Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 8,93 Mb.
Pdf görüntüsü
səhifə104/114
tarix30.10.2018
ölçüsü8,93 Mb.
#76332
1   ...   100   101   102   103   104   105   106   107   ...   114

Xilafət ordularının Azərbaycana gəlişi ərəfəsində burada inzibati – siyasi bölgü  319 
Azərbaycan bu Şimal canişinliyində mühüm strateji mövqe tutaraq
imperiyaya girən yolları  həm  Şimalda Xəzərlərdən, həm də  Qərbdə 
Bizansdan qoruyurdu. Xəzərlər Arran və Azərbaycana başqalarına nisbətən 
daha tez - tez basqın edirdilər. Buna görə  də Sasani şahları öz sərhədlərini 
möhkəmləndirməyə son dərəcə əhəmiyyət verirdilər.  
“Ağvan tarixi”ndə Sasani şahlarından II Şapurun (309 - 379) 
hökmranlığı zamanı  xəzərlərin təqribən 350 - ci ildə Arrana basqını 
haqqında anaxronik məlumat vardır: 
“Külli miqdarda xəzər Çoqay qapısından keçib, bizim ölkəyə girmişdi. 
Şapur Assuriya, Xorasan və Xarəzmdən saysız - hesabsız ordu və Atrpatakan 
əyalətindən çoxlu qoçaq Azəriləri, albanları  və Qafqaz dağlarının vəhşi 
xalqlarından 12 tayfa toplayıb bu böyük qüvvə ilə yürüşə başlayaraq, onların 
qarşısına çıxdı”
9
.   
Lakin xəzərlərə qarşı ciddi tədbir görən ilk İran  şahı I Qubad (Kavad: 
446 - 531 - ci illər) olmuşdur. Onun sərkərdələrindən biri Dinavərədək gəlib 
çıxan xəzərləri təqib edərək, Cürzan (indiki Gürcüstan ərazisi) və Arranı 
onlardan geri aldı. “O, Arran ölkəsinə daxil oldu və ər - Ras (Araz) adı ilə 
məşhur olan çayla Şirvan arasında olan bütün torpaqları tutdu”
10
.  
Bundan sonra I Qubad özü Arrana gəldi, burada Bərdə, Beyləqan, 
Qəbələ
11
, Dərbənd və  Şəki  şəhərlərini salıb möhkəmləndirdi (Bu məlumat 
haqqında mərhum Ziya Bünyadovun xüsusi qeydinə  nəzər salmağımız 
maraqlıdır)
12
. Qubad Şirvandan tutmuş “Bablan” adlanan keçidə  qədər çiy 
kərpicdən hasar çəkməyə başladı. Bu hasarın tikintisini Qubadın oğlu I 
Xosrov Ənuşirəvan (531 - 578) başa çatdırdı və daha şimala doğru Bab əl - 
Əbvab
13
  şəhərini möhkəmləndirdi. Çünki, o belə hesab edirdi ki, Qafqazda 
hökmranlığın təmin edilməsi öz imperiyasının rahatlığı üçün birinci şərtdir.  
                                                 
9
 Z. Bünyadov, a. ç. ə. səh. 41 
10
  Bəlazuri, Fütuhil-büldan, əlyazma nüsxəsi, səh. 194; D. M. Dunlop, The History of the 
Jevvich Khazars, p. 20 
11
  Bəlazuri, yuxarıda adı  çəkilən  əsərdə yazır: Qəbələyə  gəldikdə isə, bu şəhər antik dövr 
tarixçilərinə görə hələ b. e. I əsrində mövcud idi.  
12
 Bu məlumat ilk dövrlərin  ən yaxşı  və mötəbər mənbələrindən biri hesab olunan əl - 
Bəlazuridən götürülmüşdür. 
13
 Bəlazuri, eyni yerdə; Е. А. Пахомов, Краткий курс истории Азербайджана, стр. 12; М. 
М. Дяконов, Оцерк истории древново Ирана, стр. 307 – 314.  


Tariyel RƏSULOV  
320 
Ənuşirəvanın öz imperiyasını dörd böyük əyalətə böldüyünü bildirən 
Təbəri qeyd edir ki, Azərbaycanın qonşusu “Xəzər ölkəsi olmuş və bu yeri 
Sul adlanan xalq tutmuşdu”
14
. Təbərinin dediyinə görə, xəzərlər 
Azərbaycana soxulan zaman Ənuşirəvan onlara qalib gəldi və tutduğu on 
min xəzəri ölkədə yerləşdirdi.  Ənuşirəvan gələcəkdə  şimaldakı  cəngavərlər 
tərəfindən baş verə biləcək hücumları dəf etmək üçün qalanı, Bab əl - Əbvab 
(Dərbənd)  şəhərini saldı. Bu şəhər Çoqa ilə birlikdə  əvvəlcə Sasanilər 
dövründə İranın, sonralar isə Ərəb xilafətinin şimal sərhədlərində güclü bir 
istehkam idi
15

“Ağvan tarixi”nin müəllifi yazır ki, Dərbənd istehkamları  və qalasını 
tikmək üçün “İran  şahları ölkəmizi (Arranı) taqətdən saldılar. Bu qəribə 
binanı tikmək üçün memarları  səfərbərliyə alan və çoxlu müxtəlif material 
axtarıb tapan İran  şahları  həmin tikinti vasitəsi ilə Qafqaz dağı ilə  Şərq 
(Xəzər) dənizi arasındakı keçidləri qapalı saxlayırdılar”
16

Qeyd etmək lazımdır ki, Bizans ilə Sasani imperiyası arasında Arranı ələ 
keçirmək üstündə gedən mübarizədə  təkcə siyasi deyil, iqtisadi məqsəd də 
güdülürdü. Bu mübarizənin  ən qızğın çağında  şimaldan xəzərlər və digər 
köçəri xalqlar Bizansın köməyinə  gəldilər, çünki onlar Arran və 
Azərbaycanın zəngin şəhərləri hesabına varlanmağa can atırdılar. 
Mənbələrdə yadellilərin basqınları dövründə Azərbaycan xalqının 
dözdüyü məhrumiyyət və  çəkdiyi məşəqqətlər haqqında da, müxtəlif 
                                                 
14
 Z. Bünyadovun dəlillərinə görə Ərəb mənbələrindəki “Sul xalqı”, “Sul keçidi”, “Sul qapı-
ları”, “sərhəd vilayəti Sul”, “böyük Sul şəhəri” digər mənbələrdə olan “Çoqa (Çora)”  
adının eynidir. “Ağvan tarixi”ndə adı  çəkilən “Çoqa ölkəsi”, “Dərbənd yaxınlığında olan 
Çoqa  şəhəri” indiyədək bəzi tədqiqatcılar tərəfindən Dərbənd  şəhəri ilə eyniləşdirilir. 
Dərbənddən əvvəl əmələ gəlmiş Çoqa şəhəri Dərbəndin cənubunda yerləşirdi. Bu şəhərin 
xarabalıqları indi Torpaqqala adlanır və Belici dəmir yol stansiyasındadır. Sul və ya Çoqa 
haqqında bax: А. С. Башкиров, Изучение памятников старины Дагестана; М. Исаков, 
Исчезнувший город в Дагестане; В. Г. Котович, Дагестан в III - V вв. М. И. Артамо-
нов belə hesab edir ki, sonralar şəhər Dərbənd adlanmışdır. Ancaq bu fikir Dağıstan 
tarixçilərinin və arxeoloqlarının əsərlərində rədd edilir.  
15
 Ziya Bünyadov bu haqda yazır: Dərbəndin şimal divarında pəhləvi dilində yazılar vardır. 
Bu yazılar sübut edir ki, qalanın tikintisinə vergiləri yığan və Atrpatakan (Azərbaycan) 
dövlət tikintisinin başçısı Barzinş başçılıq edirdi. Dərbənd divarının tikintisi 567- ci ildə 
qurtarmışdır. Bu yazılar barədə bax: Е. А. Пахомов, К истолкованиö пехлевийских над-
писей Дербенда. 
16
  Е.  А.  Пахомов,  Крупнейшые  памятники  сасанидской  архитектуры  в  Закавказе,  стр. 
39, 40 – 43; Памятники Азербайджанского зодчества эпохи Низами, стр. 8; К. В. Тре-
вер, Оцерки…, стр 271 – 272; М. И. Артамонов, История Хазар, стр. 117 – 119. 


Yüklə 8,93 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə