Başa çatacaq



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/25
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13401
1   ...   8   9   10   11   12   13   14   15   ...   25

89


90
“Kafedral kilsədə biz, hər şeyi olduğu 
kimi saxlamaq istəyirik. Divarları 
boyamadıq, çünki indiki halında 
həmin divarların sənayeləşmə dövrünü 
xatırladan xüsusi cazibəsi var. Həmin 
cazibəni qorumaq həqiqətən də 
vacibdir, çünki bu gün getdikcə daha çox 
sayda sərgi salonu artıq bayağılaşmış “ağ 
kub” konsepsiyasındadır. Buraya gəlib 
sənayeləşmə dövrünün “beton” ruhunu 
hiss etmək gözəldir. Eyni zamanda, 
məkanın özünəməxsus xarakteri 
əsərlərini burada nümayiş etdirən 
sənətçilər üçün də bir çağırışdır.
Mia Christersdotter Norman
Neytral mühitdə eksponat ön plana daha çox çıxır. 
Güclü xarakterə malik məkan ilə eksponat isə 
sanki bir-biri ilə daim dialoqda olur. Hansı daha 
dəyərlidir? Bina yoxsa sərgi?
40
sənaye qalereyası
“Röda Sten” müasir incəsənət mərkəzi, İsveç, Höteborq şəhəri


91


92
Bu zalda proqramların təşkili baxımından 
ölçü məhdudiyyəti yaradan yeganə amil nəhəng 
düzbucaqlı sütunlardır.
karkas
41
“Manifatture Knos”, Leççe, İtaliya


93


94
Məkan çox geniş, döşəmə isə düz və hamardır. 
Masalar, səhnə, arakəsmələr, digər mebel və 
avadanlıqlar bir nəfərin asanlıqla hərəkət etdirə 
biləcəyi quruluşa malikdir.
səyyar mebel
42
“Manifatture Knos”, Leççe, İtaliya


95


96
Tavanda işıqlandırma və akustika 
sistemlərinin asılması üçün karkas 
quraşdırılıb. Divarlar qara pərdə ilə 
örtülüb.
Bu dekorasiya elementləri istənilən vaxt 
uzaqlaşdırıla bilir, nəticədə tarixi bina 
olduğu kimi qalır.
Teatr zalı divarı və tavanları qara rəngə boyanmış 
neytral məkandır, buna görə də tamaşaçı bütün diqqətini 
ifaçıların çıxış etdiyi, projektorların işıqlandırdığı səhnədə 
cəmləşdirir. Bizə də elə bu lazımdır.
43
“Qara qutu” teatrına çevrilə
bilən səhnə
“WUK” mərkəzi, Vyana


97


98
Əvvəllər bu döşəmənin üzərində nəhəng 
dəzgah quraşdırılmışdı. Həmin dəzgah 
elə böyük və mürəkkəb quruluşda olub 
ki, operatorların idarəetmə sistemlərini 
işlədə bilməsi, işçilərin materialları 
dəzgaha verməsi və dəzgahdan çıxan 
materialları qəbul edə bilməsi üçün 
binada bəzi konstruktiv dəyişikliklər 
aparmaq lazım gəlmişdi. Dəzgah 
sökülərək uzaqlaşdırıldıqdan sonra 
həmin konstruktiv dəyişikliklərin izləri 
döşəmədə qaldı.
Bu gün bütün çökəkliklər sıxlaşdırılmış 
çınqılla doldurulub, döşəmə 
düzləşdirilib. Beləliklə, problem tez 
və ucuz başa gələn, müvəqqəti üsulla 
həll edilmişdir. Çınqılı istənilən vaxt 
yığaraq başqa yerə daşımaq və tikinti 
materialı kimi yenidən istifadə etmək 
mümkündür.
Bəzən açıq yerlərin üstünün örtülməsindənsə, 
doldurulması daha məqsədəuyğun olur.
44
hamar döşəmə
“Not Quite” mədəniyyət mərkəzi, Fengersfors, İsveç


99


100
Oturacaqlar mexaniki qüvvənin təsiri 
ilə divardakı panelə yığıla bilən bir 
neçə hissəyə bölünmüşdür. Sadəcə 
olaraq oturacaqların üfüqi vəziyyətə 
gətirilməsinə bir qədər vaxt sərf etmək 
lazım gəlir. Sonra düyməyə basırsınız və 
oturacaq 7 dəqiqəyə bütövlüklə arxaya 
çəkilərək panelə yığılır.
Teatr tamaşası göstərilməsinə, film nümayiş 
etdirilməsinə, rəqslər, tamaşaçıların ya oturub 
ya da ayaq üstə dinlədiyi konsertlər, korporativ 
məclislər və ya konqreslər keçirilməsinə, film 
çəkilməsinə şəraiti olan yer çox xeyir gətirə bilər. 
Ancaq bu cür müxtəlif proqramların təşkili 
texniki avadanlıqlarda müvafiq dəyişikliklərin 
aparılmasını tələb edir.
45
yığılıb-açılan oturacaqlar
Müasir incəsənət mərkəzi Menų spaustuvė, Vilnüs


101


102
Köhnə zavodda yer kifayət qədərdir, 
lakin təəssüf ki, binanın texniki 
göstəriciləri daha çox öz yaşına və 
əvvəlki funksiyalarına uyğun gəlir. 
“Not Quite” Mədəniyyət Mərkəzinin 
hal-hazırda bütün binadan istifadə 
etməyə imkan verə biləcək istilik sistemi 
quraşdırmağa imkanı yoxdur.
“Not Quite” Mədəniyyət Mərkəzinin 
45 üzvü var, ancaq onlar binanın yalnız 
bir hissəsindən istifadə edirlər. Yerlərin 
çoxu boş qalır. Onların fikrincə, bu boş 
yerləri studiya kimi icarəyə götürmək 
istəyənlər var. Götürürlər də, ancaq 
yayda. Qışda isə o cür böyük ərazini 
qızdırmaq iqtisadi baxımdan sərfəli 
deyil.
İş sahəsi üçün standartların endirilməsi 
səmərəli həll kimi qəbul olundu. 
İcarədarlar daha kiçik məkanlarda 
qruplaşdırıldı. Məkan da bölündü, istilik 
xərcləri də.
Ucqar şimalda yerləşən mərkəzlər üçün istilik 
məsələsi çox mühümdür.
isitmə
46
“Not Quite” Mədəniyyət Mərkəzi, Fengersfors, İsveç


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə