Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 10,39 Mb.
Pdf görüntüsü
səhifə20/152
tarix30.10.2018
ölçüsü10,39 Mb.
#75889
1   ...   16   17   18   19   20   21   22   23   ...   152

Səməd Vurğun yaradıcılığında şifahi xalq ədəbiyyatının izləri 

63 


 

SƏMƏD VURĞUN YARADICILIĞINDA 

ŞİFAHİ XALQ ƏDƏBİYYATININ İZLƏRİ 

 

f.e.n. Salman Süleymanov 

 

Mətni Xalqa söykənməyən, xalq yaradıcılığından bəhrələnməyən heç bir 



sənətkar xalqın yaddaşında özünə yer tapa bilməz. Xalq yaradıcılığı o qədər 

zəngin və müdrikdir ki, bəzən kiçik bir cümlədə böyük bir xalqın etnik 

mədəniyyəti, tarixi öz əksini tapır. Məlumdur ki, dörd misralı bayatı bir das-

tana sığacaq qədər informasiya verir. Və yaxud atalar sözləri və  məsəllər 

xalqın inanclarını, nəsihətlərini, dünyagörüşünü, düşüncələrini, duyğularını 

başdan-başa əks etdirir. 

Xalqın yaratdığı bu ecazkar nümunələrdən Səməd Vurğun da yan keçə 

bilməmiş  və  hətta xalq yaradıcılığından birbaşa bəhrələnmişdir. Bu gün 

Səməd Vurğunun yaradıcılığını araşdırarkən onun əsərlərindəki aforizmləri

məsəlləri, qoşmaları, gəraylıları və s.ni yazılı ədəbiyyat nümunəsi kimi yox, 

şifahi xalq ədəbiyyatının  ən gözəl nümunəsi kimi görürük. Çünki Səməd 

Vurğun  şifahi xalq ədəbiyyatından elə  məharətlə istifadə edib ki, onlardan 

hansının xalqa, hansının şairə aid olduğunu seçmək çox çətindir.  

Səməd Vurğun öz yaradıcılığında  şifahi xalq ədəbiyyatının bir çox 

janrlarından istifadə etmişdir. Onun yaradıcılığının bir hissəsini xalqın dilin-dən 

topladığı əfsanə və nağıllar əsasında yazılmış əsərlər təşkil edir. «Qız qayası», 

«Aslan qayası», «Bulaq əfsanəsi», «Ayın əfsanəsi» və s. əsərləri bu qəbildəndir. 

Raşa  Əfəndiyevin Səməd Vurğunun yaradıcılığında  şifahi xalq ədə-

biyyatı ünsürlərini araşdırmasına baxmayaraq, bu mövzu günü-gündən daha 

çox araşdırılmağa ehtiyac duyur. Çünki Səməd Vurğun elə şairlərdəndir ki, 

onun yaradıcılığını araşdırdıqca yeni-yeni məlumatlar  əldə edirik. Həm də 

onun yaradıcılığında müraciət etdiyi əfsanələri araşdıraraq tədqiq etdikcə 

Azərbaycan  şifahi xalq ədəbiyyatında  əfsanə canrının tədqiqi ilə bağlı 

maraqlı faktlar üzə çıxır. 

Azərbaycanın tarixində  və  şifahi xalq ədəbiyyatında «Qız qalası» (və 

yaxud da «Qız qayası») adı ilə müxtəlif bölgələrdə həm memarlıq abidələri, 

həm də bu abidələrlə bağlı yüzlərlə əfsanə var. 



f.e.n. Salman SÜLEYMANOV 

64 


Bakıdakı «Qız qalası» memarlıq üslubuna görə Şərqdə yeganə abidədir. 

Tədqiqatçıların bir qismi tikintinin müdafiə qalası olduğunu güman edirsə, 

ikinci qismi «Qız qalası»nın daha qədim abidə olduğunu və atəşpərəstlik 

məbədi kimi inşa edildiyini hesab edir (6, 224). 

Diri dağında (Cəbrayıl  ərazisi – Q.Ş.) yerli əhalinin «Qız qalası» ad-

landırdığı və tədqiqatçıların XII-XIV əsrlərə aid etdikləri abidə də Orta əsr 

memarlığının gözəl nümunələrindəndir (4, 19). 

«Qız qalası» adlanan abidələr haqqında xalqın dilində müxtəlif əfsanə və 

rəvayətlər dolaşır. Səməd Vurğun da bu əfsanələrdən birini Şuşada olarkən 

yaşlı bir adamın dilindən eşitmiş  və onu «Qız qayası» adı ilə  qələmə 

almışdır. Maraqlısı budur ki, şairin qələmə aldığı «Qız qayası»  əsərinin 

əsasını abidə ilə bağlı  ən çox yayılmış  rəvayət təşkil edir. «Qız qayası» ilə 

bağlı yaranmış  rəvayətlərin bir çoxunun süjet xətti eynidir – xanın (bəzi 

variantlarda düşmənlərin)  əlindən qaçan qız özünü qaladan atır. Səməd 

Vurğun da bunu çox ustalıqla qələmə alıb: 

 

Qızın taleyinin sonuna bir bax: 



Bir axşam gecədən oğurlanaraq, 

Şəhər kənarına qaçır o pünhan. 

Lakin arxasınca adam salır xan… 

Həyata son dəfə yumub gözünü, 

Qızcığaz qayadan atır özünü. 

… Budur, «Qız qayası» adlanmış qaya 

Sirrini verməmiş ulduza, aya… (9, 160). 

 

Şairin «Bulaq əfsanəsi» əsəri isə Xıdır peyğəmbərlə bağlı əfsanəyə həsr 



edilmişdir. Rəvayətə görə, «dirilik çeşməsindən, başqalarının cəhdlərinə 

baxmayaraq yalnız Xızır (şifahi xalq ədəbiyyatında Xızr – Xızır – Xıdır – 

Xıdır Nəbi – Xıdır  İlyas kimi işlənən bu obraz, zənnimizcə, bir tək Xıdır 

peyğəmbərdir – müəllifdən) içə bilmişdir» (1, 13). Ümumiyyətlə, bir çox 

türkdilli xalqlarda Xıdır peyğəmbər su tanrısı, su hamisi kimi qəbul olunur. 

Görünür, biz də Xıdır peyğəmbərin həmişəyaşarlığını nəzərə alaraq suyu hə-

yat mənbəyi hesab edirik.  

Səməd Vurğun bu rəvayətə fəlsəfi nöqteyi-nəzərindən yanaşaraq «Bulaq 

əfsanəsi» əsərini belə başlayır: 



Səməd Vurğun yaradıcılığında şifahi xalq ədəbiyyatının izləri 

65 


Deyirlər bəşərin çocuqluq yaşı 

Daima titrəmiş ölümə qarşı… 

Ölüm! O matəmin pərişan səsi,  

İnsanın ilk dərdi, ilk fəlsəfəsi (9, 180). 

 

Şair  əsərdə ölümlə  əbədiyyəti qarşı-qarşıya qoyur. Ölümün hər  şeyin 



sonu olmasına baxmayaraq, hər  şeyin başlanğıcını da onda görür. Ölümlə 

çarpışan insanlar dar günlərində, quraqlıq zamanı, yaxud da müxtəlif ayinləri 

icra edərkən əbədi həyat rəmzi olan suya, su tanrısına sitayiş etmişlər. Şair 

də xalqın bu əski inanclarına söykənərək qələmə aldığı «Bulaq əfsanəsi» 

əsərində yazır: 

 

Deyirlər Şirvanda bir bulaq varmış, 



Suyu almaz kimi par-par axarmış. 

Gözəlmiş bulağın yar-yaraşığı, 

Oynarmış üstündə günün işığı, 

Düşərmiş qoynuna zərif kölgələr. 

Deyirlər bu sudan Xıdır peyğəmbər  

Gəlib təsadüfən içmiş doyunca, 

O gündən ölməmiş tarix boyunca (3, 181). 

 

Əsərin sonunda isə bu bulağı tapmaq həvəsi ilə  İsgəndərin  Şirvana 



gəlməsindən bəhs olunur. Bu səfərlə əlaqədar Şirvan bölgəsində çoxlu sayda 

əfsanələr dolaşmaqdadır. Bu əfsanələrin ayrı-ayrı mövzularda olmasına bax-

mayaraq onların böyük əksəriyyəti dirilik suyu üzərində  cəmləşir. Səməd 

Vurğunun qələmə aldığı bu əfsanədə  də  İsgəndər  Şirvana dirilik suyunu 

tapmaq məqsədilə gəlir: 

 

Bulağın şöhrəti düşmüş dillərə, 



Yayılmış bu xəbər uzaq ellərə… 

Aramış elçilər yerini bir-bir, 

Almış sorağını İsgəndər Kəbir

1



Sürüb karvanını gəlmiş Şirvana, 

                                                 

1

 Kəbir – ərəb dilində böyük deməkdir. 




Yüklə 10,39 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə