Lənət olsun satqın əkib-doğana!
433
Satqın Fars satılır köləçi qala
Satqın Türk satılır barışcıl ola
Savaşa sülh ilə qələbə “çala”
(atəşkəs)
Savaşdan sülh ilə haqqını “ala”
Lənət olsun satqın əkib-doğana
434
Heydər Əliyev on il şahlıq etdi
Qarabağı geri almadan getdi
Mafyasında başqa kim kama yetdi?
Lənət olsun satqın əkib-doğana
435
İşqalın ömründən
on dörd il keçdi
İşqal edən savaş qanımı içdi
Qeyrət öldürən sülh nə əkdi-biçdi?
Lənət olsun satqın əkib-doğana
436
Haqq verilməz savaş ilə alınar
Top-tüfəng ilə qələbə çalınar
Sülh ilə nəcat geriyə salınar
Lənət olsun satqın əkib-doğana
437
Erməni torpaq alır, biz satırıq
Neft gəliri ilə kama çatırıq
Rifa vədəsi ilə aldadırıq
Silahsız ordu qurdurub yatırıq
Lənət olsun satqın əkib-doğana.
10.11.2005
126
Siyasət mollanı ixrac eylədi,
Çağdaş Türkiyəmizde də böylədi.
(Bu günün yarını var,)
(Geriçi ürünü var.)
438
Antiqadını çöplüyə atarlar.
Molla ürətlirlər ki, rəhbər ola
Salam ilə salavat hakim qıla
Seçiləcək rəhbəri taxtdan sala
Sanma ki, aşiq olubdur saraya
439
Türk oyanıb ki, şahı taxtan salıb
İşqalçıya qarşı savaşa dalıb
Molla lider olmaq hayına qalıb
Molla oyatmaz ki, çata haraya
440
O zaman ki, Türk milləti dardaydı
Yaxud kəklik kimi başı qardaydı
Şah olmaq istəyən molla hardaydı?
Niyə son günlər soxulub araya?
441
Molla istər hazırına şah ola
Sürükləyə bilməsə əyri yola
Devrimə çəkdirə dərd ilə bəla
Həm də duz səpə vurduğu yaraya
442
Oyanan xalqın fikiri gəlişir
Molla islamın donunu dəyişir
Pisi yaxşı göstərməyə çalışır
Qoyma ağı da bənzədə qaraya
127
Siyasət mollanı ixrac eylədi.
443
Tiryakı urusbu edən molladı
Rəhbər olmaq üçün xalqı tovladı
“Salam-salavat” gücüylə ovladı
Dərd çəkdirən düşünməz ki, çaraya
444
*- Ərəb casusu
Mollanı dəstəkləyən geriçidir
Geriçiliyə qarşı seyircidir
Ərəbizmi daşıyan xaricidir*
Molla el-obasın satar paraya
445
Sanki mollasız şey işə salınmaz!
Sanki mollasız qələbə çalınmaz!
Sanki mollasız haqqımız alınmaz!
Sınanmış mollanı soxma araya!
446
Siyasət mollanı
ixrac eylədi
Elçibəy də eyni sözü söylədi
Demokrat olmağın şərti böylədi
Demokrat ağ deyə bilməz qaraya.
447 Sonuc:
Kültür devrimindən öncəki səsə
Mollanı qatma ki, başını kəsə
Çağdaşlıq bayrağı lazımdı əsə
Yazqı yazmaq haqqı verə ... Saraya.
14.01.2006
128