Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 10,39 Mb.
Pdf görüntüsü
səhifə23/152
tarix30.10.2018
ölçüsü10,39 Mb.
#75889
1   ...   19   20   21   22   23   24   25   26   ...   152

Əbdüləziz Buxariyə görə əmr məfhumu  

75 


tələbdir, ancaq insanların daxilindəki mənaları bilmək mümkün olmadığı 

üçün əmr bildirən kəlam əmrin həqiqəti olaraq qəbul edilir

3



Əmrin tərifindən öyrəndiyimiz başqa bir ünsür feldir. Bir tələbin  əmr 



olaması üçün tələb olunanın bir fel, hərəkət olması lazımdır. Üsul alimləri 

arasında felin yerinə yetirilib yetirilməməsinin  əmrin meydana gəlməsinə 

təsiri ixtilaflıdır. Buxari bunu itimar kəliməsi ilə ifadə edir və bu kəlimənin 

təsirli olduğuna diqqəti çəkir. Buna görə sındırmaq feli sınmaya bağlıdır və 

sındırılan şey sınmadığı müddətcə sındırma felinin meydana gəldiyini deyə 

bilmərik. Buna bənzər  şəkildə itimar olmadığı zaman da əmr meydana 

gəlmiş sayılmaz. Ancaq əgər itimar zəruri olarsa, yəni ilahi əmr  əmr olu-

nanın meydana gəlməsini zəruri edərsə, o zaman insanın iradəsi aradan qal-

xar

4

. Çünki tələb etmə eşidənin seçmə imkanına bağlıdır. İnsanın feli yerinə 



yetirib yetirməmə seçiminin olmaması halında tələbdən danışmaq olmaz. 

Xüsusilə şəri hökmlər mənasında olan tələbdə eşidənin feli yerinə yetirmədə 

azad iradəsi olması lazımdır. 

Əmrin həyata keçməsi üçün insanın ona əmr olunan feli yerinə yetirmə 

gücünə sahib olması lazımdır. Əksi halda bunu bir əmr olaraq görə bilmərik. 

Çünki, əmr bir felin həyata keçməsi istəndiyi zaman verilər. İnsanın gücünün 

fövqündə bir felin əmr forması ilə  tələb olunması bu əmrin həqiqi deyil, 

məcazi mənada olduğunu göstərər. Məsələn, Quranın bir bənzərinin insanlar 

tərəfindən yazılmasının mümkün olmadığını bildirən ayədə

5

 belə bir misala 



rastlamaq mümkündür. Bu ayədəki  əmr forması insanları bu barədə aciz 

qoymaq üçün işlədilmişdir. Beləliklə  əmrdən danışmaq üçün insan qüdrə-

tinin şərt olduğunu qəbul edən Buxari “Allah hər kəsi ancaq qüvvəsi yetdiyi 

qədər yükləyər”

6

 ayəsini də bu fikrinə dəlil göstərir. İnsanın güc yetirmədiyi 



bir şeyin şəriətdə əmr olunmaması da bunun başqa bir dəlilidir

7



Əmrin tərifindəki başqa bir ünsür əmr edənlə  əmr olunan insan 

arasındakı münasibətdir.  Əmrin  ən  əhəmiyyətli məsələlərindən biri olan 

əmrin mucəbinin təsbitində bunun çox böyük yeri var. Çünki əmrin həqiqət 

yaxud məcaz olduğunu müəyyənləşdirmək üçün diqqət olunması lazım olan 

                                                 

3

 Buxari, Kəşful-Əsrar, I, 242. 



4

 Buxari, Kəşfu- Əsrar, I, 271-271. 

5

 Bəqərə, 2/23. 



6

 Bəqərə, 2/286. 

7

 Buxari, Kəşful-Əsrar, I, 408. 




 

Mübariz CAMALOV  

76 


ilk xüsus əmr edənlə əmr olunan arasındakı münasibətdir. Başqa sözlə eşidən 

əmr olunan vəsfini daşımalıdır.  Əmr formasının  əmr bildirməsi üçün əmr 

olunan  şəxsin  şəri cəhətdən məmur olması lazımdır

8

. Buna dini terminolo-



giyada əhliyyət deyilir. Əhliyyət, insanın lehinə və əleyhinə olan şəri haqlara 

səlahiyyətli olmasıdır. Bu səlahiyyət Allahın “Biz əmanəti göylərə, yerə və 

dağlara təklif etdik: onu yüklənməkdən çəkindilər. Onu insan yükləndi”

9

 



ayəsi ilə insana yüklədiyi əmanətdir. 

Əmr məfhumuna bağlı olan mövzulardan ən əhəmiyyətlisi əmrin mucə-

bidir, yəni əmr formasının nəticəsi yaxud bu formanın ifadə etdiyi mənadır. 

Əmr formasının ifadə etdiyi mənanı təyin etmək üçün əvvəlcə bu formanın 

işlədildiyi mənalara nəzər salmaq lazımdır. Üsul almlərinin əmrin işlədildiyi 

mənaların sayı haqqında müxtəlif görüşləri var. Buxari bunlardan on sekki-

zinin daha doğru olduğunu bildirir və bunları misalları ilə birlikdə belə sıra-

lıyır: 


1.

 

Vücub: Namazı qılın və zəkatı verin

10



2.



 

Nədb: Onlarla mükatəbə edin

11



3.

 

İrşad: Alış-veriş etdiyiniz vaxt şahid tutun!

12

 

4.



 

Mübahlıq: Allahın sizə öyrətdiyi ilə təlim edib əhliləşdirdiyiniz yırtıcı 

heyvanların ovladıqları da sizə halaldır

13



5.



 

İkram: Ora (cənnətə) sağ-salamat və əmin olaraq daxil olun

14



6.

 

Neməti xatırlatma: Allahın sizə rizq olaraq verdiklərindən yeyin

15



7.



 

Təhqir: Bir dad görək! Sən ki çox qüvvətli , möhtərəm bir şəxs idin!

16

 



8.

 

Bərabərləşdirmə: Səbr edin yaxud etməyin

17



9.



 

Təəccüb: Onlar bizim hüzurumuza gələcəkləri gün elə yaxşı eşidəcək, 

elə yaxşı görəcəklər ki!

18

 

                                                 



8

 Səraxsi, Usulus-Səraxsi, I, 11. 

9

 Əhzab, 33/72. 



10

 Bəqərə, 2/34. 

11

 Nur, 24/33. 



12

 Bəqərə, 2/282. 

13

 Maidə, 5/4. 



14

 Hicr, 15/46. 

15

 Ənam, 6/142. 



16

 Duxan, 44/49. 

17

 Tur, 52/16. 



18

 Məryəm, 19/38. 




Əbdüləziz Buxariyə görə əmr məfhumu  

77 


10.

 

Yaratma və kamillik qüdrəti: Bir işin yaranmasını istədiyi zaman, 

ona yalnız: Ol! deyər, o da olar

19



11.

 

Həqir görmə: Sehirbazlar gəldikdə Musa: “Nə atacaksanızsa, atın, 

dedi

20



12.

 

Bildirmə: Qazandıqlarının cəzası olaraq az gülüb, çox ağlasınlar

21



13.



 

Təhdid: İstədiyinizi edin

22



14.

 

Xəbərdarlıq: De ki: (istədiyiniz kimi) yaşayın

23



15.



 

Aciz buraxma: Əgər bəndəmizə nazil etdiyimizə şəkkiniz varsa, siz 

də ona bir bənzər surə gətirin!

24

 

16.



 

Kiçiltmə: Biz də onlara: “Həqir meymunlar olun” dedik

25



17.

 

Təmənni: Ey uzun gecə, artıq açıl!

26

 

18.



 

Öyrətmə:  Həzrət Peyğəmbərin  İbn Abbasa “Önündən ye!” deməsi 

bunun misalıdır. 

19.

 

Dua: Allahım, məni bağışla. 



Əmr formasının yuxarıdakı  mənalarda işlədilməsi xüsusunda alimlərin 

ittifaqı var. Bundan əlavə əmr formasının bu mənalarda işlədilməsinin həqiqi 

deyil, məcazi olduğu da da hər kəs tərəfindən qəbul olunur

27

. Çünki məsələn, 



“Ora (cənnətə) sağ-salamat və əmin olaraq daxil olun” ayəsinin ikram oldu-

ğu yalnız konteksdən anlamaq mümkündür. Halbuki əmr formasının həqiqi 

mənası ikram olsaydı, konteksə baxmadan bunun anlaşılması lazım olardı. 

Əmrin mucəbi haqqında dörd fərqli anlayış mövcuddur. Bunlar vücub, 

nədb, ibaha və təvəqqüf anlayışlarıdır. 

Vücub.  Buxari  əmrin dəlalətindən bəhs edərkən,  əmr formasının xas 

(xüsusi) söz olduğunu vurğulayır. Müəllif hər sözün bir mənasının olduğu dil 

qaydasını qeyd etdikdən sonra əmr formasının da xas bir söz olması səbəbi 

                                                 

19

 Bəqərə, 2/117. 



20

 Yunus, 10/80. 

21

 Tövbə, 9/82. 



22

 Fussilət, 41/40. 

23

 İbrahim, 14/30. 



24

 Bəqərə, 2/23. 

25

 Bəqərə, 2/65. 



26

 İmrulqeys, Divanu İmrulqeys, Qahirə, ty., 18. 

27

 Buxari, Kəşful-Əsrar, I, 255; Razi Əbu Abdullah Fəxrəddin Məhəmməd ibn 



Ömər, Məhsul fi ilmi usulil-fiqh, Məkkə, 1997, II, 39. 


Yüklə 10,39 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə