Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 10,39 Mb.
Pdf görüntüsü
səhifə21/152
tarix30.10.2018
ölçüsü10,39 Mb.
#75889
1   ...   17   18   19   20   21   22   23   24   ...   152

f.e.n. Salman SÜLEYMANOV 

66 


Adamlar salaraq o dörd bir yana

Arayıb-axtarıb heç yorulmamış, 

Bulaqdan bir əsər, bir iz bulmamış (9, 183). 

 

Şairin  əfsanə  və  rəvayətlərdən bəhrələnərək yazdığı digər  əsəri «Aslan 



qayası»dır.  Əsər rus ordusunun Bakını  işğal etməyə çalışdığı vaxtlarda 

əhalinin mübarizəsinə həsr edilmişdir. Şair bu rəvayəti çox gözəl poetik dillə 

qələmə almışdır. «Çölün bir gədəsi»nin  şəhərin açarlarına qürurla baxan 

general Sisyanovun «köksünə xəncərini çalmasını» elə məğrur bir dillə ifadə 

etmişdir ki, əsəri oxuduqca, sanki o dövrü yaşayırsan. 

 

Əsərdə diqqəti çəkən digər bir məsələ də ağ çuxa, ağ atdır: 



Əlimdə tikdiyim bax bu ağ çuxa, 

Hansı bir igidin əyninə olsa

Bir də ağ atımı kim minə bilsə, 

O şah da deyilsə, xan da deyilsə, 

Olsa da adi bir qapı nökəri 

Onundur qəlbimin gizli telləri (9, 166). 

 

Əsərin baş qəhrəmanı Aslanın şücaəti «ağ at və ağ çuxa ilə bağlı təsvir 



olunur. Xalq ədəbiyyatı qaynaqlarından gələn bu məfhumlar əsərə yeni təra-

vət, yeni ruh gətirir» (5, 91). Ümumiyyətlə, bir çox türk xalqlarında at bir 

kult, bir onqon kimi qəbul edilir. Hətta bir çox nağıl və dastanlarımızda «ağ 

at və ağ çuxa» obrazı bu gün də qorunub saxlanmaqdadır. Xalq öz qəhrəma-

nını ağ atın belində, ağ çuxada görmək istəyir. Şair də məsələyə bu nöqteyi-

nəzərdən yanaşır və yazır: 

 

Hansı igid bir oğlan 



Ağ atın üstə minsə, 

Ağ çuxanı geyinsə 

Onunkudur Mahnıyar

2

 (9, 167). 



 

                                                 

2

 Mahnıyar – «Aslan qayası» əsərində Bakı xanı Hüseynqulu xanın qızıdır. 




Səməd Vurğun yaradıcılığında şifahi xalq ədəbiyyatının izləri 

67 


Şair bu əsərində türk oğullarının yenilməz olduğunu, cəsurluğunu bir da-

ha qabarıq şəkildə vurğulayır: 

 

Tüfəng tutan, ox atan, 



Atın qarnında yatan, 

Başı üstə mil duran, 

Quşu dimdikdən vuran, 

Suyu balıq kimi tən 

Yarıb içindən keçən (9, 167) və s. 

 

Şairin diqqəti cəlb edən  əsərlərindən biri də «Ölən məhəbbət»  əsəridir. 



Bu  əsər atəşpərəstlik dövründə Azərbaycanda mövcud olan sərt qanunlara 

həsr edilmişdir. Əsərin əsas mövzusu qardaşıyla evlənməyə məcbur olan qı-

zın yanıqlı yalvarışlarıdır. Səməd Vurğunun bu əsəri Y.V.Çəmənzəminlinin 

«Qızlar bulağı» əsəri ilə müqayisə edilə bilər. Şair yazır:  

 

Elin qaydası ilə, qanunca biz 



Bir bacı, bir qardaş evlənməliyik. 

Bunları duyduqca, düşündükcə mən 

Bil ki, ayaqlarım üzülür yerdən (9, 193). 

 

Y.V.Çəmənzəminli isə «Qızlar bulağı»nda yazır: «Nə atama, nə qarda-



şıma ərə getməyəcəm – nə olur olsun» (10, 21). 

 

Səməd Vurğun yazır: 



Bəs atan? Bəs anan – nə deyir onlar? 

Hər elin, hər günün öz adəti var. 

Bütün bu insanlar tüpürər bizə 

Cəzalar verilər hər ikimizə (9, 194). 

 

Y.V.Çəmənzəminli yazır: «Müqəddəs qanuna görə  sən mənimsən! – 



dedi» (10, 22). 

Səməd Vurğunun bu əsəri atəşpərəslik və ondan öncəki dövrlərdə Azər-

baycan xalqının adət-ənənəsini, ağır qanunlarını on dörd yaşlı kiçik qızcı-

ğazın simasında canlandırır. 




f.e.n. Salman SÜLEYMANOV 

68 


Şairin şifahi xalq ədəbiyyatından bəhrələnərək yazdığı digər əsəri «Ayın 

əfsanəsi»dir.  Şair yuxarıda sadaladığımız  əsərlərindən fərqli olaraq, burada 

əsas qəhrəman Ayla dialoqa girir. Onun əsas mövzu kimi götürdüyü əfsanə-

də Ayın üzündəki ləkəni anası Günəş salmışdır.  

Əfsanələrdən birində deyilir: «İki qardaş dalaşır. Onlardan biri digərini 

vurur yabaya, qaldırır göyə. İndi göydəki Ay yabaynan göyə qaldırılan o qar-

daşdı. Ayın üzündəki ləkə yabanın yeridi elə» (3, 30). 

Digər əfsanəyə görə, «Ay ilə Gün bacı-qardaş imiş. Uşaqlar dalaşır. Ay 

bacısı Günü döyür. Anası  əli küllü-küllü uşağa bir sillə vurur. O vaxtdan 

Ayın üzündə ləkə şalır» (2, 228). Səməd Vurğunun da qələmə aldığı «Ayın 

əfsanəsi» əsərinin mövzusu bu əfsanəyə yaxındır: 

 

Gah atıldım, gah da düşdüm 



Birdən-birə mən sürüşdüm 

Dəydim onun sağ qoluna 

Acıq gəldi bu səhv ona 

Öz yerindən anam durdu 

Üzümə bir sillə vurdu (9, 248). 

 

Bu sillə ayın üzündə qara ləkələr salır. Bundan məyus olan ana nə edəcə-



yini bilmir: 

 

Birdən nə oldusa, rəngi saraldı, 



Anam bir daş kimi yerində qaldı 

Sonra qüvvətini yığıb bir təhər  

Bağırdı: ləkələr, qara ləkələr! 

 

Şairin müraciət etdiyi mövzuyla bağlı  şifahi xalq ədəbiyyatında onlarla 



əfsanə  və  rəvayət var. Onların bəziləri Ayla Günəşin ana-bala sevgisindən, 

bəziləri qardaş-bacı və ya iki qardaş sevgisindən, bəziləri isə bir-birinə aşiq 

iki gəncin sevdasından bəhs edir.  

Əsər ibrətamiz nəsihətlərlə zəngindir. Şair əsərdə cütcü obrazının dili ilə 

insanları əməyə səsləyir: 

 

Cütçü gülümsəyib dedi: – qulaq as! 



Çörək bir istiylə, işıqla olmaz.  


Səməd Vurğun yaradıcılığında şifahi xalq ədəbiyyatının izləri 

69 


Budur, bax, gördüyün bu qara torpaq 

Nə qədər vardırsa, çörək olacaq. 

Torpaqdan süd əmir hər sarı sünbül, 

Torpaqda göyərir hər çiçək, hər gül. 

Bir də öz başına yaranmır onlar, 

Torpaq üstündə də insan gözü var… (9, 244). 

 

Şair əsərdə eyni zamanda ana sevgisini, ana məhəbbətini özünə-məxsus 



şəkildə dilə gətirir: 

 

De, hansı şairin məğrur qələmi



Olsa da günəşin, ayın həmdəmi, 

Dilini bilsə də, otun, çiçəyin, 

Sirrini açsa da, hər bir ürəyin. 

Cana gətirsə də, cansız daşları, 

Karvana düşsə də, uçan quşları, 

Dönüb bac alsa da, əsən küləkdən, 

Bir dünya qursa da, min bir diləkdən, 

Xəyalı göylərə sipər dursa da,  

Günəşin qoynunda çadır qursa da, 

İnciyə tutsa da, bütün aləmi, 

De, hansı şairin məğrur qələmi, 

Ana qəlbindəki dünyadan keçmir? (9, 240) 

 

Səməd Vurğunun yaradıcılığında şifahi xalq ədəbiyyatının izlərindən da-



nışarkən onun tez-tez müraciət etdiyi atalar sözləri və  məsəllərdən danış-

maya bilmərik. Biz onun yaradıcılığında «köpəklər hürməklə karvan da-yan-

maz» («it hürər, karvan keçər»), «ağılsız köpəklər ulduza hürər», «zər qəd-

rini zərgər bilər», «iki qılınc bir qına sığmaz», «şanada bal tutan barma-ğın 

yalar», «üzük qaşla, arvad ərlə tanınar» kimi folklor nümunələrini görürük. 

O, bu folklor nümunələrindən bəhrələnməklə yanaşı, onları  əsərdərində ol-

duğu kimi işlədib. 

Biz, adətən, bayatıya, atalar sözünə «bir neçə misrada dastan anladır» 

deyirik. Səməd Vurğunun yazdığı kiçik həcimli əsərlərdə də, aforizmlərdə də 

bunu görə bilirik. İnsan potensialına, insan məfhumuna böyük dəyər verən 

şair yazır: 



Yüklə 10,39 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə