Başa çatacaq



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/25
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13401
1   2   3   4   5   6   7   8   9   ...   25

7
Peter Lényi memarlıq təhsilini Slovakiya Texnologiya Universitetində almışdır.
O, hal-hazırda Bratislavada fəaliyyət göstərən “20-21” memarlıq studiyasına rəhbərlik 
edir.
Bütün gördüklərimi və eşitdiklərimi 
bacardığım qədər bu kitabda sizə 
olduğu kimi çatdırmağa çalışmışam. Bir 
müəllif olaraq məqsədim özümü memar 
kimi göstərmək ya da tənqidçi kimi 
məsləhət vermək deyildi. Məqsədim 
qeyri-adi hesab etdiyim məqamları 
birbaşa müəlliflərin özlərindən 
və bacardığım qədər olduğu kimi 
toplamaq idi. Məlumatlar mümkün 
qədər yığcam, bəzən olduğu kimi, 
artıq söz və cümlə əlavə edilmədən 
verilib. Fikrin çatdırılmasında əsas 
yük bəzən şəkillərin, bəzən də mətnin 
üzərinə düşür. Dünyanı elə gördüyüm 
kimi, hər hansı bir üslubdan istifadə 
etmədən təsvir etməyə, öz şərhlərimi 
mümkün qədər minimum səviyyədə 
saxlamağa çalışdım ki, yaranacaq 
interpretasiyaların və ya ideyaların 
tətbiq dairəsi daralmasın.
Nəticədə 30 mərkəzə aid 123 hekayə 
yarandı. Bu hekayələr toplusunun 
yaratdığı mozaika azad mədəniyyət 
mühitində memar kimi işə başlamaq 
üçün istinad nöqtəsi hesab edə 
biləcəyim bir məlumat mənbəyidir.
 
Bu kitabın ərsəyə gəlməsində əməyi olan 
bütün şəxslərə, o cümlədən mənimlə 
birlikdə onun üzərində işləyənlərə, 
məsləhətçilərimə, respondentlərə, 
ümumilikdə Trans Europe Halles 
şəbəkəsinə, xüsusilə də Stanica Žilina-
Záriečie-yə minnətdarlığımı bildirirəm.
Peter Lényi
7
можливих тлумачень і сфер 
застосування.
І ось результат: 123 історії з 30 
центрів. Разом вони утворюють 
мозаїку, інформаційну базу, яку 
я — як архітектор — представляю 
як відправну точку для роботи 
в рамках незалежного культурного 
середовища.
Дякую всім, хто так чи так долучився 
до процесу створення цієї книжки: 
моїм співавторам, консультантам, 
респондентам, усій мережі Trans 
Europe Halles і особливо центру 
Stanica Žilina-Záriečie.
.
Петер Леній
Петер Леній (Peter Lenyi) отримав ступінь з архітектури у Словацькому 
технічному університеті. Він очолює архітектурну студію «20-21» у Братиславі. 


8
insanların əməyi, bacarığı, ixtiraçılığı və 
yaradıcılığı sayəsində məhz bu yerlərdə 
yaranıb. Fəhlə hərəkatlarının əsaslandığı 
prinsiplər, eləcə də bərabərlik, həmrəylik 
və beynəlxalq şəbəkə ideyaları məhz bu 
məkanlarda yaranıb və özünə yer edib.
Eynilə, işçilərin və onların ailələrinin 
sosial və mədəni həyatı da, insan üçün 
əsas olan fərdi və ictimai özünüifadə 
tələbatı və şəxsi, məhrəm münasibətlər
yeni məhəllələrin salınması və məişət 
rahatlığının yaradılması ilə birlikdə 
bu sənaye qovşaqlarının ətrafında 
cərəyan edirdi. Təxminən iki əsrə yaxın 
bu məhəllələr istehsalat binalarının 
yaxınlığında salınırdılar və bu yaxınlıq 
artıq şəhərlərin və onların sakinlərinin 
genlərində özünə dərin kök salıb.
Keçən əsrin 60-cı və 70-ci illərində 
böyük istehsal əsri başa çatdıqdan sonra 
sənayeləşmə dövrünə aid binalar da tərk 
edildi.
Ancaq bu binalar, onların istifadəsi 
ilə əlaqədar tamamilə fərqli ideyaları 
olan gənc nəsli özünə cəlb etməyə 
başladı. Təsadüfi deyil ki, köhnədən 
yeniyə doğru ilk rəmzi dəyişikliyə məhz 
Fabrik adı verildi. Bu, əlbəttə ki, Endi 
Uorholun 1962-ci ildə Manhettendə, 
47-cü küçədəki 231 nömrəli binada 
yaratdığı studiyanın adı idi. Nyu 
Yorkun həmin dövrə aid fotoşəkillərinə 
baxsanız şəhər memarlığının sənaye 
binalarında yerləşən incəsənət ya da 
mədəniyyət mərkəzlərinin ruhunu 
kərpic divarlar, polad konstruksiyalar, 
“Trans Europe Halles” (TEH) müstəqil 
mədəniyyət mərkəzləri şəbəkəsini təsis 
edildiyi tarixdən indiyədək köhnə fabrik 
binaları ilə əlaqələndirirlər. Hətta bu 
gün də TEH üzvlüyünün şərtlərindən 
biri mərkəzlərin köhnə kommersiya və 
ya sənaye müəssisəsində yaradılmasına 
üstünlük verilməsidir. Fəal gənclərin bu 
cür köhnə binaları boş olduğuna görə 
qanunsuz olaraq zəbt etməsi ya da ucuz 
olduğuna görə icarəyə götürməsi başa 
düşülən olsa da, onları həmin məkanlara 
məcburiyyətdən başqa daha nəyin cəlb 
etdiyini müəyyənləşdirmək bir qədər 
çətin məsələdir. İlk baxışda bu yarıuçuq, 
soyuq və funksionallığını çoxdan itirmiş 
binaların seçilməsinin səbəbi digər 
variantların olmaması ilə izah edilə 
bilər, əlbəttə ki, imkan olsa idi hər kəs 
rahat, yeni və istismara yararlı binalarda 
yerləşməyə üstünlük verərdi. Bəs onda 
bunun bir prinsipə çevrilməsinin səbəbi 
nədir?
Bəlkə də bu sualın cavabını həmin 
məkanların tarixində axtarmaq 
lazımdır. Bizim sənaye mirasımız eyni 
zamanda həm icmaların, həm də xalq 
hərəkatlarının tarixidir. Bir çoxlarımızın 
nəsil şəcərəsinin yaxın keçmişi sənaye 
inqilabları, fabriklər və depolar, kütləvi 
istehsal zavodları və topdansatış 
müəssisələrinin anbarları ilə bağlıdır. 
Yaxınlarımızın həyatı məhz bu binalarda 
və onların ətrafındakı evlərdə keçib. 
Onlar bu yerlər üçün vuruşub, yeni 
cəmiyyətin təməlini məhz bu yerlərdə 
qoyublar. Bizim müasir şəhərlər çalışqan 
2
mədəniyyət fabrikləri


9
onlar da Qərbdəki binaların məruz 
qaldığı transformasiya dövründən keçir.
“Trans Europe Halles” şəbəkəsi bu 
tendensiyanı elə ilk gündən aşkarlayaraq 
ona qoşuldu. Onun üzvləri tərk edilmiş 
bağlı bazarlarda, köhnə zavodlarda 
və oxşar məkanlarda yerləşdilər. 
Yeni mədəni hərəkatların pionerləri 
həm də köhnə sənaye obyektlərini 
mühafizə edir, onların qorunub 
saxlanmasına çalışırdı. Bu miras müasir 
cəmiyyətimizin banisi olan insanların 
timsalıdır. Həmin insanların xatirəsinə 
heç bir abidə ucaldılmasa da bugünkü 
rifah səviyyəmizə nail olmaq, gələcək 
nəsillər üçün yeni imkanlar yaratmaq 
məqsədi ilə gecə-gündüz tər tökənlərin 
ruhunu məhz həmin binalar təmsil 
edir. İsveçin Lund şəhərindəki Mejeriet 
mədəniyyət mərkəzinin yerləşdiyi sadə, 
lakin gözəl arxitekturalı köhnə yağ 
zavodu, Kaapelitehdas (kabel zavodu) 
mərkəzinin yerləşdiyi və kafedral 
kilsənin nəhəng interyerini xatırladan, 
əvvəllər transatlantik kommunikasiya 
xətləri üçün kabellərin istehsal edildiyi 
zavod kimi köhnə sənaye obyektlərinin 
özünəməxsus cazibəsi var. Onların bizə 
nəql etdiyi tarix kitablarda yazılmayıb 
və tanımadığımız insanların həyat 
tarixçələrindən ibarətdir. Ayrı-ayrı 
siniflərin konyunktur maraqlarından 
uzaq, mədəniyyət üçün mübarizəni 
davam etdirən gənclik isə bu tarixi 
yaşatmağa nail olmuşdur. Belə 
mədəniyyət və incəsənət mərkəzlərinə 
və bu cür binalara bütün Avropa 
ölkələrində rast gəlmək mümkündür. 
Sizə qalan isə gedib onları kəşf etməkdir.
Sendi Fitscerald
divarların və yolların üstü ilə gedən 
boru xətləri, dəmir qutular və çox sayda 
dayaq sütunları ilə necə əks etdirdiyini 
görərsiniz.. Uorholun valideynləri 
fəhlə sinfinin nümayəndələri idi. 
Bəlkə də buna görə o hesab edir ki, 
kamilliyin, hətta nəcabətin halal əməkdə 
axtarılması sələflərimizin xatirəsinin uca 
tutulmasıdır.
 
1960-cı illərdən başlayaraq Avropada 
yeni gənclər hərəkatları belə bir ideyanı 
geniş yaymağa başladılar ki, mədəniyyət 
ancaq hakim zümrənin inhisarında 
deyil və hər bir kəsin mədəni sahədə 
öz sözünü deməsi üçün başqaları ilə 
bərabər hüququ var. 
Bu ideyanı həyata keçirmək üçün yeni 
məkanlara ehtiyac vardı, çünki mövcud 
konyunktura “inqilabçıları” öz büllur 
saraylarında görmək istəmirdi. Atılmış 
sənaye müəssisələri bu dəfə tamam 
fərqli funksiya ilə, “mədəniyyət zavodu” 
kimi istismara qaytarıldı. Köhnə sənaye 
istehsalı müəssisələri musiqinin, rəqsin, 
səhnə sənətinin, təsviri incəsənətin 
yeni formalarının və ümumiyyətlə, 
özündə dəyişikliyi, azadlığı əks etdirən 
bütün növ innovasiyaların vüsət aldığı 
məkanlara çevrildi. 
Bu gün kontr-mədəniyyət hərəkatından 
pank hərəkatına, icmalardan ekologiya 
qruplarına, məhəllə mərkəzlərindən 
anarxist qruplara qədər bütün 
səviyyələrdə sənaye dövrünün mirasının 
həyata qaytarılması davam edir. 1989-cu 
ildə “dəmir pərdə” qalxandan sonra 
dünyaya açılmış yeni məkanda da köhnə 
binalara münasibət dəyişdi. Hal-hazırda 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə