Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 8,93 Mb.
Pdf görüntüsü
səhifə105/114
tarix30.10.2018
ölçüsü8,93 Mb.
#76332
1   ...   101   102   103   104   105   106   107   108   ...   114

Xilafət ordularının Azərbaycana gəlişi ərəfəsində burada inzibati – siyasi bölgü  321 
işğalçıların zülmünə qarşı onların qəhrəmanlıq mübarizəsi haqqında və bu 
mübarizənin işğalçılar üçün çox böyük güc sərf etmək və çoxlu hərbi qüvvə 
səfərbərliyə almaq bahasına başa gəldiyi haqqında məlumat verilir. 
İran - Bizans müharibələri seriyasında 628 - ci ilədək uzanan son 
müharibə 603 - cü ildə II Xosrovun yürüşü ilə başlanmışdı. Bizansa qarşı 
müharibə iranlılar üçün əlverişli keçirdi və onlar bir neçə il ərzində çoxlu 
vilayət tutmağa və imperiyanın paytaxtı Konstantinopolun özünə 
yaxınlaşmağa nail olmuşdular
17

610 - cu il oktyabrın 5 - də İrakli Bizans taxtına çıxdı. O, II Xosrov ilə 
barışığa girməyə cəhd etdi, lakin Xosrov romalılarla barışıq bağlamadı, hətta 
digər vilayətləri də onların  əlindən aldı.  İranlılar 622 - ci ilədək Pont 
sahilindən şərqdəki bütün Roma torpaqlarını tutdular. 
İranlıların müvəffəqiyyətləri 623 - cü ilədək davam etdi. Həmin il İrakli 
iranlılar üçün əlverişli olan bir barışıq bağlamağa II Xosrovun razılıq 
vermədiyini gördükdə böyük bir ordu toplayıb, dolama yol ilə, Kolxida və 
İberiyadan keçərək İran üzərinə getdi.  
Bizans ordusu Dvini tutdu, Azərbaycana soxuldu və Naxçıvanı  işğal 
etdikdən sonra Arazı keçdi. Sonra Cənubi Azərbaycanın paytaxtı Qazaka 
tutuldu və atəşpərəstlərin bu şəhərdəki baş  məbədi bizanslılar tərəfindən 
dağıdıldı
18
. Gürcü mənbələrində  İraklinin bu səfəri bir qədər başqa  şəkildə 
təsvir edilir:  
“Stepanozun padşahlığı zamanı (600 - 619) imperator İrakli Azərbaycan 
və  Şirvanı istila etdikdən sonra Gürcüstan ərazisinə girdi və gürcüləri 
məğlub etdikdən sonra onların padşahı Stepanozu öldürdü”
19

İrakli çoxlu əsir və külli miqdarda qiymətli şey ələ keçirdikdən sonra öz 
qoşunlarını  qışlamaq üçün Arrana apardı. Bizans əsgərləri ölkədə 
özbaşınalığa başladılar. Bu haqda “Ağvan tarixi”nin müəllifi öz əsərində 
belə yazır: 
“Saysız - hesabsız yunan ordusu gələndən sonra sürətlə axan bir çayın 
yaxınlığındakı Kaqankaytuk kəndi ətrafında ordugah qurdu. Bu ordu keçdiyi 
gözəl üzümlük və tarlaları tapdayıb viran etdi. Oradan çıxdıqdan sonra isə 
                                                 
17
 Н. В. Пигулевская, Византия и Иран…, стр. 189 
18
 К. П. Патканов, Опыт истории династии Сасанидов… стр. 67. 
19
 М. Джанашвили, Известия грузинский детописей и историков о северном Кавказе и 
России, стр. 23. 


Tariyel RƏSULOV  
322 
Trtu (Tər - tər) çayı kənarında yerləşən Divdəkan kəndi yaxınlığında düşərgə 
saldılar”
20
.  
Qeyd etdiyimiz kimi, hələ Xosrov Ənuşirəvan dövründə Albaniyaya 10 
min xəzər köçürülmüşdü. Xəzərlərin  əlində olan Qəbələ  şəhərində onların 
inzibati mərkəzi yerləşirdi
21
. Çox ehtimal ki, xəzərlər cənuba doğru növbəti 
hücumları zamanı  məğlubiyyətə  uğradıqda, Albaniyanı  tərk etmədilər, 
sadəcə Albaniya ərazisində  əvvəlki hərəkət yerlərinə, Qəbələyə qayıtdılar. 
Burada onlar öz soyğunçu yürüşləri üçün əlverişli hadisələrin baş verməsini 
gözləməyə başlayaraq, qərbdə çox ehtimal ki, indiki Gürcüstan 
sərhədlərinədək, cənubda isə Kür çayınadək uzanan, şübhəsiz, böyük bir 
ərazini nəzarət altında saxladılar. Onlar şərqdə öz mərkəzi hakimiyyətləri ilə 
daimi əlaqə saxlayaraq təkcə Dərbənd keçidini deyil, Dərbənddən qərbdəki 
bütün dağ keçidlərini (Ağbulaq, Salavat keçidləri, Bazardüzü dağındakı iki 
keçidi) də diqqətlə  nəzarət altında saxlayırdılar. Çünki, bu keçidlərdən  ən 
qısa müddətdə Albaniya ərazisinə qoşun yeritmək olardı.  
Beləliklə, deyilənlərə yekun vuraraq, belə  nəticəyə  gəlmək olar ki, 
ərəblərin hücumu zamanı Azərbaycanın bütün cənub hissəsi Sasanilər 
imperiyasının tərkibində qalmaqda davam edirdi. Azərbaycanın  şimalı 
(Arran, Albaniya) və ümumiyyətlə Qafqaz ərazisi isə Qafqaz dağlarının 
ətəklərində yerləşən xəzərlərin tez - tez hücumlarına məruz qalırdı. Eyni 
zamanda ölkədə Sasanilərin canişini - mərzban qalırdı ki, bu da Qafqazın 
çox hissəsinin,  əsasən də Albaniyanın  İrandan vassal kimi asılı olduğunu 
göstərir. Eyni zamanda Arran sakinləri xəzərlərə bac verməli olurdu və 
xəzərlərlə bir çox il ərzində edilən mübarizə isə ərəblərin bu ölkəni asanlıqla 
tabeçilik altına almalarında öz rolunu oynadı.  
                                                 
20
 Z. Bünyadov eyni əsərdə yazır: Uti vilayətində “Böyük kənd” iti axan çayın (Tər - tər 
çayının) yaxınlığında bir dağın ətəyində yerləşir. Ərəb coğrafiyaşünasları bu yeri Kalkatus 
adlandırır və göstərirlər ki, bu yer Bərdədən Dəbilə gedən ticarət yolu üzərində, Bərdənin 9 
və Matrisin 13 fərsəxliyindədir. əl - Idrisi isə Kalatusu “hasarlı kiçik şəhər” adlandırır. Z. 
Bünyadovun verdiyi məlumata görə 1902-ci ildə Kaqankat kəndi xərabələrində bir neçə 
Azərbaycanlı ailə yaşayırdı. Bu kənd Divdəkan kəndi xərabələri ilə Tərtərin sol sahilində 
“Qarı körpüsü” yaxınlığında tərk edilmiş Metagis kəndi arasında idi.  
21
  Xəzərlərin Azərbaycanın müxtəlif bölgələrində  məskunlaşması barəsində Z. Bunyadov 
bunları qeyd edir: Xəzərlər o dövrlərdə  nəinki Qəbələdə, indiki Qusar və Mingəçevir 
şəhərlərinin  ərazisində  də yaşamışlar. Mingəçevir və Sarkelin ərazisində  aşkar olunmuş 
katakomba  şəkilli qəbirlərin oxşarlığı bizim bu məsələdə  əminliyimizə  əsasdır. Hal - 
hazırda da Qəbələ və digər qonşu vilayətlərin ərazisində “Xəzəri” adlı kəndlər vardır. 


Xilafət ordularının Azərbaycana gəlişi ərəfəsində burada inzibati – siyasi bölgü  323 
 
 
SUMMARY 
 
Migration of Arabs to newly seized countries and settling down in these 
countries began after Arab power became stronger in the captured areas. 
Migration of Arabs to newly seized countries was expressed firstly in the 
form of setting up military armed camps where the caliph’s vicars lived
secondly capturing certain area of nomadic Arab tribes. The armed camps in 
short time became the center of city life mainly a place where type of culture 
of common Muslim established.   
 
 
 
РЕЗЮМЕ 
 
Переселение  арабов  в  ново - завоеванные  страны,  а  также  их 
поселение  там  началось  после  укрепления  власти  арабов  на 
завоеванных  территориях.  Иммиграция  арабов  в  ново-завоеванные 
страны  осуществлялась,  во-первых,  в  виде  разбивки  военных  лагерей 
для  проживания  наместников,  во - вторых,  занятия  определенной 
территории бедуинами. Лагеря вскоре становились центрами городской 
жизни, главным образом, местом создания типа общей мусульманской 
культуры. 
 


Yüklə 8,93 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə