Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 10,39 Mb.
Pdf görüntüsü
səhifə35/152
tarix30.10.2018
ölçüsü10,39 Mb.
#75889
1   ...   31   32   33   34   35   36   37   38   ...   152

Hədisin ilk qaynağı – Səhabə  

111 


və  tərcümeyi hallarını  təsbit edib verə bildikləri səhabə sayısının 10 mini 

keçmədiyi də bir həqiqətdir. 

Ancaq nə olursa olsun səhabə sayısı, hədis tarixi nöqteyi nəzərindən 

üzərində durulması gərəkli olan xüsusdur. Yuxarıda verilən rəqəmlərə əsas-

lanaraq təqribən 100 min səhabənin yaşadığını  qəbul etsək belə, bunların 

hamısının hədis rəvayət etdiyini düşünmək əlbəttə mümkün deyildir. Bəlkə-

də  əksəriyyətini bədəvi  ərəblərin təşkil etdiyi bu müsəlmanların, inanc və 

iman yönündən mərtəbələri nə dərəcə yüksək olursa olsun, hədis əxz və rə-

vayətində hamısının eyni elm və qabiliyyətə sahib olduqları irəli sürülməz. 

Hər dövrdə hər cəmiyyətdə olduğu kimi, İslamın ilk dövründə və səhabə top-

lumunda da, hər fərd, görə biləcəyi işə yönəlmiş, qabiliyyəti istiqamətində 

özünü o işin həyata keçirilməsinə həsr etmişdi. Əbu Hüreyrənin (r. a) də söy-

lədiyi kimi, Mədinədə torpaq və ərazi sahibi olan Ənsar tarlasında təsərüfatla 

və bağçaçılıqla məşqul olurdu. Məkkədən Mədinəyə hicrət edən Muhacirlər 

isə, bazarda ticarətlə məşqul olaraq yaşayışlarını təmin edirdilər.

19

 Bunlardan 



bəziləridə özlərini elmə həsr etmiş və gücləri çatdığı qədəri ilə bir şey öyrən-

məyə çalışmışdılar. Müasir günümüzdə belə, sayıları milyonlarla ifadə edi-

lən cəmiyyətlər içərisində, özlərini elmə həsr etmiş insanların sayı nə qədər-

də azdır! 

Səhabə dövründə  də  vəziyyət bundan fərqli deyildir. Demək olar ki, 

hədis rəvayət edən bütün səhabələrin hədislərini Müsnəd adlı əsərində nəql 

etdiyi söylənən Əbu Abdurrahman Bəqiyy İbn Məxləd

20

 hədis rəvayət edən 



təqribən 1300 səhabənin adını əsərində vermişdir. İbnul Cəvzinin eyni kitaba 

istinad edərək verdiyi səhabə sayısı isə 1060’dır.

21

 Yenə verilən rəqəmlərə 



görə, bunlardan 1000 qədərinin ən çox iki hədis rəvayət etdiyi nəzərdə tutu-

larsa


22

 geridə qalan 300 səhabənin qismən hədis rəvayəti ilə məşqul olduqları 

deyilə bilər. Ancaq bu 300 adamdan yalnız 7 nəfərin 1000’nin, ancaq dörd 

nəfərin 500’ün və ancaq iyirmi yeddi nəfərin də 100’ün üzərində  hədis 

rəvayət etdikləri düşünülərsə,

23

 38 səhabənin 100’ün üzərində hədis əzbərlə-



                                                 

19

 Buxari, Səhih, I, s. 37-38. 



20

 Əhməd Muhamməd Şakirəl-Bais, s. 210. 

21

 Muhamməd Zübeyr Sıddiqi, Hadis Edebiyatı Tarihi (trc. Yusuf Ziya Kavakçı), 



İstanbul, 1966, s. 41. 

22

 Eyni yer. 



23

 Eyni yer. 




Dr. Qoşqar SƏLİMLİ 

112 


mək surəti ilə özlərini həqiqətən də bu işə vermiş olduqları deyilə bilər. Təq-

ribən 100 minə yaxın olan bir səhabə topluluğu içində hər biri 100’dən çox 

hədis rəvayət edən 38 səhabə əlbəttə ki böyük bir sayı deyildir. Ancaq biraz 

əvvəl işarət edildiyi kimi, onlardan yalnız yeddi səhabə 1000’in üzərində hə-

dis rəvayət etmiş və əl-Muksirun (çox rəvayət edən) adıyla anılmışdırlar. 

Verilən rəqəmlərə görə, bu yeddi nəfərdən ən çox hədis rəvayət edən sə-

habə, 5374 hədisi ilə Əbu Hureyrədir (r. a).

24

 Buxari və Müslim Səhihlərində 



bu hədislərin 325’ni ittifaqla nəql etmişdirlər, yalnız Buxari 93, yalnız 

Müslim isə 189’nu rəvayət etmişdir.

25

 

Əbu Hureyrədən (r. a) sonra rəvayət etdiyi 2630 hədislə ikinci dərəcəni 



səhabə Abdullah İbn Ömər İbnul Xəttab (r. a) tutmaqdadır. Əhməd b. Hən-

bəl onun 2019 hədisini rəvayət etmişdir.

26

 

Abdullah  İbn Ömərdən (r. a) sonra ən çox hədis rəvayət edən səhabə 



Ənəs İbn Malikdir (r. a). O 2286 hədis rəvayət etmişdir. Əhməd b. Hənbəl 

əl-Müsnədində Ənəsin (r. a) 2178 hədisini almışdır.

27

 



Ənəs  İbn Maliki (r. a) rəvayət etdiyi 2210 hədislə Möminlərin Anası 

Həzrəti Aişə (r. a) təqib etməkdədir. 

Həzrəti Aişədən sonra gələn səhabə Abdullah İbn Abbasdır (r. a). İbnul 

Cəvziyyə görə o 1660 hədis rəvayət etmişdir.

28

 

İbn Abbasdan (r. a) sonra 1540 hədislə Cabir b. Abdullah (r. a) və 1170 



hədislə də Əbu Səid əl-Xudri (r. a) gəlir.

29

 



Yuxarıda qeyd edilən səhabələrin xaricindəkilərin Həzrəti Peyğəmbərdən 

rəvayət etdikləri hədislərin sayısı, daha əvvəl qeyd edildiyi kimi minin altın-

dadır və bu şəkildə  hədis rəvayət edənlərə alimlər tərəfindən  əl-muqillun 

deyilmişdir. 

Mövcud olan hədis  əsərlərinin indiyə  qədər müfəssəl bir indeksi olma-

masına baxmayaraq, yuxarıda verilən rəqəmləri qəti olaraq qəbul etməmək 

lazımdır. Bununla bərabər onların həqiqətə yaxın olduqları şübhəsizdir. Bəzi 

hədis  əsərlərində, adı altında hədis rəvayət edilən səhabə sayısı ilə  əlaqəli 

                                                 

24

 Süyuti, a. k. ə., s. 401. 



25

 Əhməd Muhamməd Şakir, a. k. ə., s. 211. 

26

 a. k. ə, s. 211. 



27

 a. k. ə., s. 211. 

28

 Süyuti, a. k. ə., s. 403. 



29

 Əhməd Muhamməd Şakir, a. k. ə., s. 211. 




Hədisin ilk qaynağı – Səhabə  

113 


olaraq verilən rəqəmlər də, demək olar ki, rəvayət etdiyi bilinən səhabə 

miqdarını aşmaz. Məsələn Buxari və Müslimin Səhihlərində 149 səhabədən 

müştərək olaraq, ayrıca Buxarinin 208, Müslimin isə 213 ayrı  səhabədən 

gələn hədisləri rəvayət etdikləri bilinən bir xüsusdur.

30

  İmam Malikin 



Muvattasında 98, Əbu Davud ət-Tayalisinin  Müsnədində 281, Əhməd b. 

Hənbəlin əl-Müsnədində isə 700 yaxın səhabədən hədis alınmışdır.

31

 

Verilən bütün bu rəqəmlər, bu gün əlimizdə olan hədislərin bəlli sayıda 



səhabələr tərəfindən rəvayət edildiyini göstərməyə yetərlidir və bir cəhətdən 

hədisin səhhət (doğruluq) yönündən onun qarantı olaraq da qəbul edilə bilər. 

Ancaq bilindiyi kimi bəşər övladı daim səhv edə biləcək bir yaradılışa 

sahibdir. Bu yaradılış, onun hər zaman ən az səhv edə biləcəyi işlərə yönəl-

məsinə  səbəb olmuşdur.  İxtisaslaşmanın  ən yüksək səviyyəyə çatdığı  əsri-

mizdə bu xüsus daha da yaxşı anlaşılmaqdadır. Heç kəs görə bilməyəcəyi bir 

işin arxasınca düşməməkdə, hətta ona həvəs belə göstərməməkdədir. İslamın 

ilk dövründə  də  vəziyyət bundan fərqli olmamışdır. Həzrəti Peyğəmbərin 

minlərlə olan səhabəsi, yeni bir dinin doğuşunu və yüksəlişini həyacanla 

təqib edərkən və onun ilk və son mujdəçisinə sevgi və iman dolu bir qəlb ilə 

bağlanırkən, dünyavi işlərini də  tərk etməmiş, onların bir qismi ticarət və 

təsərüfatla məşqul olarkən, digər bir qismi də özlərini başqa bir sahəyə, elm 

sahəsinə vermişdirlər. Bunlardan bəziləri, hədis öyrənib əzbərləməyi məqsəd 

tutaraq, bu sahədə ixtisas sahibi olmağa müvəffəq olmuş, bəzisi də  hədis-

lərdən hökm çıxarmanı öyrənirkən, digərləri də vaxtlarını Qurana həsr edə-

rək ayələrin zahiri və batini mənaları üzərində elm sahibi olmuşdurlar. Fəqət 

minlərlə səhabənin hamısı, böyük şərəfinə rəğmən bu sahədə dərinləşmə hə-

vəsinə qapılmamış, hər biri gücləri və qabiliyyətlərinin imkan verdiyi müxtə-

lif sahələrə yönəlmişdirlər. 

                                                 

30

 Muhəmməd Zübeyir Sıddiqi, Hadis Edebiyatı Tarihi, s. 45. 



31

 Eyni yer. 




Yüklə 10,39 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə