Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 10,39 Mb.
Pdf görüntüsü
səhifə39/152
tarix30.10.2018
ölçüsü10,39 Mb.
#75889
1   ...   35   36   37   38   39   40   41   42   ...   152

İctimai Hərəkatlarda Milli və Dini Duyğuların Rolu 

123 


dövlət idarəçiliyində baş verən dəyişmələrin mehvərilə  əlaqələndirirlər. 

Yəni, bu araşdırmalarda siyasət idarəçiliyi sosial müəssisələrin önündə 

tutularaq,  əsas müzakirə obyektinin də  məhs bu siyasi müəssisələrin tarixi 

proseslərdə  məruz qaldığı  dəyişikliklər olmasıdır. Burada əslində bir-birini 

tamamlayan və müqayisəli qərbi Avropa makro - tarixi çərçivəsində özünə 

yer tuta bilən Tilli və Rokkan nəzəriyyələri qabaqcıllıq edir. Ancaq nə 

Tillinin nə də Rokkanın araşdırmalarında “millət” anlayışına yer verilməmiş, 

millət-dövlət anlayışına yönəlmiş  məhdud bir coğrafi regiondan çıxış 

edilərək qlobal olduğunu irəli sürdükləri model çərçivəsində fəaliyyət növü 

ortaya qoyulmuşdur.  İctimai tarix nöqteyi – nəzərə görə isə milli dövlət 

milliyyətçilik cərəyanının ortaya çıxardığı bir anlayış hesab edilir və bu si-

yasi qurumun tarixi isə milliyyətçiliyin ortaya çıxışından etibarən tədqiq edi-

lir. Erik Hobsbaum bu nöqteyi-nəzəri ilk dəstəkləyənlərdəndir. Hobsbaum 

milliyyətçilik cərəyanını “millətlə” son dərəcə bağlı müasir bir anlayış kimi 

araşdırır və diqqəti bu anlayışın ictimai hərəkətliliyə bağlı  məfhum meyarı 

baxımından keçirdiyi təkamülə yönəldir. Qelnerdən fərqli olaraq Hobsbaum 

milliyyətçiliyin qavranılmasının liderlərin ortaya qoyduğu əsərlər vasitəsi ilə 

deyil, cəmiyyətin orta zümrəsini təşkil edən adi fərdlərin hiss və düşüncələri-

nin araşdırılması sayəsində mümkün olacağına inanır

19



3. Hüquqi nöqteyi – nəzər: Sosioloji və ya tarixi nöqteyi – nəzəri əhatə 

edən tədqiqatlarda istər millət istərsə də milli dövlət məfhumları təşəkkül və 

dəyişmə prosesləri çərçivəsində araşdırılır. Bunun müqabilində isə klassik 

hüquqi nöqteyi – nəzər çərçivəsində bu iki anlayış stabil məlumat olaraq 

araşdırılmışdır. Klassik hüququn görüşlərində milliyyətçilik nəzərə alınma-

maqla yanaşı, müasir dövlətin milli dövlət forması “dövlət” adı altında tarix-

dən kənar bir quruluş kimi məfhumlaşdırılaraq ictimai transformasiyadan 

müstəqil bir anlayışa çevrilir

20

.  


Nəzəri prinsipə dair görüşünə görə orta əsr mütəfəkkirlərdən kəskin fərq-

lənən müasir siyasi mütəfəkir Makiavellinin fikrincə, dövlət dünyəvi güclə 

birləşməlidir. Belə ki, Makiavelliyə görə, din iqtidarın aləti olmalı və dövlət-

                                                 

19

 Tarixi nöqteyi-nəzər ilə bağlı  ətraflı  məlumat üçün bax: Erözden, Ozan, Ulus-



Devlet, səh., 24-40 

20

 Erözden, Ozan, Ulus-Devlet, səh., 41-44 




 Mehriban QASIMOVA 

124 


dən daha az əhəmiyyətli vəzifəni öhdəsinə götürməlidir. Buna görə, o, ührəvi 

dinlərin əvəzinə dünyəvi dinlərə üstünlük verirdi

21



XVIII əsrin sonlarına doğru bir çox Avropa dövlətinin, sərhədləri müəy-



yən ərazilərdə mərkəzləşmiş qanuni və inzibati təşkilatlar inkişaf etdirə bil-

mə imkanına sahib olduğu, ordularını maliyyə  cəhətdən təmin edə bilmək 

üçün vergi toplama monopoliyasını ələ keçirdiyi, özlərinə yeni bazarlar aça-

caq müstəmləkələr əldə edən müharibələrə daxil olmaq məcburiyyətində qal-

dığı məlumdur. Nəticə etibarilə bu dövlətlər birgə müdafiə və daxili səviy-

yənin təmin edilməsi üçün yeni qurumlar təsis etməyə başlamış, qanuni və 

siyasi təzyiq edici qurumlar isə “mərkəzləşmiş, hərbiləşmiş mütləqçi döv-

lətə” doğru meyl etmişdir. Beləliklə də mərkəzi iqtidardan ən kiçik quruma 

qədər uzanan idarəçilik şəbəkəsinin əmələ gətirdiyi təftiş mexanizması orta-

ya çıxmışdır. Milli dövlətdəki “dövlət” qisminin inşa edildiyi dövr, məhz bu 

dövrdür. Milli dövlətdəki “millət” hissənin ortaya çıxması isə dövlətlə fərd 

arasındakı  əlaqənin mücərrəd bir anlayış olan “yurddaşlıq” ilə xarakterizə 

edilməsi ilə başlamışdır. Belə ki, bu əlaqə hər fərdin dövlət qarşısında bəra-

bər olduğu prinsipinə  əsaslanır

22

. Orxan Türkdoğanın da ifadə etdiyi kimi, 



hər hansı bir cəmiyətin milli dövlət ola bilməsi üçün həm siyasi həm də sosi-

al baxımdan təşkilatlanması zəruridir

23

. Çünki milli dövlət sadəcə iqtisadi bir 



güc olmamaqla yanaşı, eyni zamanda milli bir hərəkatdır. Yəni millət fikri-

nin təməlində də dövlət həqiqəti, əlində gücünü nümayiş etdirmə kimi ordu-

su olan bir dövlət quruluşu yatır

24



Dürkheym “milliyyəti” (nationality), “dövləti” (state) və “milləti” 

(nation) bir-birindən fərqləndirmiş, “milliyyəti” siyasi bir əlaqə olmadan 

mədəni cəmiyyət tərəfindən bir araya gələn insan kütləsi kimi xarakterizə 

etmişdir. Dürkheym Polşa və Finlandiyanı nümunə göstərərək bu ölkələrin 

hələ dövlət kimi formalaşmadıqlarını, ancaq tarixi həqiqətə sahib olduqlarını 

bildirir. Bir sözlə, milliyyətlər ya özlərini yeniləmə düşüncəsini itirməyən 

əvvəlki dövlətlərdir  ya  da  təşəkkül prosesində olan dövlətlərdir. Ancaq 

Dürkheym buradakı dövləti hakim nüfuzun təmsilçisi hesab edir. Beləliklə

                                                 

21

 Llobera, Josep R., The God of Modernity, səh., 115 



22

  Şen, Furkan, Globalleşme Sürecinde Milliyetçilik Trendleri ve Ulus Devlet

səh.,36-39 

23

 Türkdoğan, Orhan, Milli Kimliğin Yükselişi, səh., 116 



24

 Türkdoğan, Orhan, Milli Kimliğin Yükselişi, səh., 117 




İctimai Hərəkatlarda Milli və Dini Duyğuların Rolu 

125 


burada mərkəzi gücün varlığı  məlum olur. “Millət” isə eyni zamanda həm 

“dövlət” həm də “milliyyət”dir

25



Dürkheymin milliyyətçilik anlayışına dinin sözsüz faydasını qeyd edən 



din nəzəriyyəsində dinin cəmiyyət üçün lazım olan hər  şeyi  əhatə etdiyi 

məlum olur. Bu baxımdan cəmiyyətin dini ibadət yolu ilə öz gizli imicinə 

sitayiş etdiyini desək, Qellnerin “milliyyətçi dövürdə isə cəmiyyətlərin belə 

bir kamuflyajdan sıyrılaraq  şüurlu, açıq  şəkildə özlərinə sitayiş etdiyi”

 26

 

cavabını almış olarıq.  



“Millət” anlayışının dördü ənənəvi (dil birliyi, mədəniyyət və tarix 

birliyi, soy birliyi, din birliyi), biri alınma (“başqa”sının imici) olmaqla 5 ana 

ünsürə sahib olduğunu deyən elm xadimləri,

27

 milli dövlət qurğusunun için-



də millətlə ölkə və vətən arasında ideoloji bir münasibət qurub vətən anlayı-

şını qurğunun bir parçası olaraq bütünün içinə yerləşdirmənin mümkün oldu-

ğunu bildirir və “sərhəd”lərin də bütünün içində yer alan vətəni əhatə edən 

çizgilər olub toxunulmazlıq və müqəddəslik məziyyətinə sahib olduğuna ina-

nırlar

28

. Millətin ənənəvi ünsürlərindən sonuncusu və müzakirəyə açıq olan 



din birliyi ünsürü prinsip etibarı ilə millət düşüncəsi ilə birbaşa  əlaqəli 

olmayan bir qurum olsa da millət olaraq tərif edilməyə cəhd edilən bir insan 

kütləsinin həmcinsliyinin digər ünsürləri ilə yanaşı din ünsürünə də aid edi-

lərək formalaşdığı müşahidə edilir. Fikri mənada dar anlayış olan millətdən 

fərqli olaraq din müəssisəsi cahanşümul təbiətə malikdir. Millət anlayışının 

müasir və dünyəvi mahiyyəti ilə dini əsasda təsis edilən camaatçı toplu-

luqlara alternativ bir anlayış kimi ortaya çıxdığı ifadə edilə bilər

29

. Ancaq 



bununla yanaşı, geniş yayılmış yanlış fikrin əksinə olaraq “milli dövlət”in 

dini camaatların deyil, bu və ya digər imperiyanın antitezisi olduğunu qəbul 

edənlər də vardır. Bu nöqtədə Erözden “bu yöndən nəzər yetirilən tezis-an-

titezis qarşılaşdırılmasında tərəzinin bir gözünə dini camaatları, digər gözünə 

                                                 

25

 Guibernau, Montserrat, Nationalisms, The Nation-State and Nationalism in The 



Twentieth Century, səh., 28 

26

 Gellner, Ernest, Nations and Nationalism, səh., 56 



27

 Şen, Furkan, Globalleşme Sürecinde Milliyetçilik Trendleri ve Ulus Devlet, səh., 

57. 

28

 Foucher, Michel, Fronts et Frontieres,’den naklen Şen, Furkan, Globalleşme 



Sürecinde Milliyetçilik Trendleri ve Ulus Devlet, səh., 55 

29

 Erözden, Ozan, Ulus-Devlet, səh., 112 




Yüklə 10,39 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə