Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 10,39 Mb.
Pdf görüntüsü
səhifə22/152
tarix30.10.2018
ölçüsü10,39 Mb.
#75889
1   ...   18   19   20   21   22   23   24   25   ...   152

f.e.n. Salman SÜLEYMANOV 

70 


İnsandır ən böyük qüvvə cahanda (8, 8). 

 

Və yaxud: 



 

Göyün şöhrətidir yerin insanı (8, 9). 

 

Başqa bir yerdə  şair insana dünyanın  ən qiymətli varlığı kimi önəm 



verərək onu göylərə qaldırır. Qaranlıq, soyuq, dar məzara insana görə qiymət 

verən şair yazır: 

 

Soyuq məzara da zinnətdir insan (8, 8). 



 

Belə misalları istənilən qədər artırmaq olar. Səməd Vurğunun yaradıcılı-

ğını öyrəndikcə yeni-yeni aforizmlər üzə çıxır. 

Onun yaradıcılığını araşdırarkən aşıq şeiri üslubunda yazılan şeirləri də 

diqqəti cəlb edir. Onları oxuduqca bu şeirləri şifahi xalq ədəbiyyatı nümunə-

lərindən seçmək çox çətindir: 

 

Əzəldən məsəldir: taleyi, bəxti 



Cehizdə sınarlar, bu bir adətdi. 

Vurğunam sənə mən, fələk nə etdi? 

Məhəbbət ümidim əlimdən getdi (7, 26). 

 

Şairin şeirləri onun xalqın psixologiyasına, düşüncə tərzinə, təfəkkürünə 



yaxından bələd olduğunu göstərir. Onun «Yadıma düşdü», «Ala göz-lər», 

«Gülə-gülə», «Dağlar», «Bənövşə», «Ceyran», «Yada sal məni» və s. qoşma 

və  gəraylıları  aşıq poeziyası üslubunda yazılmasına baxmayaraq, xalqın 

həyat tərzindən, etnoqrafiyasından da xəbər verir: 

 

Göylərə baş çəkir Göyəzən dağı, 



Axşam açıq olur ayın qabağı; 

Bizim gəlinlərin bayramqabağı 

Fəsəli yaymağı yadıma düşdü (7, 284). 

Və yaxud da şair «Danışmaq» rədifli qoşmasında yazır: 

Qoy söz alım bir günahsız dodaqdan, 



Səməd Vurğun yaradıcılığında şifahi xalq ədəbiyyatının izləri 

71 


Düşmən baxıb həsəd çəksin uzaqdan, 

Yar bəzənib çıxan zaman otaqdan

Başındakı güllü şaldan danışaq (7, 307). 

 

Paşa Əfəndiyevin təbirincə desək, «gəraylı da, qoşma da musiqi ilə bağ-



lıdır. Hecaların, sözlərin quruluşu elədir ki, onlar musiqi üstündə getmə-lidir; 

belə olmasa, o, qoşma, yaxud gəraylı olmaz» (5, 66). 

Bu fikrə arxalanaraq deyə bilərik ki, Səməd Vurğunun əsərlərinin bö-yük 

əksəriyyətinə mahnı bəstələnib. Aşıq poeziyası üslubunda yazdığı əsərləri isə 

bir çox aşıqların dilində əzbər olmuş, onlar belə əsərləri «Qəhrəmani», «Dü-

beyti», «Orta sarıtel» havaları üstündə oxumuşlar. 

Yuxarıdakı misallardan da göründüyü kimi, Səməd Vurğun bütün ya-ra-

dıcılığı boyu şifahi xalq ədəbiyyatından, xalq yaradıcılığından bəhrələnmiş 

və öz əsərlərində onlardan geniş şəkildə istifadə etmişdir. 

 



f.e.n. Salman SÜLEYMANOV 

72 


 

ƏDƏBİYYAT 

 

1.

 



Abdullayev Bəhlul. Haqqı səsi. Bakı,1989 

2.

 



Azərbaycan Folklor Antalogiyası. V kitab, Qarabağ folkloru, Bakı, 2000 

3.

 



Azərbaycan Folklor Antalogiyası. XII kitab, Zəngəzur folkloru, 

Bakı, 2005 

4.

 

Quliyev Ş., Abbasov T., Quliyev F. Cəbrayıl. Bakı, 1993 



5.

 

Əfəndiyev Paşa. Səməd Vurğun və xalq yaradıcılığı. Bakı, 1992 



6.

 

Uşaq Ensikolopediyası. 3 cilddə, I cild, Bakı, 1987 



7.

 

Səməd Vurğun. Əsərləri. 7cilddə, I cild, Bakı, 1985 



8.

 

Səməd Vurğunun aforizmləri. Bakı, 1987 



9.

 

Səməd Vurğun. Əsərləri. 7cilddə, III cild, Bakı, 1986 



10.

 

Çəmənzəminli Y.V. Qızlar bulağı. Bakı, 1987 



 


Səməd Vurğun yaradıcılığında şifahi xalq ədəbiyyatının izləri 

73 


 

XÜLASƏ  

 

Şifahi xalq ədəbiyyatına yaxından bələd olan Səməd Vurğun xalqın ya-



ratdığı ecakar nümunələrdən yan keçməmiş  və  hətta xalq yaradıcılığın-dan 

birbaşa bəhrələnmişdir. Onun yaradıcılığında aforizmləri, məsəlləri, qoş-maları, 

gəraylıları  və s.-ni yazılı ədəbiyyat nümunəsi kimi yox, şifahi xalq ədəbiy-

yatının ən gözəl nümunəsi kimi görürük. «Qız qayası», «Aslan qayası», «Bu-

laq  əfsanəsi», «Ayın  əfsanəsi» və s. kimi folklor nümunələri  şairin yaradı-

cılığında əsas yerlərdən birini təşkil edir. Onun bu əsərləri Azərbaycan ədə-

biyyat tarixində əfsanə və rəvayət canrının araşdırılmasında yeni bir mərhələ 

yaradır. 

 

RESUME 

 

Being closely acquainted with the folklore, Samad Vurgun didn’t keep 



apart the miraculous examples created by nation, and he even directly be-

nefited by the folk art. We see aphorisms, sayings, poems, garaylies and ot-

hers not only as the examples of the written literature, but also as a won-

derful example of folklore. “ The girl’s rock ”, “ The lion’s rock ”, “ The 

spring myth ”, “ The moon myth ” and other folklore examples are take one 

of the main places in poet’s work. His works open a new stage on inves-

tigating the myth and legend genres in the history of the Azerbaijan lite-

rature. 



 

Mübariz CAMALOV  

74 


 

ƏBDÜLƏZİZ BUXARİYƏ GÖRƏ ƏMR MƏFHUMU



 

 

i.e.n. Mübariz Camalov

 



 

Əmr məfhumu dilçilik, məntiq, bəlağat elmləri ilə yanaşı fiqh üsulunun 

da mühüm məfhumlarından biridir. Əmrin fiqh üsulu baxımından  əhəmiy-

yətli olmasının səbəbi dini ehkamın böyük bir qisminin əmr formasında olan 

nəslərə  əsaslanmasıdır. Bununla əlaqədar olaraq məşhur hənəfi fəqihi Sə-

raxsi  Üsul  adlı  əsərinə  əmr məfhumu ilə başlarkən, kitaba bu mövzuyla 

başlamasının səbəbini belə izah edir: əmr məfhumu fiqh üsuluna başlanğıc 

olaraq  ən uyğun məfhumdur, çünki əmr məfhumu ilə halallar haramlardan 

ayrılır və bu şəkildə şəri ehkam bilinir

1

. Buxarinin əmr məfhumuna verdiyi 



əhəmiyyəti də dörd ciltlik Kəşful-Əsrar adlı  məşhur fiqh üsulu əsərinin bir 

cildini əmr məfhumuna sərf etməsindən anlaya bilərik. 

Müxtəlif tərifləri olan əmrin Əbdüləziz Buxari tərəfindən də doğru qəbul 

edilən tərifi belədir:  əmr, üstünlük yolu ilə felin tələb olunmasına dəlalət 

edən sözdür

2

. Bu tərif içərisində üç ünsürə diqqət yetirmək lazımdır. Bunlar 



söz, fel və felin yerinə yetirilməsini tələb edən, danışanla dinləyən arasındaki 

münasibət, yəni əmr edənin qarşısındakından mövqe cəhətdən üstün olması. 

Bu ünsürlər haqqında geniş məlumat vermək daha məqsədəuyğundur. 

Əmrin ünsürlərindən biri olan söz, əmr etmə felinin söz ilə olduğunu 

göstərir. Yəni əmrdən danışmaq üçün sözlü bir buyuruğun, kəlamın olması 

lazımdır. Kəlam xaricindəki ünsiyyət vasitələri yaxud hər hansı bir hərəkətin 

edilməsi  əmr mənasına gələ bilməz. Bununla birlikdə  əmrin mahiyyətinin 

kəlam olduğunu düşünməmək lazımdır. Buxari və bir çox digər üsul aliminin 

də qeyd etdiyi kimi əmrin həqiqi varlığı insanın daxilində mövcud olan 

                                                 

 Bu məqalə 2006-cı ildə Mərmərə universiteti Humanitar Elmlər İnstitutunda 



müdafiə olunan “Əbdüləziz Buxariyə görə əmr məfhumu” adlı doktorantura 

dərəcəsi elmi işinin xülasəsidir. 

 BDU İlahiyyat fakültəsinin müəllimi. 



1

 Səraxsi,, Əbu Bəkir Məhəmməd ibn Əhməd, Usulus-Səraxsi, thq., Əbul-Vəfa əl-

Əfqani, Darul-Kutubil-İlmiyyə, Beyrut, I, 11. 

2

 Buxari, Kəşful-Əsrar, I, 242. 




Yüklə 10,39 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə