Başa çatacaq



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/25
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13401
1   ...   7   8   9   10   11   12   13   14   ...   25

79


80
Binada hostel, kafe və kinoteatr 
fəaliyyət göstərəcək. İstənilən təmir 
işində birinci addım yeni pəncərələrin 
quraşdırılmasıdır. Hal-hazırda bina 
bağlıdır, kənar şəxslər içəri girə bilməz, 
içəri hətta bir damcı yağış da, qar da 
düşə bilməz. Çölü qaydasına salınıb, 
içəridə isə xaosdur.
Rekonstruksiya işlərinə haradan başlanılmalıdır? 
Binanın uçulub-dağılması gözlənilmirsə və 
konstruksiyaların əsaslı təmirə ehtiyacı yoxdursa 
ilk növbədə atmosferin zərərli təsirindən mühafizə 
etmək üçün onun eksteryerinə qoruyucu üzlük 
çəkilməlidir. Damın və fasadın vəziyyəti nisbətən 
qənaətbəxş olsa da binanın açıq yerlərinin üstünü 
örtmək lazımdır. Belə olsa bütün il boyu içəridə 
işləmək olar.
35
Əsas örtükdür
Müasir incəsənət mərkəzi Menų spaustuvė, Vilnüs


81


82
36
Müvəqqəti həll variantı
Zalda hər il qış mövsümünə uyğun 
dəyişikliklər aparılacaq. Bunun üçün 
sadə taxtabəndlər qurularaq binanın 
damına bərkidiləcək. Zalın işlək 
hissələrində rahatlıq təmin ediləcək, 
həmin hissələrin sərhədləri boyunca 
parça materialdan divarlar salınacaq 
və nəticədə məkanın qızdırılması xeyli 
asanlaşacaq.
Əvvəllər trenajor zalı kimi istifadə 
edilən bu məkanın qış mövsümündə 
qızdırılması iqtisadı baxımdan sərfəli 
deyildi. Sahəsi çox böyük, həcmi isə 
nəhəng idi.
Bütün böyük məkanların kiçildilməsi mümkündür.
Məkanın kiçildilməsi
“Mains d’Oeuvres”, Paris


83
Daimi həll variantı
Daimi həll variantı olaraq içəridə yeni, 
divarları və tavanı binanın divar və 
tavanlarından aralı olan qutuşəkilli 
obyektin tikilməsi nəzərdə tutulur.
Yaxınlıqdakı ərazidə çox sayda köhnə 
bina söküldüyünə görə, həmin 
binalardan çıxan köhnə pəncərələrdən 
pulsuz və ya nəqliyyat və işçiyə 
ödəniləcək məbləğin müqabilində 
istifadə etmək olar. Ancaq ən çətini də 
elə budur, yəni pəncərələrin daşınmasını 
həmin köhnə binalar istismardan 
çıxarıldıqdan sonra, lakin söküntü işləri 
başlamazdan əvvəl təşkil etmək lazımdır.
Nəticə:
| Daha kiçik büdcə
| Köhnə materialların təkrar istifadəsi
| Eksperiment aparmaq imkanları
| Kollektiv əməyin təşkili
| Reklam


84
Böyük məkanlar kiçiklərlə müqayisədə daha geniş 
seçim imkanları vəd edir. Sən bir neçə kiçik otağı bir 
böyük zala çevirə bilməzsən, ancaq böyük zalı kiçik 
otaqlara bölə bilərsən.
37
Müvəqqəti arakəsmələr
“Röda Sten” müasir incəsənət mərkəzi, İsveç, Höteborq şəhəri


85


86
“Łaźnia Nowa” teatr binasının 
digərlərindən üstünlüyü bu imkana 
malik olmasıdır.
Səhnə və zal mərkəzi hissədə yerləşir.
Binanın sol bölməsi (bağ tərəf) və giriş 
hissəsi (küçə tərəf) ziyarətçilər üçün 
nəzərdə tutulub. Həmin bölmələrdən 
keçib tamaşa zalına və bara gedə 
bilərsiniz.
Sağ bölmə (yaxınlıqdakı binalara baxan 
tərəf) və arxa hissə (stadiona baxan 
tərəf) isə mərkəzin işçiləri və sənətçilər 
üçün nəzərdə tutulub.
Bir çox işlərin görülməsi ilə bağlı problemlərin 
aradan qaldırılması ziyarətçilər və işçilər üçün 
nəzərdə tutulmuş məkanların bir-birindən ayrılması 
ilə mümkündür. Bu açıq-aydın bir həqiqətə 
demək olar ki, heç bir mədəniyyət mərkəzinin 
yaradılmasındakı transformasiya prosesində əməl 
olunmamışdır.
38
İşçilərlə ziyarətçilərin ayrılması
“Łaźnia Nowa” teatrı


87


88
Hər santimetrin nəzərə alındığı bu 
kiçik məkanda tamaşaçılar üçün 
oturacaq yerləri modullar şəklində 
planlaşdırılmışdır.
Bütün döşəmə hər birinin eni 90 
sm olan mütəhərrik platformalara 
bölünmüşdür. Bu platformalar üzbəüz 
divarlara bərkidilmiş tirlərin üzəri 
ilə aşağı-yuxarı hərəkət etdirilə bilər. 
Başlanğıcda biz, platformaları qaldırmaq 
üçün əllə hərəkətə gətirilən baraban 
mexanizmi barəsində düşünürdük, 
sonradan bunun üçün tavana 
bərkidilmiş mühərrikdən istifadə 
etməyə qərar verdik.
Tamaşaçı zala girən kimi sağ tərəfdəki 
pilləkəni görür. Pilləkənlə qalxdıqdan 
sonra isə yalnız bir dəhlizdən keçərək 
oturacaq sıralarına keçir və xüsusi 
dizaynlı yumşaq oturacaqlara oturur.
Semolinika Tomiç
“Antik teatrın tamaşa zalı 22 m 
dərinlikdə yerləşir. Onun eni 5.2, 
hündürlüyü isə 4.4 metrdir. Zalda 
təxminən 80 oturacaq yerləşdirmək olar.
Mərkəzdə digər tədbirlər də təşkil 
edildiyinə görə biz, lazım gəldikdə 
texniki mütəxəssislərin köməyinə 
ehtiyac olmadan oturacaqların zaldan 
tez uzaqlaşdırıla bilməsini istəyirik. 
Bu zaman həll etməli olduğumuz ən 
vacib məsələ isə tamaşaçıların maneəsiz 
giriş-çıxışını, zala girib öz oturacaqlarını 
rahat tapmasını təmin etməkdir. 
Oturacaqların arasında biri giriş, biri də 
oturacaqlara tərəf getmək üçün nəzərdə 
tutulan iki keçidin olması bizi qane 
etmirdi.
Kiçik, dar sahələrdə onsuz da az olan ayaqüstü yer 
sayını giriş-çıxış dəhlizlərinin qeyri-effektiv şəkildə 
layihələndirilməsi daha da azaldır. Dəhlizlərin 
sayını azaltmaqla bu istiqamətdə daha yaxşı nəticə 
əldə etmək olar.
39
Dar məkan
Antik teatr səhnəsi, Barselona.


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə