə məruz qalaraq titrəyərkən işlədilən 
“naqətun raczə’u” /titrəyən dişi dəvə/ kəlməsi ola bilər. Bu vəzn titrək 
olduğundan həmin ifadəyə oxşadılaraq rəcəz adlanmışdır. Onun əsli  ərəb 
şeirində müstəfilün təfiləsinin altı  dəfə (Azərbaycan  şeirində 4 dəfə) 
təkrarından ibarətdir. [9, 83]. 
Rəcəz bəhrinin hələlik bizə yalnız 4 növü məlumdur. Bu bəhrin birinci 
növü dörd müstəfilün (نلعفتسم) təfiləsinin  
təkrarlanması ilə yaranır. Bu 
bəhrdə ən çox şeirlər yazan şairimiz İmadəddin Nəsimi olmuşdur. Özünün 
47 şeirini rəcəz bəhrində qələmə almışdır.  
Nəsimidən bir misal: 
Ey nazı çox dilbər, məni yandırma hicrin narinə, 
Çox yanıram pərvanətək şəmi-rüxün ənvarinə. [10, 57]. 


Ülviyyə SƏLİMBƏYOVA  
330 
Eynazıçox-müstəfilün, dilbərməni-müstəfilün, yandırmahic-müstəfilün. 
Şəmirüx-müstəfilün, nənvarinə-müstəfilün. 
Çoxyanıram-müstəfilün, pərvanətək-müstəfilün,  şəmirüx-müstəfilün, 
nənvarinə-müstəfilün.  
İmadəddin Nəsimidə rəcəz bəhrinin ikinci növü olan müstəfilün təfilə-
sinin iki dəfə təkrarına şairin bir neçə qəzəl-müsəmmətlərində rast gəlirik. 
Aşağıda Nəsiminin misal gətirilən qəzəl-müsəmmətlərinə nəzər salaq: 
      /    ¯  ¯  ˘  ¯      /       ¯  ¯  ˘  ¯  / x 2. 
      Tərk etmişəm din, əqlü can, 
      Mən eşqi-canan məstiyəm, 
      Tərk etmişəm dil, xanüman, 
      Mən eşqi-canan məstiyəm. [`11, 151]. 
 Və ya: 
    /  ¯    ¯   ˘   ¯  /   ¯   ¯   ˘   ¯  /  x 2. 
    Yüz min cəfa qılsan mənə,  
     Mən səndən üz döndərmənəm. 
     Canım ola qurban sənə, 
     Mən səndən üz döndərmənəm. [12, 152]. 
Bu qəzəl müsəmmətlardə  əruz və heca sintezi var. Hər iki qəzəli 
hecalara böldükdə 16 (8+8) ölçüsü alınır.  
Nəsiminin yaradıcılığında elə  tənsif-qəzəllər var ki, qəzəlin ya bütün 
misralarında, ya da misralarının çoxunda hecaların sayı bərabərdir. Həm də 
bütün misraların həm birinci yarımındakı, həm də ikinci yarımındakı 
hecaların sayı da bərabər və mütənasibdir. Məsələn. İmadəddin Nəsiminin 
9 beytdən ibarət olan “Allahu əkbər, ey sənəm...” mətləli qəzəlinin bütün 
misraları 8+8=16 hecalı  şeir prinsipi ilə yazılmışdır. Tənsif formasında 
olan qəzəlin vəzni isə rəcəz bəhrinin birinci növüdür. (4 dəfə müstəfilün.) 
                    4    +  4 = 8                        4 + 4 = 8 
        Allahu ək     │bər, ey sənəm, │hüsnünə hey │ ran olmuşam. 
        Qövsi qüzeh │ di qaşların,     │yayinə qur    │ban olmuşam. 
        Yüzündürür  │cənnət gülü,    │saçın həqi     │qət sünbülü. 
        Eşqində mən │bülbül kimi,    │aləmdə dəs   │tan olmuşam. 
        Kövnü məkan│dan keçmişəm,│məni şərab  │ın içmişəm, 
        Canan yüzü   │nü görmüşəm   │sər ta qədəm│can olmuşam. [13, 
177]. 


Yüklə 8,93 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə