Başa çatacaq



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/25
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13401
1   2   3   4   5   6   7   8   9   ...   25

35


36
birinci mərtəbənin qiyməti ilə 
müqayisədə çox aşağı idi. İnsanların, 
avadanlığın, pivə çəlləklərinin, divan və 
təkərli kürsülərin yuxarı daşına bilməsi 
üçün binanın əsas girişində nəhəng 
lift quraşdırılmaqla giriş problemi həll 
edilmişdi.
 
“Bakelit MAC” incəsənət mərkəzi ətrafı 
hasarlanmış, içərisində qəbul otağı, 
ətrafında isə sexlər, tikinti materialları 
satılan mağazalar olan kompleksdə 
yerləşir.
1999-cu ildə “Bakelit MAC”ın sahibi 
Márton Bauer fabrikdəki çardağı satın 
alarkən onun sahəsi 1600 kv. metrə 
bərabər idi.
Bu gün onun sahəsi 2200 kv. metrə 
çatıb. “Bakelit MAC”ın işçiləri bütün 
mümkün olan yerlərdə bu hündür 
tavanlı məkanı bir neçə mərtəbəyə 
böldülər. Onlar çardaqda 3 m 
hündürlüyündə yeni mərtəbə tikdilər 
və yararlı sahəni dəfələrlə böyütdülər. 
Hətta bu gün də çardaqda məkanın 
genişlənməsinə imkan verən sahələr 
var. Ofislərə çatdırılan yeməklərin 
hazırlandığı mətbəxin tavanı həddən 
artıq hündürdür. Onun tezliklə 
sökülərək aşağı salınması planlaşdırılır. 
Tavan aşağı salındıqdan sonra yaranan 
yeni sahədən isə ofis kimi istifadə 
olunacaq.
Satın alındığı tarixdə giriş-çıxışı çox 
çətin olduğu üçün çardağın qiyməti 
16
Məkanların istifadəsini çətinləşdirən nöqsanların 
sayı çoxaldıqca başqa yerlərlə müqayisədə onlara 
maraq da azalır və nəticədə binanın bazar qiyməti 
aşağı düşür. Bax elə bu zaman biz həmin bina ilə 
maraqlanmağa başlayırıq.
çardaq
“Bakelit MAC” incəsənət mərkəzi, Budapeşt


37


38
17
Gəminin dayandığı yerin seçilməsinə 
çox praqmatik yanaşıldı. Üstünlük, 
gözəl şəhər mənzərələrinə ya da 
şəhərin bohema ruhlu hissələrinə 
deyil, UNESCO tərəfindən mühafizə 
edilən şəhər mərkəzinə və Petofi 
körpüsünə yaxınlığa verildi. Gəmi Petofi 
körpüsündən cəmi 135 metr aralıda 
lövbər salmışdır.
Yaxşı düşünülmüş layihə, lazımi 
məbləğdə maliyyə vəsaitlərinin ayrılması 
sayəsində gəminin göyərtəsində 
hərtərəfli təchiz edilmiş 5 bar, 2 terras 
və 700 nəfərlik konsert zalı (“ev içində 
ev” prinsipi əsasında) istifadəyə vermək 
mümkün olmuşdur. Gəmi mükəmməl 
akustikaya malikdir. Onun göyərtəsində 
restoran, rəsm qalereyası, səsyazma 
studiyası və ofislər də yerləşir.
Bu başqaları üzərində açıq-aydın bir 
rəqabət üstünlüyüdür – hamı sahildə, 
sən isə gəmidəsən. Gəmi çox güclü bir 
rəmzdir. Hətta lövbər salmış vəziyyətdə 
belə onun görünüşü insanda macəra 
və kəşf həvəsi, gəmiyə çırpılan dalğalar, 
döşəmənin ləngər vurması isə haradasa 
bir cəsarət və yenilik ab-havası yaradır.
Əslində qalsa, “A38” gəminin adıdır. 
“A” hərfi gəminin prototipinin adı olan 
“Artyomovsk” sözünün baş hərfi, 38 
rəqəmi isə onun seriya nömrəsidir. 
Əvvəllər bu Ukrayna gəmisindən 
daş daşımaq üçün istifadə olunurdu. 
Əvvəllər əsas yük anbarı olan yerdə indi 
rok çalınan konsert zalı yerləşir.
Gəminin yeni dizaynına memarlar üç 
ilə yaxın vaxt sərf etmişdilər. Gəmi 
Komarno tərsanəsində təmir edilmişdi. 
İnteryerin tərtibi və texniki avadanlığın 
quraşdırılması isə Budapeştdə cəmi üç 
ay ərzində başa çatdrılmışdı.
Açılış mərasimi 30 aprel, 2003-cü ildə 
keçirildi. Gəminin rekonstruksiyasına 
qoyulmuş 3 milyon avro vəsaiti 6-7 
il ərzində qaytarmaq mümkün oldu. 
Mərkəzin bundan ruhlanan sahibləri 
ikinci, bu dəfə tamamilə yeni gəmi inşa 
etdirdilər. Həmin gəmi A38-in yanında 
lövbər salıb.
Qəsəbənin ən gözəl binaları çay sahilində olsa da 
onların icarə haqqı çox yüksəkdir. Mədəniyyət 
mərkəzinin gəmidə yaradılması ideyası bu 
baxımdan çox effektiv variant hesab edilə bilər.
gəmi
“A38” mədəniyyət mərkəzi, Budapeşt


39


40
“Burada demək olar ki, istədiyiniz bütün 
tamaşaları hazırlaya bilərsiniz. Səhnəni 
aşağı-yuxarı hərəkət etdirə, qara rəngli 
pərdələr seçə, ya da bütün bunları ləğv 
edib “qara qutu” (black box) üslubunda 
teatr səhnələri göstərə bilərsiniz.
Federika Roççi
Texniki qurğuların birbaşa zalın üstündə 
yerləşdirilməsi məkanın dəyişdirilməsi 
ilə bağlı çox geniş imkanlar yaradır. 
Lampaları istədiyiniz yerdən asa, 
məkanı bir neçə yerə bölə bilərsiniz. 
Məsələn, səhnəni ortada qurmaq olar, 
tamaşaçılar isə ayaq üstə durub ya 
da dairəvi şəkildə səhnənin ətrafında 
oturub tamaşanı izləyə bilərlər. Səhnə 
hündür podium üzərində, tamaşaçılar 
isə onun qarşısında, ya da əksinə, səhnə 
aşağıda, tamaşaçılar isə hündürdə 
yerləşə bilər.
Mərtəbənin dairəvi planı və bərabər paylanmış 
texniki struktur müxtəlif konfiqurasiyalı səhnələrin 
qurulmasına imkan verir.
18
dairəvi məkan
“DOM”, Bolonya


41


42
Şəhərin mərkəzində həyat çox gərgindir, 
hər şey çox bahadır. Tələblər yüksək, 
təkliflərin həcmi böyük, torpağın 
qiyməti çox baha, icarə haqqı çox 
yüksəkdir. Village Underground hər 
cəhətdən çox əlverişli olan ərazidə – 
Londonun mərkəzində yerləşdiyi üçün 
Auro Fokskroftun əvvəl heç kimin 
fikir vermədiyi yerdə yeni bir məkan 
yaratmaq qabiliyyətinə minnətdar 
olmalıdır.
Londonun şərq hissəsində, bir vaxtlar 
sökülmüş körpünün iri sütunlarının 
(15 m x 20 m) üstündə yerdən üç 
mərtəbə hündürlükdə boş meydança 
qalmışdı. Sütunların üstündəki 
meydançaya köhnə metro vaqonları və 
yük konteynerləri yerləşdirildi və onlar 
Village Underground-un iş yerlərinə 
çevrildi.
 
Hər gün biz mədəniyyət mərkəzi üçün ideal yerlərin 
yanından keçirik, amma onları görə bilmirik. 
Ancaq kimsə bunu necə etmək lazım olduğunu bizə 
göstərəndən sonra hər şey birdən-birə çox aydın 
görünür.
19
potensialı olan məkanlar
“Village Underground”, London


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə