Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 10,39 Mb.
Pdf görüntüsü
səhifə37/152
tarix30.10.2018
ölçüsü10,39 Mb.
#75889
1   ...   33   34   35   36   37   38   39   40   ...   152

 Mehriban QASIMOVA 

118 


şəxs  əvəzinə xalqın iradəsini  əks etdirən avtoriteti qanuni hesab edərək 

cəmiyyətə əhəmiyyət vermiş və nəzərləri onun bütövlüyünü təşkil edən fərd-

lərin birləşməsindən meydana gələn ortaq iradəyə yönəltmişdir. Bu sistem 

sonralar Dürkheymdə “ictimai şüur” kimi ortaya çıxmış  və çox ehtimal ki, 

fransız inqilabından sonrakı “milliyyətçilik” təmayülü də bu ruhdan qay-

naqlanmışdır

5

. Bərabərlik, müstəqillik və qardaşlıq bu inqilabın şüarları ol-



ması ilə yanaşı fransız inqilabının təsiri nəticəsində ortaya çıxan müasir 

dövlətlər müstəmləkəçiliyin, köləliyin və irqi ayrı-seçkiliyi davam etdirən öl-

kələr olmuşlar. Aktaşın da ifadə etdiyi kimi, “Bərabərlik, qardaşlıq və müs-

təqillik  şüarları  ədalət nöqteyi - nəzərindən qiymətləndirilmədikcə  həqiqi 

məna kəsb etməyəcək”

6



Rus inqilabında da ziyalıların və xalqın qərb əsilli bir doktrinanı mənim-

sədikləri halda yenə  də milliləşdirməyə üz tutmalarını qeyd edən Aktaş: 

“Xristianlığı ortodoksal dünya görüşü baxımından açıqlayaraq özlərinə məx-

sus üsluba çevirən rus ziyalıları, Marksizmi də Leninçi bir üslubla milli 

duyğu və düşüncələrini dilə  gətirərək mənimsəmişlər”

7

 deyərkən haqlı idi. 



Lenin və digər bolşeviklər marksist ideologiyası çərçivəsində milliyyətçiliyi 

kapitalist inkişafın bir məhsulu kimi qəbul etdikləri üçün əvvəllər milliy-

yətçiliyə çox maraq göstərmədilər. Lakin sonralar cəmiyyət üzərində apar-

dıqları siyasətdən çıxış edərək: “Sovet kimliyi” başlığı altında rus milli 

kimliyini adaptasiya etmə funksiyasını yerinə yetirdiklərini demək müm-

kündür


8

. Sovet İttifaqı ruslaşdırma siyasətini rus dilini hakim dilə çevirmə ilə 

başlatmış, rus dilində danışa bilənlərə xüsusi diqqət ayırmışdır. Bununla ya-

naşı, dövlət idarəçiliyində yüksək vəzifələrə təyinatın rusların səlahiyyətində 

olması rus millətçiliyinin vurğulanaraq qeyri - rus cəmiyyətlər arasında 

milliyyətçiliyin təhrik olunmasına səbəb olmuşdur. Moskvanın bu etnik 

problemə çarə tapmaq məqsədilə  təşkil etdiyi yeni layihə - “sovet insanı” 

layihəsi idi. Lakin bu layihə uğursuz iqtisadi proqramlar, məcburi köçlər və 

sərhədlərin dəyişdirilməsi kimi səhvlərə görə heç bir nəticə verməmiş, tam 

                                                 

5

 Atasoy, Fahri, Küreselleşme ve Milliyetçilik, səh., 107- 108 



6

 Ümit Aktaş, Toplumsal Hareketlerde Yöntem, səh., 38. 

7

 Ümit Aktaş, Toplumsal Hareketlerde Yöntem, səh., 47. 



8

 Zeynep Dağı, Kimlik, Milliyetçilik ve Dış Politika, Rusya’nın Dönüşümü, səh., 79-

81; mövzu ilə bağlı  ətraflı  məlumat üçün bax: Hill, Christopher, Lenin and The 

Russian Revolution, The English Universities Press LTD, London, 1957 



İctimai Hərəkatlarda Milli və Dini Duyğuların Rolu 

119 


əksinə etnik inadlaşmanı daha da artırmışdır. Bu sistemin süqutundan sonra 

milliyyətçilik insanlar tərəfindən istinad ediləcək bir ideologiya olmaqla ya-

naşı, eyni zamanda din də bəzi regionlarda insanların mübarizələrində birləş-

dirici bir ünsür kimi vəzifəsini icra etmişdir

9

. Məsələn, Rusiya–Çeçenistan 



müharibəsində üzərinə böyük vəzifələr götürən din və dini qruplar dini-milli 

arenada bu prinsiplə hərəkət etmişlər: “Rus məhsulu olan hər bir şey və rus-

sayağı davranış haramdır”

10



Xristian dünyasında olduğu kimi, İslam dünyasında da dinin formallıq 

kəsb etdiyi bir dövrdə  İranda  İslam hərəkatı ortaya çıxmışdı.  Şahın  əmək-

daşlıq etdiyi ingilis imperializminə qarşı apardıqları dini mübarizə  nəticə-

sində cəmiyyətin dini-mənəvi ruhu yenidən oyanmışdı. Belə ki, ilk əvvəl XX 

əsrin 50-ci illərində uləma (alimlər) tərəfindən də  dəstəklənən milliyyətçi 

lider Dr. Musadiqin liderliyi ilə milliyyətçi hərəkatla cəmiyyətin milli-dini 

oyanışı müşahidə edilmişdir. Nəticədə  qısa müddət də olsa milliləşdirilmiş 

bir iqtidar forması ortaya çıxmışdır. Bu zaman neft sənayəsi də milliləşdi-

rilir. Ancaq bir müddət sonra yenə də şahlıq rejimi öz sözünü dediyi zaman 

bu dəfə  hərəkat tamamilə dini-islami məziyyət kəsb edir və 1979-cu ildə 

İranda İslam inqilabı baş verir

11



Millətin təhlükəsizliyi və rifahı ilə bağlı  həsrət və hissiyata sahib olma 

milli şüurun və nəticə etibarilə  də milli kimliyin ilham vericisi kimi ortaya 

çıxır. A. Smitə görə, milli ideologiya və ya doktrina növündən bir şeyə sahib 

olmadan da yüksək səviyyədə bir milli şüur nümayiş etdirən cəmiyyətin 

mövcud olması mümkündür və İngiltərə buna misaldır. Eyni zamanda çox az 

və ya heç milli şüuru, hissiyyatı olmayan cəmiyyətlərdə də milliyyətçi hərə-

katlara və ideologiyalara rast gəlmək olar. Bunlar kiçik qruplarda ortaya çı-

xıb geniş kütlələrdə heç bir təsirə sahib olmazlar. Smit bunlara nümunə ola-

raq Nigeriya daxil olmaqla bir çox qərbi Afrika ölkəsini göstərmişdir. O, 

həmçinin,  ərəb və pakistanlıların böyük əksəriyyətinin özlərini  ərəb və pa-

kistanlıdan çox müsəlman hesab etmələrinə diqqət çəkmişdir

12

. Digər tərəf-



dən, millətlərin psixologiyası probleminə toxunan Sədri Məqsudi Arsal bir 

                                                 

9

 Gürses, Emin, Milliyetçi Hareketler ve Uluslararası Sistem, səh., 151-153. 



10

 Ətraflı məlumat üçün bax: Mansur, Şamil, Çeçenler, səh., 54. 

11

 Aktaş, Ümit, Toplumsal Hareketlerde Yöntem, səh., 55-65. 



12

 Smith, Anthony D., Milli Kimlik, səh., 119-120. 




Yüklə 10,39 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə