Başa çatacaq



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/25
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13401
1   ...   17   18   19   20   21   22   23   24   25

239


240
İkinci A38 gəmisinin damında terrasın 
sponsoru elə bir telefon şirkətidir ki
çəhrayı rəngin mənsubiyyəti onun hansı 
şirkət olduğunu tam dəqiqliklə bildirir 
və onun adını yazmağa ehtiyac yoxdur. 
Oturacaqları, bir də döşəmə üzərindəki 
naxışları görən hər kəs dərhal onu 
tanıyır.
Əgər bütün xərclər sponsor tərəfindən ödənilirsə, 
tikinti materiallarının ucuzunu axtarmağa ehtiyac 
yoxdur.
112
terras reklamları
“A38” mədəniyyət mərkəzi, Budapeşt, Macarıstan


241


242
“İki il bundan əvvəl bir neçə 
kirayənişin ofisimizə gəlib damda 
bağça qurmağımızı xahiş etdi. Onların 
sözünü yerə salmadıq. Bağça çox ağır ola 
bilməzdi və bu problemə sərt küləklər 
də əlavə olunurdu. Üstəlik, bu cür 
şəraitə davam gətirə bilən bitkiləri də 
seçmək lazım idi.”
Stuba Nikula
Bacarıqlı bağban hətta daim şimal küləyinin tutduğu 
binanın səkkizinci mərtəbəsində də gül-çiçək yetişdirə 
bilər.
113
damda yerləşən bağça
Kaapelitehdas, Helsinki


243


244
Damın ağırlığı torpaq qatının 
tərkibindən asılıdır. Məsələn, adi 
torpaqdırsa, su hopdurulmuş halda 
çəkisi 16 kq/m2 olacaq. Biz çəkisi 6,5 
kq/m2 olan yüngül substratdan istifadə 
edirik, yəni damın çəkisini yarıdan da 
artıq azaltmış oluruq.
Yaşıl damın heç də ancaq düz, yastı 
dam örtüyü üzərində qurulması mütləq 
deyil. Bizdə 25 dərəcəli bucaq təşkil 
edən dam var, heç bir problemi də 
yoxdur. Daha kəskin, tutalım 45 dərəcəli 
bucaq, işi xeyli çətinə sala bilər. Bu 
halda torpaq qatını sürüşmədən etibarlı 
qorumaq üçün xüsusi çıxıntılar qurmalı 
olursunuz, bu isə bahalı bir işdir. Ekoloji 
istifadə üçün bucaq gərək 25 dərəcədən 
artıq olmasın.
1980-ci illərdə Berlində yaşıl damları 
dəstəkləyən proqram həyata keçirilirdi
damların əksəriyyəti hökumət vəsaiti 
hesabına tikildi. Berlin şəhəri leysan 
yağışların ilk zərbəsini tutub saxlamaq 
niyyətindədir ki, yağış suları çaylara 
axıb onları daşdırmasın. Əslində, gərək 
betondan çox böyük zallar, nəhəng su 
anbarları tikiləydi, bu isə həmin effekti 
verən yaşıl damların quraşdırma xərcləri 
nisbətində ikiqat xərc olacaqdı.
Verner Viartalla
“UFA” fabrik ərazisində gəzinti, sanki, 
ekoloji bina tikintisinə aid müxtəlif 
eksperimentlərlə tanışlıq turudur.
“Günəş istisinin təsiri altında standart 
qır-ruberoid örtüklü damın temperaturu 
yay vaxtı 50 dərəcəyə yüksələ bilər. 
Torpaq qatının altında isə temperatur 
25-35 dərəcə təşkil edir. Yəni, bu 
cür damın altındakı otaqlarda hava 
kifayət qədər sərin olur və kondisioner 
işlətməyə daha ehtiyac qalmır.
Torpağın qalınlığı 10 santimetrə 
yaxındır, bu qat yağış suyunun 
təqribən 70%-ni özündə saxlayır. 
Öncə bizim belə bir problemimiz var 
idi – kanalizasiya xətti yağış suyunu 
çaya ötürməyə çatdırmadığından su 
lyuklardan bayıra vururdu. Bütün 
küçələri su basırdı, “ufaFabrik” 
ərazisində də vəziyyət eyni idi. Yaşıl 
damlar üsuluna keçdikdən sonra 
canımız bu haldan qurtardı. Əvvəlcə 
yaşıl damlar yağıntını özünə hopdurur, 
sonra isə həmin su buxarlanır və bu da 
əraziyə sərinlik gətirir. Altındakı otağın 
artıq istisini sovuran bu dam, elektriksiz 
işləyən əla kondisioner sistemidir. Həm 
də otağın havası tozdan təmizlənir; 
burada çox xoş mikro-iqlim hiss olunur.
Termal izolyasiya, yağış sularının hopdurulması, 
qalmaq üçün yer
yaşıl dam
114
“ufaFabrik” mərkəzi, Berlin


245


246
115
Zeytun ağaclarının 2000 növü 
mövcuddur, hər birinin də özünəməxsus 
xüsusiyyətləri var. Qırmızı, qara, yaşıl 
növləri var. Bizim ağaclar yaşıl zeytun 
gətirir. Əslində, zeytun yağı üçün yekə 
dənələr yaramır, xırda zeytunlar bunun 
üçün daha uyğundur.”
Enriko Blasi
“Torpağımız təpənin bir ətəyini tutur. 
Onu satın almışıq. 350 ağac. Ağaclara 
hər il qulluq eləmək lazımdır. Hər 
gün. Bu çətin deyil, asandır. Adi işdir. 
Yaxşı zeytun yetişdirmək üçün ağacları 
budamaq, torpağı hazırlamaq, gübrə 
vermək lazımdır. Zərərvericiləri 
zəhərləməyə ehtiyac yoxdur. Bu 
səviyyədə – dəniz səviyyəsindən 600 
metr hündürlükdə – zeytun ağaclarına 
ziyan vura bilən cücülər olmur. Hər 
şey təbiidir. Heç zeytun ağaclarının da 
düşməni yoxdur.
Zeytun bağı Mədəniyyət Mərkəzinin ayrılmaz 
tərkib hissəsidir. Kənd yerində zaman yavaşıyır.
kənd təsərrüfatı
OZU Mədəniyyət Mərkəzi, Monteleone Sabino


247
Kim istəsə bizə qoşula bilər. Gələnlər 
gecələmə, yemək və yol xərclərini 
ödəyirlər. Uşaqlı ailələr tədbirlərimizi 
çox xoşlayır. Uşaqlar oynayır, otluğun 
içində yumbalanır, aşağı-yuxarı qaçışa 
bilirlər. Kənd camaatını dindirsəniz, 
deyəcəklər: “Hə, bu gün yüz kilo zeytun 
yığmışam.” Yüz kilo zeytun iyirmi litr 
yağ deməkdir. Biz ora gələndə zeytun 
toplayanlar adətən, 10, 12, 15 nəfərlik 
dəstələrə bölünürlər. Günün sonunda 
yüz kilo zeytunu götürüb sıxma 
dəzgahına gedirik. Yol yaman dikdir. Tez 
getmək olmur.”
Paola Simoni
 
“Noyabrda, zeytun yığmaq vaxtı 
gələndə, adamları həftə sonu gəlib 
bizə qoşulmağa dəvət edirik. Zeytunu 
səhər tezdən yığırıq. Adətən, bu, şənbə 
gününə təsadüf edir. Nahara birlikdə 
kabab çəkirik. Yeməkdən sonra, günün 
ikinci yarısında sıxma dəzgahına 
gedirik. Bütün prosesi sona çatdırıb geri 
təzə zeytun yağı ilə qayıdırıq və şam 
yeməyinə hazırladığımız yeməyə artıq 
təzə yağdan vura bilirik. Bazar günü 
kiçik bir gəzintiyə çıxırıq, yaxınlıqdakı 
gölü, Qədim Roma dövründən qalmış 
xarabalıqları ziyarət edirik. Bundan 
sonra ənənəvi yeməklərin və müxtəlif 
yağların dadına baxırıq.


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə