Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 8,93 Mb.
Pdf görüntüsü
səhifə103/114
tarix30.10.2018
ölçüsü8,93 Mb.
#76332
1   ...   99   100   101   102   103   104   105   106   ...   114

Ruhəngiz KƏRİMLİ  
316 
 
 
РЕЗЮМE 
 
ШУМЕРСКИЙ ЯЗЫК И ШУМЕР В ИСТОРИЕ 
 
Расположенные между двух рек или жившие на территории южного 
двуречья и создавшие иреоглифические письма шумеры называли Шу-
мер или  же  страна Шумеров. После  Второй  Мировой  войны  были ис-
ледованы все писменные источники относящиеся шумерам и было до-
казано то, что самое древное государство и искусство принадлежит не 
древному  Егирету,  а  Шумерам,  Гегомонические  (отношения)  борьбы 
Шумеров на территории Двуречья в 2003 году до нашей еры, племено 
элан и су разгромили госудаство Шумеров. И после этих в событий за-
вершилось тысячилетное управление государство Шумеров. 
 
 
 
SUMMARY 
 
South of between the two river was called as Shumer or country of 
Shumer which it invented the cuneiform. After the second world war whole 
manuscripts that belong to Shumer, were investigated and proved that the 
most ancient state and the most ancient civilization were established not only 
at Egypt, but at the south of between the two river, especially at Shumer. 
Struggle of Shumer for hegemony at the between the two river causes 
that in 2003 year before Christ Shumer was made kneel by Elam’s and Su 
crews. Thus the state of Shumer and its period that covered thousand years 
ended.  
 


Xilafət ordularının Azərbaycana gəlişi ərəfəsində burada inzibati – siyasi bölgü  317 
 
 
XİLAFƏT ORDULARININ AZƏRBAYCANA GƏLİŞİ 
ƏRƏFƏSİNDƏ BURADA İNZİBATİ – SİYASİ BÖLGÜ 
 
Tariyel RƏSULOV
 

 
 
 
Azərbaycan və ətrаf bölgələrin inzibati bölgüsü məsələsinə toxunmazdan 
əvvəl qeyd etməliyik ki, Ərəb Xilafəti hələ yenicə meydana gələrkən demək 
olar ki, bütün Orta Şərq, o cümlədən Azərbaycan və ətrаf Bölgələrin ərazisi 
bir - biri ilə  çəkişən iki qüdrətli rəqib dövlət olan Bizans və Sasani İranı 
arasında bölüşdürülmüşdü.  
Ümumi adına “Arran” (Albaniya, Ağvank)
1
 deyilən, yarımmüstəqil 
əmirlik və ya padşahlıq  şəklində  İrandan asılı olan Azərbaycanın  şimal 
rayonları daim öz daha güclü qonşuları və Xəzərlərin
2
 işğalçılıq hücumlarına 
məruz qalmışdır. Bu işğalçıların təzyiqi səbəbi ilə Arran ərazisi gah bir, gah 
da digər daha güclü qonşudan siyasi və iqtisadi cəhətdən asılı  vəziyyətə 
düşürdü. 
Bir  əyalət (kustak) kimi Sasanilər imperiyası  tərkibinə daxil olmuş 
Azərbaycanın cənub bölgəsi də Bizans ilə  İran arasında tez - tez baş verib 
bəzən on illərlə davam edən dağıdıcı müharibələr nəticəsində  ağır 
məhrumiyyətlərə qatlaşmışdır
3
.   
Ərəb xilafəti adlı bir dövlətin hələ dünyada olmadığı bir vaxtda, VI əsrin 
axırlarında həm Azərbaycan, həm də Arran ərazisi Sasanilər imperiyasının 
tərkibinə daxil olub İberiya və Ərməniyyə əraziləri ilə birlikdə imperiyanın 
dörd inzibati vahidindən biri olan Şimal canişinliyi (Qafqaz kustakı) təşkil 
edirdilər. Sasanilər dövründə İranın inzibati bölgüsü haqqında məlumata əd - 
Dinəvərinin əsərində bu şəkildə rast gəlirik:  
“Kisra  Ənuşirəvan ölkəni dörd hissəyə böldü və bunlardan hər biri bir 
nəfər rəis tərəfindən idarə olunurdu. Dörd hissədən biri Xorasan, Sicistan və 
                                                 

 AMEA Əlyazmalar institutunun aspirantı 
1
 Ziya Bünyadov, Azərbaycan VII - IX əsrlərdə, “Azərnəşr”, Bakı 1989, səh. 39 
2
 А. Й. Якубовский, Ибн Мискавейх о походе русов в Бердаа в 332 – 943 - 944 г. стр. 74 
3
 Z. Bünyadov, a. ç. ə. səh. 39  


Tariyel RƏSULOV  
318 
Kirmandan, o birisi - İsfahan, Qum, Cibəl, Azərbaycan və  Ərməniyyədən, 
üçüncüsü - Fars, əl - Əhvaz və  əl - Bəhreyn, dördüncüsü - İraqdan tutmuş 
Rum ölkəsinin sərhəddinədək uzanan yerlərdən ibarət idi”
4

Lakin günümüzdə bizə  məlum olmayan qədim pəhləvi mənbələrindən 
istifadə etmiş  Təbərinin qədim  ərəb mənbələrindən verdiyi məlumatda 
deyilir ki, imperiyanın dörd əyalətə (kustaka) bölünməsi hələ I Xosrovdan 
əvvəl mövcud idi. Xosrov taxta çıxandan sonra “İranın dörd ölkəsini idarə 
edən dörd Sepəhbudə  məktub göndərdi”. Məktublardan biri “Azərbaycan, 
Ərməniyyə  və qonşu bölgələrin Sepəhbudu Zədüyyə ibn ən - Nahiracana 
göndərilmişdi”
5
.  
I Xosrova qədər Sepəhbud adlanan baş  hərbi rəis vəzifəsini bir nəfər 
daşıyırdı. I Xosrov bu vəzifəni dörd nəfər arasında böldü: 
“Sərq, yəni Xorasan və qonşu torpaqlar Sepəhbudu, Qərb (Məğrub) 
Sepəhbudu, Cənub (Nimruz), yəni Yəmən Sepəhbudu, Azərbaycan və qonşu 
torpaqlar, yəni Xəzərlər Sepəhbudu”
6

Kustaklar da öz aralarında daha xırda vahidlərə bölünürdü və bu 
vahidlərdən hər biri tarixən əmələ gəlmiş ərazi və etnik şəraitə uyğun olaraq 
nisbətən daha az və ya nisbətən daha çox müstəqil vilayətdən (şəhərdən) 
ibarət idi. Şimal kustakına 13 belə vilayət (şəhər), o cümlədən Azərbaycan 
(Atrpatakan),  Ərməniyyə  (Ərmən),  İberiya (Varçan), Arran (Ran), 
Balasakan, Sisakan və digər vilayətlər daxil idi
7
.  
İbn Xordadbeh təsdiq edir ki, Qərb və ya Şimal vilayətləri Sasanilər 
imperiyasının dörddə bir hissəsini təşkil edirdi və Azərbazqansepəhbud 
adlanan ölkə  Şimal sepəhbudunun hakimiyyəti altında idi. Bu hissəyə 
Azərbaycan, Ərməniyyə, Rey, Arran və başqaları daxil idi. Bundan başqa da 
padşahlara verilən adlardan danışan İbn Xordadbeh bildirir ki, hələ I Ərdəşir 
(hak: m. 224 - 241) Azərbaycan və digər ölkə padşahlarına şah adı vermişdi. 
Məsələn, Azərbazqan şah, Şiryan şah, Baraşkan şah (Azərbaycanda), Allan 
şah, Filan şah (Arran) və i. a.
8
  
                                                 
4
 Z. Bünyadov, a. ç. ə. səh. 39 
5
 Н. Б. Пигулевская, Города Ирана в раннем средневекове, стр. 169 - 173 
6
 Z. Bünyadov, a. ç. ə. səh. 39 
7
 В. Г. Луконин, Иран в эпоху первых Сасанидов, стр. 19 - 24; J. Marquart, Eransahr, səh. 
108 - 136 
8
 Z. Bünyadov, a. ç. ə. səh. 40 


Yüklə 8,93 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə