Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 10,39 Mb.
Pdf görüntüsü
səhifə27/152
tarix30.10.2018
ölçüsü10,39 Mb.
#75889
1   ...   23   24   25   26   27   28   29   30   ...   152

Dr. Adilə TAHİROVA 

88 


üçün intellektual durğunluq yaşansa da XIX əsrdən etibarən bir canlanma 

başlamışdır. Bu dövrdən etibarən Hindistan, Misir və Türkiyə kimi ölkələrdə 

meydana gələn yenilik hərəkatı dini sahədə  də  təcdidə  gətirib çıxarmışdır. 

Kəlam sahəsində də yeniləşmə istəyi metod ətrafında müzakirələrə səbəb ol-

muşdur.

4

 Bu zaman İslam mədəniyyətinin bütün mirasından bəhrələnmə 



məqsədilə bütün İslami elmlərə və məzhəb fərqi güdmədən müsəlman alim-

lərin əsərlərinə müraciət edilmişdir. Təcdid dövründə kəlam sahəsindəki ihya 

və təcdid hərəkatının başladığı bölgələrdən Hindistan və Pakistan misal veri-

lə bilər. Bu dövrdə ortaya çıxan dini cərəyanların insanın azadlığını, ağla 

önəm məsələsini ön plana çıxardığı görülür. Mötəzilənin fikirləri ilə görülən 

paralellik həmin dövrün kəlamçılarının onların metod və fikirlərindən ilham 

aldıqlarını göstərir.  

Seyid  Əhməd Xan (v. 1316/1898), Seyid Əmir  Əli (v. 1347/1928) və 

Mövlana Muhəmməd  Əli (v. 1349/1931) kimi müsəlman mütəfəkkirlər 

qarşılaşdıqları problemləri həll etməyə çalışarkən Mötəzilənin fikirlərindən 

istifadə etmişdir. Seyid Əhməd Xanı bəzi müəlliflər Mötəzilədən ilham ala-

raq irəli sürdüyü fikirlərinə görə onu yeni Mötəzilə hərəkatının nümayəndəsi 

kimi xarakterizə edirlər. Lakin o, bəzi mövzularda Mötəzilənin fikirlərinə 

yaxın olsa da bu məktəbin bəzi düşüncələrindən uzaqlaşmışdır. Onun Mö-

təziləyə olan heyranlığının səbəblərindən biri kimi bu düşüncə  məktəbinin 

məzhəb təəssübünü aşan bir davranışa sahib olması da göstərilə bilər. Möv-

lana Muhəmməd  Əlinin də xüsusilə  qədər məsələsində Mötəziləyə yaxınlı-

ğını görmək mümkündür.  

İslam düşüncə ənənəsini yeni dövrə daşımış alimlərdən Cəmaləddin Əf-

qani (v. 1314/1897), Məhəmməd Abduh (v. 1323/1905), Rəşid Rza (v.1354 

/1935), Fərid Vəcdi (v. 1373/1954) və Əhməd Eminin (v. 1373/1954) adla-

rını da çəkmək mümkündür. Ağlı istifadə etmə, təqlidi rədd etmə və uzlaş-

dırma kimi Mötəziləyə yaxın üslublarına görə bu məktəbə bağlı olduqları 

irəli sürülmüşdür.  Əslində adı keçən mütəfəkkirlər bir çox İslam düşüncə 

məktəbi kimi bu məzhəbin də fikirlərindən istifadə etmək istəyirdilər. Mötə-

zilə alimi olan əl-Həyyatın  əl-İntisar adlı  məşhur  əsərini Nyberqlə birlikdə 

                                                 

4

  Geniş məlumat üçün bax. Detlev Khalid, "Some Aspects of Neo-Mu'tazilism", Is-



lamic Studies, VIII c., 1969, s. 322-324. 


Mötəzilənin son dövrlərdə görülən təsiri 

89 


tədqiqat edən  Əhməd Emin bu məzhəbə heyranlığını ifadə etdikdə ciddi 

etirazlarla da üzləşmişdir.

5

 

Namık Kemal (v. 1306/1888), Filibeli Ahmed Hilmi (v. 1335/1914), 



Musa Kazım Efendi (v. 1338/1920), Abdüllatif Harputî (v. 1334/1916), 

Dardağanzade Ahmet Nazif, Celâl Nuri (v. 1938), İzmirli  İsmail Hakkı (v. 

1946) kimi son dövr Osmanlı din alimləri də yenilik tərəfdarları idilər. Onlar 

da kəlam əsərlərinin yenidən yazılması, metod axtarışı, və məzhəblərin fikir-

lərinin uzlaşdırılaraq birləşdirilməsi fikrini müdafiə edirdilər.

6

  



Kazanlı Əbdünnasır Kusavi və Musa Carullah Biqiyev (v. 1369/1943) ilə 

Krımlı İsmayıl Qaspıralı (v. 1914) kimi alimlər də Mötəzilədən təsirlənərək 

yeni bir hərəkat başlatmışdır. Onlar da ağlın önəmi, təqlidin rəddi, təcdidə 

ehtiyac olduğu, insanın azad olduğu, imanda təsdiqlə birlikdə əməlin də la-

zım olduğu kimi məsələləri vurğulamışdır. Eyni zamanda məzhəb ixtilafla-

rını aradan qaldırmanın zəruri olduğunu bildirmişdir. 

XX  əsrin ortalarından etibarən ortaya çıxan modernizm tərəfdarlarında 

da Mötəzilə  məktəbinin izlərini görmək mümkündür. Fəzlurrəhman, Həsən 

Hənəfi, Murtaza Mütəhhəri, Məhəmməd Abid əl-Cabiri və Arkoun kimi mü-

təfəkkirlər də özlərini Mötəziləyə aid etməsələr də təqlidin rəddi, azadlıqla-

rın ön plana çıxarılması, ağlın səlahiyyət sahəsinin artırılması,  məsləhətin 

əsas alınması, elmə önəm verilməsi və məzhəbləri uzlaşdırmaq kimi Mötəzi-

lənin vurğuladığı bir çox prinsipi qəbul edirlər.  

Yenilik tərəfdarı axımların bir-birinə təsiri olsa da aralarında böyük fərq-

lər müşahidə edilir. Belə ki, bunlardan bəziləri milli mədəniyyətlərini dirilt-

mə  məqsədini daşıyır. Məsələn Hindistandakı modernist hərəkatın  əsasən 

ənənəvi hind mədəniyyətinə qayıdışı  təmsil etdiyini söyləmək mümkündür. 

                                                 

5

  Detlev Khalid, "Some Aspects of Neo-Mu'tazilism", İslamic Studies, VIII c., 



1969, s. 321. 

6

  Osmanlıdan Cumhuriyete İslam düşüncesinde arayışlar, Sadeleştirenler: 



Abdurrahman Dodurgalı, Adil Bebek, Ahmet Yücel, Ferhat Koca, İlyas Çelebi, 

Mehmet Erdoğan, Rağbet yayınları,  İstanbul 1999. Bu kitabda Şehbenderzade 

Filibeli Ahmed Hilmi, Musa Kazım, Yeşilzade Muhammed Salih, Ziyaeddin 

Ezheri,  İsmayıl  İzmirli Hakkı, Halim Sabit, Musa Carullah Bigi, Ahmed Hamdi 

Akseki,  Şemseddin Günaltay və  İsmayıl Hakkı Baltacıoğlu kimi müəlliflərin 

məqalə  və yazıları toplanmışdır. Kitab, “İslamda yenilik arayışları” silsiləsindən 

nəşr edilmiş əsərlərdən hesab edilə bilər. Bu yazıların bir çoxunda yuxarıda bəhs 

edilən fikirlərə rast gəlmək mümkündür.  




Dr. Adilə TAHİROVA 

90 


Bu fikir hamıya deyil, Seyid Əhməd Xan, Seyid Əmir  Əli, Übeydullah əl-

Hindiyə  şamil edilə bilər. Bu hərəkatın Misirdəki nümayəndələri olan 

Məhəmməd Abduh və Cəmaləddin Əfqani kimi alimlər isə teolojik xarakter 

daşıyan bir yenilik tərəfdarı idi. Türk dünyasındakı yenilik hərəkatı daha çox 

qərb təmayüllü olub Misirli alimlər kimi Mötəzilənin adını  çəkməməyə 

çalışırdılar. Öz aralarında mübahisə edərkən Mötəzilədən iqtibas etdiklərini 

isə müşahidə etmək mümkündür. Məsələn Musa Kazım Efendi, Musa Ca-

rullah Biqiyevdə bu cür iqtibasları görmək mümkündür.

7

 

Şərqşünas qərb alimləri Mötəziləni tanıdıqda onun fikirlərini liberalizmə 



yaxın hesab edərək heyranlıqlarını ifadə etdilər. Hətta bu düşüncə məktəbi-

ninin nümayəndələrini “İlk İslam rasionalistləri” kimi adlandırdılar. O`leary, 

Qoldziher, Robert Qaspar və Detlev Xalid kimi müəlliflər Mötəzilənin 

fikirlərinin təsiri altında qalaraq ağıl, elm, insan azadlığı kimi məfhumlardan 

bəhs edən, təəssübü, təqlid və  məzhəbpərəstliyi rədd edən son dövrün adı 

çəkilən İslam alimlərini “Yeni Mötəzilə (Neo-Mötəzilə) kimi təqdim etdilər.

8

 

Məsələn Qoldziherə görə mədəniyyətlə bağlı bir hərəkat xüsusiyyəti daşıyan 



Hindistandakı Yeni Mötəzilə  hərəkatı, Avropa mədəniyyətindən təsirlənən-

lərin başlatdığı bir intellektual islahat cəhdidir. Qoldziherin bu fikirlərini ya-

nıldıcı hesab edənlərlə razılaşmamaq qeyri-mümkündür. Mötəziləni tədqiq 

etmiş Nyberq, Stainer, Vatt kimi alimlər Mötəziləni vəhy və ağlı uzlaşdırma-

ğa çalışan, dövrlərinin problemlərinə yer verərək onları həll etməyə çalışan 

İslam düşüncəsində xüsusi rolu olan alimlər olaraq qiymətləndirirlər. Bu, 

həqiqətə daha yaxın bir təhlildir. Mötəzilə alimlərini hər sahədə ağlın mütləq 

hakim olduğunu düşünən filosoflar kimi təqdim etmək mümkün deyil. Çünki 

onların ağlın və nəqlin həm birgə və həm də ayrı səlahiyyət sahələrinin oldu-

ğunu söylədikləri bilinir, məsələn təabbudi məsələlərdə sadəcə  nəqli tək 

mənbə hesab etdikləri də məlumdur. Eyni zamanda bu alimlərin zahid, iba-

dətlə çox məşğul olan şəxslər olduğu da mənbələrdə ifadə edilir. Hətta zəif 

                                                 

7

  İlyas Çelebi, İslam inanç sisteminde akılcılık ve Kadı Abdülcebbar, Rağbet 



yayınları, İstanbul 2002, s. 188-201. 

8

  Daha  əvvəl adı keçən və  məqaləni yazarkən istifadə edilən Detlev Xalidin 



məqaləsi belə adlanır: "Some Aspects of Neo-Mu'tazilism" (Islamic Studies, VIII 

c., 1969, s. 322-324). R. Qasparın bir məqaləsi isə belə adlanır:  “Le Renouveau 

de Mo'tesilisme” (MIDEO, IV/1957, s. 141-202).  



Yüklə 10,39 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə