Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 8,93 Mb.
Pdf görüntüsü
səhifə99/114
tarix30.10.2018
ölçüsü8,93 Mb.
#76332
1   ...   95   96   97   98   99   100   101   102   ...   114

Dr. Qiyas ŞÜKÜROV  
302 
göstərirdi.
19
 Adları zikir olunan tərcüməçilər sekreteryadakı əcnəbi dillərdəki 
sənədlər tərcümə edirdilər. Bu dövrdə sarayı ziyaət edən əcnəbilər ilə dövlət 
ərkanı arasındakı dialoqları da bu tərcüməçilər təmin edirdilər. 
Nəticə 
1232-1492-ci illəri arasında Pireney yarımadasının cənubi-şərqi qisminə 
hökm edən Bəni Əhmər dövlətinin himayəsi altında aparılan dil tədqiqatları, 
dilçilik emlinin təlim və tədrisi Əndəlüs dil məktəbinin təntənəli bir finaldır. 
Final mərhələsi olmasına rəğmən, bu dövrdə ölkədə dilçilik emlinin 
tədqiqinə, təlim və tədrisinə dərin elmi maraq mövcud idi. Ölkənin rəsmi dili 
statusunda olan ərəb dilinin problemləri ilə  əlaqədar elmi araşdırmalar 
aparılır, çox sayıda risalələr təlif edilirdi. Dilşünaslıq sahəsində yazılan 
əsərlər üzərində  bəsitləşdirmələr apararaq, dilin təlim və  tədrisini 
asanlaşdırmaq dövrün aktual problemləri arasında idi. Bu səbəblə yaxın şərq 
ölkələrindən olan bir sıra dilşünasın əsərlərinə şərhlər yazılırdı. Şübhəsiz, bu 
tendensiya original əsərlərin təlifinə  də mane olmurdu. Belə bir situasiya 
Əbu Həyyan  əl-Əndəlüsī,  Əbu Abdullah Muhamməd b. Sūdə  əl-Murrī  və 
Əhməd b. Əbdunnur b. Əhməd b. Raşid kimi bir neçə  məşhur  əndəlüslü 
dilşünasın yetişməsini zəruri hala gətirmişdi. Dilçilik fəaliyyətləri yalnız 
ərəb dilinin tədqiqi və  tədrisi ilə  məhdud deyildi. Bu dövrün əndəlüslü 
dilşünasları arasında  əcnəbi dillərin,  ələxüsus da türk və fars dillərinin 
tədqiqinə  dərin maraq var idi. Əbu Həyyan timsalındakı  Əndəlüs dil 
məktəbinin nümayəndələri qeyd olunan dillərlə  əlaqədar qrammatika 
kitabları  və lüğətlər hazırlayırdılar. Ölkənin coğrafi mövqeyi ilə siyasi 
durumu yarımadadakı dilləri, yəni ispan, portuqal və  səfarad dillərini bilən 
mütəxəssislərin yetiməsinə ehtiyac yaradırdı. Bu mütəxəssislər isə əksəriyyət 
etibarı ilə saray mühitində yaşayır, sekreteryadakı  əcnəbi dillərdəki rəsmi 
sənədləri tərcümə edir, zəruri hallarda əcnəbi ölkə nümayəndələrinin dialoq 
və müzakirələrini tərcümə edirdilər. Bəni  Əhmər dövrünün Əndəlüs dil 
məktəbi haqqında son olaraq, qeyd etmək lazımdır ki, 1492-ci ildən sonra 
Pireney yarımadasında  Əndəlüs mərkəzli dövlət təşəkkülləri tamamilə 
tənəzzül etdiyi üçün XVI əsrdə yarımadanın cənubi-şərqində  ərəb dilinin 
təlim və  tədrisinə ehtiyac qalmamış  və  təbii bir proses nəticəsində 
yarımadadakı ərəb dilinin təsiri yox olmaya başlamışdır. 
                                                 
19
 Müfəssəl məlumat üçün baxın: Fərhāt, eyni əsər, səh. 118. 


Bəni Əhmər dövrü əndəlüs dil məktəbi 
303 
 
 
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT 
 
Arié, Rachel, L’Espagne Musulmane Au Temps Des Nasrides (1232-
1492), Paris: De Boccard, 1990. 
əd-Devsərī,  Əhməd Sānī,  əl-Həyātü’l-ictimāiyyə  fī  Ğırnāta fī ‘asri 
devləti Bəni’l-Əhmər, Əbū Zabī: əl-Məcmaü’s-səqāfī, 2004. 
Ergüvan,  Şahabettin, “Endülüs’te Dil ve Nahiv Çalışmaları”,  Hitit 
Üniversitesi İlahiyat Fakültesi Dergisi, VI/12 (Şubat 2007), səh. 143-155. 
əl-Əndəlüsī,  Əbu Həyyan Muhamməd b. Yūsuf b. Ali, əl-İdrāk li-
lisāni’l-ətrāk, Süleymaniyyə Kitabxanası  Vəliyüddin  Əfəndi Kolleksiyası 
Nr. 2896, Hasib Əfəndi Kolleksiyası Nr. 500; İzmirli İ. Haqqı Kolleksiyası, 
Nr. 3197, 4230; Tırnovalı Kolleksiyası, Nr. 1788; İstanbul Üniversiteti Nadir 
Əsərlər Kitabxanası Xalis Əfəndi Kolleksiyası Nr. 6574. 
Fərhāt, Yūsuf Şükrī, Ğırnāta fī zılli Bəni’l-Əhmər: dirāsə hadāriyyə
(y.y.): əl-Müəssəsətü’l-cāmiə li’d-dirāsāt və’n-nəşr və’t-təvzī, 1402/1982. 
İbn  əl-Xətīb, Lisān  əd-dīn,  əl-İhāta fī  əxbāri  Ğırnāta, təhqiq: 
Muhamməd Abdullah İnān, I-IV, əl-Qāhirə: Məktəbətü’l-Hāncī, 1393-
1397/1973-1977. 
İnān, Muhamməd Abdullah, Devlətü’l-İslām fi’l-Əndəlüs:  əl-Asrü’-r-
rābi - Nihāyətü’l-Əndəlüs və  tārīxü’l-Arabi’l-mütənassirīn,  əl-Qāhirə: 
Məktəbətü’l-Hāncī, 1417/1997. 
Kafes, Mahmut, “Ebû Hayân el-Endelüsî”, DİA (Türkiye Diyanet Vakfı 
İslâm Ansiklopedisi), İstanbul: Türkiye Diyanet Vakfı Yayınları, 1994, X, 
səh. 152-153. 
Kafes, Mahmut, Ebû Hayyân el-Endelusî’nin Hayatı ve el-Bahru’l-
Muhît İsimli Tefsirindeki Metodu, Yayınlanmamış Doktora Tezi, Konya: 
Selçuk Üniversitesi Sosyal Bilimler Enstitüsü, 1994. 
Yiğit,  İsmail,  Siyasî-Dinî-Kültürel-Sosyal  İslâm Tarihi: “Endülüs 
(Gırnata) Benî Ahmer Devleti ve Kuzey Afrika İslâm Devletleri”, IX, 
İstanbul: Kayıhan Yayınevi, 1995. 
əl-Maqqarī,  Əhməd b. Muhamməd  ət-Tilimsānī,  Nəfhu’t-tīb min 
ğusni’l-Əndəlüsi’r-ratīb və zikri vəzīrihā Lisāniddīn b. əl-Xətīb, təhqiq: 
Yūsuf əş-Şeyh Muhamməd əl-Bəqāī, Beyrūt: Dārü’l-fikr, 1419/1998. 


Dr. Qiyas ŞÜKÜROV  
304 
Məmmədəliyev, V.M., Ərəb Dilçiliyi, Bakı: “Maarif” Nəşriyatı, 1985. 
Molíns, María Jesús Viguera, “Componentes y Estructura de la 
Población”,  Historia de España:  El Reino Nazarí de Granada (1232-
1492) - Sociedad, Vida y Cultura, Ed. Menéndez Pidal, Madrid: Espasa 
Calpe, 2000, VIII/4, ss. 17-70. 
Watt, Montgomory; Cachia, Pierre, A History of Islamic Spain
Edinburgh University Press, Edinburgh, 1992. 
 


Bəni Əhmər dövrü əndəlüs dil məktəbi 
305 
 
 
XÜLASƏ 
 
BƏNİ ƏHMƏR DÖVRÜ ƏNDƏLÜS DİL MƏKTƏBİ 
 
Qiyas ŞÜKÜROV 
 
Əndəlüs dil məktəbinin Bəni  Əhmər dövrünü (XIII-XV əsrlər)  əhatə 
edən son mərhələsi bu məqalənin  əsas tədqiqat obyektini təşkil edir. Bu 
məqsədlə qeyd olunan dil məktəbinin ümumi xarakteri təsbit edilir və dil 
məktəbinə  mənsub bəzi dilşünasların həyatı  və elmi fəaliyyətləri haqqında 
məlumatlar verilir. Əlavə olaraq, əndəlüslü dilşünasların dövrün dilçilik 
elminə  bəxş etdiklər  əsərlər araşdırılır. Qeyd olunan dövrdə ölkədə  əcnəbi 
dillərin tədqiqi, təlim və  tədrisi, lüğətşünaslıq elminin inkişafı  və ölkədəki 
tərcümə  fəaliyyətləri kimi mövzular isə  məqalənin  əlavə  tədqiat obyektini 
təşkil edir. 
 
 
 
 
ASTRACT 
 
THE ANDALUSİAN LANGUAGE 
SCHOOL OF NASRĪD PERİOD 
 
Qiyas SHUKUROV 
 
The main aim of this study is to research the final period of Andalucian 
Language School between the XIII-XV centuries. Also, it is given more 
information about the general character of the school, life of linguists and 
their scientific works. Additionally, the subjects such as the scientific 
discussions, researching and teaching of the foreign languages, and 
dictonaries and interpreters of the time are studied. 


Yüklə 8,93 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə