Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 8,93 Mb.
Pdf görüntüsü
səhifə98/114
tarix30.10.2018
ölçüsü8,93 Mb.
#76332
1   ...   94   95   96   97   98   99   100   101   ...   114

Dr. Qiyas ŞÜKÜROV  
300 
olaraq,  Əbu Həyyan, “Zəhvü’l-mülk fī  nəhvi’t-türk”, “əl-Əf‘āl fī lisāni’t-
türk” və  “əd-Dürrətü’l-mudiyyə fi’l-lüğati’t-türkiyyə” adlı bir neçə başqa 
əsərini də türk dilşünaslığı sahəsinə həsr etmişdir.
13
 
Əslən  İraqlı olan və sonradan Məğrib üzərindən  Əndəlüsə köç edən 
dilşünas alim Muhamməd b. Əhməd b. Yūsuf əl-İraqī isə fars dilinin tədqiqi 
ilə maraqlanmışdır. Bu dilşünas  Əndəlüsə köç etdikdən sonra, burada fars 
dilinin təlim və  tədrisiylə  məşğul olmuşdur.  İraqī, fars dilinin qrammatika-
sıyla  əlaqədar bir əsər də  təlif etmişdir. Bu əsərində fars dilindəki bəzi 
kəlmələrin mənalarını izah etmişdir.
14
 
Fars dilinin tədqiqi ilə məşğul olan Əndəlüslü dilşünaslar arasında Əbu əl-
Hasan Alī b. Muhamməd b. Alī b. Yūsuf əl-Kitamīnin (ö. 680/1281) xüsusi yeri 
vardır.  İbnü’z-Zāyi adıyla məşhur olan bu dilşünas fars dilindən danışmağa 
xüsusi maraq göstərmiş və bu dildəki bir sıra sözlərin izahlarını vermişdir.
15
 
Lüğətşünaslar və tərcüməçilər 
Əndəlüs dil məktəbinin  ən mühüm xüsusiyyətlərindən bir digəri 
dilşünaslığın yan sahəsi olan lüğətşünaslıq elmi ilə  məşğul olan 
mütəxəssislər yetişdirməsidir. Erkən dövr Əndəlüs dil məktəbinin 
nümayəndələrindən  Əbu  Əli  əl-Kālī  “əl-Bāri”, Təmmam b. Qalib ət-
Təyyanī  “əl-Mū‘ib”,  İbn Sīdə  “əl-Muhkəm” və  Əbu  ət-Tāhir  əs-Saraqustī 
“əl-Müsəlsəl fī ğarībi’l-lüğat” adlı lüğətləri ilə məşhur idilər.
16
 
Bəni Əhmər dövründə yuxarıda qeyd olunan lüğətşünaslıq fəaliyyətləri 
davam ettirilmiş  və bu sahədə  əsər yazan bir neçə  məşhur lüğətşünas 
yetişmişdir. Onlardan birisi Əhməd b. İbrahim  ən-Nəhvī (ö. 1308) idi. 
Əndəlüsün Ceyyan şəhərində doğulan bu alim,  ibtidai  təhsilini 
doğulduğu  şəhərdə almış, Malaqa ve Qrenadada isə  təhsilini başa 
vurmuşdur. Yaşadığu dövrdə  “ərəb dilinin ustası” titulunu qazanmışdır. 
                                                                                                                   
6574; Məmmədəliyev, eyni əsər, səh. 255; Kafes, Ebû Hayyân el-Endelusî’nin Hayatı
səh. 51-53. 
13
 Əbu Həyyan əl-Əndəlüsīnin Türk dilçiliyi ilə əlaqədar əsərləri haqqında müfəssəl məlumat 
üçün baxın:  İbn  əl-Xətīb,  eyni  əsər, III, səh. 45; Montgomory Watt, Pierre Cachia
History of Islamic Spain, Edinburgh: Edinburgh University Press, 1992, səh. 155; 
Məmmədəliyev,  eyni  əsər, səh. 255; Kafes, “Ebû Hayyân el-Endelüsî”, səh. 152; Kafes, 
Ebû Hayyân el-Endelusî’nin Hayatı, səh. 38; Ergüvan, eyni məqalə, s. 151. 
14
 İbn əl-Xətīb, eyni əsər, III, səh. 268-269. 
15
 İbn əl-Xətīb, eyni əsər, IV, səh. 120-122. 
16
 Bəni Əhmər dövründən əvvəl Əndəlüsdə lüğətşünaslıq elmi və hazırlanan lüğətlər haqqında 
müfəssəl məlumat üçün baxın: Ergüvan, eyni məqalə, səh. 151. 


Bəni Əhmər dövrü əndəlüs dil məktəbi 
301 
Dilşünaslıq sahəsindəki bilik və bacarıqlarını dilçilik elminin lüğətşünaslıq 
sahəsinə həsr etmiş və bu sahədə müvəffəq olmuşdur.
17
 
Məşhur dilçi Əbu Həyyan  əl-Əndəlüsīnin də lüğətşünaslıq sahəsində 
bəzi  əsərləri vardır. Müəllifin “Kitābü’l-idrāk li-lisāni’l-ətrāk”  adlı  əsərinin 
bir fəsli türk dilindəki sözlərin ərəb dilindəki mənalarını verən müfəssəl bir 
lüğətdir. Bu fəsildə türk dilindəki təxminən 2200 kəlmənin  ərəb dilindəki 
mənaları verilmişdir. Müəllifin bu sahə ilə  əlaqədar “əd-Dürrətü’l-mudiyyə 
fi’l-lüğati’t-türkiyyə” adlı müstəqil bir əsəri də vardır. 
Bəni  Əhmər dövründə ölkənin rəsmi dili ərəb dili idi. Ancaq ölkə 
Araqon, Kastilya və Portuqalya krallıqları ilə  həmhüdud idi. Qeyd olunan 
krallıqların  əhalisi isə  əsas etibarı ilə ispan və portuqal dillərində danışırdı. 
Buna  əlavə olaraq, həm ölkənin hüdudları daxilində, həm də qonşu 
dövlətlərdə çox sayıda yəhudi vardı. Bu xalq da yəhudi, ispan və  ərəb 
dilllərinin qarışmasından meydana gələn səfarad dilində danışırdılar. İctimai-
siyasi ehtiyaclar üzündən Bəni  Əhmər dövlətinin rəsmi dairələrində  ərəb 
dilindən başqa, ispan, portuqal və yəhudi dillərini bilən tərcüməçilərə ehtiyac 
vardı. Tədqiqat ehtiyacımızı  təşkil edən dövrdə bu məslək ilə  əksəriyyət 
etibarı ilə ölkədəki qeyri-müsəlman təbəənin məşğul olduğu nəzərə çarpır. 
Mövzu ilə əlaqədar mənbə və tədqiqat əsərlərində bir neçə qeyri-müsəlman 
tərcüməçi haqqında bəzi məlumatlara təsadüf etmək mümkündür. 
Dövrün tərcüməçiləri arasında Ysrael de Ronda adlı tərcüməçinin xüsusi 
yeri vardır. Bu tərcüməçi, səfarad, ərəb və ispan dillərində tərcümələr edirdi. 
Qeyd etmək lazımdır ki, 1485-ci ildə Ronda şəhərinin ispanlara təslimini 
tənzim edən müzakirələrdə Ysrael de Ronda da iştirak etmiş  və  şəhərin 
təslimini müzakirə edən tərəflərin dialoqlarını  tərcümə etmişdir.
18
 Buna 
əlavə olaraq, qeyd etmək lazımdır ki, son Bəni  Əhmər sultanı  Əbu 
Abdullanın sarayında Berdonil və Boda adlı iki yəhudi tərcüməçi fəaliyyət 
                                                 
17
  İsmail Yiğit,  “Siyasî-Dinî-Kültürel-Sosyal”  İslâm Tarihi: “Endülüs (Gırnata) Benî 
Ahmer Devleti ve Kuzey Afrika İslâm Devletleri”,  İstanbul: Kayıhan Yayınevi, 1995, 
IX, səh. 135. 
18
 Ysrael de Rondanın tərcüməçilik fəaliyyəti haqqında müfəssəl məlumat üçün baxın: 
Devsərī,  eyni  əsər, səh. 85; Fərhāt,  eyni  əsər, səh. 117-118; Rachel Arié, L’Espagne 
Musulmane Au Temps Des Nasrides (1232-1492), Paris: De Boccard, 1990, səh. 364; 
María Jesús Viguera Molíns, “Componentes y Estructura de la Población”, Historia de 
España:  El Reino Nazarí de Granada (1232-1492) - Sociedad, Vida y Cultura, Ed. 
Menéndez Pidal, Madrid: Espasa Calpe, 2000, VIII/4, səh. 31. 


Yüklə 8,93 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə