Başa çatacaq



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/25
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13401
1   ...   6   7   8   9   10   11   12   13   ...   25

73


74
yoxsul nümayəndələri üçün tamaşalar 
hazırlanırdı. Bu gün Antik teatr həmin 
ənənələrə sadiqliyini nümayiş etdirir 
və qonşuluqda yaşayanların toplana 
biləcəyi məkan rolunu oynayır. Əsas 
rekonstruksiya layihəsinin dəyəri 950 
000 avrodur. Bura konsert zalının 
divarlarının daşıyıcı qabiliyyətinin 
standartlara uyğun səviyyəyə 
gətirilməsi, yeni tualetlərin tikilib 
istifadəyə verilməsi, konsert zalının 
genişləndirilməsi və interyerinin 
yaxşılaşdırılması, yeni terrasın tikilməsi, 
yeni qurğu və sistemlərin quraşdırılması 
və fasadın restavrasiyası daxildir. 
Müqavilə 2007-ci ildə bağlanıb və bütün 
bu işlərin tamamlanması üçün bizə 20 il 
vaxt verir.
Rekonstruksiya işlərinin tam 
siyahısı:
| 1. Terras, vestibül və barda döşəmənin 
konstruksiyasının möhkəmləndirilməsi.
| 2. Tamaşa zalındakı pəncərənin 
hörülməsi, zalın səskeçirməzliyinin 
təmin olunması və divarlarının polad 
armaturlarla möhkəmləndirilməsi.
| 3. Texniklər üçün kabinənin tikilməsi.
| 4. İşıqlandırma və digər məqsədlər 
üçün istifadə olunan, hərəkət edən 
karkasın tikilməsi.
| 5. Terrasın və terrasa çıxan pilləkənin 
bütövlüklə rekonstruksiya edilməsi.
| 6. Kişi və qadın tualetlərinin, eləcə də 
əlillər üçün tualetlərin tikilməsi.
| 7. Əlillər üçün xüsusi pilləkənin 
“2005-ci ildə biz, əməyin qorunması 
və təhlükəsizlik üzrə bəzi normativ 
tələbləri yerinə yetirmədiyimizə görə 
üzləşdiyimiz bağlanmaq təhlükəsindən 
sovuşa bildik. Bu hadisə mədəni, tarixi 
və memarlıq baxımından əhəmiyyət 
kəsb edən bir binanın tamamilə 
restavrasiya edilməsi və bir teatr kimi 
ictimaiyyətin istifadəsinə verilməsi üzrə 
layihənin icrasına başlamağımıza səbəb 
oldu.
Antik teatrın restavrasiyasını vacib edən 
səbəblər aşağıdakılardır:
| Şəhərin antik teatr olan hissəsinin 
restavrasiyası: şəhərin ən qədim 
hissəsinin düz mərkəzində yerləşən 
və bu gün öz görkəmini dəyişməkdə 
olan bu sahədə binaların əksəriyyəti 
cari normativ tələblərə cavab vermir 
və çox pis vəziyyətdədir. Ətraf ərazinin 
yaxşılaşdırılması həmin sahəyə yeni 
nəfəs verir, orada yaşayan insanların 
həyatını yaxşılaşdırır, gəlib-gedən 
insanlarda isə xoş təəssürat yaradır.
| Teatr və ifaçılıq sənəti Barselonada 
çox sayda teatr mövcud olsa da yeni 
eksperimental truppaların bazarda 
özünə yer tapa bilməsi çox çətindir. 
Biletlərin münasib qiyməti və yeni 
qruplar üçün bir sıra güzəştlərin olması 
Antik teatrın qapılarını innovasiyalara 
və yeni auditoriyalara açmağa imkan 
verir. Sosial təyinatlı məkan: Əvvəllər 
“Circulo Barcelonés” adlandırılan bu 
teatrın səhnəsində yerli icmanın ən 
32
restavrasiya ilə əlaqədar tövsiyələr
Antik teatr səhnəsi, Barselona.


75
Mənin tövsiyələrim:
Antik teatr üçün məsul şəxs olmağım 
məni çox çətin vəziyyətə salmışdı. 
Binaların rekonstruksiyası sahəsində 
təcrübəm (hələ mənə tapşırılan 
binaların rekonstruksiyasını demirəm), 
memarlıq fəaliyyəti, rekonstruksiya 
layihələri ya da rəsmi normativlər 
barəsində isə heç bir təsəvvürüm yox idi.
Mədəniyyət mərkəzlərində dəyişiklik 
aparmaq istəyən, həmin mərkəzlər 
və onlarla əlaqədar bütün işlər üçün 
məsuliyyət daşıyan, yəni bunun üçün 
hər şeyə imza edən və ödənişləri həyata 
keçirən hər kəsə birinci məsləhətim 
budur ki, oturub layihələri diqqətlə və 
dəfələrlə oxusunlar. Memar olmasanız 
da, layihə sənədlərində heç nəyi başa 
düşməsəniz də, oxuyun. Bu mütləq 
lazımdır. Layihəni hər dəfə əvvəldən 
axıra qədər oxuya-oxuya əvvəl-axır onu 
başa düşməyə başlayacaqsınız. Sonra 
layihə üzrə ekspert və texniki rəhbər 
tapmaq lazımdır. Bu şəxslər qüvvədə 
olan bütün qanunları və normativləri 
yaxşı bilməli, müvafiq instansiyalardan 
bütün lazımi icazələri, o cümlədən bizim 
layihədə olduğu kimi, ətraf mühitin 
mühafizəsi üzrə ilkin ya da yekun 
lisenziyanı əldə edə bilməlidir”
Semolinika Tomiç
tikilməsi. Həmin pilləkən həm də təxliyə 
çıxışı olaraq istifadə ediləcək.
| 8. Girişdə liftin quraşdırılması.
| 9. Yeni elektrik və su-kanalizasiya 
sistemlərinin quraşdırılması.
| 10. Yanğın zamanı təxliyə üçün bir 
neçə qapının quraşdırılması.
| 11. Yanğına qarşı tədbirlər.
| 12. Tüstü detektorlarının və yanğın 
zamanı su şlanqının qoşula bilməsi üçün 
birləşmə yeri
13. Teatrda, barda və foyedə 
havalandırma sisteminin quraşdırılması.
 


76
33
“Ən çətini bina üçün (məsələn, elektrik 
təchizatı), ən asanı isə proqramın özü 
üçün pul tapmaqdır. Bina üçün biz 
bardan və ianələrdən əldə etdiyimiz 
vəsaitin bir hissəsindən istifadə edirik. 
Rekonstruksiya işləri üçün əslində 
pul yox, material və adamlara ehtiyac 
var. Pul istəmədənsə, könüllüləri və ya 
təmənnasız olaraq tikinti materialları 
ilə yardım edə biləcək şirkətləri axtarıb 
tapmaq daha asandır.
Rekonstruksiya işlərimizin yarısından 
çoxu məhz bu qaydada həyata keçirilib.
Marek Adamov
rekonstruksiya işlərinə
qeyri-maliyyə dəstəyi
“Stanica Žilina-Záriečie” mədəniyyət qovşağı


77


78
Stansiyanın köhnə binasının 
rekonstruksiyası hələ başa çatmamışdı, 
rekonstruksiyadan sonra nə etmək lazım 
olduğunu isə indidən fikirləşmək lazım 
idi. Stanica--nın hüdudları haralardan 
keçir? Onu nə qədər böyütmək olar?
“Living Underground” seminarının 
məqsədi sərhədləri “Rondel” planında 
qeyd edilən, əksər hissəsini avtomobil 
yolu, dəmir yolu və avtomobil 
dayanacağının tutduğu sahənin istifadəsi 
üzrə prinsiplərin işlənib hazırlanması 
idi. Nəticələr ətraflı hesabat şəklində 
seminar başa çatdıqdan sonra çap edilən 
kitabçaya daxil edildi. Platformada 6 x 
6 metr ölçülərində model hazırlandı. 
Həmin modeli təkcə tədbirlərə gələn 
tamaşaçılar yox, ancaq qatarlara minmək 
üçün stansiyaya gələn sərnişinlər də 
görürdü. “S1 zalının yaxınlığında 3D 
formatında model mütləq lazım idi. 
Əsas məqsəd bizim nə düşündüyümüzü 
insanlara çatdırmaq idi. Bura stansiyadır, 
bura rondel qovşağının yeridir, 
konstruksiya isə burada yerləşdiriləcək.
Marek Adamov
“Stanica” mərkəzinin növbəti 10 il ərzində 
inkişafının memarlıq konsepsiyasına həsr olunmuş 
seminarın unikallığı sadəcə onun mövzusunda deyil
həm də nəticələrin əlaqəli şəkildə ifadə edilməsində 
və eynilə ictimaiyyətə təqdim olunmasında idi.
34
Memarlıq konsepsiyasının 
ifadə olunması
“Stanica Žilina-Záriečie” mədəniyyət qovşağı


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə