Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 10,39 Mb.
Pdf görüntüsü
səhifə40/152
tarix30.10.2018
ölçüsü10,39 Mb.
#75889
1   ...   36   37   38   39   40   41   42   43   ...   152

 Mehriban QASIMOVA 

126 


də milli dövləti deyil, məhz “millət”i yerləşdirmək lazımdır”

30

 deyərək milli 



dövlətin bir siyasi qurumu ifadə etdiyini görürük. Bununla da o, milli döv-

lətin ictimai xarakterli dini camaatla qarşılaşdırılmasının doğru olmadığına, 

lakin ictimai xarakterli millət anlayışının dini camaatla qarşılaşdırıla bilə-

cəyinə diqqət çəkmişdir. Millət anlayışının tarixi inkişaf müddəti çərçivəsin-

də cahanşümul xarakterə malik dini camaat məfhumuna antitezis kimi ortaya 

çıxdığında heç bir fikir ayrılığı yoxdur

31

.  


Bu gün müsəlman cəmiyyətlərdə müzakirə obyektinə çevrilən millət və 

milli dövlət məsələsinə dair müsəlman mütəfəkkirlərinin  əksəriyyəti millət 

və milli dövlətin islamlaşdırılmayacağı  qənaətinə sahibdir. Bunu əsasən 

məqsəd-qayə münasibətlərində millət və milli dövlət ilə İslamın fərqli anla-

yışlar olduğunu iddia edərək ifadə etmişlər. Halbuki, məsələn, Səid Həlim 

Paşaya görə, cəmiyyətlərin millət formasında təsnifi dünya sosial təşkilatının 

yetişkin forması olub fərdin inkişafını asanlaşdırır. Digər tərəfdən isə bey-

nəlmiləllik  İslamın cahanşümulluq anlayışına uyğundur

32

. Gökalp “müasir-



ləşmək, islamlaşmaq, türkləşmək” tezisində türkləşmənin arxa planda qalma-

sının səbəbini türk mütəfəkkirlərinin mövcud məfkurəni təhlükəyə atmaqdan 

çəkinərək, eyni zamanda Osmanlı dövlətini türklərin qurduğunu nəzərə ala-

raq “türkçülük yoxdur, Osmanlılıq var” demələrində görmüşdür. O, milliyyət 

məfkurəsinin əvvəlcə müsəlman olmayanlarda, sonra alban və ərəblərdə və 

nəhayət türklərdə müşahidə edildiyini bildirmişdir. Türk mütəfəkkirlərinin 

türklüyü inkar edib dinlərarası bir osmanlılıq xəyalında olduqları zaman 

islamlaşmaq ehtiyacını hiss etmələrini xətalı hesab edən Gökalp, türkləşmək 

məfkurəsinin ortaya çıxması ilə əslində islamlaşmaq ehtiyacının da başlandı-

ğını ifadə etmişdir

33



Qeyri-sabitlik və ayrı-seçkiliyin səbəbinin milli dövlət, daha doğrusu 



milliyyətçilik olduğu, hətta daha da irəli gedərək milli dövlətin İslamın baş-

lıca funksiyalarını belə icra edə bilməyəcəyi zəmin yaratdığını iddia edənlərə 

                                                 

30

 Erözden, Ozan, Ulus-Devlet, səh., 113. 



31

 Erözden, Ozan, Ulus-Devlet, səh., 113. 

32

 Halim Paşa, Said, İslamlaşmak’dan naklen Sezen, Yümni, İslamın Sosyolojik 



Yorumu, səh., 167 

33

 Türkdoğan, Orhan, Ziya Gökalp Sosyolojisinin Temel İlkeleri, səh., 156-157, 



ətraflı  məlumat üçün bax: Rosenthal, Erwin I.J., Islam in The Modern National 

State, səh., 28-63. 


İctimai Hərəkatlarda Milli və Dini Duyğuların Rolu 

127 


də rast gəlmək mümkündür. Müasir dövlətin millət xarakterini ayrı-seçkili-

yin və qeyri-sabitliyin səbəbi kimi görənlər insanları bir arada toplayan də-

yərlərin milli təməldə təşkilatlanan dövlətlərin özlərinə aid edilən kimlikləri 

səbəbi ilə icbari bir rəqabətə çevrildiyinə inanırlar. Bu vəziyyətin bir üst və 

beynəlxalq kimlik məqamında olan milətin milli dövlətlərə bölünmüş haq-

qları üçün də eynilik təşkil etdiyini bildirərək  İslam respublikalarının “mü-

səlman yurddaşları” arasındakı  əlaqə formasına  İran və Pakistanı nümunə 

göstərmişdir. Buna görə  də, bu iki İslam respublikasının regionda və bey-

nəlxalq arenada birgə siyasət yürütməmələrində, xarici siyasətdəki prioritet-

lərinə təsir edən amillərin böyük rol oynadığı, bu səbəbdən milli siyasətin tə-

biətində mövcud olan qaçınılmazlıqlar və bu iki dövlətin milli vəsflərini mü-

hafizə etdikləri müddətcə müxtəlif fikir ayrılıqlarına düşəcəkləri ehtimal-

dır

34

. Əli Bulaç kimi, ümmət təməlində müsəlmanların siyasi, hərbi, iqtisadi 



birliyini  ələ alan İslamiyyətin, milli dövlət modelləri qarşısında təsirsiz 

qaldığını və həqiqi missiyasını yerinə yetirə bilmədiyi fikrini müdafiə edən-

lər də vardır. Bunu sadəcə İslamla məhdudlaşdırmayıb milli dövlətlərin təbi-

ətindən qaynaqlanan münaqişənin eynilə xristian dünyasında da müşahidə 

edildiyini və əslində bunun milli dövlət modelinin faciəvi sonluğu olduğunu 

bildirənlər də istisna edilmir

35

. Elə isə bu zaman “İslam inqilabını  həyata 



keçirmiş İran da milli dövləti rədd edirmi?” sualı ortaya çıxa bilər. Respub-

likanın  İslami elementləri milli dövlət modeli ilə dövlət qurumu və siyasi 

sahə quruluşuna istinad edərək bir-biri ilə əlaqədədir. Uyuşmayan yalnız bir 

İslam cərəyanı vardır ki, bu da mühafizəkar müctəhidlərin güc və muxtariy-

yət cərəyanıdır. Xüsusən, qanun ilə bağlı nümunələrdə və vergiyə əsaslanan 

qanunlarda (İslam – qeyri-islam ayrı-seçkiliyi kimi) İslam respublikası ilə 

uyğun gəlməmə, eyni zamanda dini qurumlarda və dövlətdə çətinliklərin çıx-

ması kimi hallar ortaya çıxa bilir

36

. İslamiyyətin müasir dövlətə qarşı olma-



ması fikrini, İslam dövlətinin müasir dövlət demək olduğunu müdafiə edən-

lərin başında şübhəsiz ki, Gökalp gəlir. Hətta xristianlıq tarixinə nəzər saldı-

ğımız zaman xaç yürüşlərinin nəticəsində  İslam mədəniyyəti ilə tanış olan 

Avropada yeni hərəkatların vüsət aldığını, zaman keçdikcə  də İslam mədə-

                                                 

34

 Bulaç, Ali, Modern Ulus Devlet, səh., 256. 



35

 Bulaç, Ali, Modern Ulus Devlet, səh., 257. 

36

 Zubaida, Sami, Islam, The People and The State, səh., 179 




Yüklə 10,39 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə