Başa çatacaq



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/25
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13401
1   ...   4   5   6   7   8   9   10   11   ...   25

53
memardan mərkəzlə şəhər teatrının 
köhnə binası arasında yeni korpus 
tikməyin mümkün olub-olmayacağını 
soruşdu.
| Memar “Melkweg” üzərində havada 
hərəkətsiz dayanmış qutunu xatırladan 
yeni binanın layihəsini hazırladı.
Həmin “qutunun” tikintisi 2005-ci ildə 
başladı və 2009-cu ildə yeni məkan 
istifadəyə verildi. Binada əvvəllər 
aparılmış iki əsaslı rekonstruksiyaya 
2.5 milyon avro xərclənmişdi, yeni 
korpusun tikintisi isə 50 milyon avroya 
başa gəldi.
| Deyəsən bu, belə kiçik məkanda 
tikilməsi mümkün olan son bina idi. 
Burada artıq hər şey qaydasındadır.
Kor Şlosserin mühazirəsindən qeydlər.
2000-ci il
| 2000-ci ildə Melkweg tamamilə 
yenidən quruldu. Daxildəki bütün 
məkanlar yüksək səviyyəyə çatdrılmışdı, 
texniki imkanlar nəhayət ki, keçirilən 
əyləncə tədbirlərinin tələblərinə 
uyğunlaşdırılmışdı.
| Artıq daha irimiqyaslı tədbirlər təşkil 
etmək və daha məşhur sənətçiləri dəvət 
etmək mümkün idi.
| Kor Şlosser düşündü ki, “artıq binada 
bütün görüləsi işlər başa çatdı və indi 
nəsə başqa iş görmək lazımdır”. Elə bu 
vaxt o, şəhərin köhnə teatr binasında 
(teatr qonşu binada yerləşirdi) daha 
tamaşalar göstərmək istəməyən, oradan 
çıxmaq istəyən yerli teatr truppasının 
planı ilə tanış oldu. Onlar yeni bir 
yer axtarırdılar ki, şəhər teatrının 
tarixi, köhnə binası kimi onların 
imkanlarını məhdudlaşdırmasın. Kor 
“Melkweg” mərkəzində əvvəllər aparılan 
rekonstruksiya işlərinə rəhbərlik etmiş 


54
24
“Melkweg” konsert klubu və multimedia mərkəzi, Amsterdam


55


56
“Kompleks keçən əsrin 20-ci illərində, 
yəni faşist Mussolini hakimiyyətdə 
olduğu dövrdə tikilib. Bu yer 
malların – təzə və dondurulmuş ərzaq 
məhsullarının saxlanması üçün istifadə 
olunub. Hal-hazırda bizim yerləşdiyimiz 
bina əvvəllər anbar olub. Biz onun çox 
kiçik bir hissəsini tutmuşduq, çünki 
bu həqiqətən nəhəng obyektdir və 
labirintə oxşayır. Onun bir bölməsi bizə 
artıqlaması ilə kifayət edirdi.”
Bir neçə il sonra obyektin sahibi başqa 
məqsədlərlə istifadə etmək üçün onu 
rekonstruksiya etməyi planlaşdıranda 
vəziyyət dəyişdi. İnterzona həmin 
ərazidəki başqa binaya köçməli oldu.
“Əvvəl, bu yeri tərk edib digər binaya 
köçmək bizim üçün çox ağır gəlirdi. 
Gördüyünüz kimi, bu məkan qəribə 
həndəsi formaya malikdir, köçməli 
olduğumuz bina isə düzbucaqlı 
formasında və tamamilə boş idi, bizə elə 
gəlirdi ki, bu yer bizə heç uyğun deyil. 
Ancaq bir müddət sonra, əvvəl onu 
xoşlamağa, sonra isə sevməyə başladıq. 
Haradasa elə həmin vaxt da güclü 
kollektiv olmağın əhəmiyyətini dərk 
etməyə başladıq. Məkan bizim üçün 
artıq əhəmiyyətini itirmişdi.
Ada Arduini
İşlədiyimiz yerlə münasibətlərimiz çox vacibdir. 
Ancaq işlədiyimiz kollektiv ondan da vacibdir
köç
25
“İnterzona” Mədəniyyət Assosiasiyası, Verona


57
Səddin üstündən aşıb bu orijinal binaya yaxınlaşırıq. İndi o, tamamilə boşdur.


58
| Küçədə-bayırda baş verənlərin sənə 
heç bir aidiyyəti yoxdur.
| Həmişə ən asan yolla get və başqalarını 
təqlid et.
| Diktator ol.
2012-ci ildə keçirilmiş “Living 
Underground” seminarının iştirakçıları
| Mədəniyyət mərkəzi çox böyük 
olmalıdır.
| Ən yaxşı mühasiblər incəsənət 
ustalarıdır.
| Yerli icma ilə əlaqə qurmaq lazım deyil.
| Mədəniyyət mərkəzində anbar lazım 
deyil.
| Sirlərini digər mərkəzlərə açma.
| İnsanları əvvəlcədən 
məlumatlandırma. Qoy hər şey onlar 
üçün sürpriz olsun.
| Sponsorlardan pul al və bir daha 
onlarla heç bir əlaqə yaratma.
| Ən kiçik, ən ucuz və ən köhnə 
avtomobil al.
| Şəhərsalma ilə məşğul olan orqanların 
və memarların tövsiyələrinə qulaq asma.
| Məkanı elə əvvəldən tam hazır 
vəziyyətə gətir ki, sonradan onun 
yaxşılaşdırılmasına ehtiyac qalmasın.
| Qaydalara əməl et, qanunların 
tələblərini ən ciddi şəkildə yerinə yetir.
| Obyektdə bar ya da mağazadan gələn 
xeyir? Bu sənə lazım deyil.
| İnsanların dediyi bütün sözlərə inan, 
sənədləşdirməyə ehtiyac yoxdur.
| Eyni anda bir neçə layihə üzərində işlə.
| Əsas diqqəti estetikaya yönəlt, 
məzmun o qədər də vacib deyil.
| Bütün işlər üçün bir məkandan istifadə 
et. Açılışa hazırlaşmağa ehtiyac yoxdur.
| Avadanlığı icarəyə götürmə, satın al.
| Yüz ölçmə. Elə bir dəfəyə biç.
| İşlərin təhvil verilməsinə müddət 
qoyma.
| Binanın xarici görünüşünün necə 
olduğu səni narahat etməsin.
yanlış fikirlər
26
“Stanica Žilina-Záriečie” mədəniyyət qovşağı


59


60
“Biz heç vaxt açılış tədbiri keçirmirik. 
İnsanlar soruşanda ki, bina nə vaxt hazır 
olacaq, deyirik ki, heç vaxt. Bura heç 
vaxt tam hazır olmayacaq. Ümid edirik 
ki, daim dəyişəcək və inkişafda olacaq.
Stuba Nikula
Bina nə vaxt hazır olacaq?
27
tikinti işləri nə vaxt başa çatacaq?
“Suvilahti” mədəniyyət mərkəzi, Helsinki


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə