Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 8,93 Mb.
Pdf görüntüsü
səhifə100/114
tarix30.10.2018
ölçüsü8,93 Mb.
#76332
1   ...   96   97   98   99   100   101   102   103   ...   114

Dr. Qiyas ŞÜKÜROV  
306 
 
 


Şumer Dili və Tarixdə Şumerlər 
307 
 
 
ŞUMER DİLİ VƏ TARİXDƏ ŞUMERLƏR 
 
Ruhəngiz KƏRİMLİ

 
 
 
Dünyanın  ən qədim mədəniyyətinə sahib olan şumerlər  İkiçayarasına-
Dəclə  və  Fərat sahillərinə e. ə. VII-VI minilliklərdə köç etmişlər. Onların 
İkiçayarasına haradan gəlməsi haqqında bir neçə fikir və ehtimal olduğuna 
görə bu məsələ mübahisəli olaraq qalır. Bu ərazinin  ən qədim sakinləri 
barədə  dəqiq məlumat yoxdur. Mixi yazını icad edən  şumerlərin adıyla 
İkiçayarasının cənubu  Şumer və ya Şumer ölkəsi adlanırdı. Son əl-Ubeyd 
(e.ə. IV minillik), Uruk (e.ə. 3000-2800-cü illər), Cəmdət-Nəsr (e.ə. 2800-
2600-cü illər) arxeoloji mədəniyyətləri şumerlərin adıyla bağlıdır.   
Şumerlərin mənşəyinə münasibət bu günün özündə də bir mənalı deyil. 
Bir qrup tədqiqatçılar  şumerlərin Aralıq dənizi və Qafqaz irqinə  mənsub 
olduğunu irəli sürmüşlər. Digər bir qrup onların Hind-Avropa mənşəli 
olduqlarını iddia edir. Şumerlərin Kiçik Asiyadan=Anadoludan, Şərqi Ön 
Qafqazdan,  İrandan, o cümlədən Elamdan, Orta Asiyadan, hətta Hindis-
tandan və Hind-Cindən gəlmələri barədə də mülahizələr səslənir. Lakin bir 
məsələni də  nəzərdən qaçırmaq olmaz ki, şumer dilində bir çox türk 
(prototürk) sözləri aşkar olunmuşdur. (1, 81-83). 
Qədim yazılı  mənbələrdə  ”Şumer” etnik ad kimi işlədilməmişdir. Mixi 
yazılarda Cənubi  İkiçayarasının  əhalisi ”Şumer ölkəsinin xalqı” adı altında 
göstərilirdi. Şumer adını alanlar isə özlərini başqa cür-kar-rir, yəni qarabaş-
lılar adlandırırdılar. Çox maraqlıdır ki, Cənubi İkiçayarasında şumerlərə qə-
dər heç bir etnosun adı çəkilmir. 
Mixi işarələrin  şumerlər tərəfindən icad ounmasını fransız alimi J. 
Oppert 1869-cu ildə  aşkara çıxarsa da, şumer mətnləri  A.  Says  və F. 
Lenormannın birgə səyi nəticəsində yalnız 1871-73-cü illərdə işıq üzü gördü. 
İkinci dünya müharibəsindən sonra şumerlərə məxsus bütün yazılı qaynaqlar 
tədqiq edilərək,  ən qədim dövlətin və  mədəniyyətin Misirdə deyil, 
                                                 

 ADPU – nun “Ümumi tarix” kafedrasının magistrı 


Ruhəngiz KƏRİMLİ  
308 
İkiçayarasının cənubunda-məhz  Şumerdə yarandığı sübuta yetirilmişdi. (3, 
46; 50; 57.)   
Şumer mixi kitabələrindəki sözlər daha çox türk dillərinin leksemləri ilə 
müqayisə edilmişdir. İlk olaraq alman alimi F. Hommel şumerlərin Mərkəzi 
Asiyadan gəlməsi və şumer dilinin altay dilləri ilə qohum olması müddəasını 
müdafiə edərək, bir çox şumer-türk sözlərinin qarşılıqlı müqayisəsini 
vermişdi. Bir neçə sözü çıxmaq şərti ilə, qalan şumer sözlərinin oxunuşu ya 
köhnəlmiş, ya da onların eyni mənşəli olmasını sübut edən fonetik 
qanunauyğunluq göstərilməmişdi.  İndinin özündə  şumer dilinin altay dil 
ailəsinə daxil edilən türk dilləri ilə qohumluq əlaqələrini təsdiqləyənlər az 
deyil. Orta Asiya dilçisi A. S. Amonjolov 20-dən artıq şumer sözlərinin türk 
sözlərilə oxşarlığını fonetik qanunauyğunluqlar  əsasında açıb göstərə 
bilmişdi. O. Süleymenov, A. Məmmədov, İ.M. Miziyev və başqaları şumer-
türk leksik paralellərini qeyd etmişlər. Türk araşdırıcısı Osman Nedim Tuna 
isə  şumer və türk dillərinin tarixi ilgilərini araşdıraraq bir çox şumer-türk 
sözlərinin qanunauyğun fonetik dəyişmələrini müəyyən edə bilmişdir. 
Tunanın araşdırmaları tarixən şumer və türk (prototürk) dillərinin çox yaxın 
təmasda olduğunu isbatladı. 
Yuxarıda qeyd etdiyimiz araşdırıcılardan O. Süleymenovun tədqiqatları 
daha dərin və elmi olmaqla bərabər, həm də həqiqəti əks etdirir. Belə ki, O. 
Süleymenov Ön Asiyanın ölü dilləri üzrə mütəxəssis  İ. M. Dyakonovun 
”Şumer dili” məqaləsindəki şumer dilinin təcrid olunmuş dil hesab edilməsi, 
bu dilin heç bir dillə qohum olmaması fikrinə  qətiyyətlə etiraz edərək bu 
sahədəki fundamental tədqiqatını ortaya qoyur. O, bildirir ki, İ. M. 
Dyakonov yüzdən çox şumer sözündən istifadə etsə  də, mən  şumerdə  ən 
yüksək say rəqəmi olan 60 rəqəminin rəmzi kimi altmış söz götürdüm. 
Şumerlərdə son hədd  ədədi bunlar idi-60, 60 x 60, 60 x 60 x 60 və s. 
Altmışlıq say sistemi də buradan qaynaqlanır: dəqiqə-60 saniyə, bir saat-60 
dəqiqə, çevrə-360 dərəcə və s. ( 2, 89.) 
O. Süleymenov alman alimi F. Hommelin tədqiqatlarını son dərəcə 
uğurlu hesab edərək yazır ki, şumerlərin türklərlə əlaqəsinin mümkünlüyünü 
həzm edə bilməyənlər onun cəhdini daha doğrusu, müvəffəqiyyətini qeyri-
elmi mübahisədən doğan elmi olmayan nəticələrin klassik nümunəsi kimi 
təqdim edirlər. Deyilirdi ki, Hommel şumer dil nümunələrini müxtəlif türk 
dillərindən götürülmüş sözlərlə müqayisə edib: əslində isə praformal 


Şumer Dili və Tarixdə Şumerlər 
309 
tutuşdurulmalıydı. Həm də Hommelin müqayisə etdiyi sözlər az miqdarda 
olduğundan hesab edirdilər ki, türk sözlərinə təsadüfən də uyğun gələ bilər. 
Bu məsələləri nəzərə alan O. Süleymenov sözlüyün müxtəlif sahələrinə aid 
ayrı-ayrı sözləri deyil, leksemaların semantik yuvalarını tutuşdurdu. O, 
şumer leksikasını qruplar üzrə  cəmləşdirib, onları müvafiq türk terminləri 
qrupları ilə müqayisə etdikdən sonra bu uyğunluqların ən çox iki bölməyə - 
a) Allah və b) İnsan bölmələrinə aidiliyini müəyyən etdi. Tutuşdurulan 
sözlərin məna-forma oxşarlığı  və  fərqlilik cəhətdən sistem yaratması 
inanılmaz nəticəni ortaya qoymuş oldu: bu iki qrupdan olan bir çox şumer 
sözləri türk sözlərindən asılı idi. Ən təəccüblüsü isə alınma şumer sözlərinin 
türk dillərində indiyədək qalmaqda olan və geniş  təsvir edilmiş dialekt 
xüsusiyyətlərini özündə saxlaması idi. Bu isə  şumerlərin hər hansı bir türk 
toplumu ilə deyil, bir neçə türk tayfası ilə ünsiyyətdə olduğunu aşkarladı. 
Diqqətçəkən  ən mühüm məsələ isə türklərlə ünsiyyətin zaman-zaman, yəni 
daimi olması idi. O. Süleymenov hesab edir ki, sonrakı mədəni təsir qədim 
təsirin nəticələrini büsbütün aradan götürə bilməmiş, bir növ yeni qat 
yaradaraq, onu görünməz etmiş, arxa plana sıxışdırmış, lakin məhv edə 
bilməmişdi. Çoxqatlılıq qazax dilindəki ”Alla”-”Tenqri” terminində özünü 
göstərir. Türk köçəri Vahid, Ulu Yaradanı, Allahı bu cür adlandırırdılar. 
Burada çox maraqlı bir nüans ortaya çıxır: dini terminlər hər bir lüğətdə 
leksikanın  ən dayanıqlı hissəsi kimi öz sabitliyini qoruyub saxlayır. 
Maraqlıdır ki, başqa terminlər bu qədər dəyişməz şəkildə öz mahiyyətini və 
formasını saxlaya bilməməşdir. 
Bu məqamları  nəzərə alan O. Süleymenov şumer və türk sözləri 
arasındakı qeyri-təsadüfi uyğunluqların cədvəlini tərtib edərək, elmdə bu 
vaxta qədər  şumerlər haqqında mövcud olan stereotipləri dağıtmağa nail 
oldu. O. Süleymenov tədqiqatında Tanrı  və insan qruplarının leksikasına 
üstünlük veməklə yanaşı, başqa leksik qrupların tutuşdurulmasına da diqqət 
yetirmişdir. (1, 86.) 
İ. M. Dyakonov, Y. Klima, S. N. Kramer və bu istiqamətli tədqiqatçıla-
rın bütün cəhdləri ona yönəlib ki, şumer dili naməlum dildir, heç bir qədim 
və müasir dillə qohumluq əlaqəsi yoxdur. O. Süleymenov əhatəli araşdırma 
apararaq, yuxarıda qeyd etdiyim alimlərin mülahizələrinin heç bir elmi əsası 
olmadığını sübuta yetirdi. 


Yüklə 8,93 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə