Başa çatacaq



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/25
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13401
1   ...   12   13   14   15   16   17   18   19   ...   25

137
Hosteldən dama təxliyə çıxışı
62
2
Creative Center Carnation, Tartu şəhəri, Estoniya


138
63
Əgər çox istidirsə və havanı sərinlətmək 
mümkün deyilsə, ən azı, hərəkət 
lazımdır.
havalandırma
“Tabačka Kulturfabrik” Mədəniyyət mərkəzi, Koşitse şəhəri, Slovakiya


139


140
Binanın mərkəzində, günəş işığının 
düşmədiyi yerdə, masaların yanında 
yaşıl divar var.
Yuxarıdakı işıqlar günəşi əvəz edir. Keçə 
kisələrə bitki üçün torpaq doldurulub. 
Aşağıda suyu saxlamaq üçün böyük 
konteyner quraşdırılıb.
64
yaşıl divar
Korjaamo Mədəniyyət Mərkəzi, Helsinki


141


142
| Karl isə üzv olmaq üçün yenicə 
müraciət edib, üzvlük haqqını da ödəyib.
| Bir neçə ildən sonra yerin əsl sahibləri 
kənara çəkildilər, onlar işdən o qədər 
yorulmuşdular ki, əməkdaşlıq etməkdə 
artıq maraqlı deyildilər.
| Diqqətdən qaçırmamalı nüanslar:
1. həddindən artıq işləməyin
2. hesablama işlərində diqqətli olun.
Sahiblik
| Onlar assosiasiya yaratdılar, 
müzakirələr apardılar və qərara gəldilər 
ki, icarə qrupundan olan hər kəs kiçik 
haqq müqabilində sahibkar ola bilər. 
İndi 45 şərik var.
Kənd
| Kənd sakinləri bu binaya qırılmaz 
tellərlə bağlanıblar.
| Onların çoxunun fikrincə, biz burada 
həqiqətən çox yaxşı işlər görürük.
| Onlar bizim hissəmizi bir özəl 
sahibkardan icarəyə götürüblər, ona isə 
bu yer babasından qalıb.
| Münasibətlərimiz yaxşıdır, lakin 
çətinlik çəkdiyimiz vaxtlar da olur.
Vəziyyət
| Meşə var.
| Magistral yollar yoxdur.
| Fabrik 1795-ci ildə dəmir hasilatı 
üçün inşa edilib, XIX əsrdə isə təyinatı 
dəyişdirilərək kağız emalı üçün istifadə 
olunub.
| Fabrikdən əvvəl burada heç nə yox idi, 
kənd onun ətrafında salınıb.
Məktəb
| “Stenebyskolan”ın əsası 1934-cü ildə 
qoyulub. Burada ağac-özüllü mebel 
dizaynı, dəmir və polad / ictimai məkan 
dizaynı və tekstil-geyim dizaynı üzrə 
ixtisaslaşmış, həm bakalavr, həm də 
magistr səviyyələrində sənətkarlıq və 
dizayn proqramları var.
Gəliş
| 10 il öncə məzunlar öz işlərini davam 
etdirmək üçün yer axtarırdılar.
| Tələblər: yaşayıb-yarada biləcəkləri 
ucuz emalatxanalar.
| Səbəb: korporativ əməyin üstünlükləri.
| İşi 10 nəfər başlamışdı.
| İlk öncə, onların hər biri digər 
vəsaitlərin cəlb edilməsi üçün bankdan 
2000 avro məbləğində təhlükəsizlik 
krediti götürmüşdü.
| İsveç işsizlik İdarəsi də kömək edirdi.
| Bir müddət sonra onların artıq işlək 
strukturları var idi və başqaları da 
buradan boş məkan icarəyə götürmək 
istəyirdilər.
65
assosiasiya
“Not Quite” Mədəniyyət Mərkəzi, Fengersfors, İsveç


143
Bu gün
| fabrikin bəzi hissələri hələ də 
istifadəsizdir
| “Not Quite” Mədəniyyət mərkəzi 
bütün il boyu, bazar ertəsindən cümə 
gününə qədər, saat 12-dən 18-dək açıq 
olur.
| Qış ayları ərzində elə də çox müştəri 
olmur, lakin nə vaxt gəlsələr açıq 
olacağımızı bilmələri çox mühümdür.
Karl Hallsberqin məruzəsindən qeydlər.


144
Mən həmin boş qalan sahələrdə 
fabrikimizdə istehsal edə biləcəyimiz 
materiallardan istifadə etməklə mədəni 
tədbirlər keçirmək qərarına gəldim. 
2005-ci ildə, açılışını etdiyimiz ilk 
məkan Sərgi zalı oldu. O vaxtdan 
bəri, biz bu prosesi inkişaf etdirməyə 
başladıq və indi bizim üç sərgi zalımız, 
bir teatr məkanımız, əməkdaşlıq edən 
sənətkarlar üçün təcrübə emalatxanası, 
yaradıcı istehsalla məşğul olan şirkətlər 
üçün xeyli sayda studiya və ofislərimiz 
var.
Bu heç də istiqaməti dəyişmək deyildi. ` 
Sadəcə, mənim bütün şəxsi maraqlarım 
mədəniyyət və incəsənət sahəsində 
olduğundan belə vəziyyət yarandı.”
Asya Filippova
“2003-cü ilin noyabr ayında bu fabrik 
texniki kağızlar istehsal edirdi. Əslində, 
mən fabrikin rəhbərliyinə keçən 
zaman işlər elə də yaxşı vəziyyətdə 
deyildi; işçilərlə bağlı problemlər var 
idi və onların məvacibini vermək üçün 
bizim nə kifayət qədər vəsaitimiz, nə 
də kağızları satmağa kifayət qədər 
müştərilərimiz var idi. Mən bu qənaətə 
gəldim ki, biz fəaliyyətimizə yenidən 
baxmalı və ola bilsin kağız hasilatını 
azaltmalıyıq. Mən avadanlığın bir 
qismini ixtisar edib yerdəyişmə 
prosesinə başlayandan sonra məlum 
oldu ki, istehsalat üçün istifadə 
etmədiyimiz xeyli boş ərazi var imiş.
Fəaliyyətdə olan fabriki çevirib mədəniyyət mərkəzi 
etmək və istehsalı qoruyub saxlamaq böyük 
nailiyyətdir.
66
sənaye və mədəni istehsalat
“Fabrika” Yaradıcı istehsalat Mərkəzi, Moskva


145


146
Çap otağına daxil oluruq. Bura ilk 
baxışdan muzeyə oxşayır. Bir qədər 
keçdikdən sonra anlayıram ki, bəzi 
maşınların mürəkkəbi hələ qurumayıb. 
Bir neçə qız maşınlar arasında qaçışır; 
düymələr və linglər bir-birinə qarışıb, 
ancaq hansından istifadə etmək lazım 
olduğunu onlar dəqiq bilir. Maşınlar 
təmizdir, yaxşı vəziyyətdədir və biz 
orada olsaq da, olmasaq da işləməyə 
davam edəcəklər.
Binanın keçmiş həyatı haqqında təsəvvür 
yaratmağın ən yaxşı yolu onu işlək vəziyyətdə 
saxlamaqdır.
67
canlı muzey
“Creative Centre Carnation” Mədəniyyət Mərkəzi, Tartu şəhəri


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə