Səməd Vurğun yaradıcılığında şifahi xalq ədəbiyyatının izləri
63
SƏMƏD VURĞUN YARADICILIĞINDA
ŞİFAHİ XALQ ƏDƏBİYYATININ İZLƏRİ
f.e.n. Salman Süleymanov
Mətni Xalqa söykənməyən, xalq yaradıcılığından bəhrələnməyən heç bir
sənətkar xalqın yaddaşında özünə yer tapa bilməz. Xalq yaradıcılığı o qədər
zəngin və müdrikdir ki, bəzən kiçik bir cümlədə böyük bir xalqın etnik
mədəniyyəti, tarixi öz əksini tapır. Məlumdur ki, dörd misralı bayatı bir das-
tana sığacaq qədər informasiya verir. Və yaxud atalar sözləri və məsəllər
xalqın inanclarını, nəsihətlərini, dünyagörüşünü, düşüncələrini, duyğularını
başdan-başa əks etdirir.
Xalqın yaratdığı bu ecazkar nümunələrdən Səməd Vurğun da yan keçə
bilməmiş və hətta xalq yaradıcılığından birbaşa bəhrələnmişdir. Bu gün
Səməd Vurğunun yaradıcılığını araşdırarkən onun əsərlərindəki aforizmləri,
məsəlləri, qoşmaları, gəraylıları və s.ni yazılı ədəbiyyat nümunəsi kimi yox,
şifahi xalq ədəbiyyatının ən gözəl nümunəsi kimi görürük. Çünki Səməd
Vurğun şifahi xalq ədəbiyyatından elə məharətlə istifadə edib ki, onlardan
hansının xalqa, hansının şairə aid olduğunu seçmək çox çətindir.
Səməd Vurğun öz yaradıcılığında şifahi xalq ədəbiyyatının bir çox
janrlarından istifadə etmişdir. Onun yaradıcılığının bir hissəsini xalqın dilin-dən
topladığı əfsanə və nağıllar əsasında yazılmış əsərlər təşkil edir. «Qız qayası»,
«Aslan qayası», «Bulaq əfsanəsi», «Ayın əfsanəsi» və s. əsərləri bu qəbildəndir.
Raşa Əfəndiyevin Səməd Vurğunun yaradıcılığında şifahi xalq ədə-
biyyatı ünsürlərini araşdırmasına baxmayaraq, bu mövzu günü-gündən daha
çox araşdırılmağa ehtiyac duyur. Çünki Səməd Vurğun elə şairlərdəndir ki,
onun yaradıcılığını araşdırdıqca yeni-yeni məlumatlar əldə edirik. Həm də
onun yaradıcılığında müraciət etdiyi əfsanələri araşdıraraq tədqiq etdikcə
Azərbaycan şifahi xalq ədəbiyyatında əfsanə canrının tədqiqi ilə bağlı
maraqlı faktlar üzə çıxır.
Azərbaycanın tarixində və şifahi xalq ədəbiyyatında «Qız qalası» (və
yaxud da «Qız qayası») adı ilə müxtəlif bölgələrdə həm memarlıq abidələri,
həm də bu abidələrlə bağlı yüzlərlə əfsanə var.
f.e.n. Salman SÜLEYMANOV
64
Bakıdakı «Qız qalası» memarlıq üslubuna görə Şərqdə yeganə abidədir.
Tədqiqatçıların bir qismi tikintinin müdafiə qalası olduğunu güman edirsə,
ikinci qismi «Qız qalası»nın daha qədim abidə olduğunu və atəşpərəstlik
məbədi kimi inşa edildiyini hesab edir (6, 224).
Diri dağında (Cəbrayıl ərazisi – Q.Ş.) yerli əhalinin «Qız qalası» ad-
landırdığı və tədqiqatçıların XII-XIV əsrlərə aid etdikləri abidə də Orta əsr
memarlığının gözəl nümunələrindəndir (4, 19).
«Qız qalası» adlanan abidələr haqqında xalqın dilində müxtəlif əfsanə və
rəvayətlər dolaşır. Səməd Vurğun da bu əfsanələrdən birini Şuşada olarkən
yaşlı bir adamın dilindən eşitmiş və onu «Qız qayası» adı ilə qələmə
almışdır. Maraqlısı budur ki, şairin qələmə aldığı «Qız qayası» əsərinin
əsasını abidə ilə bağlı ən çox yayılmış rəvayət təşkil edir. «Qız qayası» ilə
bağlı yaranmış rəvayətlərin bir çoxunun süjet xətti eynidir – xanın (bəzi
variantlarda düşmənlərin) əlindən qaçan qız özünü qaladan atır. Səməd
Vurğun da bunu çox ustalıqla qələmə alıb:
Qızın taleyinin sonuna bir bax:
Bir axşam gecədən oğurlanaraq,
Şəhər kənarına qaçır o pünhan.
Lakin arxasınca adam salır xan…
Həyata son dəfə yumub gözünü,
Qızcığaz qayadan atır özünü.
… Budur, «Qız qayası» adlanmış qaya
Sirrini verməmiş ulduza, aya… (9, 160).
Şairin «Bulaq əfsanəsi» əsəri isə Xıdır peyğəmbərlə bağlı əfsanəyə həsr
edilmişdir. Rəvayətə görə, «dirilik çeşməsindən, başqalarının cəhdlərinə
baxmayaraq yalnız Xızır (şifahi xalq ədəbiyyatında Xızr – Xızır – Xıdır –
Xıdır Nəbi – Xıdır İlyas kimi işlənən bu obraz, zənnimizcə, bir tək Xıdır
peyğəmbərdir – müəllifdən) içə bilmişdir» (1, 13). Ümumiyyətlə, bir çox
türkdilli xalqlarda Xıdır peyğəmbər su tanrısı, su hamisi kimi qəbul olunur.
Görünür, biz də Xıdır peyğəmbərin həmişəyaşarlığını nəzərə alaraq suyu hə-
yat mənbəyi hesab edirik.
Səməd Vurğun bu rəvayətə fəlsəfi nöqteyi-nəzərindən yanaşaraq «Bulaq
əfsanəsi» əsərini belə başlayır:
Səməd Vurğun yaradıcılığında şifahi xalq ədəbiyyatının izləri
65
Deyirlər bəşərin çocuqluq yaşı
Daima titrəmiş ölümə qarşı…
Ölüm! O matəmin pərişan səsi,
İnsanın ilk dərdi, ilk fəlsəfəsi (9, 180).
Şair əsərdə ölümlə əbədiyyəti qarşı-qarşıya qoyur. Ölümün hər şeyin
sonu olmasına baxmayaraq, hər şeyin başlanğıcını da onda görür. Ölümlə
çarpışan insanlar dar günlərində, quraqlıq zamanı, yaxud da müxtəlif ayinləri
icra edərkən əbədi həyat rəmzi olan suya, su tanrısına sitayiş etmişlər. Şair
də xalqın bu əski inanclarına söykənərək qələmə aldığı «Bulaq əfsanəsi»
əsərində yazır:
Deyirlər Şirvanda bir bulaq varmış,
Suyu almaz kimi par-par axarmış.
Gözəlmiş bulağın yar-yaraşığı,
Oynarmış üstündə günün işığı,
Düşərmiş qoynuna zərif kölgələr.
Deyirlər bu sudan Xıdır peyğəmbər
Gəlib təsadüfən içmiş doyunca,
O gündən ölməmiş tarix boyunca (3, 181).
Əsərin sonunda isə bu bulağı tapmaq həvəsi ilə İsgəndərin Şirvana
gəlməsindən bəhs olunur. Bu səfərlə əlaqədar Şirvan bölgəsində çoxlu sayda
əfsanələr dolaşmaqdadır. Bu əfsanələrin ayrı-ayrı mövzularda olmasına bax-
mayaraq onların böyük əksəriyyəti dirilik suyu üzərində cəmləşir. Səməd
Vurğunun qələmə aldığı bu əfsanədə də İsgəndər Şirvana dirilik suyunu
tapmaq məqsədilə gəlir:
Bulağın şöhrəti düşmüş dillərə,
Yayılmış bu xəbər uzaq ellərə…
Aramış elçilər yerini bir-bir,
Almış sorağını İsgəndər Kəbir
1
,
Sürüb karvanını gəlmiş Şirvana,
1
Kəbir – ərəb dilində böyük deməkdir.
Dostları ilə paylaş: |