Başa çatacaq



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/25
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13401
1   ...   10   11   12   13   14   15   16   17   ...   25

113


114
Öz emalatxanası olan dülgər-çilingər
şərab şüşələri üçün tezliklə barın 
üstündə yerləşdiriləcək yarımçıq 
çərçivəni bizə göstərdi. Onlar demək 
olar ki, hər şeyi – tamaşalar üçün dirək, 
xırda sənətkarlıq alətləri – özləri düzəldə 
bilir. Onların özlərinin bütün tikinti 
işlərini görə biləcək işçi qrupu var.
Hazırda “Bakelit MAC” ən iri 
zalı – anqarı izolyasiya edir. Mən 
Marton Bauerdən qrupdan olan 
işçilərdən hansınısa damda görə bilib-
bilməyəcəyimi soruşuram. Onun cavabı 
“yox”dur: İzolyasiya yerdən səkkiz metr 
yuxarıda edildiyi üçün işi üçüncü tərəf 
görür. Biz işçilərimizin yıxılmasını 
istəmirik.”
Peşəkar səviyyədə özünü təmin etmə pula qənaət 
edir. Lakin müəyyən işlər üçüncü tərəfə həvalə edilsə 
daha yaxşıdır.
52
xidmət təchizatı
“Bakelit MAC” incəsənət mərkəzi, Budapeşt


115


116
Liftin çıxışı ilə mərtəbənin döşəməsi 
arasında bir metrə qədər hündürlük 
fərqi var. Bu fiziki cəhətdən sağlam 
insanlar üçün 4 pilləlik bir məsafə olsa 
da, əlil insanlar üçün keçilməz maneədir. 
Problem lift quraşdırılması ilə öz həllini 
tapdı.
53
Əlil insanların binanın istənilən hissəsinə girişini 
mümkün etmək nəzakətin ifadəsidir.
mümkünlük
Menų spaustuvė Müasir İncəsənət Mərkəzi, Vilnüs


117


118
“Hostel ictimai müəssisədir. Baha başa 
gəldi. Bu tipik vəziyyətdir. Əgər şəhər 
bu kimi binaları bərpa edirsə, onların 
keyfiyyət baxımdan fərqli gözləntiləri 
var. Bu ictimai xidmət sektorudur, 
burada içəri hansı cür stulun, hansı 
avadanlığın yerləşdirilməsi dəqiqliklə 
seçilməlidir. Digər tərəfdən isə, nəhayət 
iş stulun seçilməsinə gəlib çıxanda bunu 
hansısa bir axmağa etibar edirlər.
Bu yeganə binadır ki, orada təhlükəsizlik 
kamerası var. Onlara toxuna bilməzsən. 
Əks halda böyük ehtimalla müəyyən 
müddətdən sonra ələ keçəcəksən.”
Borut Venzel
 
Kompleks beş binadan ibarətdir. Onlardan yalnız 
birinin görkəmi ümumi inşaat standartlarına uyğun 
bərpa edilib. Bu arada, bərpa üçün Aİ fondlarından 
ayrılan pullar isə yoxa çıxıb.
54
yeganə bərpa edilmiş bina
“Pekarna magdalenske mreže” mədəniyyət mərkəzi, Maribor, Slovakiya


119


120
İri qapı əsas zaldan birbaşa foyeyə və 
girişdən keçərək ön qapıya doğru uzanır. 
O bir neçə saniyə içində gözdən itə bilər.
Zalın girişini bir neçə kiçik qapıya ayırmaq olar, 
buradan auditoriyanın bizə lazım olan hissəsinə 
keçə bilərik. Yaxud sadəcə bir iri qapı ola bilər və 
biz bunu divarda açılan giriş kimi deyil, bir-biri ilə 
əlaqələnən zal və foye kimi qəbul edə bilərik.
55
giriş
“Łaznia Nowa” İncəsənət Mərkəzi, Krakov şəhəri, Polşa


121


122
Fabrik fəaliyyət göstərən zaman dəhliz 
kimi istifadə olunan konsert zalı ilə 
konfrans zalı arasındakı boş ərazi indi 
şüşə ilə örtülüb. Ərazisinin ölçüsünə 
görə bu yer ya dəbdəbəli vestibül, ya da 
üçüncü, tamamilə müstəqil bir məkan 
kimi istifadə oluna bilər.
Bir tərəfdən büzməli dəmirdən fasad, 
digər tərəfdən isə şəbəkə şəkilli 
hörülmüş divar. Beton döşəmənin 
üzərinə vurulmuş qara dairə fasaddakı 
ikinci dairə birlikdə bir sənət əsəri 
yaradır. Zalları birləşdirən çoxmərtəbəli 
hissənin pəncərəsində, üzərində bir 
zamanlar burada fəaliyyət göstərən 
fabrik haqqında təsəvvür yaradan 
fotoşəkillər vurulmuş lövhə var.
56
vestibül
Verkatehdas, Hämeenlinna şəhəri, Finlandiya


123


124
Bütün bina avadanlığı ilə birlikdə 
keyfiyyətli materiallardan ən 
yüksək standartlara uyğun dizayn 
edilərək inşa edilmiş və dəqiqliklə 
yekunlaşdırılmışdır.
Bu mükəmməl erqonomik qarderob 
biabırçılığı isə adamın lap gözünə girir, 
yəqin ki, ömrü uzun olmaz, yerinə 
qaydasında olan birisi gələr.
Əladır, lakin müvəqqəti çıxış yoludur.
57
qarderob
Menų spaustuvė Müasir İncəsənət Mərkəzi, Vilnüs


125


126
58
Tanıyan adam üçün heç bir problem 
yoxdur, lakin axşam vaxtı, yağış 
yağarkən ilk dəfə buraya gələnlər, yaxud 
görmə qabiliyyəti zəif olan adamlar 
üçün bu əsl problem ola bilər. İşləri 
daha da çətinləşdirən odur ki, A və B 
nöqtələrindən əlavə C, D və E də var. 
Ona görə də, yaxşı bir naviqasiya sistemi 
barədə düşünməyə dəyər – nə qədər 
sadə olsa, o qədər yaxşıdır.
Gəmiyə aparan trapın yanında şüşə 
çərçivənin içində növbəti ay üçün 
proqram var. Hər bir tədbir baş 
verəcəyi yerə uyğun olaraq müxtəlif 
rənglə haşiyələnib. Restoranlar üçün 
yaşıl, konsert zalı üçün sarı, qalereya 
üçün mavi, dam terrası üçün qırmızı 
rəng seçilib. Həmçinin döşəmədə bu 
nöqtədən başlayaraq hər bir qurğuya 
aparan xətlər – trayektoriyalar- var.
A nöqtəsindən B nöqtəsinə getmək heç də hər 
zaman asan olmur.
cığırlar
“A38” mədəniyyət mərkəzi, Budapeşt, Macarıstan


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə