Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 10,39 Mb.
Pdf görüntüsü
səhifə33/152
tarix30.10.2018
ölçüsü10,39 Mb.
#75889
1   ...   29   30   31   32   33   34   35   36   ...   152

Hədisin ilk qaynağı – Səhabə  

105 


yaxud onunla birlikdə bir vəya iki qəzvəyə (döyüş) qatılan  şəxsdir; bunun 

xaricindəkilər səhabə sayılmazlar.

4

 Məşhur səhabə olan Ənəs b. Malikdən (r. 



a) “bu zamanda, Həzrəti Peyğəmbərin  əshabından səndən başqa kimsə 

qalıbdırmı?” deyə soruşulduğu zaman “onu görən bəzi  ə’rab vardır; ancaq 

onunla söhbəti olan kimsə, xeyir” cavabını vermişdir.

5

 İbn Kəsirə görə Ənəs 



b. Malik (r. a) bu sözü ilə, Rasulullahla (s. a. s.) söhbəti olanların artıq həyat-

da olmadıqlarını bildirmiş, fəqət əksəriyyətin istilahında mücərrəd görmə fe-

linin, səhabə olmağa yetərli olması keyfiyyətini inkar etməmişdir; çünki 

Həzrəti Peyğəmbərin şərəfi və ucalığı, onu görmənin xüsusiliyinə işarət et-

məkdədir. 

Əksər alimlərin fikrinə görə  səhabə sözünü ən gözəl və  ən mükəmməl 

şəkildə tərif edən alim İbn Həcər əl-Əsqalanidir. İbn Həcər bu mövzuda belə 

deməkdədir: “Səhəbə, Həzrəti Peyğəmbələ mömin olaraq görüşən, səhih gö-

rüşə görə, araya irtidad (dini rədd etmə) dövrü girmiş olsa belə, müsəlman 

olaraq ölən kimsəyə deyilir. Rəsul-i  Əkrəmlə görüşdən məqsəd, bir yerdə 

oturmaq (mücaləsət), bir yerdə yol getmək (mümaşat) və birbirləri ilə danış-

masalar belə, birinin digərinə qovuşması kimi ifadələrdən daha geniş bir mə-

nadır. Bu mənanın içinə, istər tək başına olsun, istər başqası ilə olsun, birinin 

digərini görməsi də girər. Bu baxımdan səhabənin tarif edilməsində “mula-

qat” (görüş) təbirini istifadə etmək, bəzilərinin “səhabə Rasulullahı (s. a. s.) 

görən  şəxsdir” demələrindən daha yaxşıdır; çünki “görmə” sözü ilə edilən 

tərif, İbn Ümmi Məktum (r. a) və onun kimi kor olan kimsələri səhabə ol-

maqdan məhrum edər; halbuki onlar da şübhəsiz olaraq səhabədəndirlər. 

Yuxarıdaki tərifdə qeyd edilən “mömin olaraq” sözündəki məqsəd, Həzrəti 

Peyğəmbərlə görüşən, ancaq kafir olan şəxsləri tərifin xaricində burax-

maqdır. Tərifdəki “müsəlman olaraq ölən” sözü də, bir başqa ayırd edici iba-

rədir və Həzrəti Peyğəmbərlə mömin olaraq görüşdükdən sonra dindən çıxan 

(irtidad) və bu halı ilə ölən  şəxsləri ayırmaqdadır. Məsələn: Ubeydullah b. 

Cahş və İbn Xatal bunlardan idilər. 

“Araya irtidad dövrü girmiş olsa belə” sözü ilə, Rəsul-i Əkrəmlə mömin 

olaraq görüşməsiylə, Həzrəti Peyğəmbərin vəfatı arasında irtidad edib 

                                                 

4

 əl-Bağdadi, a. k. ə., s. 50; İbnus Salah, a. k. ə., s. 263; əs-Süyuti, Cəlaluddin, 



Tədribur ravi fi şərhi Taqribin Nəvəvi, Misir, 1379, s. 398. 

5

 İbnus Salah, a. k. ə., 264. 




Dr. Qoşqar SƏLİMLİ 

106 


sonradan yenidən müsəlman olanlar nəzərdə tutulmuşdurlar. Belə  şəxslər, 

istər Rasulullahın (s.a.s.) həyatında İslama dönsünlər, istər ikinci dəfə onunla 

görüşsünlər, fərqi yoxdur, onlar səhabə olaraq qalmaqdadırlar. “Səhih görüşə 

görə” sözü isə, bu məsələdəki ixtilafa işarət olub, Əş’as b. Qeysin (r. a) 

hekayəsi bu görüşün doğruluğuna dəlalət edər. Bu şəxs, irtidad edənlərdən 

idi . Əbu Bəkir əs-Sıddiqin (r. a) yanına əsir olaraq gətirilmiş və onun vasi-

təsi ilə İslama qayıtmışdı. Hz. Əbu Bəkir də onun İslama təkrarən girişini qə-

bul edərək bacısıyla evləndirmişdi. Bundan sonra heç kəs, onu səhabə olaraq 

zikr etməkdən, hədislərini müsnəd olaraq  rəvayət etməkdən və digər  əsər-

lərdə nəql etməkdən çəkinmədi.

6

 

 



2. Səhabəni Tanıma Yolları 

İslam alimlərinə görə bir şəxsin səhabə olduğu aşağıdakı yollarla bilinə 

bilər. 

a) Təvatür yolu. Həyatda ikən cənnətlə müjdələnmiş olan on nəfər (əl-

aşarətu’l-mübaşşəra) bu yolla tanınır. Bunlar dörd xəlifə, Sa’d b. Əbi Vəq-

qas, Said b. Zeyd, Talha b. Ubeydullah, Zübeyr b. əl-Avvam, Abdurrahman 

b. Auf və Əbu Ubeydə b. əl-Cərrahdır (radıyallahu anhum). 



b) Şöhrət yolu. Dımam (və ya Dımad) b. Sa’ləbə bu yolla tanınır.  

c) Şəhadət yolu. Hər hansı bir səhabə və yaxud tabiinin, başqa bir şəxsin 

“səhabə” olduğunu söyləməsi  şəhadətdir. Humemə b. Əbi Humemə 

haqqında Əbu Musa əl-Əşarinin şəhadəti kimi. 

d) İqrar yolu. Bu, bir şəxsin, özünün səhabə olduğunu deməsidir. 

İqrarın qəbul edilməsi üçün, bu adamın ən gec hicri 110 tarixində vəfat 

etmiş olması şərtdir. Çünki səhabə dövrü hicri 110’da sona çatmaqdadır. Bu 

tarix, vəfatından bir ay əvvəl Hz. Peyğəmbərin, “yüz il sonra bugün yaşayan-

lardan heç kəs sağ qalmayacaqdır” hədisindən çıxarılmaqdadır. Hz. Peyğəm-

bər hicri 11-ci ildə  vəfat etdiyi üçün, buna 100 il əlavə edilərək hicri 110 

tarixi nəticəsinə  gəlinir. Bu da səhabə dövrünün sonudur. Buna görə hicri 

110-dan sonra edilən hər hansı bir iqrar qətiyyən etibarlı sayılmamaqdadır. 

 

                                                 



6

 İbn Həcər əl-Əsqalani, Əbül Fadl Şihabuddin, Nuhbətul fikər, Ankara, 1971, s. 75-

76. 



Hədisin ilk qaynağı – Səhabə  

107 


2. Səhabənin dərəcələri 

Səhabənin yuxarıda verilən təriflərindən də anlaşılmaqdadır ki, Həzrəti 

Peyğəmbərdən bir hədis vəya bir kəlimə  rəvayət edən, hətta məqamının 

ucalığı nəzərdə tutularaq, onu qısa bir müddət ərzində görən kəs də səhabə 

sayılmaqdadır. Səhabəlik, insana dərəcə, mərtəbə və yüksək şərəf qazandıran 

bir sifətdir. Quran-i Kərimin ayətləri və Rəsul-i Əkrəmin hədislərində səha-

bənin fəzilətləri dilə gətirilmiş və bu nəslin digər müsəlman nəsillərə üstün-

lüyü açıq olaraq göstərilmişdir. Ancaq bunu da unutmaq olmaz ki, hər nə qə-

dər yuxarıda verilən təriflərdə, Həzrəti Peyğəmbəri qısa bir müddət ərzində 

görən şəxslər üçün də səhabə adı istifadə edilmişdisə də, onu görənlər arasın-

da digərlərindən əvvəl müsəlman olanlar və bütün ömürlərini onun yanında 

keçirənlər vardır. Səhabələr arasında Rəsul-i Əkrəmlə birlikdə döyüşlərdə iş-

tirak edənlər; onunla birlikdə İslamın yayılması, Allahın adının ucaldılması 

üçün çalışanlar, mücadilə edənlər; onunla birlikdə müşriklər tərəfindən təh-

did edilənlər, işgəncəyə  məruz qalanlar; ölümlə üzləşənlər və  vətənlərini, 

mallarını, xanım və uşaqlarını tərk edib başqa yerlərə hicrət etmək məcburiy-

yətində qalanlar və nəhayət şəhid olanlar vardır. Əlbəttə bütün bunların ara-

sında dərəcə  fərqinin olması  təbiidir və  Həzrəti Peyğəmbəri yalnız bir saat 

içində görüb ondan eşitdiyi yalnız bir hədisi rəvayət edən səhabə ilə, bütün 

ömrünü onun xidmətində keçirmiş, yaxud İslam üçün onunla birlikdə müca-

dilə etmiş, yaxudda bu yolda şəhid olmuş səhabə arasında bu dərəcə fərqini 

ortaya qoymaq gərəklidir; qısaca olaraq hər səhabəni fəzilət baxımından bir 

və eyni mərtəbədə saymaq qeyri mümkündür. Eyni mövzuya toxunan İbn 

Həcər belə demişdir: “Həzrəti Peyğəmbərlə daim bir yerdə olan, onunla mü-

haribələrə qatılan vəya bayrağı altında  şəhid olan səhabələrin, onunla hər 

zaman bərəbər olmayan, onunla birlikdə muharibələrdə  iştirak etməyən, 

onunla az danışan, az yol gedən, yaxud onu uzaqdan görən, yaxud da ancaq 

uşaqlığında görən səhabələrdən üstün olduqlarına şübhə yoxdur. Hər nə qə-

dər Rasulullahla (s. a. s.) söhbət  şərəfi hamısı üçün, hətta Həzrəti Pey-

ğəmbərdən heç hədis eşitməyən və hədisləri mürsəl olan kimsələr üçün hasil 

olsa belə, birinciləri digərlərindən üstündür. Bununla bərabər ru’yət (görmə) 

şərəfinə nail olmaları səbəbi ilə onların hamısı səhabə sayılır”.

7

 

                                                 



7

 İbn Həcər, a. k. ə., s. 77. 




Yüklə 10,39 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə