Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 10,39 Mb.
Pdf görüntüsü
səhifə25/152
tarix30.10.2018
ölçüsü10,39 Mb.
#75889
1   ...   21   22   23   24   25   26   27   28   ...   152

Əbdüləziz Buxariyə görə əmr məfhumu  

81 


qərinəyə bağlı olduğunu müdafiə edir. Baqillani yuxulu olan bir insanın “et” 

deməsinin heç bir mənasının olmadığını da buna misal göstərir.

37

  

Bunları bir misalla belə izah etmək olar: 



“Ey iman edənlər! Müəyyən bir müddətə qədər bir-birinizə borc verdiy-

iniz zaman onu yazın!”

38

.  


Əmrin mucəbinin vücub olduğunu midafiə edənlərə görə bu ayədə keçən 

“yazın” sözü ilk baxışda borcların yazılmasının məcburi olduğunu göstərir. 

Amma həmin ayənin ardınca gələn ayədəki “Əgər bir-birinizə etibar edir-

sinizsə, etibar olunmuş  şəxs  əmanəti geri qaytarsın və  rəbbi olan Allahdan 

qorxsun!” izahı tərəflərin bir-birinə etibar etdiyi təqdirdə borcların yazılma-

masının mümkün olduğunu bildirir. Beləliklə, söz qərinəsi “yazın” formasın-

dakı əmrin vücub üçün olmadığını, borcların yazılmasının daha yaxşı oldu-

ğunu müəyyənləşdirir. 



Şəri hökmlərin təşəkkülü və  əmr məfhumu.  İslam mədəniyyəti dil 

üzərinə qurulmuş bir mədəniyyətdir. Allahın həzrət Peyğəmbərə vəhy etməsi 

və Onun da bu vəhyi təbliğ etməsiylə birlikdə  İslam cəmiyyəti ortaya çıx-

mışdır. Bu cəmiyyətin ortaya çıxması və davam etməsi başlanğıcdan etiba-

rən vəhy və onun ən kamil təmsilçisi və ya açıqlayıcısı olan sünnə ilə da-

vamlı bir əlaqə içində olmuşdur.

39

  

Hökmlərin ortaya çıxışını dil qaydalarına  əsasən təhlil etməklə hökm-



lərin mütəvatirlə ortaya çıxdığını iddia etmək bir-birinə alternativ görüşlər 

olaraq görünür. Fəqət yenə də dilin tək başına yetərli dəlil olduğunu söylə-

mək, mövcud olan müəyyən şərtlərın var olduğunu qəbul etməyə əsaslanar. 

Bu  şərtləri  ən xülasə ifadəylə  İslam cəmiyyəti olaraq adlandırmaq müm-

kündür. Bir başqa sözlə desək Qurandakı əmrlərin bir hökm ifadə edəbilməsi 

üçün Quranı  səlahiyyətli bir qaynaq olaraq qəbul edən və ona ittibayı  mə-

nimsəmiş olan cəmiyyətin var olması lazımdır. Sadəcə belə bir zəmin üzə-

rində dilin tək başına yetərli olacağı söylənilə bilər. Beləliklə əmrin mucəbi-

nin vücub ifadə etməsi, yəni hökm ortaya çıxarması bir İslami zəmin üzərin-

də anlamlıdır. Yenə əmr qavramıyla əlagəli dil mübahisələri də bu baхlamda 

anlaşıla bilər. 

                                                 

37

 Baqillani, ət-Təqrib vəl-İrşad, II, 11-12. 



38

 Quran, Bəqərə, 2/282. 

39

 Bax: Görgün Tahsin, İlahi Sözün Gücü, 45-71. 




 

Mübariz CAMALOV  

82 


Şəri hökmlərlə əmr arasındakı münasibətin ən sıx olaraq görüldüyü mə-

sələ  əmrin mucəbinin təsbitidir. Bilindiyi kimi mucəb, sözün iddiasını 

bildirir. Bu baxımdan sözlər inşai və ixbari olmaqla ikiyə ayrılır. İxbari söz, 

adından da anlaşıldığı kimi xəbər verən sözdür və mucəbi də  eşidənin de-

yilən sözə inanmasını gözləməkdir. Əmrin də daxil olduğu inşai sözlərdə isə 

sözün mucəbi deyilən sözün eşidən tərəfindən yerinə yetirilməsidir.  

Əmrin mucəbinin vücub olmasıyla bir şəri hökmün bağlayıcılığı arasında 

dini məcburiyyətlər baxımından fərq var. Yəni, dil səviyyəsindəki məcburiy-

yət ilə dini məzmundakı məcburiyyət bir-biri ilə əlaqəli olmaqla yanaşı fərq-

lidir. Ancaq məcburiyyət bildirən dini hökmlərin dəlilləndirilməsində dil sə-

viyyəsindəki məcburiyyət bir əsas təşkil edir. Bu, bir ümumbəşərlik təşəb-

büsü kimi qiymətləndirilə bilər.  

Dinin gətirdiyi hökmlərin insan davranışlarını yönləndirən prinsip və 

qaydalar olduğunu nəzərə alarsaq, bu prinsiplərin dillə olan münasibəti ba-

xımından dinlə  əxlaq fəlsəfəsi arasında bir bənzərliyin olduğunu görərik. 

Əxlaq fəlsəfəsini dil qaydaları üzərinə qurmağa çalışan filosoflarla, şəri 

hökmləri birbaşa nəssə, yəni dilə bağlamağa çalışan üsulçular arasında, ümu-

mi xətləri ilə baxıldığında bənzərlik var. Bu baxımdan bir dil qəziyyəsinin 

dini hökmə çevrilməsini daha açıq görə bilmək üçün dilçi əxlaq fəlsəfəsi ya-

naşmasına qısa toxunmaq yerində olar. 

Dilçi  əxlaq fəlsəfəsi  əxlaq qaydalarının  əsası olaraq sırf dilçiliyi qəbul 

edir. Bu məzmunda dil ikiyə ayrılır: təsviredici dil və  əmredici dil. Əxlaq 

fəlsəfəçilərinin əsas səyi də təsviredici dildən əmredici dilə keçişi tutarlı bir 

şəkildə  təmin etməkdir. Bunun üçün müraciət edilən bəzi  əsas məfhumlar 

var. Bunlar arasında təsviredici dilin dəyər bildirən daşıyıcısı olan “yaxşı” və 

“doğru” məfhumları qabaqcıl yer tutur. Digər tərəfdə isə  əmredici dilin –

məli qəlibi yer alır. Beləcə, xəbəri “yaxşı” və ya “doğru” olan cümlələrdən 

məsuliyyət və vəzifə bildirən –məli formasının çıxarıla bilməsi üçün bunlar 

arasında məntiqi münasibətin təmin olunması mümkün olacaqdır. Bundan 

sonra isə “bu yaxşıdır” qəziyyəsindən “bunu etməlisən” yaxud “bunu et!” 

əmrini məntiqi olaraq çıxacaqdır.

40

 



Arada bənzərlik olması ilə yanaşı, üsulçuların dil qəziyyələrini dini hök-

mə çevirmə prosesi bundan fərqlidir. Burada dil qəziyyəsini dini hökmə çe-

                                                 

40

 Bax. Hare, Richard, The Language of Morals, Oxford, 1967. 




Əbdüləziz Buxariyə görə əmr məfhumu  

83 


virən  əsas ünsür, ümumi mənada ittibadır.  İttiba deyiləndə, vəhyi qəbul et-

mək və vəhyi həyata keçirmək üçün Peyğəmbərə tabe olmaq nəzərdə tutulur. 

Nəticə etibarı ilə demək olar ki, mənbələrinin əsası yazılı mətinlər olan 

İslamı doğru anlamaq üçün çalışan müsəlmanlar dilə  əhəmiyyət vermişlər. 

Fiqh hökmlərinin təşəkkülündə mühüm yer tutan əmr məfhumu da bir dil 

məsələsidir. Bu səbəblə  əmr məfhumunu doğru təhlil etmək fiqhi məsə-

lələrin doğru anlaşılmasının açarıdır. Bu dil məsələlərini  əmrin mucəbinin 

doğru təsbit edilməsi ölçüsü ilə əmrin mucəbi ilə dini hökm arasındakı mü-

nasibətin qurulmasından ibarət saymaq mümkündür. Bu münasibətin qu-

rulmasının vəhyə uyğunluğunu təmin etmək üçün isə Peyğəmbərə ittibadan 

yan keçməmək lazımdır. 



Yüklə 10,39 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə