Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 10,39 Mb.
Pdf görüntüsü
səhifə38/152
tarix30.10.2018
ölçüsü10,39 Mb.
#75889
1   ...   34   35   36   37   38   39   40   41   ...   152

 Mehriban QASIMOVA 

120 


millətin tarixinin şahid olduğu həzinli və iztirablı dövrlərin sayına uyğun 

olaraq o millətin eyni nisbətdə özünə bağlılığına və milliyyətçi ruha sahib 

olmasına diqqət çəkməyə çalışmışdır. Bundan dolayı millətlərin tarix boyu 

yad millətlərin zülmünə  məruz qalması onların milli hisslərini zəiflədən və 

ya sarsıdan bir amil kimi deyil, əksinə bu hissləri qüvvətləndirən və dərin-

ləşdirən ən böyük bir faktor olaraq qəbul edilir. Belə ki, polyak və yəhudilər 

buna misaldır. Lehlər və yəhudilər dünyanın ən millətpərəst xalqı kimi tanı-

nırlar


13

.  


Milli hisslərin təcəlli etdiyi digər bir sahə  də heç şübhəsiz gələcəyə 

yönəlmiş qayə və düşüncələrdir. Belə ki, siyasi baxımdan müstəqil olan mil-

lətlərdə müstəqilliklərini davam etdirmə arzusu və ya müstəqilliklərini itirən 

millətlərdə də yenidən müstəqilliklərini bərpa etmək arzusu vardır və bu arzu 

özünü milli hiss və duyğulara, daha doğrusu adət-ənənəyə, dini dəyərlərə 

bağlılıq hissi ilə göstərməkdədir

14

.  


Milli inkişafla eyni zamanda başda vətənpərvərlik olmaqla milli dəyər-

lərin mühafizəsində dinin mühüm bir hərəkət verici gücü, qanuniləşdirici 

keyfiyyəti vardır. İctimai hərəkatlarda milli və dini hərəkatların rolunun or-

taya çıxmasında  ən mühüm ünsürlərdən biri də  şübhəsiz ki, təhsil və 

maariflənmədir. 1895-ci ildə  Tərcüman  qəzetində  dərc olunan “Şərq məsə-

ləsi” adlı  məqaləsində Qaspıralı: “Monqol yürüşlərindən və  yıxıntılarından 

ta bu zamanadək aləmi-İslam cəhddən, gözdən düşüb qocaman gül bağçaları 

miskinxana xarabaxanalara çevrilib əsrlərcə tərəqqidən bəhrəsiz qalması, bö-

yük alimlərin ortaya çıxmaması, tacirlərin yol tapmaması, ixtiraçı  və na-

şirlərin belə ad-sanlarının unudulması  nə səbəbdəndir? Maarifsizlikdən...”

15

 

Qaspıralı xüsusən inkişaf və milli-dini dəyərlərin mühafizəsində haqlı olaraq 



təhsilin, maariflənmənin  əhəmiyyətini vurğulamışdır. Qaspıralının bu isti-

qamətdəki fəaliyyəti rus millətçilərini narahat etmişdir. Belə ki, ortodoksal 

missioner  İlminski hakim Pobedonosçevə göndərdiyi məktubunda Qaspıra-

lının qayəsinin imperiya ərazisində yaşayan müsəlmanların  İslam dəyərlə-

                                                 

13

 Arsal, Sadri M., Milliyet Duygusunun Sosyolojik Esasları, səh., 80 



14

 Arsal, Sadri M., Milliyet Duygusunun Sosyolojik Esasları, səh., 82. 

15

 Kuran, Ercüment, Türk İslam Kültürüne Dair, səh., 224. 




İctimai Hərəkatlarda Milli və Dini Duyğuların Rolu 

121 


rindən vaz keçmədən qərb təhsili alması, milli və dini dəyərlərini öyrənərək 

ictimai yöndən fəaliyyət göstərmələri olduğuna diqqət çəkmişdir

16



Z. Gökalp da milli mədəniyyəti cəmiyyətə aşılamaq surətilə dildə və dü-



şüncədə ahəngdar bir birlik meydana gətirmə məqsədi güdən milli təhsildən 

bəhs etmişdir. Çünki nəticədə azad insan ideyası dil və düşüncədə müstə-

qillik, milli kimliyin əmələ gəlməsinə səbəb olacaqdır

17



Burada yeri gəlmişkən milli dövlət və dini kimliklər arasında, eyni za-

manda milli kimliklər arasındakı  əlaqənin mövcudluğundan da bəhs etmək 

lazımdır. Belə ki, bəzi araşdırmacılara görə milli və dini kimliklər milli döv-

lətə qarşı olan potansial olaraq dəyərləndirilir. 

“Milli-dövlət” problemi sosial elmlərin müxtəlif sahələrində  ələ alınan 

problem olduğu üçün fərqli nöqteyi-nəzərlərə görə problemi izah etməyi 

məqsədə uyğun hesab edirik. Belə ki, biz Erözdenin metodunu diqqətə ala-

raq mövzunu sosioloji, tarixi və hüquqi nöqteyi-nəzərlərdən açıqlamağa çalı-

şacağıq. 

1.  Sosioloji nöqteyi-nəzər: Millət, milliyyətçilik və milli dövlət sahə-

sindəki sosioloji nöqteyi-nəzər üçüncü dünya ölkələrinin müstəmləkəçilik-

dən xilas olaraq yeni milli dövlətlər kimi formalaşmağa başladığı 50-ci illərə 

təsadüf edir. Eyni zamanda mühüm müəyyənləşdirici xüsusiyyətilə  yəni, 

milli-dövlətləri kapitalistsayağı inkişaf prosesinin törəmələri kimi araşdır-

maqla diqqəti cəlb etmişdir. Sosioloji nöqteyi-nəzər iki şəkildə - əlaqə  və 

münaqişə  nəzəriyyələri  şəklində formalaşır.  Əlaqə  nəzəriyyəsinin qabaqcıl-

larından hesab edilən K. Doyç və B. Andersonun fikrincə, millətləşmə prose-

si  əlaqələrin inkişafı amilinə  əsaslanan bir sxemlə izah edilə bilər. Ancaq 

burada Anderson Doyçdan fərqli olaraq bunun təşkilati təzahürlərinə deyil, 

ictimai inanc və  şüur səviyyəsində  əmələ  gətirdiyi dəyişmələrə  əhəmiyyət 

vermişdir. Ancaq ən mükəmməl olanı isə heç şübhəsiz ki, Qellnerin nəzəriy-

yəsidir. Belə ki, Qellnerin nəzəriyyəsində millətlərin  əmələ  gəlməsi izah 

edilərkən “əvvəlcədən mövcud olan ayırdedici xüsusiyyətlər” ünsürünə yer 

verilmişdir. Münaqişə  nəzəriyyələrinin cəlb edici xüsusiyyəti millətləşmə 

prosesini izah etdikləri zaman ictimai dəyişmə çərçivəsində müasirləşmə an-

layışını əsas götürmələridir. Əlaqə nəzəriyyələrinin fərqləndirici xüsusiyyəti 

                                                 

16

 Kuran, Ercüment, Türk İslam Kültürüne Dair, səh., 225 



17

 Türkdoğan, Orhan, Milli Kimliğin Yükselişi-Niçin Milletleşme?, səh., 63 




 Mehriban QASIMOVA 

122 


milliyyətçiliyin ortaya çıxmasındakı  və millət  şüurununn inkişafındakı ana 

ünsürü bütünlükdə müasirləşmə anlayışına və onun törəməsi kimi ortaya 

çıxan bir sıra kənar inkişaflara bağlamamaqda öz əksini tapır. Çünki müna-

qişə nəzəriyyələri milli şüurun inkişafını ictimai təbəqə, müxtəlif fikir cərə-

yanları, fərqli siyasi quruluşlar arasındakı bir münaqişə mehvəri kimi xarak-

terizə edir. Münaqişə nəzəriyyəsinin banisi Maykl Mənndir. Millətləşmənin 

meyarı olaraq dövlət idarəçiliyinin müasirləşməsi amilinə yer verən Mənn 

milli dövlətdəki sinif şüurundan əvvəl, dövlət quruluşuna bağlılıq şüurunun 

mərkəzi bir nöqtədə olmasına diqqət çəkmiş, mövcud dövlət quruluşları ara-

sındakı  rəqabət və münaqişə amilinin əhəmiyyət daşıdığı fikrini müdafiə 

etmişdir. Münaqişə  nəzəriyyələrinin  ən mükəmməli isə Smitin nəzəriyyəsi-

dir. Belə ki, A. Smit öz nəzəriyyəsində Qərbin Aydınlanma dövrü ilə ortaya 

çıxan “irfan dövləti”ni daha irəli mərhələyə götürməyə cəhd edir. İrfan döv-

lətindəki məqsədin  əhalinin inzibati arzular uğruna soydaş olmaları ilə 

əlaqələndirən Smit, bunun müqabilində sosial təbəqələr arasında ənənəçilər, 

mühafizəkarlar və reformistlərin də görüş birdirəcəklərini ifadə etmişdir. İr-

fan dövlətinin formalaşmasını  və  gətirəcəyi yeni dəyərləri bütünlüklə  rədd 

edən  ənənəçilərin tam əksinə olaraq mühafizəkarlar irfan dövlətinin dəyər-

lərinə olduğu kimi sahib çıxarlar. 

Reformistlər isə bu iki davranış arasında müvazinət yaratmağa çalışırlar. 

Smitə görə, milliyyətçiliyin ortaya çıxışı mühafizəkarların islahatçıların fi-

kirlərini mənimsəməyə başlamaları ilə mümkün olacaqdır. 

Xülasə, elm dövlətinin dəyərlərinin cahanşümulluğunu qəbul edən müha-

fizəkarlar dövlətin öz əhalisini yeknəsəq hala gətirmə məqsədinə yönəldiyini 

başa düşdükləri zaman bu hərəkətlərdən vaz keçər və  nəticədə milli çərçi-

vədə hərəkət edərlər. Bu səbəbdən onlar reformistlərlə həmfikir olacaqlar

18



2.  Tarixi nöqteyi-nəzər: Bu baxımdan mövzu çox geniş  əhatə dairəsinə 



malik olduğu üçün tarixi nöqteyi-nəzəri  əks etdirmə baxımından  əsasən 

inkişaf və digərləri olaraq iki hissəyə ayırmaq mümkündür. Belə ki, inkişaf 

nəzəriyyələri üsul və məqsəd baxımından sosioloji nöqteyi – nəzəri mənim-

sədiyi üçün əslində bunlar arasında bir körpü təşkil etmiş olur. Ancaq başlıca 

fərq budur ki, inkişaf nəzəriyyələri sosioloji nöqteyi – nəzərlərin  əksinə 

olaraq müasirləşmənin tempirini ictimai təbəqələrdəki dəyişmələrlə deyil, 

                                                 

18

 Erözden, Ozan, Ulus-Devlet, səh., 11-23. 




Yüklə 10,39 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə