Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 10,39 Mb.
Pdf görüntüsü
səhifə34/152
tarix30.10.2018
ölçüsü10,39 Mb.
#75889
1   ...   30   31   32   33   34   35   36   37   ...   152

Dr. Qoşqar SƏLİMLİ 

108 


Səhabələr arasında olması  gərəkən bu fərqə görə  İslam alimləri onları 

təbəqələrə ayırmışdırlar: 

Hafiz İbn Kəsirə görə, Peyğəmbərdən (s. a. s.) sonra, bəlkə də bütün in-

sanların  ən üstünü, onun xəlifəsi Həzrəti  Əbu Bəkirdir. Hər kəsdən öncə 

Həzrəti Peyğəmbəri təsdiq etdiyi üçün ona Sıddiq deyilmişdi. Əbu Bəkir əs-

Sıddiqdən (r. a) sonra Ömər İbnül Xəttab (r. a), sonra Osman ibn Affan (r. 

a), sonra da Əli ibn Əbi Talib (r. a) gəlməkdədir. 

 Dörd xəlifədən sonra fəzilət cəhətindən üstün olanlar, Aşərəy-i Mübəşşə-



rədən

8

 olan digər səhabələr, sonra sıra ilə Bədir və Uhud döyüşlərində iştirak 

edənlər, Hüdeybiyyədə Rizvan beyətində olanlardır.

9

 



Məşhur mühəddis əl-Hakim Əbu Abdullah ən-Nisaburi isə, səhabələri on 

iki təbəqəyə ayırmışdır; onun bu bölgüsü, digərləri arasında  ən çok şöhrət 

qazanan fikir olmuşdur. əl-Hakim belə deyir: 

1. Əbu Bəkir, Ömər, Osman, Əli və digərləri kimi Məkkədə ilk müsəl-

man olanlar. Tarixçilər arasında, Əli İbn Əbi Talibin (r. a) ilk müsəlman olu-

şu haqqında fikir ayrılığı olduğunu bilmirəm. Ancaq ixtilaf, onun müsəlman 

olduğu zaman həddi büluğa çatıb catmaması  məsələsi üzərindədir. Fəqət 

doğrusu budur ki, həddi büluğa çatanlar arasında ilk müsəlman olan Əbu 

Bəkirdir (r.a).  



2. Səhabənin ikinci təbəqəsi Darun Nədvə əshabıdır. Ömər İbnul Xəttab 

(r.a.) müsəlman olduğu və İslamını açıqladığı zaman, Darun Nədvəyə Həzrə-

ti Peyğəmbərin yanına aparılmışdı. Orada Məkkə əhlindən olan bəzi adamlar 

Rasulullaha (s. a. s.) beyət etmişdilər. 



3. Həbəşistana hicrət edən səhabələr. 

4. Səhabələrin dördüncü təbəqəsi, Əqabə müqaviləsində Həzrəti Peyğəm-

bərə beyət edənlərdir. Necəki bəzi ravilərə “fulan akabiyy” deyilməkdədir. 



5. Beşinci təbəqə ikinci Əqabə əshabı olub, onların əksəriyyətini Ənsar 

təşkil etməkdə idi. 



6. Altıncı  təbəqə, ilk Muhacirlərdən ibərət olub Mədinəyə girməkdən 

qabaq Həzrəti Peyğəmbər Kubadaykən ona çatanlardır. 

                                                 

8

 Həyatdaykən cənnətlə müjdələnən on nəfərə verilən ad. 



9

 Əhməd Muhəmməd Şakirəl-Baisul xasis şərhu İxtisari Ulumil hadis, Misir, 

tarixsiz, s. 206-207. 



Hədisin ilk qaynağı – Səhabə  

109 


7.  Bədir döyüşündə iştirak edənlərdir ki, Həzrəti Peyğəmbər onlar haq-

qında “Allah, əlbəttə əhl-i Bədri tanımışdır; istədiyinizi edin; Allah sizi ba-

ğışladı” buyurmuşdu. 

8. Bədir ilə Hudeybiyyə arasında hicrət edən səhabələr. 

9. Doqquzuncu təbəqə, Rizvan beyətinə qatılanlar olub, Allah Təala 

onlar haqqında “ağac altında sənə beyət edən möminlərdən Allah əlbəttə razı 



oldu

10

 ayəsini nazil etmişdir.  



10. Onuncu təbəqə, Hudeybiyyə müqaviləsi ilə Məkkənin fəthi arasında 

hicrət edən səhabələrdir. Bunlar arasında Xalid İbn Vəlid,  Əmr  İbnul As, 

Əbu Hureyrə (r. a) və daha çox adam var idi. 

11. Bu təbəqə, Məkkənin Fəthi zamanı müsəlman olmuş Qureyşlilərdən 

meydana gələn bir topluluqdur. Bunların bir qismi itaət edərək İslamı qəbul 

etmiş, digər bir qismi isə qılınc qorxusu ilə müsəlman olmuş və zaman için-

də bu hala alışmışdırlar. 

12. Nəhayət on ikinci təbəqə, Həzrəti Peyğəmbəri Məkkənin Fəthi əsna-

sında və Vida həccində görən uşaqlardır.

11

 

 



3. Səhabələrin sayısı 

Həzrəti Peyğəmbərin vəfat etdiyi zaman səhabələrin sayısı haqqında əli-

mizdə qəti bir rəqəm mövcud deyil. Bununla bərabər, İslamda ilk əhali sayı-

mının Rasulullahın (s.a.s.) əmri ilə həyata keçirildiyini unutmamaq lazımdır. 

Buxarinin

12

 Huzeyfə İbnul Yəmandan (r.a) rəvayət etdiyi bir hədisdən anla-



şıldığına görə, Rəsuli  Əkrəm “mənim üçün müsəlmanlığını sözü ilə açıqla-

yanların adlarını yazınbuyurmuş, bu əmr üzərinə 1500 adam sayılıb qeydə 

alınmışdır.

13

 

Bu sayımın nə vaxt keçirildiyi məlum deyil. Bəzi müəlliflərə görə, Həz-



rəti Peyğəmbərin sayımla  əlaqəli  əmri Uhud döyüşünə  çıxıldığı zaman 

                                                 

10

 Fəth surəsi, 18. 



11

 əl-Hakim ən-Nisaburi Əbu Abdullah, Marifətu ulumil hadis, Qahirə, 1987, s. 22-

24. 

12

 Buxari, a. k. ə., IV, s. 33-34. 



13

 Eyni hədis üçün baxın: Əhməd b. Hənbəl, əl-Müsnəd, Qahirə, I-XVI, V, s. 381. 




Dr. Qoşqar SƏLİMLİ 

110 


(3/625), bəzilərinə görə, Xəndək muharibəsi  əsnasında (5/627), bəzilərinə 

görə isə Hudeybiyyə səfərində (6/628) verilmişdi.

14

 

Olduqca erkən dövrdə həyata keçirilən bu əhali sayımı ilə daha sonraki 



səhabə sayısını təyin vəya təxmin etmək mümkün deyildir. Bununla bərabər, 

İslamın ilk dövrlərinə aid sahabə sayısı ilə  əlaqəli olaraq təqribi bəzi rə-

qəmlər irəli sürülmüşdür. Məsələn İbnus Salahın nəql etdiyi bir xəbərdən öy-

rənildiyinə görə, Həzrəti Peyğəmbərdən hədis rəvayət edən səhabələrin sayı-

sı haqqında bir sualla qarşılaşan Əbu Zur’a ər-Razi “bunu kim qeyd edəcək? 

Həzrəti Peyğəmbərlə birlikdə Vəda həccinə 40 min, Təbuk qəzvəsinə isə 70 

min adam qatılmışdı” cavabını vermişdi.

15

 Başqa bir rəvayətdə, Həzrəti Pey-



ğəmbərdən yalnız dört min hədis rəvayət olunduğunu söyləyən bir nəfərə 

şiddətlə etiraz edən  Əbu Zur’a, bu sözün zındıxlara aid olduğunu irəli sür-

müş və “Rasulullahın (s. a. s.) hədislərini kim sayıb ki? Onun ruhu alındığı 

zaman onu görmüş və eşitmiş 114 min adam var idi.” demişdi. Onun bu sözü 

üzərinə “ya Əba Zur’a, bu 114 min adam harada idilər və Həzrəti Peyğəm-

bərdən harada eşitdilər?” deyildiyi zaman da o bu cavabı vermişdi: “Mədinə 

ilə Məkkə əhalisi və bu iki yer arasındakilər, ə’rabilər və Peyğəmbərlə (s. a. 

s.) Vida həccinə  şahid olanlar. Hamısı onu Arəfədə görmüş  və ondan eşit-

mişdilər”.

16

 



Əbu Zur’a, Həzrəti Peyğəmbərin vəfatı əsnasında 114 min sahabənin var 

olduğunu söyləməklə  bərabər,  ər-Rafiiyyə görə, Mədinədə 30 min, digər 

ərəb qəbilələri də 30 min olmaq üzrə  cəmi 60 min səhabə vardır.

17

  İmam 



Şafii də Rəsuli Əkrəmi görən və ondan rəvayət edən səhabələrin 60 min ol-

duğunu söyləmişdir.

18

 

Görüldüyü kimi, səhabələrin sayısı haqqında qəti bir rəqəm ortaya qoy-



maq mümkün deyildir. Bunula bərabər bu sayının biraz qabarıq olduğunda 

da şübhə yoxdur. Necə ki, daha sonralar gələn tabaqat müəlliflərinin, adlarını 

                                                 

14

 əl-Ayni Bədruddin Mahmud b. Əhməd, Umdətul Qari, İstanbul, 1308, I-XII, VII, 



s. 98. 

15

 İbnus Salah, a. k. ə., s. 267. 



16

 İbnus Salah, a. k. ə., s. 268. 

17

 Süyüti, Tədribur ravi, s. 405-406. 



18

 a. k. ə. 




Yüklə 10,39 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə