Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 8,93 Mb.
Pdf görüntüsü
səhifə102/114
tarix30.10.2018
ölçüsü8,93 Mb.
#76332
1   ...   98   99   100   101   102   103   104   105   ...   114

Şumer Dili və Tarixdə Şumerlər 
313 
dünyaya gətirərək qamışdan hörülmüş səbətə qoyub, çaya atmışdır. Səbət suçu 
Akkinin bağında dayanmış, o da uşağı götürüb öz övladı kimi tərbiyə etmiş, ona 
bağban peşəsni öyrətmişdi. Göründüyü kimi Sarqon mənşə etibarilə  aşağı 
təbəqədən olub, hakimiyyəti zorla ələ keçirmişdi. Baxmayaraq ki, ”sarqon” 
Akkad dilində  ”şarrumkenu”-”həqiqi qanuni hökmdar” mənasını verir. 
Sarqonun Laqaşı - Şumeri işğal etməsinin  ən böyük səbəbi  Şumer 
aristokratiyasının  Şumerdə  ağalıq uğrunda mübarizəsinin nəticəsi idi. Sarqon 
Laqaşa hücum edərkən  Şumerin digər  şəhər dövlətləri seyirci mövqe tutmuş, 
yadellilərin vətəni - Şumerin bir hissəsini tutmasına, oradakı dövlət qurumunu 
məhv etməsinə bir növ yardım göstərmişdilər. Sarqon məğlub olmuş 
Luqalzaqqesinin qollarına zəncir vurdurub, şəhəri gəzdirdikdən sonra yad irqin 
əsarətini dadan Şumer zadəganları öz əlləri ilə Sarqona bağışladıqları azadlığın 
nə demək olduğunu anladılar və Sarqona qarşı sui-qəsd təşkil edərək, onu 
öldürməyə nail olmuş, bu da Şumer  şəhərlərində üsyanın başlanması üçün 
qığılcım rolunu oynamışdır. Sarqondan sonra hakimiyyətə gələn Rimuş atasının 
qisasını alaraq, ölkəni dar ağacı meşəsinə döndərsə də, atasının taleyini yaşadı. 
Ondan sonra taxt-taca yiyələn Maniştisu kahinlərə arxalanaraq, həyəcanları 
yatırmağa, Elamı tabe etməyə çalışdı, lakin o da qardaşı Rimuş kimi sui-qəsdlə 
qətlə yetirildi. ( 3, 58; 69; 72; 82; 86-88.) 
Kutilərin Şumerdə yüz ilə yaxın hökmranlığı sonuncu padşah Tirikanın 
ölkədən qovulması  və üsyanın rəhbəri Utuhenqalın ”dünyanın dörd cinahı 
hökmdarı” rütbəsini qəbul etməsi, e. ə. 2104-2097-ci illərdə taxt-tacda 
oturmsı ilə  nəticələndi. Utuhenqal sui-qəsd nəticəsində Ur-Nammunun 
təşkilatçılığı ilə  qətlə yetirilərək, aradan götürülmüş, Uruka ensi vəzifəsinə 
isə Ur-Nammunun oğlu təyin edilmişdi. 
Şumer  şəhər dövlətlərindən bəhs edərkən, Ur-Nammunun banisi olduğu 
III Ur sülasindən danışmamaq  Şumerin böyük bir tarixini təkzib etmək 
anlamına gəlir. Qaynaqlara istinad edərək III Ur sülaləsinin Şumerdə sonuncu 
dövlət olduğunu deyə bilərik. Ur-Nammu ”Ur hökmdarı,  Şumer və Akkad 
hökmdarı” rütbəsini qəbul etmiçdi. Bütün Şumerdə  məbəd tikintisini 
genişləndirərək,  əzəmətli və bürclü məşhur Ur məbədini - Zikkuratını 
tikdirmişdi. Yeri gəlmişkən, yalnız  Şumerə  məxsus olan zikkurat - qülləli 
məbəd adətən 3,5,7 pillədən ibarətdir. İbadət məqsədilə inşa edilən zikkuratın 
ən üst hissəsində ibadət etməklə yanaşı, həm də göy cisimlərini müşahidə 
etmək üçün istifadə edirmişlər. Bir növ rəsədxana mahiyəti daşıyan zikkuratlar 


Ruhəngiz KƏRİMLİ  
314 
hökmdar qüdrətini anlatmaqla bərabər, demək olar ki, Şumerin rəmzinə 
çevrilmişdi. Təsadüfi deyil ki, bu gün də zikkurat deyəndə  Şumer,  Şumer 
deyəndə zikkurat anılır. Ehtimal olunur ki, burada hökmdar və ali kahinənin 
şəxsində ali Allah ilə ilahənin ”müqəddəs kəbini” kəsilirmiş. Zikkuratlar 
adətən Şumer tanrılarının şərəfinə tikilirdi. 250.000 nəfər əhalisi olan Ur şəhəri 
bütün ölkəyə başçılıq edirdi. Doğrudur bütün Şumer  şəhərlərinin öz ayrıca 
dövləti var idi. Lakin onlar eyni vaxtda ildə bir dəfə  əzəmətli döyüş 
arabalarında Ura gəlir,  Şumer allahlarına və Enlilə qurban verir, sazişlər 
bağlayaraq, öz şəhərlərinə qayıdırdılar. Ur nəinki  Şumerin, demək olar ki, 
bütün dünyanın paytaxtı idi. Ur hökmdarı qeyri=rəsmi olsa da, Şumerin şahlar 
şahı sayılırdı. Atası Ur-Nammudan sonra taxta sahiplənmiş Şulgi (e. ə. 2093-
2046-cı illər) siyasəti davam etdirərək, ordunu yenidən qurmuş  və Elama 
yürüş etmişdi. O, Anşan və Varahşe vilayətini tutmuş, Elamı müvəqqəti də 
olsa, asılı  vəziyyətə salmışdı. Daha sonra o, Simurru ölkəsinə, Lullubi 
tayfalarına qarşı yürüyüşə  çıxmış, qərbdə  Şimalı Suriyanı  ələ keçirmiş, 
şimalda isə Subartu ölkəsini tutmuşdu.  Şulginin daşıdığı rütbələrdən aydın 
olur ki, o, təkcə Şummeri deyil, Akkadı da idarə edirdi. (4, 6.) 
III Ur sülaləsinin işğalçılıq siyasəti yeritməsinə baxmayaraq, qonşu 
dövlət və tayfalar İkiçayarasına basqınlar edərək, bu ərazidə məskunlaşmış, 
əhalinin etnik tərkibinin dəyişməsinə zəmin yaratmışdılar. 
III Ur sülaləsinin sonuncu hökmdarı İbbi-Suen (e.ə. 2027-2003-cü illər) 
Şumer canişinlərinin müstəqillik meyillərinin qarşısını ala bilmədiyindən
dövlətin dağılması üçün əlverişli  şərait yarandı. Canişin  İşbi-Erra 
İkiçayarasının cənubundaki  İsin və başqa  şəhərləri tutaraq, İbbu=Suenlə 
hakimiyyət uğrunda mübarizə apararkən, digər canişin Naplanum Larsada 
amorilərin hakimiyyərini qurmağa nail oldu. Laqaş  və Umma isə bu 
vəziyyətdən istifadə edərək, III Ur sülaləsinin hakimiyyətindən imtina 
etdilər. III Ur sülaləsi üçün əlverişsiz olan belə bir şəraitdə e. ə. 2003-cü ildə 
elamlıların və su tayfalarını birləşmiş qüvvələri Ur şəhərinə hücum edərək, 
İbbi-Sueni əsir edib Anşana apardılar. ”Urun məhv olması haqda ağlaşma”da 
şəhər küçələrinin və yollarının meyitlə, torpaq qatlarının isə qanla dolduğu 
göstərilir. ( 7, 203; 210, 212; 299.) 
Şumer dövlətlərinin İkiçayarasında hegemonluq uğrunda mübarizəsi e.ə. 
2003-cü ildə elam və su tayfalarının Şumeri süquta uğratmasına səbəb oldu. 
Bununla da neçəminillik Şumer dövləti və dövrü sona yetdi.  


Şumer Dili və Tarixdə Şumerlər 
315 
 
 
ƏDƏBİYYAT 
 
1. Dövlət və din jurnalı, dekabr 2008 s. 81-83, 86. 
2. Zenon Kosidovski, “Kогда солнеца было богам’’, M, 1968, səh, 89. 
3. Y. Yusifov, Qədim şərq tarixi, Bakı, 1992, səh., 46, 50, 57, 58, 69, 72, 
82, 86-88, 91.          
4. Ə. Nicat, Dünya sərkərdələri, Bakı, 1995, səh., 6. 
5. Turan Jurnalı, Bakı, 1991, səh., 118. 
6. Ə. Nicat, Karvan, Bakı, 2000, səh., 646, 650. 
7. O. Süleymanov, “AZ-YA” Bakı, 1993, s. 192, 195, 201, 203, 210, 
212, 299. 
 


Yüklə 8,93 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə