Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 8,93 Mb.
Pdf görüntüsü
səhifə101/114
tarix30.10.2018
ölçüsü8,93 Mb.
#76332
1   ...   97   98   99   100   101   102   103   104   ...   114

Ruhəngiz KƏRİMLİ  
310 
Bəs bu alimlərin şumer dili və xalqına biganə və ögey münasibəti nədən 
qaynaqlanır? 
Bunun bir səbəbi var. Şumer mixi kitabələrindəki mətn və sözlər yalnız 
və yalnız türk dilləri ilə eynilik təşkil edir. O. Süleymenovun tədqiqatları 
illər boyu qaranlıqda qalmış  şumer mətnlərinin mahiyyətcə türk dillərinin 
əsasını təşkil etməsini aydınlaşdırdı. Və yaxud da əksinə. Yəni hər iki halda 
şumer və türk dilləri bir biri ilə üzvi surətdə bağlıdır. Kimlərinsə istəyib-
istəməməsindən asılı olmayaraq şumerlər yalnız türk dil və xalqlarına 
yaxındır, doğmadır. Əgər bu mətnlərdə bircə Hind-Avropa mənşəli söz tapıl-
saydı, yəqin ki, dünyanın neçə-neçə ölkələrində  şumerologiya institutları, 
tədqiqat mərkəzləri təsis edilər, bu sahədə çox geniş araşdırmalar aparılardı. 
Lakin, yuxarıda qeyd etdiyim səbəb  şumerlərə ögey münasibətin kökündə 
dayanır.  
Arxeoloji abidələr şumer reallığının əyani sübutudur. Şumer mədəniyyə-
tinin ən gözəl nümunələri 1927-ci ildə ingilis arxeoloqu L. Vullinin Dəclə və 
Fərat çayları sahilinin cənubundakı  təpələrdən birində apardığı arxeoloji 
tədqiqatlar nəticəsində aşkar olunmuşdur. Bu qazıntılar şumerlərin vətəni və 
son paytaxtı, eyni zamanda şumer  şəhərdövlətlərinin tabe olduğu Ur 
şəhərində aparılmışdı. L. Vulli təpədən dəbilqələr, qədəhlər, xəncərlər, 
kəmərlər  şəklində on tonlarla xas qızıl tapdı. 14 metr dərinlikdən isə ilk 
qədim qəbir üzə  çıxdı. Bu qəbirlər çox qədimdə qarət olunsa da, ayrı-ayrı 
bəzək və başqa məişət nümunələri unudulub qalmışdı. Vulli qəbirdə rast 
gəldiyi ox ucunun istiqamətində qazıntı işlərini davam etdirərək 250 nəfərin 
birdəfəlik dəfn olunduğu məşhur ”Şah qəbiristanlığını”  ən qədim qatlardan 
zəmanəmizə  gətirdi. Vulli Ur şəhərində apardığı qazıntılar zamanı 16 şah 
sərdabəsi, 1800 ədədsə adi qəbir aşkar etdi. E. ə. 2500-cü ildə Ur şəhərində 
hökmranlıq etmiş Namtar, onun arvadı  Şubad, oğlanları Meskalamduq və 
Abaraqqinin qəbirləri fantastik, zəngin bir muzeyi xatırladırdı. Bu qəbirlərdə 
şah ailəsi ilə könüllü ölümə gedənlərlə yanaşı, gözəl incəsənət nümunələri və 
zərgərlik  əşyaları vardı.  Şubadın başındakı  nəhəng baş örtüyündən başqa 
məqbərədə 270-dən çox qızıl əşya-bilərziklər, qədəhlər, qablar, vazalar, arfa 
və heyvan fiqurları göz qamaşdırırdı. Meskalamduqun (e. ə. 2490-2485) 
məqbərəsindəki tapıntıların  ən qiymətlisi təmiz qızıldan tökülmüş, hərbi 
nümayişlərdə başa qoyulan ”diadema”-qızıl dəbilqə idi. Lakin məqbərədə 
tapılmış  qızıl lövhə-”ştandart” qədim  şumer hərb sənətinin quruluşunun 


Şumer Dili və Tarixdə Şumerlər 
311 
yeganə tarixi sənəd və arxeoloji yadigar kimi misli bərabəri yoxdur. Çünki, 
”ştandart” mədəniyyətini  İran körfəzi yaxınlığındakı  qədim məskənlərdən 
Anadolu dağlarına və Aralıq dənizi sahillərinə yaymış əzəmətli ordunun ən 
erkən,  ən dəqiq və  ən  ətraflı  təsviridir.  Ştandartdan  şumer ordusunun necə 
təşkil edildiyini aydın görmək olur. Zamanında şumer ordusu qarşısı alınmaz 
bir qüvvə kimi 2000 ildən sonra belə  qədim yəhudiləri dəhşətə  gətirirdi. 
Şumer döyüş sırası Makedoniyalı İskəndərin məşhur falanqalarının prototipi 
olduğundan qonşu xalqlar şumerlərin döyüş texnikası  və taktikasını  qəbul 
etməyənə qədər onlara heç bir müqavimət göstərə bilmirdilər. (6, 646-650.) 
Maraqlıdır ki, ştandartda təsvir olunmuş döyüşçülərin geyimi bu gün 
özünü Anadolu çobanlarının geyimində biruzə verir. Daha doğrusu, Anadolu 
çobanları indi də bu cür geyimdə gəzirlər.  
Şumerlərin yüksək inkişaf etmiş sinifli cəmiyyəti mövcud olmuşdu. 
Şumer əsatirləri əsasən sinifli cəmiyyətə xas olan hadisələri tərənnüm etmiş
Allahların ali hakimiyyət uğrunda mübarizələrini, adi həyati məsələlərə 
münasibətini şərh etmişdir. Məşhur ”ümumdünya daşqını” əfsanəsi müəyyən 
dəyişikliklərlə Tövratda və Quranda öz əksini tapmışdı. Nippur külliyyatında 
cəmləşdirilən doqquz dastandakı  bəzi qəhrəmanlar, məsələn I Uruk 
sülaləsinin hökmdarları Enmerkar, Luqalbanda və Gilqameşin tarixi 
şəxsiyyət olmasını  əminliklə söyləyə bilərik. ”Enmerkar və Aratta 
hökmdarı”  şumerdə  ən uzun mətnli  əsər olmaqla bərabər, həm də  qədim 
Azərbaycanın  ərazisində mövcud olmuş ilk dövlət qurumu ilə  əlaqədar 
məlumat verir. (7, 192; 195; 201.) 
Şumerdə şəhərləşmə prosesi urbanizasiya erken dövrlərdə baş vermişdi. 
Hökmdar iqamətgahlarının, ticarət məntəqələrinin, su mənbələrinin ətrafında 
yaranan  şəhərlər iqtisadiyyatın və ticarətin inkişafına uygun olaraq içtimai 
təşkilata çevrilmişdir. Uruq, Ur, Kiş, Eredo, Larsa, Laqaş, Umma, İsins, 
Sippar,  Şuruppak, Nippur müstəqil  şəhər dövləti formasında təzahür 
etmişdir. Qaynaqların məlumatına görə dövlət hakimiyyəti ilk olaraq, Eredo 
şəhərində hökmdar hakimiyyəti  şəklində e. ə. IV minilliyin sonunda 
meydana gəlmişdi. Şumerde erken sülalələr kimi xarakterizə edilən dövr e. ə. 
XXVIII-XXIV əsrləri əhatə edir. Birinci erkən sülalə dövrü  (e. ə. XXVIII-
XXVII əsrlər) Kiş şəhər dövlətinin siyasi üstünlüyü ilə müşayiət olunsa da, 
ikinci erkən sülalə dövrü (e. ə. XXVII-XXVI əsrlər)  şəhər dövlətlərinin 
münaqişəsi başlanmışdı.  Şumerdə hegemonluq uğrunda mübarizədə qalib 


Ruhəngiz KƏRİMLİ  
312 
gələn I Ur sülaləsinin dövründə Ur şəhəri zəngin ticarət və  mədəniyyət 
mərkəzinə çevrilmişdi. Məşhur ”hökmdar sərdabələri” məhz burada aşkar 
olunmuşdu. I Ur sülaləsinin nümayəndələri müxtəlif rütbələr, o cümlədən 
”kainatın hökmdarı” rütbəsini daşıyaraq, bütün Şumerdə  ağaliq iddiasında 
olsalar da erkən sülalələr dövrünün son mərhələsində banisi Urnanşe olan 
Laqaş sülaləsi iqtisadi və siyasi çiçəklənmə dövrünə  qədəm qoymuşdu. 
Urnanşenin varisi Eannatuma sələfinin siyasətini davam etdirərək  Şumerin 
bir sıra  şəhərlərini Laqaşa tabe edərək,  şimalda Mari şəhərinə çatdı. Laqaş 
hökmdarları  işğalçılıq iddiasını  təmin etməkdə başlıca rol oynayan ordunu 
saxlamaq üçün müqəddəs elan edilmiş məbəd əmlakına toxunmaqdan ehtiyat 
etmirdirlər. Kahinlərin siyasi hakimiyyət uğrunda mübarizəsi onların 
nümayəndəsi olan Luqalandanın hakimiyyətə  gəlişi ilə sonuclandı. 7-9 il 
hökmranlıq edən Luqalandanın hakimiyyəti çevriliş  nəticəsində 
Uruinimginanın  əlinə keçdi. O Laqaşdakı içtimai və iqtisadi münasibətləri 
qaydaya salmaq üçün islahat keçirmiş, bu münasibətləri hüquqi müstəvidə 
tənzimləyərək, ”tarixdə ilk islahatçı adını almışdır.” (5, 118.) 
Digər  Şumer  şəhər dövlətlərinin hökmdarları Laqaşın hakimiyyətini 
məhv etmək istiqamətində iş apararaq, Umma hökmdarı Luqalzaqqezinin (e. 
ə. 2312-2287-ci illər) Laqaşı tutmasına və Uruinimginanı hakimiyyətdən 
salmasına kömək etdilər. Luqalzaqqesi Uruku paytaxta çevirərək, Ur, Larsa, 
Nippur, Kiş  şəhərlərini tabe etmiş, cənubda ”Aşağı  dənizə” (Fars körfəzi) 
qədər çatdı  və  şimalda ”gün çıxandan gün batana” olan ərazini işğal etdi. 
Siaysi hakimiyyətinin  ən parlaq çağında  Şumer  Şimali  İkiçayarasında 
mövcud olan Akkad dövlətinin banisi Sarqon tərəfindən təhlükəyə  məruz 
qaldı. Sarqon Kiş  şəhərini tutdu və 50 hökmdarın yardımçı olduğu 
Luqalzaqqesini məğlub etdi. Bununla da Sarqon Uruk, Ur, Umma və başqa 
şəhərləri ələ keçirərək, Fars körfəzini fəth etdi, kitabədə qələbə şərəfinə qeyd 
etdiyi kimi ”silahını dənizdə yudu”. (3, 91.) 
Elə bu məqamda çox mühüm bir məsələni nəzərinizə çatdırmaq istərdim. 
Bu Sarqonun Luqalzaqqesi və 50 hökmdara qalib gəlməsi məsələsidir. Heç cür 
qəbul etmək olmur ki, Sarqon bircə döyüşlə bu qədər qüdrətli birləşmiş qüvvəni 
məğlub etsin. Beynimizə yeridilən ”50 hökmdar və birləşmiş qoşun” Sarqon 
ordusunun- Akkad dövlətinin qüdrətini şişirtmək məqsədi daşıyır. Nəzərə alsaq 
ki, Sarqonun mənşəyi kifayət qədər dolaşıq və qaranlıq bir məsələdir, 
mənbələrin məlumatına görə o, arzuolunmaz uşaq olmuş, anası onu gizli şəkildə 


Yüklə 8,93 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə