Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 10,39 Mb.
Pdf görüntüsü
səhifə24/152
tarix30.10.2018
ölçüsü10,39 Mb.
#75889
1   ...   20   21   22   23   24   25   26   27   ...   152

 

Mübariz CAMALOV  

78 


ilə bir mənaya dəlalət etməsi lazım olduğunu bildirir

28

. Xas söz, əhatə etdiyi 



fərdlərə tək-tək dəlalət edən, bir məna qarşılığında qoyulmuş (vəz olunmuş) 

sözdür


29

. Məsələn, xüsusi isimlər Əhməd, günəş kimi, cins isimlər ağac, çay 

kimi vs. Bu tərifdə mövzumuzla əlaqəli olan ünsür əmrin xas söz olmasıdır. 

Sözün tək məna üçün vəz olunması, bu sözün başqa bir məna ifadə etməməsi 

deməkdir. Yəni, xas söz olan əmrin bir məna ifadə etməsi zəruridir. Bu məna 

da tələbdir. Buna görə də əmrin mucəbi vücubdur. Məsələləri dil qaydaları 

əsasında həll etməyə cəhd göstərən Buxari əmrin mucəbinin vücub olduğunu 

isbat etmək üçün ayələrdən də istifadə edir. Bu ayələrdən biri Nur surəsinin 

63-cü ayəsidir: Bu ayədə belə buyurulur: “Onun əmrinə qarşı çıxanlar baş-

larına gələcək bir bəladan, yaxud düçar olacaqları  şddətli bir əzabdan çə-

kinsinlər!”. Allah bu ayədə əmrə qarşı çıxmağın cəzası olduğunu açıq olaraq 

bildirir.  Əmrə qarşı  çıxmaq haram olduğuna görə  əmri yerinə yetirmək də 

vacibdir. 

Buxaridən  əvvəlki alimlərin ayələrdən daha çox istifadə etdiyi görülür. 

Halbuki Buxari daha çox dil qaydalarına yer verir. Bu yanaşma tərzi məsə-

lələri daha universal bir müstəvidə  həll etmə üslubu olaraq qiymətləndirilə 

bilər. Bundan başqa, fəqihlərin dəlil olaraq göstərdikləri ayələrin mövzuyla 

əlaqəsi də uzaqdır. Çünki bu ayələrdə əmrin mucəbinin nə olduğundan deyil, 

əmrdən danışılır. Halbuki əmrin tələb bildirdiyi hamı  tərəfindən qəbul olu-

nan bir həqiqətdir. Müzakirə olunan məsələ isə  əmr formasının bildirdiyi 

mənadır. Burada bir məfhum olaraq əmrlə əmr bildirən formanı bir-birindən 

ayırmaq lazımdır. 

Buxarinin  əmr formasının  əmr xaricindəki mənalarda da işlədilməsini 

qəbul etdiyini daha öncə qeyd etmişdik. Əmr formasının digər mənaları bil-

dirməsi həqiqət deyil, məcaz yolu ilə olar və bunun da bir dəlili olmalıdır. 

Bunu bir misalla belə izah etmək olar. Misal olaraq aldığımız ayə Rum 

surəsinin 31-ci ayəsidir. Ayədə belə deyilir: “Tövbə edərək Ona tərəf dönün. 

Ondan qorxun, namaz qılın və müşriklərdən olmayın!” Bu ayədəki “namaz 

qılın” ifadəsini ələ alaq. Bir sözün mənasını müəyyənləşdirmək üçün əvvəlcə 

o sözün vəz olunduğu mənanı müəyyənləşdirmək lazımdır. Çünki sözün vəz 

olunduğu məna dilin ilk səviyyəsidir və digər səviyyələr də bu səviyyəyə 

                                                 

28

 Buxari, Kəşful-Əsrar, I, 253. 



29

 Buxari, Kəşful-Əsrar, I, 88. 




Əbdüləziz Buxariyə görə əmr məfhumu  

79 


bağlı olaraq inkişaf edər. Əsasən dil vasitəsi ilə qurulan ünsiyyətin şərti də o 

dili danışanların qəbul etdiyi müştərək müstəvi olan bu ilk səviyyədir. 

Misalımızdakı “namazı  qılın” ifadəsi  əmr formasındadır.  Əmrin mucə-

binin vücub bildirdiyini qəbul edən anlayışa görə buradakı əmrin başqa bir 

mənada, yəni həqiqi olmayan bir mənada işlədildiyini göstərən bir qərinə 

yoxsa bu ayənin tələb bildirdiyinə  qərar vermək lazımdır. Çünki tələb  əmr 

formasının vəz oldunduğu mənadır. 

Mütləq əmrin vücub bildirmədiyini qəbul edən anlayışlara görə də yuxa-

rıda misal olaraq verilən ayənin mucəbi vücubdur. Amma onlara görə bunu 

göstərən başqa qərinələr var. Məsələn Nisa surəsinin 103-cü ayəsində belə 

buyurulur: “Namaz möminlərə  bəlli vaxtlarda vacib edilmişdir”. Bu ayə 

“namazı qılın...” ayəsinin vücub bildirdiyini göstərən qərinədir. Bundan əla-

və, namaz qılmayanlar haqqındakı Quranın xəbərdarlıqları, qorxu və xəstəlik 

kimi zamanlarda namazın təxir olunmasına icazə verilməsi namazın məcburi 

bir ibadət olduğunu göstərən başqa qərinələrdir

30



Nədb.  Bir sözün mənası  işlədildiyi konteksə görə  dəyişə bildiyi kimi 

əmir formasının mucəbi də işləndiyi yerə görə fərqli ola bilər. Əmrin hansı 

mənalarda işləndiyi daha əvvəl qeyd etmişdik. Ancaq əmr formasının həqiqi 

mənasının nədb olduğunu da qəbul edən alimlər də var.  

Cumhura görə  əmr forması  nədb bildirmək üçün işlədilə bilər amma 

bunu göstərən bir qərinə olmalıdır. Bunun əksinə  bəzi fəqihlər məndubu 

əmrin bir növü kimi qəbul edərək əmr formasının həqiqi mənada nədb üçün 

işlədilə biləcəyini müdafiə edirlər

31

. Belə ki, vacib, edildiyi zaman savab qa-



zandıran, tərk olunduğu zaman isə günah qazandıran bir hökmdür. Məndub 

isə  tərk olunduğu zaman günah qazandırmasa da edildiyi zaman savab qa-

zandırır. Beləliklə əmr forması ilə nədb nəzərdə tutulduğunda eyni zamanda 

vacibə aid olan bir ünsür də həyata keçirildiyi üçün bu, həqiqət olaraq qəbul 

edilir. Necə ki kor yaxud şikəst bir kəsə insan deyildiyi zaman bəzi üzvlə-

rinin olmamasına baxmayaraq bu söz həqiqi qəbul olunur

32

.  


                                                 

30

 Buxari, Kəşful-Əsrar, I, 257. 



31

 Zərkeşi, əl-Bəhrul-Muhit, II, 367; Baqillani, ət-Təqrib vəl-İrşad, II, 39; İsfahani, 



Kaşif anil-Məhsul, III, 125. 

32

 Buxari, Kəşful-Əsrar, I, 275. 




 

Mübariz CAMALOV  

80 


Mütləq əmrin nədb bildirdiyini qəbul edənlər Peyğəmbərin “Sizə bir şeyi 

əmr etdiyim zaman gücünüzün çatdığı qədər edin, bir şeyi qadağan etdiyim 

zaman isə ondan uzaq durun”

33

 hədisinə əsaslanaraq əmri yerinə yetirmənin 



istəyə bağlı olduğunu və buna görə  də  əmrin mucəbinin vacib olmadığını 

müdafiə edirlər. Buxari isə buna qarşı gələrək hədisdə “istədiyinizi edin” de-

yil, “gücünüz yetdiyi qədərini edin” deyildiyinə diqqəti çəkərək bu iddianın 

yetərsiz olduğunu bildirir

34



Kəlvəzani qeyd edir ki, əmrin nədb ifadə etdiyini müdafiə edənlər  Əli 



ibn Səidin bu sözünə  əsaslanırlar: “Mənim üçün, Nəbinin (s.a.s.) əmr et-

dikləri qadağan etdiklərindən daha yüngüldür”

35

. Bu rəvayətdə nəhyin əmr-



dən daha zəruri olduğu bildirilir. Peyğəmbərin qadağan etdiyi fellər haram 

olduğuna görə, əmr etdikləri bundan daha yüngül olmalıdır, bu da əmrin vü-

cub deyil, nədb bildirdiyini göstərir. 

İbaha.  Bəzi üsul alimləri mütləq  əmrin ibaha bildirdiyini qəbul etmiş-

lər


36

. Çünki əmrin həyata keçməsinin ən alt səviyyəsi ibahadır. Bəzi maliki 

alimləri isə əmrin ibaha bildirməsini belə izah etmişlər: əmr felin zəruri ola-

raq həyata keçməsini isəmək olsaydı o zaman fel yerinə yetirilmədiyi müd-

dətcə  əmr həyata keçməmiş olardı. Bu isə  əmrlə fel arasında məcburi bir 

bağlılığa gətirib çıxarardı. 



Təvəqqüf.  Əmrin mucəbinin müəyyənləşdirilməsi üçün dəlil yaxud 

qərinənin olmasını  zəruri qəbul edən anlayış  təvəqqüf adlanır. Bu anlayışa 

görə əmr forması müştərək bir qəlibdir və buna görə də yuxarıda qeyd olu-

nan mənalara eyni dərəcədə dəlalət edər. Hansı mənanın nəzərdə tutulduğu-

nu qərinə  təyin edər. Bu məsələyə  ən yaxın münasibət göstərənlərdən biri 

olan Baqillani həqiqi bir əmrin səslərdən meydana gələn bir kəlimədə deyil, 

insanın içində mövcud olduğuna diqqəti çəkərək əmr formasının mucəbinin 

                                                 

33

 Müslim, Hac, 73. 



34

 Buxari, Kəşful-Əsrar, I, 262. 

35

 Kəlvəzani, Təmhid, I, 147. 



36

 Əmrin ibaha bildirdiyini qəbul edənlərin kimlər olduğunu qəti şəkildə aydınlaşdıra 

bilmədik. Əlaqədar üsul mənbələri bu görüşü müdafiə edənlərin açıq olaraq qeyd 

etmirlər. Buxari bu görüşü müdafiə edənlərin Mötəzilənin Bağdad qolu olduğunu 

bildirir. Bax. Buxari, Kəşful-Əsrar, I, 260; Zərkeşi, əl-Bəhrul-Muhit, II, 368: Razi, 

əl-Məhsul, I, 41; Bəsri Əbu Hüseyn, əl-Mutəməd, I, 57. 




Yüklə 10,39 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə