Əbdüləziz Buxariyə görə əmr məfhumu
75
tələbdir, ancaq insanların daxilindəki mənaları bilmək mümkün olmadığı
üçün əmr bildirən kəlam əmrin həqiqəti olaraq qəbul edilir
3
.
Əmrin tərifindən öyrəndiyimiz başqa bir ünsür feldir. Bir tələbin əmr
olaması üçün tələb olunanın bir fel, hərəkət olması lazımdır. Üsul alimləri
arasında felin yerinə yetirilib yetirilməməsinin əmrin meydana gəlməsinə
təsiri ixtilaflıdır. Buxari bunu itimar kəliməsi ilə ifadə edir və bu kəlimənin
təsirli olduğuna diqqəti çəkir. Buna görə sındırmaq feli sınmaya bağlıdır və
sındırılan şey sınmadığı müddətcə sındırma felinin meydana gəldiyini deyə
bilmərik. Buna bənzər şəkildə itimar olmadığı zaman da əmr meydana
gəlmiş sayılmaz. Ancaq əgər itimar zəruri olarsa, yəni ilahi əmr əmr olu-
nanın meydana gəlməsini zəruri edərsə, o zaman insanın iradəsi aradan qal-
xar
4
. Çünki tələb etmə eşidənin seçmə imkanına bağlıdır. İnsanın feli yerinə
yetirib yetirməmə seçiminin olmaması halında tələbdən danışmaq olmaz.
Xüsusilə şəri hökmlər mənasında olan tələbdə eşidənin feli yerinə yetirmədə
azad iradəsi olması lazımdır.
Əmrin həyata keçməsi üçün insanın ona əmr olunan feli yerinə yetirmə
gücünə sahib olması lazımdır. Əksi halda bunu bir əmr olaraq görə bilmərik.
Çünki, əmr bir felin həyata keçməsi istəndiyi zaman verilər. İnsanın gücünün
fövqündə bir felin əmr forması ilə tələb olunması bu əmrin həqiqi deyil,
məcazi mənada olduğunu göstərər. Məsələn, Quranın bir bənzərinin insanlar
tərəfindən yazılmasının mümkün olmadığını bildirən ayədə
5
belə bir misala
rastlamaq mümkündür. Bu ayədəki əmr forması insanları bu barədə aciz
qoymaq üçün işlədilmişdir. Beləliklə əmrdən danışmaq üçün insan qüdrə-
tinin şərt olduğunu qəbul edən Buxari “Allah hər kəsi ancaq qüvvəsi yetdiyi
qədər yükləyər”
6
ayəsini də bu fikrinə dəlil göstərir. İnsanın güc yetirmədiyi
bir şeyin şəriətdə əmr olunmaması da bunun başqa bir dəlilidir
7
.
Əmrin tərifindəki başqa bir ünsür əmr edənlə əmr olunan insan
arasındakı münasibətdir. Əmrin ən əhəmiyyətli məsələlərindən biri olan
əmrin mucəbinin təsbitində bunun çox böyük yeri var. Çünki əmrin həqiqət
yaxud məcaz olduğunu müəyyənləşdirmək üçün diqqət olunması lazım olan
3
Buxari, Kəşful-Əsrar, I, 242.
4
Buxari, Kəşfu- Əsrar, I, 271-271.
5
Bəqərə, 2/23.
6
Bəqərə, 2/286.
7
Buxari, Kəşful-Əsrar, I, 408.
Mübariz CAMALOV
76
ilk xüsus əmr edənlə əmr olunan arasındakı münasibətdir.
Başqa sözlə eşidən
əmr olunan vəsfini daşımalıdır. Əmr formasının əmr bildirməsi üçün əmr
olunan şəxsin şəri cəhətdən məmur olması lazımdır
8
. Buna dini terminolo-
giyada əhliyyət deyilir. Əhliyyət, insanın lehinə və əleyhinə olan şəri haqlara
səlahiyyətli olmasıdır. Bu səlahiyyət Allahın “Biz əmanəti göylərə, yerə və
dağlara təklif etdik: onu yüklənməkdən çəkindilər. Onu insan yükləndi”
9
ayəsi ilə insana yüklədiyi əmanətdir.
Əmr məfhumuna bağlı olan mövzulardan ən əhəmiyyətlisi əmrin mucə-
bidir, yəni əmr formasının nəticəsi yaxud bu formanın ifadə etdiyi mənadır.
Əmr formasının ifadə etdiyi mənanı təyin etmək üçün əvvəlcə bu formanın
işlədildiyi mənalara nəzər salmaq lazımdır. Üsul almlərinin əmrin işlədildiyi
mənaların sayı haqqında müxtəlif görüşləri var. Buxari bunlardan on sekki-
zinin daha doğru olduğunu bildirir və bunları misalları ilə birlikdə belə sıra-
lıyır:
1.
Vücub: Namazı qılın və zəkatı verin
10
.
2.
Nədb: Onlarla mükatəbə edin
11
.
3.
İrşad: Alış-veriş etdiyiniz vaxt şahid tutun!
12
4.
Mübahlıq: Allahın sizə öyrətdiyi ilə təlim edib əhliləşdirdiyiniz yırtıcı
heyvanların ovladıqları da sizə halaldır
13
.
5.
İkram: Ora (cənnətə) sağ-salamat və əmin olaraq daxil olun
14
.
6.
Neməti xatırlatma: Allahın sizə rizq olaraq verdiklərindən yeyin
15
.
7.
Təhqir: Bir dad görək! Sən ki çox qüvvətli , möhtərəm bir şəxs idin!
16
8.
Bərabərləşdirmə: Səbr edin yaxud etməyin
17
.
9.
Təəccüb: Onlar bizim hüzurumuza gələcəkləri gün elə yaxşı eşidəcək,
elə yaxşı görəcəklər ki!
18
8
Səraxsi, Usulus-Səraxsi, I, 11.
9
Əhzab, 33/72.
10
Bəqərə, 2/34.
11
Nur, 24/33.
12
Bəqərə, 2/282.
13
Maidə, 5/4.
14
Hicr, 15/46.
15
Ənam, 6/142.
16
Duxan, 44/49.
17
Tur, 52/16.
18
Məryəm, 19/38.
Əbdüləziz Buxariyə görə əmr məfhumu
77
10.
Yaratma və kamillik qüdrəti: Bir işin yaranmasını istədiyi zaman,
ona yalnız: Ol! deyər, o da olar
19
.
11.
Həqir görmə: Sehirbazlar gəldikdə Musa: “Nə atacaksanızsa, atın,
dedi
20
.
12.
Bildirmə: Qazandıqlarının cəzası olaraq az gülüb, çox ağlasınlar
21
.
13.
Təhdid: İstədiyinizi edin
22
.
14.
Xəbərdarlıq: De ki: (istədiyiniz kimi) yaşayın
23
.
15.
Aciz buraxma: Əgər bəndəmizə nazil etdiyimizə şəkkiniz varsa, siz
də ona bir bənzər surə gətirin!
24
16.
Kiçiltmə: Biz də onlara: “Həqir meymunlar olun” dedik
25
.
17.
Təmənni: Ey uzun gecə, artıq açıl!
26
18.
Öyrətmə: Həzrət Peyğəmbərin İbn Abbasa “Önündən ye!” deməsi
bunun misalıdır.
19.
Dua: Allahım, məni bağışla.
Əmr formasının yuxarıdakı mənalarda işlədilməsi xüsusunda alimlərin
ittifaqı var. Bundan əlavə əmr formasının bu mənalarda işlədilməsinin həqiqi
deyil, məcazi olduğu da da hər kəs tərəfindən qəbul olunur
27
. Çünki məsələn,
“Ora (cənnətə) sağ-salamat və əmin olaraq daxil olun” ayəsinin ikram oldu-
ğu yalnız konteksdən anlamaq mümkündür. Halbuki əmr formasının həqiqi
mənası ikram olsaydı, konteksə baxmadan bunun anlaşılması lazım olardı.
Əmrin mucəbi haqqında dörd fərqli anlayış mövcuddur. Bunlar vücub,
nədb, ibaha və təvəqqüf anlayışlarıdır.
Vücub. Buxari əmrin dəlalətindən bəhs edərkən, əmr formasının xas
(xüsusi) söz olduğunu vurğulayır. Müəllif hər sözün bir mənasının olduğu dil
qaydasını qeyd etdikdən sonra əmr formasının da xas bir söz olması səbəbi
19
Bəqərə, 2/117.
20
Yunus, 10/80.
21
Tövbə, 9/82.
22
Fussilət, 41/40.
23
İbrahim, 14/30.
24
Bəqərə, 2/23.
25
Bəqərə, 2/65.
26
İmrulqeys, Divanu İmrulqeys, Qahirə, ty., 18.
27
Buxari, Kəşful-Əsrar, I, 255; Razi Əbu Abdullah Fəxrəddin Məhəmməd ibn
Ömər,
Məhsul fi ilmi usulil-fiqh, Məkkə, 1997, II, 39.