Başa çatacaq



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/25
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13401
1   2   3   4   5   6   7   8   9   10   ...   25

43


44
Bir nəhəng obyekt mövcudluğunun ilk fəslini başa 
çatdırıb, gələcəyi isə hələ məlum deyil. Ancaq 
indidən aydındır ki, burada yeni nə yaradılır-
yaradılsın, qeyri-adi olacaq.
20
qaz anbarı
“Suvilahti” mədəniyyət mərkəzi, Helsinki


45
İki nəhəng qaz rezervuarının içi 
boşaldılmış, təmizlənmiş və mümkün 
olduğu qədər texniki tələblərə 
uyğunlaşdırılmış olsa da, onlardan hansı 
yeni məqsədlə istifadə oluna biləcəyi 
hələ qaranlıq qalır.
Rezervuarların daxilindəki məkan 
texniki məqsədlərlə tikilmiş və estetik 
effekt yarada biləcək heç bir şeyin 
olmadığı bütün obyektlərə məxsus 
cazibəyə malikdir.


46
Hər gün “Žilina-Záriečie” mərkəzindən 
yerli marşrutlarla hərəkət edən yüzlərlə 
insan keçir. Hətta heç vaxt içəridə 
olmayan, ifalara tamaşa etməyən, 
bir fincan qəhvə içməyənlər də bu 
mədəniyyət mərkəzinin faydasını hiss 
edirlər. Bina bütün gün ərzində təmiz və 
təhlükəsizdir, onun ətrafındakı sahəyə 
isə yüksək standartlar əsasında qulluq 
edilir.
Dəmir yolundakı canlanmanın 
sayəsində hətta mədəni tədbirlərin 
keçirilmədiyi vaxtlarda da burada həyat 
qaynayır.
“Binanı simvolik qiymətlə icarəyə 
götürmək üçün Slovakiya Milli 
Dəmiryolları ilə danışıqlarımız düz iki il 
davam etdi.
Şirkətlə tərəfdaşlıq etmək üçün biz 
çox gənc hesab olunurduq. Marek 
Adamovun atası elə buna görə şirkət 
rəsmiləri ilə görüşlərimizin təşkilində 
bizə köməklik edir, hətta bizi rəsmi 
yığıncaqlarda müşayiət edirdi. Binanın 
tam rekonstruksiyasına biz, ancaq bir 
otaqdan istifadə etməyimizə icazə verən 
qısamüddətli müqavilə ilə başladıq. 
Bütövlükdə binanın 30 illik müddət 
ərzində, həm də rəmzi icarə haqqı ilə 
istifadəsi üzrə müqaviləni isə xeyli sonra 
bağlaya bildik. Həmin müqavilədə bizim 
üzərimizə rekonstruksiya işləri üçün 
ən azı 300 000 avro xərcləmək öhdəliyi 
qoyulurdu.
Robo Blaško
Stanica (Stanitsa) hələ də dəmiryol stansiyasıdır.
21
dəmiryol stansiyası
“Stanica Žilina-Záriečie” mədəniyyət qovşağı


47


48
Bunun üçün o, digər dörd dizaynerlə 
birlikdə, əvvəllər London metro 
şəbəkəsinin “Jubilee” (Yubiley) xəttinin 
istismardan çıxarılmış dörd vaqonundan 
və iki yük konteynerindən istifadə etdi.
Lakin, arzusunu reallaşdırdıqdan sonra 
Auronun daha studiyaya ehtiyacı 
qalmadı, çünki artıq o, yeni yaradılmış 
mədəniyyət mərkəzinin direktoru idi.
Amelie Snayers
“Auro Fokskroft ali təhsilini mebel 
dizaynı üzrə almışdı. Təhsili başa 
vurduqdan sonra o, Londonun 
mərkəzində icarə haqqı çox yüksək 
olmayan studiya tapmağın nə qədər 
çətin olduğunu öyrəndi. Bir gün qatarla 
İsveçrəyə gedərkən Auronun ağlına 
gəldi ki, çox ucuz qiymətə satılan köhnə 
vaqonları əldə edərək onları ofisə çevirə 
bilər.
Əvvəl bu şəxsi məsələ idi. Amma onun həlli 
gözlənilmədən eyni problemlərin həlli üçün çalışan 
digər insanların da daxil olduğu böyük qrupun 
yaranması ilə nəticələndi.
22
vaqonlarda yerləşən studiyalar
“Village Underground”, London


49


50
Materiallar:
| 3 000 pivə yeşiyi
| 800 saman tayı
| 10 m 3 adi döşəmə taxtası
| 60 taxta-yonqar lövhə
| 120 ədəd köhnə dəmiryol şpalı
| 2 ədəd 12 metrlik yük konteyneri
| İki maşın gilli torpaq
| on min mismar
| 1 km yivli mil
| min ədəd vint, şayba və qayka
| min beş yüz taxta şurupu
| torpağın düzləşdirilməsi üçün bir 
maşın çınqıl
| elektrik avadanlığı üçün bir ədəd 
uzatma kabeli
| iki əl arabası
| bir ədəd kiçik taxta körpü
| 100 könüllü
| 3 ay
| 10 000 avro
Artıq 1-ci ilin tamamında obyektə 
dəvət olunan ifaçılara xərclənən vəsait 
onun tikintisinə sərf olunan məbləği 3 
dəfədən çox üstələmişdi.
 
Körpü altında sənədsiz tikilən bu 150 yerlik teatr 
sonradan yerli hakimiyyət orqanları tərəfindən 
incəsənət obyekti kimi rəsmi qeydiyyata alındı.
23
“Beer crate” səhnəsi
“Stanica Žilina-Záriečie” mədəniyyət qovşağı


51


52
80-ci illər
| 80-ci illərdə sosial ab-hava dəyişdi. 
Onunla birlikdə Amsterdam da 
dəyişmişdi və Melkweg də bu prosesdən 
kənarda qalmadı. Qaranlıq bina al-əlvan 
işıqlara qərq oldu.
| Ancaq bina tam olaraq hələ də onların 
mülkiyyətinə keçməmişdi, buna görə 
də onlar 1986-cı ildə yaranan imkandan 
binanı öz nəzarətlərinə keçirmək üçün 
istifadə etdilər.
90-cı illər
| 1995-ci ildə 1000 yerlik yeni 
konsert zalı tikildi və binanın 
girişi genişləndirildi. Tədbirlərin, 
tamaşaçıların, işçilərin sayı və gəlirlərin 
həcmi... hər şey iki dəfə çoxaldı. Bu, 
böyük nailiyyət idi.
| Ancaq ortaya yeni problem çıxmışdı, 
ziyarətçilərdə elə təəssürat yaranırdı ki, 
bina sanki iki – yeni (konsert zalı, giriş) 
və zəif rekonstruksiya edilmiş köhnə 
hissədən ibarətdir.
70-ci illər
| 1970-ci ilin yayında Melkweg iki ay 
ərzində təxminən bu günlərdə təşkil 
etdiyi proqramlar qədər dolğun və 
rəngarəng bir proqrama ev sahibliyi 
edirdi. O illərdə mərkəz indikindən 
çox kiçik idi. Son dərəcə intensiv 
keçən həmin tədbirdən sonra onlar bir 
həftəliyinə Melkweg-i bağladılar. Bir 
həftə sonra yenidən istifadəyə verildikdə 
isə mərkəzdə dörd həftə boyunca ölüm 
haqqında tamaşa göstərildi. O vaxt 
binada əsaslı dəyişiklik aparmaq heç 
kimin ağlına gəlmirdi və sadəcə ən zəruri 
rekonstruksiya işləri aparılırdı.
| Bir müddət sonra şəhər hökuməti 
onlara bir miqdar pul ayırdı ki, heç 
olmasa binanı təhlükəsizlik tələblərinə 
uyğun vəziyyətə gətirsinlər.
| Növbəti il yay başa çatdıqdan sonra 
isə Melkweg yenidən və bu dəfə düz bir 
illiyinə bağlandı.
| 1972-ci ildə onlar binanı icarəyə 
götürdülər. Binanın növbəti 25 il 
ərzində davam edən rekonstruksiyası 
başladı. Başlanğıcda iş “özün nə 
bacarırsan, elə” prinsipi ilə aparılırdı, hər 
kəs bacardığını eləyirdi. Sonra proqramı 
10 günlüyünə dayandırdılar ki, diqqət və 
səylərini ancaq tikinti və rekonstruksiya 
işlərinə sərf etsinlər.
İki ay davam edən tədbirdən addım-addım Avropa 
mədəniyyət mərkəzlərinin siyahısındakı birinci yerə 
aparan qırx illik yol.
bir böyümənin tarixçəsi
24
“Melkweg” konsert klubu və multimedia mərkəzi, Amsterdam


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə